M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 

77

vasitəsilə aradan qaldırılmasına imkan verər. Bu da dövlət xərcləri-



nin  multiplikatorundan irəli gələrək milli iqtisadiyyatın digər halqa-

larında  tələbinin  artıtılmasına  gətirib  çıxarır.  Bu,  vergi  artımının 

antiinflyasiya  effektini  birdən-birə  zəiflədir.  Əgər  dövlət  hər  hansı 

stabilləşmə  fonduna  bənzər  vergi  daxilolmalarının  pul  artımını 

dondurarsa, bu effekt daha təsirli ola bilər. Lakin bu prosesə yüksək 

inflyasiya şəraitində, adətən olduqca ölkədə ki, gərgin  sosial-siyasi 

situasiya  əngəl ola bilər. Nəhayət, üçüncüsü,  inhisarçılıq şəraitində  

iqtisadiyyatda vergilərin artımı qiymət artımının əlavə faktoru (vergi 

inflyasiyası formasında) ola bilər.  

       Beləliklə, vergilərin artımının antiinflyasiya təsiri yalnız  rəqabət 

mühitinin  saxlanması  şəraitində,  vergi  şkalasının  normal  zonasında 

vergilər şəklində yığılmış vəsaitlərin müsadirə edilməsi mümkündür.  

       Mənfəətə  vergi  stavkalarının  azalması  investisiya  aktivliyinin 

yüksəlməsi istehsalın və məşğulluğun,  həcminin vergiqoymaya aid 

olan  gəlirlərin  artırılmasına,  habelə  büdcə  kəsirinin  azalmasına  və 

gəlirlərin çoxalmasına gətirib çıxarır.  

       Fərdi gəlir vergisi dəyərlərinin azalması şəxsi  əmanətlərin  artı-

mına səbəb olur. Bu zaman Mərkəzi Bankın  qeyri- hökumət borcları 

və  ya  birbaşa  pul  emissiyası  siyasəti  ilə  büdcə  kəsirinin  borc 

örtülməsini  təmin  etməklə  ilə  investisiyaların  maliyyələşdirilməsini 

mümkün edir. Təklif iqtisadiyyatı nəzəriyyəsinə  uyğun olaraq  büd-

cə  problemlərinin   bu cür həlli  yalnız o halda mümkündür  ki,  əgər 

gəlir vergisi dərəcəsinin azaldılması, ilk növbədə,  yüksək  gəlirləri  

ə

hatə edəcək, çünki məhz onların sahibləri müasir cəmiyyətdə əsas 



ə

manətçilər kimi çıxış edirlər. Yeni neoklassiklərin mövqeyinə  zidd 

olan  Keyns  yanaşmasına  uyğun olaraq  vergilərin azaldılması, ilk 

növbədə,    kiçik    gəlirlərin  sahiblərinə  aid  edilməlidir,  hansı  ki,  öz-

lərinin malik olduqları gəlirləri genişləndirərək dövlət büdcəsi üçün 

ə

lverişli nəticələrə münasib olan, istehlak xərclərini artırmaq  imkanı 



ə

ldə edirlər.   

Müəyyən  şəraitdə,  xüsusən  də  büdcənin  qeyri-tarazlığı  şərai-

tində    büdcənin  kəsirinin  azaldılması  strategiyası  və  bununla    infl-

yasiya  təhlükəsinin  neytrallaşdırılması    hökumət  tərəfindən  surətli 

istehsal  və  maliyyə  nəticələrini  təmin  edən  xərclərin  çoxaldılması 

 

78

tədbirlərinin    reallaşdırılmasını  tələb  edir.  Bu  cür,  sözsüz  ki,  çox 



riskli    strategiyanın  reallaşdırılması  milli  iqtisadiyyatın  investisiya 

xərclərinin  surətli  inkişaf  edən  seqmentlərinə  vergi  ödəyicilərinin 

vəsaitlərinin  qoyuluşunu  tələb  edir.  Bu  stratetiya,  həmçinin  özünə 

dövlət borcunun idarə edilməsi üzrə  maliyyə hökumət orqanlarının 

fəaliyyətini özünə daxil edir.  

        qtisadiyyatın  strukturca  yenidən  qurulması    antiinflyasiya 

məqsədləri ilə  ölkədə qiymətlərin  artımına  müqavimət  meyilləri 

üçün  daha  çox  əhəmiyyətli    olan  məhsul  istehsalının  və  sahəsinin 

inkişafını  qabaqlayan  artımına  yönəldilməlidir.  nflyasiyanın  qəti 

ləğv  edilməsi  üçün,    sözsüz  ki,  yüngül  sənayenin  (ağırla  müqa-

yisədə),  emal  sənayesinin  (hasilatla  müqayisədə),  xidmət  sferasının 

(maddi istehsalla müqayisədə), kənd təsərrüfatının (sənaye ilə müqa-

yisədə) daha surətli inkişafı lazımdır.  Bundan başqa  UDM struktu-

runda  mülki təyinatlı  məhsulun  xüsusi çəkisinin adekvat artımında, 

hərbi-sənaye  kompleksinin  məhsul  payının  arasıkəsilmədən 

azalmasına    yönəldilmiş  milli  iqtisadiyyatın  ardıcıl  konverqlusiyası 

tələb  olunur.  nflyasiya  şəraitində  prioritetlərə  milli  məhsul  isteh-

salının  ucuzlaşmasına  təsir  göstərən  ETT-dən  dünya  səviyyəsində 

istifadəyə  əsaslanan  sahələr  də  aid  edilə  bilər.  Təkrar  istehsal 

proporsiyaları  strukturunun  əsaslı  surətdə  yenidən  qurulmasının 

təmin  edilməsi  kommersiya  banklarının  uzunmüddətli  kreditlərin 

verilməsinə,  milli  əmtəə  istehsalçıları  üçün  borc  vəsaitlərinin  əldə 

edilməsi  imkanının qiymətləndirilməsini tələb edir. Şirkətin istehsal 

xərclərini  azaldaraq  dövlət  tərəfindən  stimullaşdırılan  belə  kreditlər 

təkcə bu gün deyil, hətta gələcəkdə istehsalın daha effektiv, intensiv 

amillərdən  istifadə etməklə məhsulun dəyərini aşağı salmağa imkan 

verir. 


        nflyasiyanın  səbəblərinin  aradan  qaldırılmasına  yönəldilmiş 

iqtisadiyyatın  inhisarsızlaşdırılması özünə aşağıdakıları daxil edir: 

• Şirkətlərin  mümkün  qovuşması  üzərində  hökumət  nəzarəti. 

Bu  nəzarət  gələcəkdə    şirkətlərin  məhsulunun  qiymət  səviyyəsinə 

nəzarət etməyə imkan verir.  Belə nəzarətin təmin edilməsi üçün, ilk 

növbədə,  bu    sahəyə  digər,  həm  iri,  həm  kiçik,  həm  milli,  həm  də 

xarici  şirkətlərin girişi üçün maneələri kəskin azaltmaq lazımdır.  Bu  




 

79

ya  inhisarlaşdırılmış  sahəyə  daxil  olmuş    şirkətin  xərclərin  ixtisarı 



yolu  ilə  (vergi  güzəştləri,  subsidiyalar,  imtiyazlar,  kreditlər  və  s. 

köməyilə),  ya  da  onların  gözlənilən    daxilolmalarının  artırılması 

vasitəsilə  (yeni  şirkətlərin  sahibkarlıq  risklərinin  azalmsı  üzrə  hö-

kumətin məqsədyönlü fəaliyyəti ilə, xüsusən də onların məhsullarına 

dövlət sifarişləri ilə) əldə oluna bilər. Əgər rəqabət mühitini sarsıdan 

qovuşma  baş  veribsə  (şirkətin  məhsul  buraxılışını  qadağan  edən 

antiinhisar  qanunvericiliyinin  tələblərinə    baxmayaraq,  istehsalın 

ümumsahəvi həcminin 35%-i yol veriləndir), onda  inhisarçı-şirkətin 

məcburi  parçalanması  tətbiq  edilir(məsələn,  müharibədən  sonra 

Yaponiyadakı kimi). 

• Qiymətlər  üzərində  nəzarət,  iri  inhisar  şirkətlər  tərəfindən 

qiymətlərin    əsassız  yüksəlməsinin  qadağan  edilməsi.  Qeyd  etmək 

lazımdır  ki,  hakimiyyət  orqanları  şirkətlərə    fəaliyyətin  müəyyən 

növü ilə məşğul olmağın  müstəsna hüququnu  verərək, lisenziyalar-

dan,  patentlərdən  istifadə  edərək  milli  iqtisadiyyatın  inhisarlaşması 

dərəcəsini qaldırır. Bu, məsələn, istehsal miqyasında  xərclərə qənaət 

zamanı,  yəni  təbii  inhisarın  iqtisadi  cəhətdən  məqsədəuyğun  

müəyyən edilməsi zamanı yararlı ola bilər.  

Dövlətin  antiinhisar    siyasəti    həmçinin  konkret  bazarda    və 

bütövlükdə milli iqtisadiyyatda cari və gələcək situasiyalar haqqında 

informasiyaların  yayılmasını,  kiçik  və  orta  biznesin  inkişafına  yar-

dım və onların biznes maraqlarının müdafiəsini, daxili bazara milli 

inhisarçıların    xarici  rəqiblərinin  daxil  olmasını  məhdudlaşdıran 

siyasət  yeridir.  Qeyri-təkmil  rəqabətin  geniş  yayıldığı  tipik  sayılan 

ölkələrin  bazarlarında  antiinflyasiya  tənzimlənməsinin  əsas  vəzifəsi 

inhisarçıların  onlar  tərəfindən  realizə  olunan  məhsulların  qiymətlə-

rinə daxil olan əlavə gəlirlərin ləğv edilməsi  üzrə müvafiq tədbirlər 

kompleksinin işlənməsi zəruri sayılır. 

       Qeyd  etmək  lazımdır  ki,  strateji  tənzimləyicilər  ölkədə  dərhal 

güclü antiinflyasiya effektini  təmin  etmir.  Belə ki, əgər hökumət 

inflyasiya  ilə  mübarizəyə  yönəldilmiş  strukturca  yenidənqurmaya 

başlayıbsa,  onda  onun  aparılmasının  ilk  illərində  məcmu  təklif  və 

məcmu tələbin inflyasiya kəsiyi hətta surətlənər, yeni müəssisələrin 

tikinti  xərcləri  artar  və  s.  Təklif  iqtisadiyyatının  reseptləri  üzrə     

 

80

büdcə  defisitinin  azalması  məqsədilə  vergilərin  səviyyəsinin    aşağı 



salınması  zamanı  bir  neçə  il  ərzində  qiymət  dinamikasını  surət-

ləndirən  bu  kəsir  nəzərəçarpacaq  dərəcədə  artır.  Ona  görə  də 

inflyasiyaya  müqavimət  göstərmək  üçün  taktiki  tədbirlərin    vahid 

kompleksini tətbiq etmək lazımdır. 



2.  Bazar  iqtisadiyyatında  qiymətlərin  tənzimlənməsi  bir  sıra 

problemlərin,  yəni inflyasiyanın, sosial gərginliyin, dünya və daxili 

bazar  qiymətləri  arasındakı  fərqin,  inhisarçılığın  və  s.-nin  tənzim-

lənməsində  geniş  istifadə  edilən  bir  mexanizmdir.  Qiymətlərin 

dövlət tərəfindən təyin edilməsi, təsdiq edilməsi, dondurulması, sabit 

saxlanılması və s. iqtisadi cəhətdən inkişaf etmiş müasir dövlətlərdə 

bu gün də geniş tətbiq edilir. Dövlət, ümumi iqtisadiyyatda qiymət-

lərin kəskin qalxmasına yol verməmək məqsədilə onların tərkib ele-

mentlərinə birbaşa və yaxud dolayı yolla təsir göstərir. 

Bazar  iqtisadiyyatında  aşağıdakı  qiymət  növləri  geniş  tətbiq 

edilir: 

      1)Müəssisənin buraxılış qiyməti. 

      2)Topdansatış qiyməti. 

      3)Pərakəndəsatış qiyməti. 

      4)Kənd təsərrüfatı  məhsullarının satınalma qiyməti. 

      5)Müqavilə (kontrakt) qiymətləri. 

      1)Müəssisənin buraxılış qiyməti aşağıdakı kimi hesablanılır: 

Q

M



 = M

d

 + M



ə

 + ƏDV + aksizlər + Q

ə

lavəsi


güzəşti 

      2)Topdansatış qiyməti aşağıdakı kimi hesablanılır: 

Q

T.S


 = Q

M

 ( X



T.S

 + M


Ə

.T.S


 ) + ƏDV + Aksiz 

Topdansatış  qiymətinə  müəssisənin  buraxılış  qiyməti, 

topdansatış təşkilatlarının xərcləri, mənfəəti və vergiləri daxildir. 

      3)Pərakəndəsatış qiyməti aşağıdakı düsturla hesablanılır: 

Q

P.S


 = Q

T.S


 + ( X

P.S


 + M

Ə

.P.S 



) + ƏDV + Aksiz - + T

güzəşti


ə

lavəsi 


Pərakəndəsatış  qiymətində  topdansatış  qiymətindən  başqa 

pərakəndəsatış təşkilatının xərc və mənfəti, vergilər və ticarət güzəşti 

və yaxud əlavələri tətbiq olunur. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə