M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 

73

nflyasiya üzərində tam və qəti (son) qələbə obrazlı ifadə etsək 



o illüziyalı məqsəd sayılır. Çünki onu doğuran obyektiv amillərin bir 

çoxu təkrar istehsal prosesinin özünün daxili mexanizmi ilə bağlıdır 

və  vaxtaşırı  olaraq  inflyasiyanın  baş  verməsinin  potensial  imkanı 

həmişə mövcud olur.  nflyasiyaya yol verməmək üçün hökumət  ev 

təsərrüfatını həddindən artıq vergilərlə yükləməməli, gəlirlərin yeni-

dən  bölgüsü  sferasına həddən artıq müdaxilə  etməməlidir. Bununla 

yanaşı zəruri hallarda  ölkədə  gərgin sosial-iqtisadi və siyasi situa-

siya zamanı müəyyən  anda  dövlət iqtisadi siyasəti bütövlükdə infl-

yasiya  nəticələri  doğura  biləcək  tədbirlərin  reallaşmasına,  intensiv 

yenidənbölgü proseslərinin həyata keçirilməsinə yönəldə bilər. 

Təcrübə  onu  da

 

göstərir  ki,  inzibati  yolla  inflyasiyanın  tam 



dayandırılması,  əslində  uzun  bir  müddətdə  bu  mümkün  deyildir, 

həmçinin  neqativ  nəticələrə  malikdir.  Bu,  iqtisadiyyatın  antitsiklik 

tənzimlənməsindən,  faiz  stavkalarına,  səhmlərin  kursuna,  investi-

siyalara, istehsalın həcminə stimullaşdırıcı təsir göstərmək üçün döv-

lətin fəal müdaxiləsi siyasətinin alətlərindən istifadədən imtina kimi 

qiymətləndirilə bilər. Lakin harada ki, qısamüddətli stabilləşdirmə si-

yasəti tətbiq olunduqda belə, yenə də labüd surətdə onun inflyasiya 

effekti  (aşağı  və  yuxarı  konyuktura  şəraitində)  göstərilir.  nflyasiya 

ölkələrarası  kapital  yerləşdirilməsi  ilə  əlaqədar  da  qaçılmazdır.  Bu 

çoxmilyardlı  “isti” pullar  daima  özünün daha  gəlirli tətbiqi  sferala-

rını axtarır. Bundan başqa, Mərkəzi Bankın  gələcəyə pul kütləsi artı-

mının mümkün sərhədlərinin müəyyən edilməsi zamanı onun target-

ləşdirilməsi siyasəti çərçivəsində nöqsanlı fəaliyyətinin  mümkünlü-

yünü  tamamilə  istisna  etmək  olmaz.  Qiymətlərin  ümumi  səviy-

yəsinin  artımı  mexanizmlərinin  aradan  qaldırılması  üçün  insanlar 

sağlam  bazar  psixologiyasına  malik  olmalıdır,  qiymətlərin  ümumi 

səviyyəsinin  artmasını görərək insanlar bununla bağlı Piqu effekti-

nin  fəaliyyətini  yaradan,  qiymətlərin  sonrakı  azalmasına  əmin 

olmalıdır. 

        nflyasiya  ilə  mübarizə  -  müəyyən  müddət  üçün  nəzərdə  tutul-

muş  siyasi proqram deyil, müddətsiz proqramdır, dövlətin gündəlik 

öhdəliyi, onun daimi funksiyasıdır.  Hökumətin və Mərkəzi Bankın 

ə

sil    məqsədi  yalnız  inflyasiyanı  mülayim,  balanslaşdırılmış,  proq-



 

74

nozlu, yəni həm də onu nəzarətdə olan bir prosesə çevirməkdən iba-



rət ola bilər.  Antiinflyasiya siyasətinin formalaşması zamanı dövlət 

təkcə onun məqsədli istiqamətini deyil, həm də müddətli intervalını 

da müəyyən etməlidir. Ancaq müəyyən interval müddətində verilmiş 

məqsədə çatmaq olar.  Bu dövrün davamlı olması,  etməsi  istiqamə-

tinin müəyyən edilməsi, dəyərləndirilməsi qiymətlərin ümumi səviy-

yəsinin artımı tempindən çox asılı olar. 

Dövlətin antiinflyasiya siyasətinin strkturuna onun strategiyası 

(özünə  müəyyən  laqdan  sonra  effekt  verən  radikal  tədbirləri  daxil 

edən)  və  taktikası  (qiymət  dinamikasını  surətlə  stabilləşdirmək  qa-

biliyyətli “birdəfəlik aktın” ssenarisi üzrə həyata keçirilən) daxildir. 

            Antiinflyasiya  strategiyasının  komponentləri  aşağıdakılar 

sayılır: 

1)  inflyasiya gözləmələrinin ləğv edilməsi; 

2)  pul  aqreqatlarının  və  ya  valyuta  kursunun,  yaxud  inflya-

siyanın targetləşdirilməsi siyasətinin həyata  keçirilməsi; 

3)  bütövlükdə  büdcə  defisitinin  ləğv  edilməsi  və  ya  mər-

hələlərlə ixtisarı; 

4)  iqtisadiyyatın strukturla yenidən qurulması; 

5)  iqtisadiyyatın inhisarsızlaşdırılması. 

        nflyasiya  gözləmələrinin  ləğv  edilməsi  siyasəti  iqtisadi  agent-

lərin tarixən formalaşan davranışının radikal syrətdə aradan qaldırıl-

masına  yönəldilir  və  nağd  pulun  alıcılıq  qabiliyyətinin  itkisinə  yol 

verməmək məqsədilə daha tez bazarlıq etmək tədbirlərini əhatə edir. 

Ə

halinin inflyasiya psixologiyasında həlledici dəyişikliyə nail olun-



ması  inflyasiyanın    özünün  qabaqcadan  qarşısının  alınmasını  tələb 

etmir.  Bu  məsələnin  həlli  ilkin  şərti  hesab  olunmur.  Bununla  belə 

ə

halinin əksəriyyətinin etibarını qazanan hökumətin formalaşması və 



bazar mexanizmlərinin möhkəmləndirilməsi, hər şeydən əvvəl, möv-

cud  inflyasiya  gözləmələrinin  ləğv  edilməsinin  birbaşa  nəticəsinə 

çevrilir. 

  nflyasiya  gözləmələrinin  aradan  qaldırılmasında  qiymətlərin 

tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Əgər qiymətlərin müəy-

yənləşdirilməsi  hakimiyyət  orqanlarının  sərəncamındadırsa,  əmtəə 

defisiti və defisit (inflyasiya) gözləməsi qaçılmaz olcaq. Qiymətlərin 



 

75

liberallaşdırılması  əmtəə  bazarlarının  total  inhisarı  şəraitində  də 



mümkündür,  lakin  bu,  inflyasiyanın  (iqtisadi  agentlərin  müvafiq 

gözləmələri  ilə)  kəskin  surətləndirilməsini  labüd  surətdə  tələb  edə-

cəkdir.  Ona  görə  də  bazar  mexanizmlərinin  möhkəmləndirilməsi 

rəqabət  mühitinin  formalaşmasını  və  bu,  yaxud  digər  şirkətlərin  

inhisarçı davranışı faktlarının tamamilə aradan qaldırılmasını  zəru-

rətə çevirir. 

Dövlət tərəfindən dəqiq irəli sürülən inflyasiya tempi və onun 

təminatını zəiflətmək  cəhdləri zamanı qiymət dinamikasının stabil-

ləşməsi məqsədi bütün digərləri üzərində  üstün olur, ev təsərrüfatı 

və şirkətləri öz iqtisadi davranışını qəfil dəyişir.  Onlar əmanətlərin 

artırılması  haqqında  ciddi  fikirləşməyə  başlayaraq  öz  istehlak 

potensialını tədricən müəyyənləşdirir. 

       Hər bir hökumətin əsas vəzifəsi -  onun tərəfindən keçirilən an-

tiinflyasiya  kursu  və  inflyasiya  gözləməsinin  stabilliyinin  dəyişil-

məzliyinə əhalini inandırmaqdır. Əgər bu həll edilərsə və etibar bər-

pa  olunarsa,  onda  hakimiyyət  ictimai  fikirləri  idarə  edərək  vacib 

antiinflyasiya  məqsədlərinə hətta bunun üçün zəruri resursların ki-

fayət qələr olmadığı şəraitdə nail olmağın real imkanlarını əldə edir.  



Pul  aqreqatlarının,  valyuta  kursunun  və  inflyasiyanın 

targetləşdirilməsi  siyasətinin    keçirilməsi.  Pul  aqreqatlarının 

targetləşdirilməsi  siyasətini  keçirərkən  Mərkəzi  Bank  gələcək  üçün 

Fridmen  bərabərliyinə (tənliyi) uyğun olaraq  pul kütləsi artımının 

məqsədli    istiqamətini  verir.  Təcrübə  göstərir  ki,  bu  cür  yanaşma  

pula olan tələbin  dəyişməsi zamanı effektiv hesab olunmur. Valyuta 

kursunun targetləşdirilməsi siyasəti valyuta tənzimlənməsini nəzərdə 

tutur. Bu, inflyasiyanın aşağı templəri ilə ölkənin milli valyutasının 

xarici  valyuta  ilə  bağlılığı  ilə  nəticələnir.  Eyni  zamanda,  valyuta 

tənzimlənməsi  inflyasiya  spiralının  “qiymət  -  valyuta  kursu  –  qiy-

mət”-in  sərt  fəaliyyətinə  yol  verməməyə  yönəldilir  ki,  bu  da  mü-

badilə  kursunun  stabilləşməsinə  nisbi  nail  olunmasına  imkan  verir. 

O, ilk növbədə, “valyuta dəhlizini” (valyuta kursunun dəyişməsinin 

yuxarı    və  aşağı  hədlərini  əks  etdirir)  müəyyən  edən  alətləri  ilə, 

həmçinin  Mərkəzi  Bank  tərəfindən  valyuta  intervensiyasının  elə 

istiqamətləndirilməsini  təmin edilir ki, ona uyğun olaraq milli val-

 

76



yutanın surətlə qiymətdən düşməsi təhlükəsi yaranan zaman Mərkəzi 

Banka  onun  qızıl-valyuta  ehtiyatlarının  müəyyən  hissəsinin  satışa 

çıxarılmasını nəzərdə tutur.   nflyasiyanın qarşısının alınmasının belə 

tənzimlənmə  metodunun  tətbiqi  ılkənin  ümumi  xərcləri,  pul  təklifi 

dinamikası  üzərində    real  nəzarəti  həyata  keçirməyə  imkan  verir. 

Belə nəzarəti faktiki olaraq o ölkənin Mərkəzi Bankı həyata keçirir 

ki, onun pul kütləsi valyutaya süni olaraq bağlıdır. Ona görə də son 

illər  EÖ-in mərkəzi bankları inflyasiya targetləşdirilməsi  siyasətinə 

daha çox tətbiq edir. O, inflyasiyanın müşahidə olunan səviyyəsi ilə  

perspektiv üçün proqnozlaşdırılan, arzu olunan tempi ilə müqayisə-

sinə  əsaslanır.  Müvafiq  olaraq    verilmiş    məqsədli  istiqamətlərinə 

nail olmaq üçün pul-kredit  siyasətinin alətləri ilə qiymət dinamika-

sının  monetar  və  qeyri-monetar  faktorlarının  təsiri  əsas  götürülür. 

Ötən əsrin 90-cı illərindən başlayaraq bir neçə   EÖ-də aparılan  infl-

yasiya targetləşdirilməsi  siyasətinin  ən vacib şərtlərindən  biri kimi 

dövlətin  fiskal – hakim  mövqe tutmaqdan bu prosesə dövlətin mü-

daxilədən  imtina  etməsi  olmuşdur.  Fiskal-hakim  mövqe  tutmaq 

dedikdə,  ilk  növbədə,  Mərkəzi  Bank  tərəfindən  hökumətin  büdcə 

defisitinin örtülməsinə təqdim etdiyi birbaşa kreditlərin sayı ızərində 

sərt məhdudiyyət qoyulmasını nəzərdə tutur. 



Büdcə  defisitinin  onun  bütövlükdə  ləğv  edilməsi  perspektivi 

və  mərhələlərlə  ixtisarı.  Dövlət  büdcəsinin  gəlir,  həm  də  xərc 

hissələrinin  manipulyasiya  edilməsi  vasitəsilə  əldə  oluna  bilər. 

Bununla bərabər  büdcəyə vergi daxilolmalarının artımı ilə inflyasi-

yanın qarşısını almaq baxımından vergi stavkalarının yüksəldilməsi 

arasında əlaqənin olması heç də vacib deyildir. Bu zaman  fiskal or-

qanlar tərəfindən dövriyyədən artıq pulun müəyyən hissəsinin kənar 

edilməsi ev təsərrüfatını və şirkətlərin əlində olan gəlirlərin azalma-

sına   gətirib çıxarır, deməli onların istehlak və investisiya tələbinin 

azalmasına səbəb olur. Lakin vergilərin artımının digər tərəfi də var. 

Birincisi, o, əmək və investisiya aktivliyinin zəifləməsinə, kapitalın 

xaricə ötürülməsinə, Laffer effektinə uyğun olaraq büdcəyə daxilol-

maların  mütləq  ixtisarına  gətirib  çıxaran  kölgə  iqtisadiyyatının 

çiçəklənməsinə səbəb ola bilər.  kincisi, dövlət öz ehtiyaclarının (ilk 

növbədə,  hərbi  və  sosial  xərclərin)  maliyyələşdirilməsini  vergilər 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə