M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 

89

işlənib  hazırlanaraq  qəbul  edilməsi,  elmi  laboratoriyaların,  təhsil 



strukturlarının, tədqiqat institutlarının saxlanması və maliyyələşdiril-

məsi, kadrların hazırlanması və s. 

     2)  qtisadi metodlara aiddir: özəl bəlmədə elmi tədqiqatları həyata 

keçirən  və  maliyyələşdirən  sahibkarlara  vergi  güzəştlərinin  tətbiq 

edilməsi, elmi-tədqiqatların nəticələrindən istifadə edən sahibkarlara 

gömrük  tariflərində  güzəştlər  etməklə  aşağı  faizli  kreditlərin 

verilməsi və s. 

3. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatın 

ə

sas  istiqamətlərinin  müəyyənləşdirilməsi  və  ehtiyat  (resurs)  qə-



naəti,yüksək  texnologiyanın  tətbiqi  və  ekoloji  cəhətdən  təhlükəsiz 

istehsalın  tətbiqi  nöqteyi-nəzərindən  struktur  siyasətin  həyata  ke-

çirilməsi  vacib  sayılır.  qtisadiyyatın  mövcud  sturukturu  bir  sıra 

neqativ  problemlərlə  xarakterizə  olunur.  Onlara  misal  kimi,  emal 

sahələrinin istehsalının aşağı düşməsini və istifadə olunan texnologi-

yanın  keyfiyyətinin  aşağı  olmasını  göstərmək  olar.  Ona  görə  də 

müasir  keçid  mərhələsində  dövlət  iqtisadiyyatın  sturukturunda 

dəyişikliklər  etməklə istehsalın sabitləşdirilməsi və onun  artırılması 

üçün bir sıra tədbirlər görür. Bu tədbirlər kimi ölkə iqtisadiyyatının 

maliyyə təminatı və sabitliyinin xalq təsərrüfatının müxtəlif sahələri 

arasında  dispraporsiyaların  aradan  qaldırılması  və  daxili  istehsalın 

inkişafı  üçün  lazımı  iqtisadi  mühitin  yaradılması,  investisiya  qoyu-

luşlarının  edilməsini  göstərmək  olar.  qtisadiyyatın  strukturunun 

növlərinə  aid  edilir:  siyasi-iqtisadi    struktur;  təşkilatı-funksional  



struktur;  Təkrar    istehsal  strukturu;  texnoloji  struktur;  resurs 

strukturu. 

Dövlət  struktur  siyasətinin  əsas    məqsədləri    kimi  qtisadiy-

yatın  geniş  ictimai  təkrar  istehsalın  kompleks  resurs  bazasının 

hazırlanması,  inkişafın  innovasiya  tipinə  keçilməsi  üçün    bütün 

resurs  zəminin  yaradılması,  bütün  mülkiyyət    formalarının  propor-

sional    surətdə  inkişaf  etdirilməsi,  rəqabət  mühitinin  formalaşdırıl-

ması,  regionların  sosial-iqtisadi  inkişaf  səviyyələrinin    bərabər-

ləşdirilməsi və s. ola bilər. 

Dövlət struktur siyasətinin bu məqsədlərini reallaşdırmaq üçün  

innovasiya  sahələrinin  inkişafı  hesabına  enerji  və  resursa  qənaətin 

 

90

təmin  edilməsi,  əhalinin  məşğulluğu,  işsizliyin  azaldılması,  ixracın 



artırılması,  idxalı  əvəzetmənin,    sosial-iqtisadi  komplekslərinin 

inkişaf etdirilməsi probleminin həll edilməsi kimi vəzifələrini həyata 

keçirir . 

Dövlət struktur siyasətinin əsas  istiqamətləri kimi iqtisadiyya-

tın sahə strukturunun optimallaşdırılması və ilkin istehsal pilləsinin 

yenidən strukturlaşdırılması, yığımın və istehlakın, istehsal və isteh-

lakının, ictimai və  şəxsi istehlakın  dinamık  optimumuna nailolma, 

istehsalda  və  bazar    bölgüsündə  iri  və  kiçik    formaların  nisbətinin 

optimallaşdırılması, təhsil, elm və texnika sahələrinin üstün  inkişafı, 

investisiya  fəaliyyətinin    gücləndirilməsi    və  investisiya  axınlarının  

strukturlaşdırılması,  investisiya  axınlarının  dövlət  prioritetləri  ilə 

ə

laqədar olan  fəaliyyət sahələrinə  və  növlərinə real axınının  təmin 



edilməsi  ,  işçi  qüvvəsinin  mobilliyinin  inkişaf  etdirilməsi,prioritet  

sahənin məhsuluna  tələbatın  stimullaşdırılması çıxış edir.  

Дювлятин структур сийасяти эениш, чохсащяли вя бязян зиддий-

йятли проблемлярин бирэя щяллини тяляб етмякля, милли игтисадиййатын 

ресурс тяминаты, инкишаф сявиййяси вя бейнялхалг мигйасда рягабят 

габилиййятлилийи  иля  шяртлянир.  Щяр  бир  юлкя  фяргли  тябии,  ямяк 

ресурсларына малик олдуьундан, онун ресурс балансы, ондан исти-

фадя дяряжяси нязяря алыныр вя оптимал инкишаф йолу сечиляркян мцт-

ляг,  нисби  вя  амилляр  цзря  цстцнлцкляри  нязяря  алынараг  структур 

сийасятин приоритетляри мцяййян едилир. 

Ümumiyyətlə  dövlət  tərəfindən  həyata  keçirilən  struktur 

siyasət aşağıdakı 3 formada olur: 

      1)  Konservativ  struktur  siyasət.  Bu  siyasət  köhnə  iqtisadi 

sturukturun (quruluşun) saxlanması və inkişafına yönəldilir. 

      2)  Adaptasion  struktur  siyasəti.  Bir  iqtisadi  sistemdən  digər 

iqtisadi sistemə keçidlə əlaqədar olaraq köhnə sahələrin yeni qurulu-

ş

a  uyğunlaşdırılması  və  yeni  münasibətlər  üzərindən  inkişaf 



etdirilməsidir. 

      3)  nnovasion  siyasət.  qtisadiyyatda  tam  yeni  ETT-nin  nailiy-

yətləri  nəticəsində  yaranan  sahələrin  inkişaf  etdirilməsi  və  köhnə 

sahələrin tam yeni sahələrlə əvəz edilməsidir. 




 

91

      Çox  zaman  dövlətin  struktur  siyasəti  selektiv  (seçmə)  xarakter 



daşıyır.  Bu  istehsalın  məqsədyönlü  quruluşunun  dəyişdirilməsi, 

məhsulun  namenklaturasının  və  istehsalın  texniki  səviyyəsinin 

iqtisadi artımının yüksəlməsi hesabına nail olunur. Selektiv sturuktur 

siyasətinin əsas istiqamətlərinə aşağıdakılar aiddir: 

      1)  Neft  emalı,  neft-kimya  və  yanacaq-enerji  kompleksinin 

inkişafı. 

      2)  Əhalinin  yerli  ərzaq  məhsulları  ilə  təmin  etmək  və  ən  zəif 

ə

hali təbəqəsinin sosial müdafiəsinə nail olmaq. 



      3) Hərbi sənayenin maliyyə təminatını həyata keçirmək. 

      4)  Elm,  təhsil  və  ölkənin  elmi-texniki  potensialının  saxlanması 

və ona himayədarlıq. 

      5) Elmtutumlu məhsulların ixrtacını inkişaf etdirmək. 

      Proqressiv sturuktur siyasəti innovasiya fəaliyyəti ilə sıx əlaqəli 

olub onun inkişafından asılıdır. 

          Bazar  iqtisadiyyatı  şəraitində  struktur  dəyişikliklərini  həyata 

keçirmək  üçün  dövlət  iqtisadiyyatın  müxtəlif  sahələrinin  inkişafını 

stimullaşdırmağa  çalışır.  Bu  zaman  dövlətin  həyata  keçirdiyi 

tənzimləmə metodlarına aiddir: 

     1) Birbaşa metodlara aiddir: dövlət büdcəsindən ayırmalar edil-

məsi,  investisiya  qoyuluşlarının  artırılması,  məqsədli  proqramların 

tətbiqi,  bu  sahələrin  inkişafının  proqnozlarının  hazırlanması,  dövlət 

sifarişləri  və  sahə  indekativ  planlarının  tətbiqi,  dövlət  bölməsində 

imperativ planlarda inkişaf etmənin gözlənilməsi və s. 

      2) Dolayı metodlara aiddir: Vergi, gömrük tariflərində güzəştlər. 

Uzunmüddətli,  zəmanətli  və  güzəştli  kreditlərin  verilməsi,  amor-

tizasiya ayırmaları fazlərinin artirilması və s. 

Dövlət  struktur  siyasətinin  həyata    keçirilməsi  formaları  və 

metodları  şərti  olaraq    dörd    bloka  bölünür:  I-    makroiqtisadi  blok 

ə

sas makroiqtisadi proporsiyalara və struktur əlaqələrə təsir göstərən 



metodları  –  proqnozlaşdırma,  proqramlaşdırma,  normativ-hüquq, 

proteksionizm  tədbirləri,  fərqli  vergitutma,  prioritetlər  sisteminin 

hazırlanması  və  həyata  keçirilməsi,  dövlət  investisiyaları,  birbaşa 

subsidiyalar,  fərqli  gömrük  tarifləri,  idxalın  məhdudlaşdırılması, 

dövlət  təminatları  və  investisiya  sığortası,  dövlət    subvensiyaları, 

 

92



məqsədli  kreditlər  və  s.  əks  etdirir;  II-  regional    blok  regionların 

sosial-iqtisadi  inkişaf  səviyyəsini  bərabərləşdirməyə  imkan    verən 

metodları  –  ölkədə  regionların  inkişafının  hüquqi  bazasının  təşək-

külü,  vergilər,  dövlət  investisiyaları,  regional  elmi-texniki  priori-

tetlərin  maliyyələşdirilməsi,  regional  məşğulluğun  səviyyəsinin  qo-

runub  saxlanması, işçi qüvvəsinin və kapitalın hərəkətliliyinin  yük-

səldilməsi,  mülkiyyətin  strukturlaşdırılması,  sərbəst  iqtisadi  zo-

naların  yaradılması  və s. əks etdirir; III blok iqtisadi  sabitliyin, əsas  

bazar    subyektlərinin,  yəni  müəssisələrin,  korporasiyaların,  elmi 

idarələrin,  digər  ilkin  təsərrüfat  sistemlərinin  bütün  proseslərində 

xüsusi  fəallığın yüksəldilməsi ilə əlaqədar metodları  əks etdirir ki,  

bu metodlar sırasına indikativ planlaşdırma, vergitutma, birbaşa sub-

sidiyalar,  dövlət  subvensiyaları,  müflisləşmənin  aradan  qaldırılması 

üzrə tədbirlər, antiinhisar  fəaliyyəti tədbirləri, dövlət investisiyaları, 

təminatları və qorunması, məqsədli beynəlxalq kreditlər, beynəlxalq 

təsərrüfat kooperasiyasının inkişaf etdirilməsi, müxtəlif normativlər, 

sürətli    amortizasiya,  müvəqqəti  proteksionizm,  güzəştli    kreditləş-

dirmə, beynəlxalq lizinq, qiymətlərin tənzimlənməsi, nəzarət  funksi-

yalarının  həyata   keçirilməsi,  qiymətli  kağızlarla və hər şeydən  əv-

vəl,  səhmlərlə iş, dövlət sifarişi, kiçik sahibkarlığa  yardım üzrə hər  

cür tədbirlər, rəqabət qabiliyyəti olan maliyyə sektorunun formalaş-

dırılması  və  inkişaf  etdirilməsi  tədbirləri  daxildir;  IV  institusional 

blok struktur dəyişiklikləri üçün əlverişli şəraitin yaradılması, o cüm-

lədən  əlverişli  investisiya  iqlimi    formalaşdırılması  üçün  normativ-

hüquqi  metodları,  investisiya  axınlarının  tənzimlənməsi  və  inves-

tisiya  resurslarının  formalaşdırılması  metodları,  bazar    özünütəşkil 

vasitələrinin (rəqabət, qiymətlər, tələbat) təsirini  gücləndirmək üçün 

çərçivə şərtlərin məcmusu, antiinhisar  tədbirlərin,  təsərrüfat və ma-

liyyə  təsərrüfatı üzərində cəmiyyətin  sosial  nəzarət metodları, əmə-

yin  ayrı-ayrı növlərinin (elmi, muzdlu, sahibkarlıq, idarəetmə və s.) 

fərqli qaydada  stimullaşdırılması metodları, məşğulluq səviyyəsinin 

saxlanması  tədbirləri,  regionlarda,  sahələrdə  rəqabət  şəraitinin 

yaxınlaşması  metodları,  dövlət  təminatları,  informasiya  təminatı, 

idarəetmə kadrlarının hazırlanması, innovasiyanın inkişaf etdirilməsi 

metodları və s. özündə cəmləşdirir. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə