M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   21   22   23   24   25   26   27   28   29

 

109


     3) Passiv məşğulluq siyasəti. 

          Fəal məşğulluq siyasətində dövlət vergi, kredit güzəştlərindən, 

sürətləndirilmiş amortizasiya siyasəti və büdcə siyasətindən istifadə 

edərək  yeni  iş  yerlərinin  açılmasını  stimulluşdırır,  əmək  bazarında 

tələb və təklifi tənzimləməyə çalışır. 

          Passiv məşğulluq siyasətində dövlət əsasən vakant iş yerlərinin 

doldurulmasını  və  işsizliyə  görə  müavinətlərin  verilməsi  ilə  öz 

fəaliyyətini həyata keçirir. 

          Nisbi  passiv  məşğulluq  siyasətində  dövlət  yuxarıda  qeyd 

olunan hər iki siyasətin elementlərindən istifadə edir. Ümumiyyətlə, 

dövlətin  əsas  vəzifəsi  rassional  məşğulluğu  təmin  etməkdən  ibarət-

dir.  Rassional  məşğulluq  işçilərin  əmək  məhsuldarlığını  artırmaqla 

ə

mək  fəaliyyətlərinin  maksimum  səviyyəyə  çatdırılmasından 



ibarətdir.  Bazar  iqtisadiyyatında  dövlət  məşğulluğu  təmin  etmək 

üçün  inzibati  hüquqi  və  iqtisadi  metodlardan  istifadə  edir.  nzibati 

hüquqi metodlara aiddir: 

     1)  Məşğulluq  haqqında  qanunvericiliyin  qəbul  edilməsi  (“Azər-

baycan  Respublikasının  Məşğulluq  haqqında  qanunu”  və  “Əmək 

miqrasiyası haqqında qanunu” və s.). 

     2)  ş günlərinin, gün ərzində iş saatlarının, məzuniyyət müddətlə-

rinin, minimum əməkhaqqının, iş saatı gün ərzində minimum əmək-

haqqının, həftədə iş günün qanunla təsdiq edilməsi. 

     3) Fərdi və kollektiv əmək müqavilələrinin formasının təsdiqi. 

     4)  Müəssisələr  üçün  kvotaların  müəyyən  edilməsi  (yəni  hər  bir 

müəssisə  üçün  yeni  açılacaq  iş  yerlərinin  sayının  müəyyənləş-

dirilərək təsdiqi). 

     5)  şsizliyə görə müavinətlərin məbləğinin qanuni təcdiqi. 

     6)  şə  götürən  və  işçinin  hüquqlarının  müəyyən  edilməsi  (əmək 

məcəlləsi). 

           qtisadi (dolayı) metodlara aiddir: 

     1)  nformasiya bazasının təşkil edilməsi. 

     2) Əmək yarmarkalarının, əmək birjasının təşkil edilməsi. 

     3)  Kadrların  hazırlanması  və  yenidən  hazırlanması,  kursların 

təşkili. 

     4) Vergi güzəştlərinin tətbiqi. 

     5) Kredit faizlərində güzəştlərin tətbiqi. 

Ümumiyyətlə, dövlət əhalinin iqtisadi cəhətdən  fəal və qeyri-

fəal  əhali  qruplarına  bölür.  Eyni  zamanda,  fəal  əhali  qrupları 

 

110



arasında məşğulluğun tənzimlənməsində əmək şəraitinin vəziyyətinə 

xüsusi diqqət yetirir. 

Dövlət  tərəfindən  əmək  bazarının  fəaliyyətini  tənzimləmək 

üçün  onun  tələb  və  təklifin  nisbətinə  həm  inzibati  həm  də  iqtisadi 

yollarla təsir edir.  

 

Mövzu 15. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi  



və iqtisadi təhlükəsizliyin təmin еdilməsi mexanizmləri 

 

Plan: 



 

1. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsi metodları. 

2.  qtisadi təhlükəsizliyin təmin еdilməsi mexanizmləri. 

 

Ölkənin  iqtisadi  təhlükəsizliyi  və  müstəqilliyinin,  ümumən 

milli  iqtisadiyyatın  inkişaf  etdirilməsində  xarici  iqtisadi  fəaliyyətin 

müstəsna  rolunu  nəzərə  alaraq  dövlət  daima  bu  prosesə  fəal 

müdaxilə  edir,  onu  tənzimləyir.  Ölkənin  xarici  iqtisadi  fəaliyyəti 

müvafiq  olaraq  dövlətin  xarici  iqtisadi  siyasəti  vasitəsilə  reallaşdı-

rılır.  Bu  siyasətin  səmərəli  reallaşdırılması  dövlətin  xarici  iqtisadi 

fəaliyyət  sahəsində  görəcəyi  tədbirlər  sisteminin  müəyyənləşdiril-

məsini  və  bütünlükdə  xarici  iqtisadi  əlaqələrinin  strukturunun  təh-

lilini  tələb  edir.  Xarici  iqtisadi  əlaqələr  struktur  meyarına  görə 

aşağıdakı istiqamətlərdə reallaşdırılır: 

     1)  Xarici  ticarət  sahəsində  -  ixrac  və  idxal  əməliyyatları,  barter 

ə

məliyyatları. 



     2)  Xidmət  və  informasiya  sahəsində  -  turizm,  konsaltinq, 

injinerinq, reinjinerinq, françayzinq və s. 

     3) Maliyyə sahəsində – bank fəaliyyətlərini və qarşılıqlı əməkdaş-

lığın təşkili, valyuta mübadiləsi, kreditləşmə, maliyyə ehtiyatlarının 

idarə olunması və mübadiləsi və s. 

     4)  nvestisiya sahəsində - xarici investisiyaların ölkəyə gətirilməsi 

(idxalı), daxili investisiyaları ixracı və s. 

Xarici ticarət fəaliyyəti, eyni zamanda əmtəələrin, xidmətlərin, 

işlərin,  intellektual  yaradıcılığın  beynəlxalq  mübadiləsi  sahibkarlıq 

fəaliyyəti  formasında  da  həyata  keçirilir.  Dövlətin  həyata  keçirdiyi 

xarici  ticarət  siyasəti  ölkənin  xarici  iqtisadi  fəaliyyətdə  seçdiyi 

istiqamətdən  asılı  olaraq  reallaşdırılır.  Bu  fəaliyyəti  reallaşdırmaq 

üçün dövlət liberal və yaxud himayədar siyasəti yolunu seçə bilər. 



 

111


Xarici  iqtisadi  fəaliyyəti  tənzimləmək  üçün  dövlət  aşağıdakı 

tənzimləmə vasitələrinlən istifadə edir: 

     1)  Gömrük  –  tarif  tənzimlənməsi;  2)  Qeyri-tarif  tənzimləmə 

metodları;   3)  xraca  (export) nəzarət; 4)  xrac  edilən bəzi məhsul-

lara,  əmtəələrə  inhisarçılığın  təyin  olunması;  5)  Daxili  bazarı  qo-

rumaq üçün müdafiə tədbirlərinin həyata keçirilməsi. (antidempinq, 

kompensəedici,  xüsusi  gömrük  tariflərinin  tətbiqi);  6)  Bir  sıra 

ə

mtəələrin ölkəyə idxal edilməsinə və ixrac edilməsinə qadağalar. 



          Gömrük – tarif tənzimlənməsinə dövlətin xarici ticarət fəaliy-

yətində  gömrük  tariflərinin  tətbiq  edilməsi  idxal  və  ixracın 

istiqamətlərinin dəyişməsi tədbirlərini əhatə edir. Xarici iqtisadi fəa-

liyyətin  qeyd  olunan  tənzimləmə  prinsipləri  müəyyən    üstün 

cəhətlərə malikdir. Onlara aşağıdakılar aid edilə bilər: 

•  qtisadi  mexanizm  effektiv  olmaqla  minimal,  orta  və  maksimal 

ölçülərdə əmtəələrin idxal və ixracına təsir göstərir, yəni onların 

azalmasına artmasına şərait yaradır. 

•  dxalçı  və  ixracatçıların  maraqlarına  təsir  göstərməklə  ölkənin 

iqtisadi mataqlarına nail olmağa şərait yaradır. 

• Fəaliyyəti  stimullaşdırmaq  üçün  onların  tam  aradan  qal-

dırılmasına imkan verir. 

Gömrük  tarifləri  advalor,  xüsusi  və  kombinələşmiş  formada 

tətbiq olunur. 

Advalor  və  xüsusi  vergilər  əmtəənin  həcminə,  çəkisinə,  miq-

darına görə faiz və yaxud müəyyən məbləğ şəklində təyin olunur. 

Kombinələşmiş  gömrük  tarifləri  isə  həm  faiz,  həm  də  məb-

ləğin məcmusu kimi müəyyən olunaraq advalor və xüsusi vergilərin 

elementlərindən ibarət olur. 

Daxili  bazarın  qorunması  üçün  spesifik,  antidempinq  və 

kompensəedici gömrük rüsumları formasında həyata keçirilir. 

Spesifik  vergilər,  adətən  daxili  istehsalçılar  üçün  təhlükə 

yarada biləcək həcmdə ölkəyə məhsul gətirdikdə tətbiq olunur. 

Antidempinq gömrük rüsumları gətirilən məhsulun qiymətinin 

süni olaraq aşağı olduğunu müəyyən etdikdə tətbiq olunur. 

Kompensəedici  gömrük  rüsumları  ölkəyə  gətirilən  əmtəələrin 

gətirilməsi  və  yaxud  çıxarılması  zamanı  əlverişli  şəraitlərin  tətbiqi 

(subsidiaların  verilməsi,  subvensiaların  verilməsi  və  s.)  nəticəsində 

istifadə olunur. 

Qeyri-tarif  tənzimləmə  metodlarına  aiddir:  Bəyəmnamələrin 

tətbiqi,  kvotaların  tətbiqi  (ölkəyə  gətirilən  və  yaxud  çıxarılan 

 

112



məhsulların  həcminə  məhdudiyyətlərin  qoyulması),  lisenziyalaş-

dırma,  veterinar,  sanitar-gigiyenik,  texniki  standartların  və  s.-nin 

tətbiqi. 

Milli iqtisadiyyatın təhlükəsizliyi dedikdə, ilk növbədə, iqtisa-

diyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki, bu milli 

mənafeləri müdafiə etməyə, yeridilən siyasətin sosial yönümlüyünü, 

iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə 

olmasına  imkan  yaratsın.  Qeyd  etmək  lazımdır  ki,  iqtisadi  təh-

lükəsizlik  məsələsinə  dövlət  özünün  inkişaf  strategiyasının  meyar-

larından  biri    kimi  baxır.  qtisadi  təhlükəsizlik  milli  təhlükəsizliyin 

tərkib  hissəsidir.  qtisadi  təhlükəsizliyi  təmin  etmədən  milli  təh-

lükəsizliyi təmin etmək qeyri-mümkündür. Dövlətin iqtisadi təhlükə-

sizliyi, ilk növbədə, ölkənin siyasi-iqtisadi müstəqilliyinin qorunma-

sının istisna bilməyən şərti və əsasıdır.  

Qloballaşma  şəraitində  davamlı,  dayanıqlı  və  balanslı  sosial-

iqtisadi  inkişafa  malik  olmaq  baxımından  iqtisadi  təhlükəsizliyin  

obyekti kimi milli iqtisadiyyatın bütün səviyyələrində mövcud olan 

subyektlərini əhatə edir. Ölkədaxili və onun hüdudlarından kənarda  

həyata keçirilən işgüzar əməkdaşlığın mürəkkəbləşdiyi müasir dövr-

də  neqativ  halların  qarşısının  alınmasını  daha  da  aktuallaşır.  Ona 

görə  iqtisadi  vəziyyət,  qəbul  edilən  siyasi  və  təsərrüfat  qərarlarının 

optimallığının, o cümlədən həyata keçirilən islahatların və yenidən-

qurma işlərinin bəzi neqativ nəticələrinin qiymətləndirilməsi, böhran 

hallarının  «səbəb-nəticə»  əlaqələrinin  müəyyən  edilməsi  dövlətin 

iqtisadi siyasəti çərçivəsində iqtisadi təhlükəsizlik amillərinə yenidən 

diqqət yetirilərək, dəyərləndirilməsini tələb edir. 

            гтисади  тящлцкясизлийин  консепсийасынын  тямин  едилмяси 

заманы  гаршыйа  гойулан  мягсяд  вя  вязифяляря  наил  олмаг  цчцн 

конкрет  програмларын  ишляниб-щазырланма  базасы  нязярдян  кечи-

рилир.  Консепсийанын  сябяб-нятижя  ялагялярини  тяйин  едян  игтисади 

тящлцкясизлийин  дювлят  тянзимлянмя  механизминин  еффективлийи  

структурлашма  вя  даща  чох  уйьун  олан  диэяр  щяйат  кейфиййяти, 

игтисади суверeнитетин реаллашдырылмасы, игтисади вя пешякар фяаллыьын 

дястяклянмяси,  ганунсуз  вя  cямиййятя  зяряр  вуран  щярякятлярин 

гяти  шякилдя  арадан  галдырылмасы  кими  игтисади  тящлцкясизлик 

параметрляриндян хейли дяряжядя асылыдыр.  

Дювлятин  юлкянин  игтисади  инкишаф  просесиндя  принсипиал 

иштиракы дювлятин функсийаларынын онун потенсиалына уйьун олма-

сындан, йяни мювжуд имканларла арзуларын уйьунэялмя принсипиня 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə