M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

 

61

(istehlaka  görə)  bilavasitə  istehlak  və  xərclənmə  prosesində  tətbiq 



olunur  və  bunlara  misal  olaraq  ƏDV-ni,  aksizləri,  gömrük 

rüsumlarını göstərmək olar. Birbaşa vergilər, öz növbəsində, şəxsi və 



real vergilərə bölünür. 

      II)  Şəxsi  vergilər  bilavasitə  mövcud  olan  gəlirdən  tutulur,  yəni 

müəssisə mövcud mənfəətindən vergi ödəyir. Bu vergilər vergi ödə-

yicisinin faktiki imkanını göstərir. 

      Real  vergilər  vergi  ödəyicisinin  həqiqətən  mövcud  olan  deyil, 

lakin təsəvvür edilən orta gəlirindən tutulur. Belə vergilər bilavasitə 

ə

mlakdan tutulduğundan onlara nəzarət etmək çətin olur. 



Kəmiyyət  (kvotalı)  vergiləri  bir  qayda  olaraq  nəzərdə  tutulan 

xərci  ödəməkdən  ötrü  deyil,  vergi  ödəyicisinin  imkanını  nəzərə 

alaraq  tətbiq  olunur.  Belə  vergilər  birbaşa  və  yaxud  dolayı  yolla 

vergi ödəyicisinin imkanını (gəlirini) nəzərə alır. 

III)  Büdcəyə  birbaşa  daxil  olan  vergilər  uzunmüddətli  dövr 

üçün  konkret  büdcənin  gəlir  mənbəyi  kimi  təsdiq  edilir.  Belə 

vergilərə  misal  kimi  gömrük  rüsumlarını  göstərmək  olar  ki,  onlar 

dövlət büdcəsinin gəlir mənbəyi kimi çıxış edir. 

Tənzimləyici  vergilər  müxtəlif  səviyyəli  büdcələr  arasında 

kəsirin (defisitin) qaldırılması məqsədilə hər il yenidən bölüşdürülür. 

Tənzimləyici vergilər kimi aksizləri, ƏDV-ni, müəssisələrin mənfəət 

vergisini  göstərmək  olar.  Tənzimləyici  gəlir  mənbələri  üzrə  daxil 

olmalar  hər  il  milli  məclis  tərəfindən  respublika  büdcəsinin  qəbulu 

zamanı təsdiq edilir. 

      IV)  Hakimiyyət  orqanları  vergilərin  təyin  edilməsi  və  tətbiq 

edilməsi  ilə  əlaqədar  səlahiyyətlərindən  asılı  olaraq  dövlət  və  yerli 

vergilər  fərqləndirilir.  Dövlət  vergilərinin  təyin  və  tətbiq  edilməsi 

yalnız dövlətin ali idarəetmə orqanı tərəfindən həyata keçirilə bilər. 

Bu,  heç  də  həmin  vergilərin  dövlət  büdcəsinə  daxil  olması  demək 

deyil. Bu vergilər müxtəlif səviiyəli büdcələrə daxil ola bilər. Yerli 

vergilər  həm  dövlətin  ali  idarəetmə  orqanı,  həm  də  yerli  idarəetmə 

orqanları  tərəfindən  təyin  edilə  bilər.  Lakin  onların  tətbiqi  yalnız 

yerli  səviyyədə  qəbul  edilmiş  qərarlar  əsasında  həyata  keçirilir. 

Azərbaycan respublikasında yerli idarəetmə orqanlarının (bələdiyyə-

lərin) səlahiyyətləri vergilərin və digər ödəmələrin təyin edilməsinə 

 

62



aid  ixtiyarları  konstitusiyanın  144-cü  maddəsinə  əsaslanaraq  təsdiq 

edilmişdir. 

      V)  Bir  qayda  olaraq  vergi  hər  hansı  bir  konkret  xərci  ödəmək 

məqsədini  güdmür.  Lakin  bəzi  hallarda  məqsədli  vergilərin  tətbiqi 

müsbət  hal  hesab  olunur;  1)  vergi  ödəyicisi,  ilk  növbədə  verginin 

hansı məqsədlə tutulduğunu və hara xərcləndiyini bilir. Ona görə də 

o, bu vergini daha tez ödəyir. Məsələn: Ticarətin şəraitini  yaxşılaş-

dırmaq  məqsədilə  bazar  və  yarmarkalarda  satıcılardan  birdəfəlik 

rüsum tutulur; 2) belə vergilər hər hansı bir dövlət orqanına daha çox 

müstəqillik  vermək  məqsədini  güdür.  Məsələn:  ekoloji  vergilər 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ətraf mühitin mühafizəsi və 

bərpası  üzrə  xərclərin  ödənilməsində  sərbəstlik  verir;  3)vergilərin 

məqsədli  xarakter  daşıması  müəyyən  gəlirlərin  əldə  edilməsi  ilə 

ə

laqədar olmasından zəruriyyətə çevrilir. Məsələn: təbii qazıntıların 



istismarı  zamanı  təbii  bərpa  işlərinin  həyata  keçirilməsi  və  mineral 

xammal  bazasının  yenidən  bərpa  edilməsi  üçün  vergilər  tətbiq 

olunur ki, royaliti vergi növü adlanır. 

      VI)  Daimi  (sistemli,  cari)  vergilər  müəyyən  dövrülüklə  (vaxt-

aşırı)  vergi  ödəyicisinin  fəaliyyəti  müddətində  tutulur.  Məsələn:  fi-

ziki şəxslərin gəlir vergisi hər ay, torpaq vergisi ildə bir dəfə, ƏDV 

hər ay və yaxud rübdə bir dəfə tutulmaqla daimi hesab olunur. 

Birdəfəlik  vergilər  hər  hansı  halla,  vəziyyətlə  əlaqədar  olaraq 

yalnız  həmin  anda  tutulur.  Məsələn:  gömrük  tarifi  yalnız  sərhəddi 

keçəndə verilir. 

Ümumən,  vergi  siyasəti  büdcə  tənzimlənməsinin  əsasıdır. 

Dövlət tərəfindən yığılan vergilər toplanılaraq sonradan ərazilər, təş-

kilatlar  və  vətəndaşlar  arasında  yenidən  bölüşdürülərək  büdcə  ödə-

mələri, xərcləri şəklində həmin subyektlərə daxil olur. Bazar iqtisa-

diyyatında vergi sistemi aşağıdakı funksiyaları yerinə yetirir: 

Birincisi, fiskal funksiyadır ki, bu dövlətin xərclərini maliyyə-

ləşdirmək məqsədini güdür. 

kincisi,  tənzimləyici  funksiyadır  ki,  bu  da  vergi  siyasətinin 

köməyi ilə vergiqoyma sisteminin vergi dərəcələrini iqtisadi inkişa-

fın  əsas  məqsədlərinin  reallaşması  üçün  vergi  bazasının  dəyişdiril-

məsi  vasitəsilə  iqtisaidiyyatın  sahə  və  regional  strukturunun 



 

63

optimallaşdırılmasını  təmin  edir.  nvestisiya,  məşğulluq,  xarici 



iqtisadi  fəaliyyət,  ətraf  mühitin  mühafizəsi  və  s.  bu  kimi  fəaliyyət 

növləri vergi sistemi vasitəsilə tənzimlənir. 

Üçüncüsü,  sosial  funksiyalardır  ki,  bu  funksiya  vasitəsilə 

müxtəlif  sosial  qruplar    arasında  qeyri-bərabərsizliyi  aradan  qaldır-

maq və sosial ədalətsizliyi, tarazlığı bərpa etmək üçün istifadə edilir. 

Bu  nöqteyi-nəzərdən  vergilər  proqressiv  və  reqressiv  təyin  edilə 

bilir. 

Proqressiv vergiqoymada gəliri az olan əhali daha aşağı vergi 

verməyə,  gəliri  yuxarı  olan  əhali  isə  daha  yüksək  vergi  ödəməyə 

məruz qalır. Belə vergiqoyma məşğulluq problemi olan dövlətlərdə 

tətbiq olunur. Yəni 3 iş yerində fəaliyyət göstərən bir şəxs bir əmək-

haqqını vergi şəklində dövlətə ödəməyə məcbur olur. Ona görə də o, 

bu  iş  yerindən  çıxaraq  iki  və  yaxud  bir  iş  yerində  işləmək  istəyini 

göstərir.  Beləliklə,  artıq  tutulmuş  iş  yerlərinin  azad  olunması  və 

işsizlərin sayının azadılması tendesiyası müşahidə olunur. 

Bazar  iqtisadiyyatı  şəraitində  vergi  dərəcələrinin  optimal 

səviyyəsinin seçilməsi üçün ölkədə məşğulluq, investisiya qoyuluş-

ları,  inflyasiya,  işgüzarlıq  fəaliyyətinin  səviyyəsi  və  s.  göstəricilər 

nəzərə alınmalıdır. Çünki vergilərin səviyyəsinin aşağı və yaxud yu-

xarı  olması  dolayı  yolla  stimullaşdırma  və  məhdudlaşdırma  funk-

siyası rolunu oynayır. 



 

Mövzu 8. Dövlətin pul-kredit siyasəti 

 

Plan: 

 

1.  Pul-kredit siyasətinin mahiyyəti, məqsəd və vəzifələri. 

2.  Pul-kredit siyasətinin alətləri, onların təsiri mexanizmi. 

 

1.  qtisadiyyatda  lazımı  pul  kütləsini  təmin  etmək  və  tənzim-

ləmək  üçün  dövlət  pul-kredit  siyasətindən  istifadə  edir.  Onun  əsas 

vəzifələrinə aşağıdakılar aiddir: 

      1)  qtisadi konyukturanı və dövriyyədə olan pul kütləsini 

tənzimləmək, inflyasiya ilə mübarizə aparmaq. 

 

64



      2)  Milli  valyutanın  məzənnəsini  aparıcı  dövlətlərin  dönərli 

valyutalarına nisbətən tənzimləmək. 

      3) Ölkənin müsbət tədiyə balansına nail olmaq. 

 

Dövlət tərəfindən həyata  keçirilən pul-kredit siyasətini  real-



laşdırmaq üçün onun aşağıdakı istiqamətləri seçilir: 

      1)  qtisadi sabitliyə nail olmaq üçün dövlət pul-kredit siyasətinin 

müəyyən vaxt üçün zəruri olan metodları seçir və tətbiq edir. 

      2) Dövlət cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində 

strategiyanın müəyyənləşdirir. 

      3)  Hər  il  üçün  pul-kredit  siyasətində  tətbiq  edilən  tədbirlərin 

istiqamətlərini və müddətini dövlətin idarəedici hakimiyyət orqanları 

tərəfindən təsdiqləyir. 

Pul-krеdit    siyasəti  ilə  iqtisadi  siyasəti  həyata  kеçirən  zaman 

aşağıdakı sоn və aralıq məqsədələr qarşıya qоyulur: 

Sоn  məqsədlərə  ÜDM  tеz  zamanda  artımını,  işsizliyin  aşağı 

salınmasını,  sabit  qiymətlərin,  dayanıqlı  tədiyyə  balansının  təmin 

edilməsini göstərmək оlar. 

Aralıq  məqsədlərə  isə  pul  kütləsi,  faiz  dərəcəsi  və  mübadilə 

məzənnəsinin təyini və tənzimlənməsi  aid  edilə  bilər. Qərb iqtisadi 

ə

dəbiyyatında bu aralıq məqsədlərinin nə Mərkəzi Bankın pul-krеdit 



siyasətinin alətlərinə, nə də оnun pul-krеdit siyasətinin rеal məqsəd-

lərinə  aid  еtmirlər  və  belə  hеsab  еdirlər  ki,  оnlar  Mərkəzi  Bankın 

alətləri ilə məqsədlərini birləşdirən bir mехanizmdir. 

2.  Beynəlxalq  aləmdə,  təcrübədə  dövlət  tərəfindən  həyata 

keçirilən  pul-kredit  siyasətinin  3  əsas  metodundan  istifadə  edilir. 

Bunlar aşağıdakılardır: 

      1) Uçot dərəcəsi (diskont, yenidən maliyyələşdirmə və s.): dövlət 

tərəfindən  Mərkəzi  Bank    kommersiya  və  dövlət  banklarına  kredit 

verir  və  bu  kreditə  görə  sabit  faiz  təyin  edir.  Ümumiyyətlə,  dövlət 

tərəfindən həyata keçirilən pul-kredit siyasətinin istiqamətləri və bu 

uçot  dərəcəsi  Mərkəzi  Bank  tərəfindən  təyin  olunmaqla  prezident 

tərəfindən  hər  il  təsdiqləndikdən  sonra  reallaşdırılır.  Milli  iqtisa-

diyyatın inkişafında uçot dərəcəsinin əhəmiyyəti ondan ibarətdir ki, 

dövlət  onun  köməyi  ilə  bahalı  və  ucuz  pul  siyasətini  həyata  keçirə 

bilir. Uçot dərəcəsi birbaşa həm milli valyutanın məzənnəsinə, həm 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə