M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 

65

də kommersiya və dövlət bankları tərəfindən kredit bazarında təyin 



edilən kreditə görə faizin dərəcəsinə təsir göstərir. 

      2) Məcburi ehtiyat normaları: dövlət məcburi ehtiyat normalarını 

inzibati  təsir  metodu  kimi  seçərək  bankların  nağd  pul  ehtiyatlarına 

təsir  göstərir.  Bu metodla dövlət bankların  kreditvermə imkanlarını 

azaldır,  yəni  dövlət  bankların  əlində  olan  nağd  pulun  müəyyən 

faizini  (Azərbaycanda  nizamnamə  kapitalına  görə  12%)  götürərək 

özündə  saxlayır.  Bu  zaman  saxlanılan  vasitəyə  görə  Mərkəzi  Bank 

banklara nə vəsait ödəmir, nə də onalrdan vəsait almır. Ümumiyyət-

lə,  bu  metodla  Mərkəzi  Bank  bankların  rəqabət  qabiliyyətliliyini 

artırmaq üçün tətbiq edilir. 

      3)Açıq  bazarda  əməliyyatlar.  Bu  metod  dövlətin  uçot  (diskont) 

siyasətinin  səmərəliliyini  artırmaq  üçün  tətbiq  edilir.  Bu  metodun 

işləmə  mexanizmi  ondan  ibarətdir  ki,  Mərkəzi  Bank  dövlətin 

qiymətli  kağızlarını,  bankların  kredit  öhdəliklərini  alıb-satmaqla 

məşğul  olur.  Açıq  bazarda  əməliyyatların  əsas  xüsusiyyəti  odur  ki, 

dövlətin  qiymətli kağızlarının alınıb-satılması bazar kursu ilə deyil, 

ə

vvəlcədən  təyin  edilmiş  kursla  həyata  keçirilir.  Faiz  dərəcələri  isə 



onların  müddətliyindən  asılı  olaraq  Mərkəzi  Bank  tərəfindən  dife-

rensiallaşdırılmış  şəkildə  müəyyənləşdirilir.  Bu  zaman  Mərkəzi 

Bankın  pul  bazarına  və  kapital  bazarına  təsiri  ondan  ibarətdir  ki,  o 

açıq  bazarda  faizi  dəyişməklə  kredit  institutları  üçün  dövlətin  qiy-

mətli  kağızlarını  alıb-satmasına  müsbət  şərait  yaradır  və  onların 

likvidliklərinin artırılmasına təsir göstərir. Açıq bazarda əməliyyatlar 

bir  tərəfdən  Mərkəzi  Bankla,  digər  tərəfdən  kredit  təşkilatları 

arasında həyata keçirilir və bu əməliyyatlar diskont siyasətini nisbə-

tən  qısamüddətli  konyuktur  dəyişikliklərinə  daha  çox  adaptasiya 

edir.  Ümumiyyətlə,  bu  metod  büdcə  kəsirinin  artdığı  şəraitdə  daha 

çox tətbiq edilir və müəyyən üstünlüyə malik olur. Azərbaycanda bu 

3  metoddan  başqa  Mərkəzi  Bank  tərəfindən  pul-kredit  siyasətinin 

aşağıdakı əlavə 3 metodu da tətbiq edilir: 

      1) Milli valyutanın məzənnəsinin təyini və tənzimlənməsi. 

      2) Mərkəzləşdirilmiş kreditlərin verilməsi. Dövlət iqtisadiyyatda 

müəyyən sturuktur dəyişiklikləri aparmaq üçün və bəzi sahələri inki-

ş

af  etdirmək  üçün  mərkəzləşdirilmiş  şəkildə  aşağı  faizli,  uzun-



müddətli və  yaxud digər güzəştli şərtlərlə kreditlər verirlər. Verilən 

 

66



kreditlər yalnız verilən idarənin, təşkilatın, müəssisənin və s.-nin baş 

idarəsinə verir. Çox vaxt belə kreditlər ipoteka formasında verilir. 

      3) Banklara nəzarət: banklara nəzarət 2 formada həyata keçirilir:  

daxili və xarici nəzarət. 

      Daxili  nəzarət  onun  təsisçiləri  tərəfindən  və  yaxud  idarə  heyəti 

tərəfindən istənilən vaxt keçirilir. Məsələn: maliyyə təftiş  yoxlama-

ları və ya audit yoxlamaları və s. 

      Xarici  nəzarət  Mərkəzi  Bank  tərəfindən  ildə  2  dəfədən  artıq 

olmayaraq həyata keçirilə bilir. Bu yoxlama bankın fəaliyyəti ilə əla-

qədar olan 11  əsas iqtisadi  göstərici üzrə həyata keçirilir. Məsələn:  

1) nizamnamə kapitalının məbləğinin tam olması; 2) bir fiziki şəxsə 

düşən riskin miqdarı; 3) bir hüquqi şəxsə düşən riskin miqdarı və s. 

Bu    sxemin  əsasını  inkişaf  etmiş  ölkələrin  mərkəzi    bankları  

tərəfindən qəbul edilmiş prinsip təşkil edir.   

Valyuta tənzimlənməsi geniş anlayış olub, milli valyutanın əsas 

xarici  valyutalarla  nisbətini,  xarici  valyutanın  ölkə  daxilində 

dövriyyəsinin  beynəlxalq  hesablaşmaları,  valyutada  məcburi  olan 

ödəmələr sistemini və s.-ni əks etdirir. Hər milli valyuta digər valyu-

talara nisbətən müəyyən pul dəyərinə malikdir ki, buna valyuta 

 

Pul - kredit siyasətin fəaliyyət sxemi 



Pul-kredit       

siyasətin 

vasitələri 

Ə

məliyyat 



məqsədləri 

 

Aralıq 



      məqsədlər 

Son 


məqsədlər 

1.Uçot dərəcəsi     

2.Məcburi 

ehtiyatlar       

normasi 

3.Mərkəzi 

Bankın 

dövlət  


istiqrazı 

ilə  


ə

məliyyatları  

Hökumətə   

Kommersiya 

banklarına  

Banklararası  

qurumlara  

verilən  

kreditlər 

Kredit 


bazarında  kredit 

dərəcəsi 

 

Pul kütləsi, 



Kommersiya 

bankları, 

faiz dərəcəsi 

 

 



nflyasiya 

sürəti 


Milli 

valyutanın  

məzənnəsi 

ÜDM-in 


artımı 

nvestisiya 

mühiti  

Məşğulluğun 

səviyyəsi 

 



 

67

kursunun (məzənnəsinin) təyin edilməsi, ticarət əməliyyatları həyata 



keçirmək, dünya bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini 

müqayisə  etmək  üçün,  müəssisə  və  və  təşkilatıların  hesablarının 

xarici  valyutada  yenidən  qiymətləndirilməsi  üçün  zəruri  sayılır. 

Bazar iqtisadiyyatı şəraitində valyuta münasibətləri bazar və dövlət 

tənzimlənməsi  şəklində  həyata  keçirilir.  Bazar  valyuta  tənzimlən-

məsi tələb və təklif əsasında valyuta bazarında reallaşdırılır. Dövlət 

tərəfindən  valyuta  tənzimlənməsi  isə  valyuta  münasibətlərinin  və 

proporsiyalarının    fəal  surətdə  tənzimlənməsini  və  formalaşmasını 

özündə  əks  etdirir.  Bazar  iqtisadiyyatında  dövlət  tərəfindən  həyata 

keçirilən belə tənzimləmələr valyuta siyasətində əks olunur. Valyuta 

siyasətinin iki forması mövcuddur: 

      1) Sturuktur valyuta siyasəti – dünya valyuta sistemində sturuk-

tur  dəyişikliklərin  həyata  keçirilməsinə  yönəldilən  uzunmüddətli 

tədbirlər  məcmusudur.  O,  valyuta  islahatları  formasında  reallaş-

dırılır. 

      2)  Cari  valyuta  siyasəti  –  Bu,  operativ  olaraq  valyuta  məzən-

nəsinin tənzimlənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta 

bazarının  və  gizli  bazarının  tənzimlənməsinə  yönəldilən  qısamüd-

dətli tədbirlər məcmusudur. 

 

Valyuta siyasətinin aşağıdakı metodları vardır: 

      1) Diskont valyuta siyasəti; 

      2) Deviz valyuta siyasəti metodları. 

      Diskont  valyuta  siyasəti  metodu  Mərkəzi  Bankın  təyin  etdiyi 

uçot  dərəcəsini,  milli  valyutanın  məzənnəsinə  təsirini  əks  etdirir. 

Yəni  dərəcə  yüksək  olduqda  milli  valyutaya  tələb  nisbətən  artır  və 

milli valyutanın dəyəri xarici ölkələrin valyutalarına artır və əksinə, 

yəni dövlət uçot dərəcəsinin köməyilə ölkəyə kapital axınını tənzim-

ləyir.  Bununla  da  tədiyə  balansının  vəziyyəti  (yaxşılaşmasına)  və 

milli valyuta kursunun yüksəlməsinə səbəb olur. Deviz valyuta siya-

səti  milli  valyuta  məzənnəsinə  xarici  valyuta  alıb-satması  yolu  ilə 

dövlət  orqanlarının  təsiri  metodudur.  Milli  valyutanın  məzənnəsini 

artırmaq  məqsədilə  Mərkəzi  Bank  xarici  valyutanı  satır  və  əksinə 

milli  valyutanın  məzənnəsini  azaltmaq  məqsədilə  xarici  valyutanı 

alır.  Hal-hazırda  deviz  siyasəti  valyuta  intervensiyası  formasında 

 

68

həyata  keçirilir.  Yəni  Mərkəzi  Bank  valyuta  bazarında  baş  verən 



ə

məliyyatlara  müdaxilə  edərək  məzənnəyə  təsir  göstərir.  Bu 

formanın  əsas  xarakterik  cəhəti  ondan  ibarətdir  ki,  o,  qısamüddətli 

dövrdə  daha  geniş  miqyası  əhatə  edə  bilir.  Deviz  metodunun  daha 

bir forması valyuta ehtiyyatlarının diversifikasiyasıdır. Hər bir döv-

lətin iqtisadi qüdrəti onu  valyuta, qızıl  ehtiyyatlarının  həcmi ilə  öl-

çülür.  Valyuta  ehtiyyatları  əsasən  dönərli  və  sabit  olan,  beynəlxalq 

münasibətlərdə qəbul edilən valyutalardan təşkil olunur. Yəni ABŞ 

dolları,  avro,  funtsterlinq,  yapon  iyenası,  və  s.  Dövlət  valyuta  ehti-

yatlarını daim artırmaq marağında olduğundan inflyasiyaya uğrayan 

valyuta  mütəmadi  olaraq  digər  valyuta  ilə  dəyişir.  Eyni  zamanda 

valyuta ehtiyatlarının diversifikasiyası beynəlxalq hesablaşmaları hə-

yata  keçirmək  üçün  bir  valyutanın  satılaraq  əvəzində  digərinin 

alınmasında da öz əksini tapır. 

      Deviz  metodunun  daha  bir  forması  valyutanın  devalvasiyası  və 

revalvasiyasıdır

      Devalvasiyada  –  məzənnə  aşağı  düşür.    Revalvasiyada  – 

məzənnə yuxarı qalxır. 

      Valyuta məzənnəsinin tənzimlənməsi sahəsində Mərkəzi Bankın 

aşağıdakı  funksiyaları  var:  1)  Kommersiya  bankları  üçün  xaricdən 

cəlb etdikləri kreditlərin həcminə məhdudiyyətlər qoymaq; 2) valyu-

ta,  faiz  və  məzənnə  risklərinin  həcmlərinin  maksimal  səviyyəsinin 

təyin  etmək;  3) valyuta ehtiyatların idarə  etmək;  4) ölkə ərazisində 

xarici valyutanın dövriyyə sferasının və qaydalarını müəyyənləşdir-

mək;  5)  valyuta  əməliyyatlarının  həyat  keçirilməsi  üçün  lisenzi-

yaların  razılığını  vermək;  6)  valyuta  əməliyyatlarının  uçotu  və  sta-

tistikası  üzrə  kommersiya  banklarına  nəzarət  etmək;  7)  beynəlxalq 

standartlara uyğunlaşmanı təmin etmək. 

      Dövlətin  həyata  keçirdiyi  valyuta  məhdudiyyətlərinin  aşağıdakı 

növləri var: 1) valyuta əməliyyatlarının lisenziyalaşdırılması; 2) val-

yuta  hesablarının  tam  və  yaxud  müəyyən  hissəsinin  bağlanması;             

3)  mərkəzi,  deviz  və  müxbir  banklarda  valyuta  əməliyyatlarının 

mərkəzləşdirilməsi. 

      Valyuta məhdudiyyətlərinin 2 əsas sferasını fərqləndirirlər: 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə