M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 

69

      1)  Tədiyyə  balansının  cari  əməliyyatları  (ticarət  və 



“görünməyən” əməliyyatlar). 

      2)  Kapital  əməliyyatları  (kapitalların  və  kreditlərin  hərəkəti, 

mənfəət, vergi və s. ödəmələrin köçürülməsi). 

      Tədiyyə  balansının  cari  əməliyyatları  üzrə  aşağıdakı  valyuta 

məhdudiyyət formaları tətbiq olunur: 

      1) 

Xarici 

ixracatçıların 



(ekspartyorların) 

gəlirlərinin 

məhdudlaşdırılması. 

      2) Xarici ixracatçıların valyuta gəlirlərinin tam və yaxud müəy-

yən hissəsinin daxilində məcburi satışı. 

      3)  Xarici  tərəfdaşlara  xarici  valyutanın  satışında  məhdudiy-

yətlərin qoyulması. 

      Milli  valyutanın  məzənnəsinin  artırılması  üçün  Mərkəzi  Bank 

tərəfindən aşağıdakı birbaşa inzibati tənzimləmə metodlar da tətbiq 

olunur: 


      1)  Milli  qiymətli  kağızların  xaricilərə  satışına  və  qeyri-rezi-

dentlərin investisiyalarına məhdudiyyətlərin qoyulması. 

      2)  Ölkəyə  gətirilən  və  ölkədən  çıxarılan  valyutanın  həcminə 

məhdudiyyətlərinin qoyulması. 

      3) Məcburi depozitlər sxeminin tətbiqi. 

      4)Mərkəzi  Bankda  xarici  valyutada  olan  borcların  mütləq 

konversiyası (dəyişdirilməsi) və s. 

 

Mövzu 9. Dövlətin antiinflyasiya siyasəti  

və qiymətlərin tənzimlənməsi 

 

Plan: 

 

1.

  Dövlətin  antiinflyasiya  siyasəti  və  antiinflyasiya 

strategiyası. 



2.

  Qiymətlərin dövlət tənzimlənməsi. 

   

1.  nflyasiyanın  neqativ  sosial-iqtisadi  nəticələri  dövləti 

müəyyən  antiinflyasiya  siyasətini,  yəni  bu  neqativ  prosesin  səbəb-

 

70

lərini  aradan  qaldırmağa  imkan  verən  konpleks  tədbirləri  həyata 



keçirməyə məcbur edir. 

       Təcrübədə  bu  siyasətin  səmərəliliyinin  zəruri  şərtləri  aşağıdakı 

kimi ifadə olunur: 

1)  cari  inflyasiyanın  elmi  cəhətdən  əsaslandırılmış  prinsiplər 

ə

sasında qiymətləndirlməsi; 



2)  maliyyə,  pul,  kredit  təşkilatları  ilə  hökumət  orqanlarının 

fəaliyyətinin uzlaşdırılması; 

3)  antiinflyasiya  mexanizminin  kompleksliliyi  və  çox 

həlqəliliyi. 

       Cari    inflyasiyanın  elmi  cəhətdən  əsaslandırılmış  prinsiplə

ə

sasında  qiymətləndirlməsi.  nflyasiya  ilə  effektib  mübarizə  proq-

ramının işlənib hazırlanması, ilk növbədə, düzgün “diaqnozun” qo-

yulmasını  mövcud  faktiki  informasiya  massivinin  ətraflı  təhlili 

ə

sasında  bu  prosesin  elmi  cəhətdən  dəyərləndirilməsini  tələb  edir. 



Burada  “diaqnoz”  dedikdə,  hər  şeydən  əvvəl,  qiymətlərin  ümumi 

səviyyəsinin artımının və cari inflyasiyanı müəyyən edən  dərin sə-

bəblərin  aşkara  çıxarılması  nəzərdə  tutulur.  Bu  və  ya  digər 

“reseptlər” toplusu və onların tətbiqinin nəticələrini müəyyən etmək 

üçün ölkədə inkişafın indiki dövründə tələb inflyasiyası və ya əksinə, 

xərc inflyasiyasının təzahürləri ilə qarşılaşdığını  aydın görmək olar. 

Bu  təkcə  ona  görə  zəruri  deyildir  ki,  inflyasiyanın  qeyd  olunan 

növləri keyfiyyətcə fərqli səbəblərə malikdir, deməli dövlətin onları 

aradan qaldırmaq üzrə tədbirləri də heç cür eyni tipli ola bilmir, həm 

də  bu  ona  görə  zəruridir  ki,  təcrübədə  bazar  sisteminin  daxili 

mexanizmlərinin təsiri altında onların hər birinin aradan qaldırılması 

potensialı  nəzərəçarpacaq  dərəcədə  fərqlənir.  Qeyri-mütəşəkkil 

surətdə fəaliyyət göstərən bazar mexanizmi, sözsüz ki, özündə tələb 

inflyasiyasının  aradan  qaldırılması  üçün  bəzi  ilkin  şərtləri  ehtiva 

edir.  Məlumdur  ki,  qiymətlərin  artırılması  zamanı,  adətən  ölkədə 

ə

halinin  daha  çox  təmin  olunmuş,  əmanətlərə  yüksək  meyilliyə 



malik olan  təbəqəsi xeyrinə milli gəlirin yenidən bölgüsü baş verir. 

Bunun nəticəsində istehlaka orta meyillik ölkədə azalmağa başlayır, 

bu  da  istehlakçı  tələbinin  sıxılmasına  və  inflyasiyanın  monetar 

faktorlarının kənara çəkilməsinə səbəb olur. 




 

71

Lakin  belə  məntiqli  konstruksiyada    ciddi  nöqsanı  müəyyən 



etmək çətin deyil. Bu nöqsan qiymətlərin surətli artımı və bu inflya-

siya gözləməsinin surətləndirilmiş nəticəsi (əsasən  bazar mexanizmi 

deformasiyaedilmiş  və  ya  kifayət  qədər  inkişaf  etməmiş  ölkələrdə) 

tamamilə əhalini onun istehlak aktivliyinin surətləndirilmiş artımına 

qarşı oyatmaq qabiliyyətindədir. Bu gün praktiki olaraq sübut olun-

muş hesab etmək olar ki, tələb inflyasiyası ümumilikdə sərhəd tanı-

mır. Bu, o vaxta kimi davam edir ki, hələ ki, cəmiyyətin həddindən 

artıq  məcmu  xərcləri  ilə  bağlı  məhdudiyyətlər    gözlənilir.  Eyni 

zamanda təcrübə göstərir ki, onların ölçüsünün məhdudlaşdırılması, 

adətən dövlətin aktiv müdaxiləsi olmadan mümkün olmur. 

       Xərclər  inflyasiyası  kifayət  qədər    özü-özünü  “müalicə  edir”. 

Ə

gər  iqtisadiyyatda  rəqabət  mühiti  qorunub  saxlanarsa,  onda  döv-



lətin  qiymət  dinamikasının  tənzimlənməsinə  birbaşa  müdaxiləsi 

tələb  olunmaya  da  bilər.  “Özünü  müalicə”  mexanizmi  belədir: 

istehsalın  sabit  xərclərinin  artımı  məcmu  tələbin  yerdəyişməsi  de-

məkdir, yəni real UDM-un azalması, işsizliyin artımı və uyğun ola-

raq  əməkhaqqının  azalması  və  əməyin  ödənilməsinə  dəyişən  xərc-

lərin  aşağı  düşməsi  inflyasiya  prosesinin  qeyri-monetar  faktorlarını 

iflic halına salır. 

       Maliyyə  və  pul-kredit  qrumlarının  hökumət  orqanlarının 

fəaliyyəti  ilə  uzlaşdırılması.  Antiinflyasiya  siyasətinin  müvəffəqiy-

yətlə reallaşdırlması üçün maliyyə,  pul-kredit qurumları ilə hökumət  

orqanlarının  (Maliyə  Nazirliyi,  Mərkəzi  Bank)  fəaliyyətini 

uzlaşdırmalı,  idarə  olunmayan    inflyasiyanın  durmadan  aradan 

qaldırılmasını təmin etmək üçün bu sahədə sərt saxlamalıdır. Həmin 

qrumlar  onlar  tərəfindən  həyata  keçirilən  antiinflyasiya  siyasətinin 

pul-kredit  tənzimləyicilərini  öz  fəaliyyətinin  əsasını  qoymalıdırlar. 

Bu məqsədlə antiinflyasiya siyasətini həyata keçirərkən dövlət onun 

bütün nəticələrini tam nəzərə ala bilmir. 

       Mərkəzi  Bank  bu  şərtlərə  riayət  edərkən  istənilən  halda  ölkəni 

artıq  pul  kütləsi  ilə  doldurulması  həvəsinə  uymamalıdır.  Əks 

təqdirdə  bu  bazar  subyektlərinin  və  böyük  əhali  kütləsinin  həyat 

səviyyəsinə mənfi təsir göstərə bilər.  

 

72



Antiinflyasiya mexanizminin kompleksliliyi və çox həlqəliliyi. 

Bu  mexanizm  ölkədə  pul  kütləsinin  yalnız  məhdudlaşdırılmasına 

ə

saslanmamalıdır. Əlbəttə, ÜDM-in strukturunda pul kütləsinin art-



ması  və  xüsusən  istehlak  mallarına  qiymətin  yüksəlməsində  özünü 

təzahür edir. Belə bir proses iqtisadi orqanizmin həlqələrinə də zərbə 

vurur.  Əgər  inflyasiyaya  vaxtında  diaqnoz  qoyulmazsa,  müalicə 

edilməyibsə,təkcə  pul  dövriyyəsinin  normallaşdırılması  ilə  kifayət-

lənmək  lazımi  nəticələri  verməyəcəkdir.  Bu  yalnız  tələb  inflyasi-

yasının  monetar  faktorlarının  qiymət  dinamikasında  üstünlük  veril-

diyi  təqdirdə  məna  kəsb  edir.  Bu  inflyasiyanı  restriktiv    pul-kredit 

siyasətinin alətlərinin köməyilə ölkənin ümumiqtisadi vəziyyəti üçün 

heç  bir  ciddi  zərər  olmadan    aradan  qaldırmaq    mümkündür.  Əgər 

inflyasiya  proseslərinin  strukturunda  qeyri-  monetar  xarakterli 

faktorlar  üstünlük  təşkil  edirsə,  onların  ardıcıl  neytrallaşdırılması, 

həmçinin  uyğun  fiskal  siyasətin  (ümumdövlət  maliyyəsinin 

“müalicəsi” ilə əlaqədar) həyata keçirilməsini, investisiya prosesinin 

stimullaşdırılmasını,  rəqabət  prinsiplərinin  möhkəmləndirilməsini, 

istehlak xərclərinin məhdudlaşdırılmasını və s. tələb edəcəkdir. 

        nflyasiyanı fəal, əsas tədbirlərin görülməsi yolu ilə ləğv etmək 

və ya ona passiv uyğunlaşma ilə kifayətlənmək – məsələsinin həllini 

ə

vvəlcədən müəyyənləşdirmək lazımdır. Əks təqdirdə hakimiyyətin 



fəaliyyəti əməkhaqqının, pensiyaların, maddi yardımların, faiz stav-

kalarının, şirkətlərin investisiya xərclərinin (amortizasiya ayırmaları 

daxil  olmaqla)  və  s.-nin.  indeksasiyasını  zərurətə  çevirir.  Əhalinin 

qiymətlərin  davamlı  artımına  adaptasiyasının  bu  cür  alətləri  infl-

yasiyanın  səbələrinə  və  mexanizmlərinə  deyil,  daha  onun  nəticə-

lərinə  söykənir.  Həmçinin  onlar  inflyasiya  proseslərini  nəzərəçar-

pacaq  dərəcədə  gücləndirə  bilər.  Ümumiyyətlə,  büdcə  defisitinin 

maliyyələşdirilməsində borc üsullarından istifadə antiinflyasiya tən-

zimlənməsinin komponenti sayılmır. Çünki bu hal, prinsip etibarilə, 

qiymət dinamikasının stabilləşmə problemini həll etməyərək sadəcə 

olaraq  mövcud  problemin  həllini  gələcəyə  keçirir.  Keçidin  ilkin 

mərhələsində  ölkəmizdə  antiinflyasiya  tənzimlənməsinin  hələ  bir 

variantı  da  realizə  olunmuşdur.  Lakin  əslində  bu,  prinsip  etibarilə, 

inflyasiya problemini həll etmirdi. 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə