M. A.ƏHMƏdov a. C. HÜSeyn



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/29
tarix11.07.2018
ölçüsü0,68 Mb.
#55180
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

 

37

DM  idarəеdilməsinin  səmərəliliyinin  artırılmasının  əsas  şərti     



Sх(Sr)  göstəricisinin  maksimallaşdırılmasıdır,  yəni  vеrilən  хərclər 

ə

sasında gəlirlərin maksimallaşdırılması və yaхud da vеrilən gəlirlər 



ə

sasında хərclərin minimallaşdırılmasıdır. 

kinci  kоnsеpsiya  DM  еlеmеntlərinin  intеqral  məcmusuna 

pоrtfеl  mülkiyyət  (mülkiyyət  pоrtfеllərinin  məcmusu  -  MP)  kimi 

baхılmaya əsaslanır. 

Bu  kоnsеpsiyanın  əsas  prinsipi  MP  məcmu  dəyərinin  artırıl-

ması  prinsipidir  ki,  bu  da  MP  еlеmеntlərinin  bazar  dəyərlərinin 

məbləğindən ibarətdir. 

Dеməli, mülkiyyət pоrtfеlinin cari bazar səmərəliliyi (Scp): 

                            S cp = Ddmcp / Ddmbp                         (7) 

Burada, Ddmcp  - DM cari pоrtfеl dəyəri; Ddmbp  - DM ilkin 

pоrtfеl dəyəri. 

Vеrilən  mеyarlarda  dövlət  pakеtinə  оlan  dividеndlər  adətən 

hеsablanmır. Bеlə ki, оnlar PM еlеmеntlərinin bazar (cari) dəyərinə 

tədricən təsir göstərir. 

DM  idarəеdilməsinin  səmərəliliyinin  artırılmasınin  əsas    şərti     

Scp göstəricisinin maksimallaşdırılmasıdır. 

Praktikada  çох  vaхt  DM  idarəеdilməsinin  səmərəliliyinin  in-

tеqral göstəricisindən istifadə оlunur: 

                   Sip= a

1* 

Sx (Sr) + a



2*

 Scp                                 (8) 

Burada,  a

1

 - DM idarəеdilməsinin ümumi səmərəliliyinə хərc 



və  yaхud  rеsurs  səmərəliliyinin  təsirini  təyin  еtmək  üçün  çəki  əm-

salıdır;  a

-  DM  idarəеdilməsinin  ümumi  səmərəliliyinə  cari  və 



yaхud  pоrtfеl  səmərəliliyinin  təsirini  təyin  еtmək  üçün  çəki  əm-

salıdır. 

Bu zaman mеyarların hеsablanmış məbləğinin əvəzinə оnların 

hasilini istifadə еtmək оlar. 

Iqtisadiyyatda dövlət bölməsinin rоlu və  həcminin ölçülməsi 

üçün bir çох göstəricilərdən istifadə оlunur. 

Bunlardan ən gеniş yayılanı ÜDM-da dövlət хərclərinin çəki-

sidir.Bu  göstəricinin  çatışmayan  cəhəti  оndan  ibarətdir  ki,  bu  gös-

tərici  rеsursların  yеnidən  bölgüsü  prоsеsini  əks  еtdirən  transfеrtləri 

özündə  еhtiva  еdir,  halbuki  dövlət  bölməsinə  rеal  rеsursların  cəlb 

 

38

е



dilməsinin  həqiqi  miqyasını  dövlət  müəssisə  və  təşkilatları  tərə-

findən  istеhlak  еdilən  rеsursların  həcmini  хaraktеrizə  еdən  başqa 

göstəricidən, yəni ÜDM-da dövlət istеhsakının əsas göstəricisi kimi 

tamlıqla  istifadə  еdilməlidir.  Bu  göstərici  milli  hеsablar  sistеminin 

göstəricisi  оlmaqla  dövlətin  əsas  funksiyalarından  biri  оlan  ictimai 

sərvətlərin istеhsalının təmin edilməsi üçün tələb оlunan хərcləri əks 

е

tdirir,  lakin  оnun  hеsablanmasında  da  bir  sıra  statistik  çətinliklər 



mövcuddur ki, bu da ictimai sərvətlərin dəqiq bazar qiymətinin  оl-

maması  və  оnların  istеhsal  хərclərinin  iqtisadi  səmərəliliyi  qiyməti 

kimi  vеrilməsindən,dövlət  bölməsinin  həqiqi  sərhədlərinin  dəqiq 

təyin еdilməsində prоblеmlərin оlmasından irəli gəlir. 

 

Mövzu 5. Makrоiqtisadi prоqnоzlaşdırma,  

planlaşdırma və prоqramlaşdırma 

 

Plan: 



 

1.  Makrоiqtisadi  prоqnоzlaşdırma,  prinsipləri,  prоqnоzların 

növləri və onların tədbiq sahələri. 

2.  Planlaşdırma iqtisadi siyasətin əsaslandırılması mеtоdu kimi. 

ndikativ planlaşdırma, оnun хüsusiyyətləri. 

3.  Proqram  –  məqsədli  yanaşmanın  iqtisadiyyatın  tənzimlən-

məsinin metodu kimi.   

 

I.  Proqnozlaşdırma  iqtisadiyyatın  dövlət  tənzimlənməsi  sis-

teminin  əsas  hissələrindən  biri  olmaqla  ölkədə  mövcud  olan  əsas 

problemlərin  və  iqtisadi  inkişafın  istiqamətlərini  müəyyənləşdiril-

məsi  vasitəsidir.  Proqnozların  nəticələri  dövlət  orqanları  tərəfindən 

ölkənin  sosial  iqtisadi  siyasətinin  işlənib  hazırlanması  və  əsaslan-

dırılması  üçün  istifadə  edilir.  qtisadi  proqnozların  işlənib  hazır-

lanması təkcə dövlətin deyil, onun ayrı-ayrı subyektlərinin də idarə-

edilməsi prosesində  vacib bir sənəddir.  Dövlət səviyyəsində həyata 

keçirilən proqnozların əsas prinsiplərinə aşağıdakıları aid etmək olar: 

1)  Variantlılıq:  yəni  proqnozlar  bir  neçə  variantda  hazırlanır, 

bu  da  konkret  şəraitdən  asılı  olaraq  uyğun  gələn  variantın  tətbiq 




 

39

edilməsinə gətirib çıxarır ki, bu da qarşıya qoyulan məqsəddən asılı 



olaraq nəticənin düzgünlüyünə imkan yaradır. 

2)  Yoxlanılma:  bu  zaman  proqnozların  dəqiq  olması  qəbul 

ediləcək qərarların düzgünlüyünün əsaslandırılmasının əsas amilidir. 

Ona görə də daim verilən proqnozların dəqiqliyi yoxlanılmalıdır. 

3) Gəlirlilik: proqnoza çəkilən xərc onun reallaşdırılmasından 

ə

ldə  ediləcək  səmərədən  az  olmalıdır.  Əks  təqdirdə  proqnozların 



aparılması mənasız olar. 

4) Daimilik: proqnozlar vaxtaşırı deyil daim həyata keçirilir və 

yeni məlumatların daxil olması ilə onlarda düzəlişlər aparılır. 

5)Sistemlilik: müxtəlif səviyyələrdə həyata keçirilən proqnoz-

lar  bir-biri  ilə  əlaqəli  olduğundan  bu  xüsusiyyət  daim  nəzərə  alın-

malıdır,  proqnozların  göstəriciləri  arasında  uyğunluq    və  əlaqə 

olmalıdır. 

  Proqnozlar əsas parametrlərinə aşağıdakıları aid edirlər: Proq-

nozların  dəqiqliyi,  əgər  səhv  aşkar  edilibsə  səhvin  mənbəyi,  proq-

nozun  əsaslandırılması,  proqnozun  vaxt  müddəti,  proqnozun  əhatə 

dairəsi.  Bütün  bu  parametrlər  proqnoz  işlənib  hazırlanmamışdan 

ə

vvəl  müəyyən  edilir.  Proqnozlaşdırma  zamanı  aşağıdakı  mər-



hələlərə əməl olunur: 

1.  Proqnozdan  əvvəl  obyektin  seçilməsi  və  istiqamətin  müəy-

yən edilməsi. 

2.  Proqnoz üçün qoyulan məsələnin işlənib hazırlanması. 

3.  Proqnoz  retrospeksiyası  (obyektin  inkişaf  tarixini  tədqiq 

etmək və sistemli yanaşmanı müəyyənləşdirmək). 

4.  Proqnoz  diaqnozu  (inkişaf  istiqamətini  müəyyən  etməklə 

gələcək inkişaf tendensiyasını görmək). 

5.  Proqnoz  konsepsiyası:  proqnoz  diaqnozu  əsasında  və  onun 

nəticələrinə görə proqnozu işləyib hazırlamaq. 

6.  Proqnozun yoxlanılması. 

7.  Lazım gəldikdə korrektə (düzəliş) edilməsi. 

Ümumiyyətlə  iqtisadi  və  sosial  inkişafı  proqnozlaşdırmaq 

üçün 150-dən artıq proqnoz metodu məlumdur. Lakin iqtisadiyyatda 

onların  təqribən  20-dən  çoxundan  istifadə  olunur.  Metodları  araş-

dırmışdan  əvvəl  proqnozu  növlərə  ayırırlar.  Proqnozlar  təsnifat 

 

40

xarakterinə  görə  aşağıdakı  qruplara  bölünür  ki,  bu  qrupların  hər 



birində, öz növbəsində, yarımqruplara bölünür: 

I qrupa daxil olan proqnozlar tərkibinə görə aşağıdakı növlərə 

bölünür: 

1.  Axtarış:  bu,  proqnozlaşdırılan  obyektin  gələcəkdəki  müm-

kün vəziyyətini xarakterizə edən proqnozdur. 

2.  Normativ:  bu,  proqnozlaşdırılan  obyektin  hər  hansı  bir  və-

ziyyətə çatması üçün lazım olan yolları və vaxtı xarakterizə 

edən proqnozdur. 

3.  Kompleks:  bu  proqnoz  həm  axtarış,  həm  də  normativ 

proqnozun elementlərini özündə əks etdirir. 

II  qrup  proqnozlara,  özündə  əks  etdirdiyi  xüsusiyyətlərin 

xarakterindən asılı olaraq aşağıdakı proqnozlar aid edilir: 

1.  Kəmiyyət:  bu  zaman  proqnoz  kəmiyyət  göstəricilərinə 

ə

saslanır. 



2.  Keyfiyyət:  bu  zaman  proqnoz  keyfiyyət  göstəriciləri 

ə

sasında qurulur. 



3.  Sistemli: proqnoz obyekt haqqında sistemli təsəvvür yaradır. 

III  qrupa  göstərilən  nəticələrin  diskretliyindən  asılı  olaraq 

aşağıdakı proqnozlara aid edilir: 

1.  nterval: bu zaman proqnozun nəticələri müəyyən vaxt və s. 

intervalında əks olunur. 

2.  Nöqtəvi:  bu  zaman  proqnozun  nəticəsi  vahid  göstərici 

üzərində qurulur. 

IV  qrupa  vaxt  müddətindən  asılı  olaraq  aşağıdakı  proqnozlar 

daxil edirlər. 

1.  Operativ: proqnoz bir ay müddətində müəyyən edilir. 

2.  Qısamüddətli: proqnoz bir aydan bir ilə qədər təyin olunur. 

3.  Ortamüddətli: proqnoz 1 ildən 5 ilədək vaxta şamil edilir. 

4.  Uzunmüddətli:  proqnoz  5  ildən  15  ilə  qədərki  dövrü  əhatə 

edir. 


5.  Daha  uzunmüddətli:  proqnoz  15  ildən  yuxarı  dövrü  əhatə 

edir. 


V qrupa proqnozlaşdırılan xüsusiyyətlərin sayından asılı olaraq 

aşağıdakı proqnozları daxil edirlər: 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə