M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
 
~ 108 ~ 
nəzəriyyələrinin,  imitasiya  eksperimentlərinin  planlaşdırılması 
məsələləri  və  nəticələrin  emalı  və  s.  [7]-də  geniş  şərh  edilmişdir. 
Odur  ki,  dərs  vəsaitində  geniş  yayılmış  modelləşdirmə  dillərinin 
müqayisəli  analizi,  funksional  imkanları  və  tətbiq  sahələrinin 
araşdırılması  məsələlərinə  baxılır.  Bu  məqsədlə  araşdırmada 
aşağıdakı  əsas  məsələlərin  hansı  səviyyədə  öz  həllini  tapması 
istiqamətlərinin  analizinə  baxılır:  ilkin  sistemin  və  həll  olunan 
məsələlərin modelləşdirmə dillərinə çevrilməsi (bu proses tədqiqatçı 
üçün yaradıcı yanaşma tələb edən çox vacib mərhələdir); sistemə aid 
verilənlər  və  biliklərin  tədqiqatçının  predmet  sahəsinin  dilinə  yaxın 
olan  universal  formalizmlərlə  təsviri;  tədqiqatlarin  aparılması  və 
alınmış nəticələrin emalı üçün proqramlaşdırma aparatının seçilməsi 
və istifadəsi [16]. 
Məlum oldugu kimi istənilən texniki sistemin, o cümlədən ÇİS-
in  imitasiya  eksperimentləri  sistemdə  müəyyən  vaxt  intervalında 
(dəqiqə, gün, ay, il, və s.) baş verən proseslərin öz əksini tapmasıdır. 
Adətən  həmin  müddət  kompüterdə  bir  neçə  saniyə  və  dəqiqələrlə 
yerinə yetirilir və sistemin real rejimdə fəaliyyətini təsvir edir. 
İM-in  digər  modelləşdirmə  alətləri  ilə  müqayisədə  üstün 
cəhətləri kimi aşağıdakıları  göstərmək olar: 
1.Sistem  yeni  layihələndirilirsə,  onun  layihələndirilməsinin 
ilkin  mərhələsində  yaradılmasının  məqsədəuyğunluğu  barədə  qərar 
qəbul etmək imkanlarının olması;  
2. Sistem fəaliyyətdə olan proseslər toplusundan ibarətdirsə və 
onlar    üzərində  eksperimentlərin  aparılması  mümkün  deyilsə  və 
yaxud  həddindən  artıq  baha  basa  gəlirsə,  sistemin  fəaliyyətinə 
müdaxilə  etmədən  və  onun  fəaliyyətinə  xələl  gətirmədən 
eksperimentlərin aparılmasının mümkünlüyü
3. İdarəetmə strategiyalarının sintezi və tədqiqi
4.  Sistemin  perspektivdə  fəaliyyətinin  planlaşdırılması  və 
proqnozların təyini; 
5. Sistemin idarə olunması ilə məşğul olan heyətin öyrədilməsi 
və s. 
Təyinatından  asılı  olmayaraq  istənilən  İM  komputer  üçün 


 
 
~ 109 ~ 
tətbiqi paket  proqramıdır və  İM-in  yaradılmasında proqramlaşdırma 
mərhələsi əsas hesab olunur. Bu mərhələ üç əsas istiqamətdə yerinə 
yeririlir [7]: 
1.İM  üçün  universal  alqoritmik  proqramlaşdırma  dillərindən 
istifadə  olunması:  Paskal,  C
++
,  Fortran,  PL/1,  Ada  və  b.  Bu  halda 
proqramçı İM-i yaradarkən praktiki olaraq kompüterin resurslarından 
geniş  istifadə  etmək  imkanına  malik  olur.  İM-in  göstərilən  üsulla 
yaradılması  böyük  əmək  resursları,  yüksək  peşəkarlığa  malik  olan  
proqramçılar  və  müxtəlif  profilli  mütəxəssislərin  (sistem 
proqramçıları,  problem  sahəsi  üzrə  ekspertlər,  tədqiqatçılar  və  b.) 
qarşılıqlı  əlaqədə  fəaliyyətini  tələb  edir.  İşlənmiş  İM  konkret 
məsələnin  həllinə  yönəldilmiş  olduğundan  ondan  başqa  məsələlərin 
həllində istifadə oluna bilmir.  
2.  İM-in  proseslərə  oriyentasiya  olunan  xüsusiləşdirilmiş  
dillərin yaradılması və modelləşdirmədə istifadəsi. 
3.  Problem-  yönümlü  modelləşdirmə  sistemlərinin  yaradılması 
və istifadəsi. 
Qeyd  edək  ki,  son  vaxtlar  müxtəlif  sahələrdə  modelləşdirmə 
alətlərinin, o cümlədən İM alətlərinin işlənməsində müxtəəlif metod 
və  yanaşmaları  özündə  əks  etdirən  hibrid  sistemlər  konsepsiyası 
formalaşmışdır.  Bu  halda  İM-in  və  intellektual  sistemlərin,  xüsusən 
də  ekspert  sistemlərinin  imkanlarını  birləşdirən  mürəkkəb  və 
çoxfunksiyalı modelləşdirmə sistemləri yaradılır. 
İntellektual  sistemlərin  tətbiqi  ilə  İM-ın  qurulmasında 
mürəkkəb sistemlər haqqında verilənlər və biliklər müxtəlif  yollarla 
toplanmalı, formalizə olunmalı və kompüterin informasiya sisteminə 
daxil  olunmalıdır.  Əsas  problem  verilənlər  və  bilikləri  İM-in 
proqramlarından ayırmaq və onlara modelləşdirmə sisteminin sərbəst 
elementi  kimi  baxılmasıdır.  Bu  halda  verilənlər  və  biliklər  bazaları 
akkumulyasiya  qabiliyyətli,  modifikasiya  olunan,  oxunulan  və 
proqram  təminatının  digər  elementlərindən  asılı  olmayaraq  istifadə 
olunma qabiliyyətinə malik olmalıdır. 
Biliklərə  əsaslanan  sistemlərin  əsas  elementləri  biliklər  bazası 
(BB),  verilənlər  bazası  (VB)  və  məntiqi  qərar  qəbul  etmə  blokudur 


 
 
~ 110 ~ 
[1]. Bu tip sistemlərdə əsas məsələ biliklərin kompüterdə emalı üçün 
təsvir olunmasıdır. 
[17]-də  mürəkkəb  sistem  və  strukturların  təsviri  və  idarə 
olunması  üçün  geniş  yayılmış  riyazi  üsulların-formalizimlərin 
klassifikasiyası cədvəldə göstərildiyi kimi verilmişdir (cədvəl 4.1).  
       Cədvəldən göründüyü kimi sonuncu iki üsul anlaşma və çeviklik 
dərəcələrinə  görə  insan  tərəfindən  qərar  qəbul  etməklə  istifadə 
olunan dərin biliklərə əsaslanır.  
                 Cədvəl 4.1 
Mürəkkəb 
sistemin 
yazılış 
üsulu 
Anlaşma dərəcəsi 
Çeviklik 
Sonlu avtomat 
Qapalı 
Sərt strukturlaşmış 
Proqram 
-”- 
-”- 
Sxem 
-”- 
-”- 
Semantik şəbəkə 
Qapalı/anlaşılan 
orta 
Freym 
-”- 
-”- 
Qraflar, şəbəkələr 
-”- 
-”- 
Formal spesiflik 
-”- 
-”- 
Teoremlər 
-”- 
-”- 
Produksiya 
qaydaları 
anlaşılan 
Yüksək 
Cümlələrlə ifadə 
-”- 
-”- 
  
Produksiya  qaydaları  anlaşılma  və  çeviklik  dərəcəsinə  görə 
daha  yüksək  keyfiyyətlərə  malikdir.  Belə  ki,  produksiya  qaydaları 
asan  üsullarla  bilikləri  formalizə  etmək,  toplamaq  və  BB-ni 
modifikasiya etmək imkanlarına malikdir. 
Produksiya  qaydalarına  əsaslanan  çoxlu  sayda  praktiki 
intellektual  sistemlər  işlənmişdir  və  onlardan  İM-də  geniş  istifadə 
olunur, məs.: EMYCİN, OPS-S, DELTA, ACE, EXPERT və b. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə