M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   21   22   23   24   25   26   27   28   29

 

105


Mövzu 14. Sosial inkişafın, əmək bazarı  

və məşğulluğun dövlət tənzimlənməsi 

 

Plan: 

 

1.  Bazar iqtisadiyyatında sosial siyasətin mahiyyəti və 

vəzifələri 

2.  Məşğulluğun təmin edilməsinin tənzimlənməsi metodları. 



 

          1. Məlumdur ki, bazar sistemi sosial problemləri effektiv həll 

etmək  iqtidarında  olmur.  Doğrudur,  ayrı-ayrı  bazar  modellərində 

sosial  problemlərin  həllində  dövlətin  iştirakı  dərəcəsi  və  mexa-

nizmləri fərqli olsa da, bu bir reallıqdır ki, bütün ölkələrdə dövlətin 

mühüm  funksiyalarından  biri  səmərəli  sosial  siyasətin  reallaşdırıl-

ması  ilə  bağlıdır. Sosial siyasət dövlətin ümumi iqtisadi siyasətinin 

tərkib hissəsi olmaqla aşağıdakı problemlərin mümkün qədər həllinə 

yönəldilir: 

     1)  Əhalinin  sosial  cəhətdən  zəif  təbəqəsini  müəyyənləşdirmək 

ə

sasında onlara müvafiq imtiyazların tətbiqinə; 



     2) Sosial standartların (minimum əməkhaqqı, yaşayış minimumu, 

təqaüdün minimum səviyyəsi və s.) tətbiq edir; 

     3)  şsizliyin aradan qaldırılması, məşğulluğun təmininə; 

     4) Əhalinin pullu (ödənişli) və ödənişsiz sosial xidmətlərilə təmin 

edilməsinə; 

     5) Sosial infrasturuktur sahələrinin dövlət və bazar mexanizmləri 

ə

sasında maliyyələşdirilməsi və inkişaf etdirilməsi və s. 



          Dövlətin  sosial  siyasətində  əsas  məqsəd  ümumi  həyat  səviy-

yəsini yüksəltməklə yanaşı müxtəlif əhali qrupları arasında mövcud 

olan fərqi azaltmaqdan ibarətdir. Mövcud iqtisadi  ədəbiyyatında və 

təcrübədə sosial imkanlarına görə əhali 4 qrupa bölünür: 

     1) yoxsul; 2) kasıb; 3) orta;  4) tam təmin edilmiş. 

          Ölkənin  milli  təhlükəsizliyinin  təmin  edilməsində  əsas 

göstəricilərdən  biri  yoxsulluğun  səviyyəsinin  beynəlxalq  təcrübədə 

onun  müəyyənləşmiş  həddən  yuxarı  olmamasına  nail  olmaqdan 

ibarətdir. Yuxarıda qeyd olunan hər göstərilən qruplar üzrə dövlətin 

xüsusi  sosial  tədbirləri  hazırlanır  və  həyata  keçirilir.  Sosial  prob-

lemlər mümkün qədər ədalətli həll etmək üçün dövlət, ilk növbədə, 

aşağıdakı vəzifələri müəyyənləşdirir (həyata keçirir): 

     1) Hər sosial qrupa aid olan əhalinin sayını; 

 

106



     2) Əhalinin demoqrafiya və miqrasiyasına nəzarəti həyata keçirir; 

     3) Sosial infrastruktur sahələrini inkişaf etdirir; 

     4) Sosial xidmət sahələrində ödənişsiz limitləri təyin edir; 

     5)  Minimal  sosial  standartların  səviyyələrinə,  sosial  normalara 

mütəmadi olaraq yenidən baxır; 

     6)  şsizlik,  uşaq  ölümü, mənzil çatışmazlığı, səhiyyə  və təhsildə 

olan  problemləri  həll  etmək  üçün  dövlət  proqramlarını  işləyib 

hazırlayaraq reallaşdırır; 

     7)  Sosial  ödəmələrin,  müavinətlərin,  kompensasiyaların  məb-

ləğlərinə nəzarət etməklə onların ünvanlı olmasına çalışır; 

     8) Sosial siyasəti reallaşdırmaq və ona nəzarəti təşkil etmək üçün 

dövlət orqanlarını yaradır və s; 

Dünya təcrübəsində 5 sosial siyasət modeli mövcuddur: 

     1) Poternalist siyasət modeli: 

     Bu model keçmiş SSR -də tətbiq edilən model olmaqla aşağıdakı 

müsbət  xüsusiyyətlərə  malik  olmuşdur:  Dövlət  vətəndaşların  hərtə-

rəfli sosial iqtisadi vəziyyətinə görə məsuliyyəti öz üzərinə götürür, 

ə

hali  üçün  zəruri  olan  əmtəə  və  xidmətlərin  istehsal  və  bölgüsünü 



özü həyata keçirir, sosial sabitliyə nail olmağa çalışır. 

Mənfi  xüsusiyyətlərinə  aid  edilir:  qtisadi  səmərəliliyin  aşağı 

olması  nəticəsində  bütün  vətəndaşların  yüksək  sosial  rifahına  nail 

olmaq  mümkün  olmur  və  əsas  əhali  kütləsi  üçün  sosial  sərvətlərin 

limiti  müəyyənləşdirilir.  Bu  sosial  siyasəti  həm  inzibati,  həm  də 

iqtisadi metodlarla reallaşdırılır. 

     2) Sosial siyasətin  sveç modeli: 

     Modelin  müsbət  cəhətlərinə  dövlətin  sosial  sfera  sahələrinin 

yüksək səviyyədə tənzimlənməsi, sosial problemlərin həllində dövlət 

məsuliyyətinin  yüksək  olması,  ümumən,  əhalinin  güclü  sosial 

müdafiəyə ilə əhatə olması aid edilə bilər.  

Mənfi  cəhətlərinə  isə  sosial  sfera  sahəsində  mərkəzləşmənin 

yüksək olması nəticəsində iştirakçılar üçün seçim azadlığında müəy-

yən məhdudiyyətlərin olması, yüksək vergiqoymanı göstərmək olar. 

     3) Sosial rifahın dövlət modeli: 

Tipik  bazar  iqtisadiyyatı  modeli  olmaqla  dövlətin  vətəndaş-

larının sosial sabitlik şəraitində yaşamasını öz üzərinə götürməsi və 

çoxlu  sayda  sosial  xidmətlərin  mövcudluğu  modelin  müsbət  cəhət-

ləridir.  

Mənfi  cəhət  kimi  xərclərin  yüksək  olması,  minimal  stan-

dartların ölkə üzrə orta göstəricilərə yaxınlaşdırılması çıxış edir. 



 

107


     4) Sosial istiqamətlənmiş bazar təsərrüfatı modeli; 

Bazar  rəqabəti  prinsiplərinə  və  şəxsiyyətin  formalaşdırılaraq 

inkişafına  istiqamətlənən  bu  model  vətəndaşların  dövlət  tərəfindən 

yüksək səviyyədə sosial  müdafiəsini əks etdirir.  Dövlət sosial siya-

sətini  hüquqi  təminat,  vergi  siyasətini  sərvətlərin  yenidən  bölgüsü 

vasitəsilə  reallaşdırır.  Dövlət  tərəfindən  çoxlu  sayda  amortiza-

siyalardan  istifadə  olunur  ki,  bu  da  əhalinin  kasıblıq  səviyyəsindən 

aşağı düşməsinə imkan vermir. 

Mənfi  cəhət  kimi  dövlətin  öz  üzərinə  həddən  artıq  yükün 

götürməsi çıxış edir ki, bu da dövlətin vətəndaşlarının özləri həll edə 

biləcəyi problemi öz üzərinə götürməsində öz əksini tapır. 

     5) Bazar sosial modeli: 

Onun  əsas  prinsipi  sosial  sferanın  tənzimlənməsində  birbaşa 

metodlara  nisbətən  iqtisadi metodlara üstünlük verilməsi olmasıdır. 

Ə

sasən  sosial  sfera  sahələrinin  dövlətsizləşdirilməsi,  dövlətin 



dotasiya  və  subsidialarının  minimuma  çatdırılması  onun  xarakterik 

cəhətlərindəndir. 

Sosial siyasəti  reallaşdırmaq üçün dövlət tərəfindən aşağıdakı 

metodlar tətbiq olunur: 

     1)Hüquqi tənzimləmə tədbirləri: 

     Bura  dövlət  tərəfindən  qəbul  edilən  hüquqi  normativ  aktlar  aid 

edilir. 

     2)Maliyyə-kredit tənzimlənməsi: 

Ə

sas tədbir kimi dövlət büdcəsində sosialyönümlü maddələrin 



tətbiq edilməsi və büdcədənkənar sosial fondların yaradılması çıxış 

edir. 


     3)Özəlləşdirmə: 

Sosial  infrastruktur  sahələrinin  dövlət  himayədarlığından 

çıxarılaraq özəl bölməyə verilməsi. 

     4)Məqsədli proqramların qəbul edilərək reallaşdırılması. 

     5)Sosial  standartların,  norma  və  normativlərin  işlənib  hazır-

lanması və qəbul edilməsi: 

Sosial  standart  kimi  minimal  istehlak  büdcəsi,  yaşayış  mini-

mumu,  istehlak  səbəti,  minimum  əməkhaqqı,  minimum  təqaüd 

götürülür. 

Dövlət tərəfindən sosial siaysəti reallaşdırmaq üçün aşağıdakı 

istiqamətdə işlər götürülür: 

     1) Əhalinin həyat səviyyəsinin yüksəldilməsi. 

     2) Sosial müdafiənin səmərəli sistemini formalaşdırmaq. 

 

108



     3) Əhalinin məşğulluğu və əmək münasibətləri istiqamətində işlər 

görmək. 


     4) Miqrasiya proseslərinin tənzimlənməsi. 

     5) Pensiya sisteminin təkmilləşdirilməsi. 

     6)Sosial sığorta və səhiyyə sahəsində tədbirlərin hazırlanması. 

II.  Məşğulluq  dedikdə  qanunvericiliklə  zidd  olmayan  və  bir 

qayda olaraq, vətəndaşlara gəlir gətirən hər hansı bir fəaliyyət başa 

düşülür. Məşğulluğun aşağıdakı formaları mövcuddur: 

     a)Tam məşğulluq; 

     b)Natamam məşğulluq. 

          Tam  məşğulluq  əslində  mümkün  olmayan  bir  forma  olub 

bütün işləmək istəyənlərin işlə təmin olunmasını nəzərdə tutur. 

          Natamam  məşğulluq  günün  müəyyən  hissəsinin  işə  sərf 

edilməsi nəticəsində boş vaxtın qalması nəticəsində formalaşır. 

           şsizlik iş qabiliyyətində olan əhalinin öz istəyi ilə və bacarığı 

nəticəsində işlə təmin edilmədikdə yaranır.  şsizliyin aşağıdakı növ-

ləri var: 

     1) Struktur işsizlik. 

     2) Friksion işsizlik. 

     3) Natamam işsizlik. 

     4) Mövsümi işsizlik. 

     5) Regional işsizlik. 

     6) Tsiklik işsizliyi və s. 

Bazar  iqtisadiyyatında  məşğulluğun  tənzimlənməsi  sahəsində 

dövlət aşağıdakı prinsipləri əsas götürür: 

     1)  şçilərin şəxsi və iqtisadi azadlığı. 

     2)  şə götürənin işçi qüvvəsinin kəmiyyət və keyfiyyətində, onun 

həlli məsələlərində tam müstəqilliyə malik olması. 

     3) Əməkhaqqının minimum məbləğdən aşağı təyin edilməməsi. 

          Dövlət  məşğulluğu  tənzimləmək  üçün  aşağıdakları  həyata 

keçirir: 

     1)  ş yerləri sisteminin inkişafının tənzimlənməsi. 

     2)  ş yerlərinə olan tələbatın tənzimlənməsi. 

     3)  xtisas  üzrə  kadrların  hazırlanmasında  və  təhsil  sisteminin 

inkişafında dövlətin iştirakı. 

Bazar  iqtisadiyyatında  dövlət  3  formada  məşğulluq  siyasətini 

həyata keçirir: 

     1)  Fəal məşğulluq siyasəti. 

     2) Nisbi məşğulluq siyasəti. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə