M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 

57

Büdcə  sistemi  haqqında”  qanunu  ilə  təsdiqlənir.  Hər  il  dövlət 



büdcəsi  gələn  il  üçün  əvvəlcədən  proqnozlaşdırılıb  layihə  şəklində 

müzakirəyə verilir. Bununla yanaşı son illərdə ölkəmizdə büdcədən 

maliyyələşdirilən  layihələrin  strukturunda  reallaşdırılması  üzün 

müddət,  adətən  3-5  il  olduğunu  nəzərə  alaraq,  yaxın  3  ilin  büdcə-

lərinin  qarşılıqlı  əlaqəsini,  məntiqi  bağlılığını,  maliyyənin  mümkün 

qədər optimal bölüşdürülməsini təmin etmək üçün ilkin variantda 3 

illik büdcələr tərtib olunur.  Ümumən, büdcə tərtibi aşağıdakı mər-

hələlərlə formalaşdırılır və təsdiqlənir. 

Hər  ilin  əvvəlində,  yanvar-mart  aylarında  Azərbaycan  Res-

publikası  qtisadi  nkişaf Nazirliyi öz yerli idarə və təşkilatlarına və 

bölmələrinə  sosial-iqtisadi  proqnozların  işlənib  hazırlanması  üçün 

müvafiq  göstərişlər  verir.  Hazırlanmış  proqnozlar  və  Gömrük 

Nazirliyi  (komitəsi)  tərəfindən  tərtib  edilmiş  proqnozlar  Nazirlər 

Kabinetinə  göndərilir.  Orada  lazımı  düzəlişlər  edildikdən  sonra 

aprel-iyul  aylarında  yenidən  dəqiqləşdirilmək  üçün  qtisadi  nkişaf 

Nazirliyinə  qaytarılır.  Son  proqnozlar  Maliyyə  Nazirliyinə  büdcə 

layihəsi  hazırlanması  üçün  avqust  ayında  göndərilir.  Maliyyə 

Nazirliyi tərəfindən sentyabr-oktyabr aylarında tərtib olunmuş büdcə 

layihəsi oktayb ayının 15-dən gec olmayaraq Milli Məclisə müzakirə 

üçün verilir.  Azərbaycan  Respublikasının 109-cu  maddəsinə uyğun 

olaraq Milli Məclis  büdcədə düzəliş etmək ixtiyarına malik olmaqla 

onu geri qaytara və yaxud qəbul edib təsdiq üçün ölkə Prezidentinə 

təqdim  edə  bilər.  Dekabrın  20-dən  gec  olmamaqla  qəbul  edilmiş 

büdcə gələn ilin büdcəsi haqqında qanunu şəklində nəşr edilir. 

 

Ümumi  götürdükdə  dövlət  büdcəsi  aşağıdakı  funksiyaları 



yerinə yetirir: 

     1)  Dövlət  orqanlarının  əlində  maliyyə  ehtiyatlarını  yığıb  sax-

lamaq  və  bu  ehtiyatlardan  əhalinin,  regionların,  sahələrin  arasında 

bölgüsünü və yenidən bölgüsünü həyata keçirmək məqsədini güdür. 

     2)  Dövlətin  və  onun  institutlarının  saxlanması  üçün  təminatı 

həyata keçirmək. 

     3)  Ölkə  üçün  vacib  olan  istiqamətlər  üzrə  iqtisadi  artımı 

stimullaşdırmaq. 

     4) Əhalinin zəif təbəqəsinin sosial müdafiəsini həyata keçirmək. 

 

58



Dövlət büdcəsinin iqtisadi funksiyalarına aşağıdakılar aiddir: 

     1)  Ölkənin  iqtisadiyyatında  antiinhisar  tədbirlərini,  kiçik  sahib-

karlığı  inkişaf  etdirmək  üçün  tələb  olunan  rəqabətli  bazar  mühitini 

formalaşdırmaq. 

     2)  qtisadiyyatın sturuktur dəyişikliklərini həyata keçirməklə tələb 

olunan prioritet sahələri inkişaf etdirmək. 

     3)  Daxili  istehsalçıların  dünya  bazarına  çıxışına  köməklik 

göstərmək. 

     4)  Daxili  və  xarici  borcun  ödənilməsi  üzrə  öhdəlikləri  yerinə 

yetirmək. 

  Dövlət büdcəsinin sosial funksiyalarına aiddir: 

     1) Ölkədə sosial-iqtisadi sabitliyə nail olmaq. 

     2) Ayrı-ayrı əhali qrupları arasında onların gəlirlərindəki fərqlərin 

azaldılması. 

     3) Sosial xidmət göstərən sahələrə dövlət himayədarlığı. 

 

Dövlət büdcəsi formalaşarkən aşağıdakı şərtlər mütləq hesab 



edilir: 

 

I) Sosial-iqtisadi inkişafın məqsədləri: 

     1) Əhalinin ayrı-ayrı qruplarına köməklik. 

     2) Sosial sferaların saxlanması xərcləri. 

     3) Müxtəlif istehsalçılara selektiv (seçmə) köməklik. 

     4) Elmi və müdafiə potensialına köməklik. 



II)  Xarici  iqtisadi  məhdudiyyətlər  (Milli  iqtisadiyyatın  inki-

ş

afında): 



     1)  dxal imkanlarının müəyyənləşdirilməsi. 

     2)  xrac imkanlarının müəyyənləşdirilməsi. 

     3) Tədiyyə balansının formalaşdırılması. 

III)  Dövlət  büdcəsinin  gəlir  hissəsini  formalaşdırarkən  daxili 

məhdudiyyətlər: 

     1)  stehsalın artırılması imkanları. 

     2) Büdcənin gəlirinin artırılması imkanları. 

     3) Əmlakın vəziyyətinin dəyişməsi (mülkiyət səviyyəsinin müəy-

yənləşdirilməsi). 

     4) Aksiz, tarif dərəcələrinin səviyyəsinin təyin edilməsi. 



 

59

2.  Dövlət  büdcəsi  aşağıdakı  quruluşa  malikdir  ( nkişaf  etmiş 

dövlətlər üzrə təqribən). 

     1) Gəlirlər: 

     a) Vergilər (rüsum, yığım) –  70 – 80 %. 

     b) Qeyri-vergi daxilolmaları (digər daxilolmalar, dövlət əmla-

kından  gəlirlər,  xarici  ticarətdən  və  özəlləşdirmədən  daxilolmalar                 

və s.) –  8-10 %. 

     c)  Digər  vergi,  yığım  və  qeyri-vergi  daxilolmaları,  məqsədli 

büdcə fondlarından daxilolmalar – 10 – 20 %. 

2) Xərclər:  

     a) Sosial xidmətlərə olan xərclər (səhiyyə, təhsil, sosial 

müavinət xərcləri) – 30 – 40 %. 

     b)  stehsal  təsərrüfat  xərcləri  (sənayeyə,  infrastruktura 

qoyulan  kapitallar,  dövlət  müəssisələrinə  verilən  dotasiyalar,  kənd 

təsərrüfatı  üçün  ayrılmış  subsidiyalar,  dövlət  proqnozları  üçün 

ayrılmış subvensiyalar) – 10 – 20 %. 

     c) Müdafiə xərcləri – 10 – 20 %. 

     ç)  nzibati  idarəetmə  xərcləri  (dövlət,  hakimiyyət  və 

məhkəmə  orqanlarının  saxlanması  xərcləri,  təhlükəsizlik  və  daxili 

işlər orqanlarına tələb olunan xərclər) – 5 – 8 %. 

     d) dövlət borcunun ödənilməsinə, tələb olunmasına xərclər –  

7 – 10 %. 

     e)  Digər  idarəetmə  orqanlarına  transfertlər  (regionların, 

rayonların büdcələrinə dotasiyalar) – 10 – 15 %. 

            ə)  Dövlət  ehtiyatlarının  təmin  edilməsi,  büdcə  fondlarının 

xərcləri və s. üçün tələb olunan xərclər –      maksimum 5% -ə qədər. 

Dövlət  büdcəsinin  gəlir  və  xərcləri  arasındakı  fərqə  büdcə 

kəsiri deyilir. Əgər büdcənin gəlir hissəsi xərc hissəsindən çoxdursa, 

buna  profisit  əgər  gəlir  hissəsi  xərcdən  azdırsa  buna  defisit  deyilir. 

Təcrübədə daha çox defisitə rast gəlinir və onun aradan qaldırılması 

üçün dövlət aşağıdakı tədbirləri həyata keçirə bilər: 

      1) Dövlət daxili və xarici borc ala bilər. Onlar dövlətin qiymətli 

kağızlarının satışı, qeyri-büdcə fondlarından və beynəlxalq maliyyə 

təşkilatlarından borc formasında ola bilər. 

      2) Dövlət tərəfindən pul emissiyasının həyata keçirilməsi. 

 

60

      3)  Əgər  düdcə  kəsiri  20%  -  dən  çox  olarsa,  bu  artıq  ölkə  üçün 



təhlükəli hal kimi qiymətləndirilir və milli məclis tərəfindən xüsusi 

komissiya  təşkil  edilərək  onun  səbəblərinin  araşdırılması  tədbirləri 

həyata  keçirilir  və  fərqin  aradan  qaldırılması  üçün  son  3  ayda 

büdcənin  xərclərinin  maddələrində  çatışmayan  məbləğ  qədər 

azaldılma  işləri  reallaşdırılır.  Əgər  büdcədə  profisit  yaranırsa,  onda 

artıq  qalan  məbləği  ya  gələn  ilin  büdcəsinin  gəlir  hissəsinə  daxil 

edirlər, ya da bu məbləğ dövlətin ehtiyat fonduna köçürülür. 

Təcrübədə ekspansiv və restraktiv büdcə siyasəti fərqləndirilir. 

Ekspansiv  (genişləndirici)  büdcə  siyasətində  büdcə  gəlirləri 

azaldılaraq  xərclərinin  artırılmasıdır.  Qısamüddətli  bu  vergilərin 

azaldılması ilə müşahidə olunduğundan büdcə kəsirinin yaranmasına 

və artmasına səbəb olur. Uzunmüddətli dövrdə vergilərin dərəcələri-

nin azaldılması nəticəsində vergi bazasının genişlənməsinə və büdcə 

gəlirinin artmasına gətirib çıxarır. 

Restraktiv  (məhdudlaşdırıcı)  büdcə  siyasətində  dövlət  büd-

cənin gəlirlərini artıraraq xərclərini azaldır. Bu zaman qısamüddətli 

dövrdə  büdcənin  gəlirinin  artması  büdcə  kəsirinin  aradan  qaldırıl-

masına  və  dövlətin  nəzərdə  tutduğu  bütün  tədbirləri  reallaşdırmağa 

imkan  verirdisə,  uzunmüddətli  dövrdə  vergidən  yayınma  hallarını 

vergi bazasının azaldılmasına və gizli iqtisadiyyatın formalaşmasına 

səbəb  olur.  Ona  görə  təcrübədə  daha  çox  birinci    hala  üstünlük 

verilir. 



3.  Bazar  iqtisadiyyatında  vergilər  aşağıdakı  növlərinə  görə 

təsnifləşdirilir: 

      1) Birbaşa və dolayı vergilər. 

      2) Repartasion və kəmiyyət vergiləri. 

      3) Büdcəyə birbaşa daxil olan tənzimləyici vergilər. 

      4) Dövlət və yerli vergilər. 

      5) Ümumi və məqsədli vergilər. 

      6) Daimi və birdəfəlik vergilər. 

      I) Birbaşa vergilər (gəlir və əmlaka görə) maddi nemətlərin yığıl-

ması və alınması prosesində tətbiq olunur. Məsələn: gəlirin alınması 

zamanı  fiziki  şəxslərin  gəlir  vergisinin,  əmlakın  alınması  zamanı 

ə

mlak vergisinin ödənilməsini buna aid etmək olar. Dolayı vergilər 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə