M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
~ 111 ~ 
4.2.  Diskret  xarakterli  mürəkkəb  sistemlərin  proseslərə 
oriyentasiya olunan xüsusiləşdirilmiş İM dilləri ilə tədqiqi 
 
  Qeyd  olunduğu  kimi,  İM-in  qurulmasında  proseslərə 
oriyentasiya  olunan  xüsusiləşdirilmş  dillərin  yaradılması  istiqaməti 
aktuallıq  kəsb  edir.  Bu  dillərdən  ən  geniş  istifadə  olunanlardan  biri 
1962-ci  ildə  İBM  firması  tərəfindən  təklif  olunan  İM-in 
xüsusiləşdirilmiş  dili  GPSS-dir  (General  Purpose  Simulation 
System).  GPSS  müxtəlif  fiziki təbiətli  mürəkkəb  diskret  sistemlərin 
modelləşdirilməsi üçün  yaradılmış və çoxlu versiyalarla hal-hazırda 
da  istifadə  edilir  [7,  8].  GPSS  İM-i  dilin  operatorlarına  uyğun 
standart  blokların  birləşdirilməsi  yolu  ilə  qurulur  və  modelləşdirilən 
kütləvi  xidmət  sisteminin  (KXS)  məntiqi  strukturunu  təyin  edir. 
GPSS  modelini  yaratmaq  üçün  blokların  funksiyalarını  və  onların 
birləşmələrinin  məntiqini  öyrənərək,  modelləşdirilən  obyekti  KXS 
terminlərində təsvir etmək lazımdır. 
GPSS-in    versiyalarından  asılı  olaraq  dilin  20-yə  qədər 
operatorları  mövcuddur.  GPSS-in  versiyaları  kimi  geniş  istifadə 
olunanlardan  aşağıdakıları  göstərmək  olar:  GPSS/H,  GPSS/PC, 
GPSS/  World,  Micro  GPSS  və  web  GPSS.  Hazırda  İM-in  yeni 
versiyası GPSS World 5.0.4. istifadəyə verilmişdir. 
İM-in  nəticələrini  interpretasiya  etmək  üçün  xüsusiləşdirilmiş 
İM  dilləri  kompüter  animasiyası  dilləri  ilə  birləşdirilir  ki,  bu  da 
prosesin  dinamikasını  və  İM-ın  nəticələrini    (GPSS-  Proof 
Animation) monitorda təsvir etməyə imkan verir. 
SLAM dili proseslərin modelləşdirilməsinə yönəlmiş imitasiya 
modelləşdirilməsi  dillərindən  biridir.  Belə  ki,  bu  zaman  əhəmiyyət 
kəsb  etməyən  hadisələrin  proqramlaşdırılması  tələb  olunmur.  Bu 
dildən  istifadə  edilməklə  AweSim  İM  mühitində  Visual  SLAM 
qrafik dili vasitəsi ilə interaktiv rejimdə İM-i yaratmaq olur [18]. 
Pritsker  korporasiyası  tərəfindən  işlənmiş  AweSim  proqram 
təminatı ifadələr və istifadə olunan İM dilləri (GASPİV və Q-GERT-
Graphical Evaluation and Review Technique – qrafiki təsvir metodu) 
təcrübəsinə əsaslanan konsepsiya ilə yaradılmışdır. 


 
 
~ 112 ~ 
Göstərilən  AweSim  mühitində  İM-ın  yaradılması  layihəsi 
aşağıdakı  mərhələlərdə  yerinə  yetirilir:  informasiyanın  toplanması, 
modelin  qurulması,  modelləşdirmənin  yerinə  yetirilməsi,  nəticələrin 
analizi  və  onların  istifadəsi  üçün  yararlı  formada  təsviri.  AweSim 
mühiti bütün mərhələlərin yerinə yetirilməsini təmin edir. Əsas üstün 
cəhəti  modelləşdirmə  üçün  xüsusi  əhəmiyyət  kəsb  edən 
informasiyaların  toplanmasının  qrafiki  interfeys  vasitəsi  ilə 
sadələşdirilmiş şəkildə yerinə yetirilməsidir. Digər tərəfdən AweSim-
in  arxitekturası  açıq  sistemdir,  yəni  xarici  VB,  elektron  cədvəllər, 
Microsoft  Office  və  b.  resurslarla  əlaqə  yaratmaq  xassələrinə 
malikdir. 
İM-in  nəticələrini  kompüter  animasiyası  ilə  təşkil  etmək  üçün 
Animation Builder dilindən istifadə olunur. Animation Builder mətn 
və  vizual  təsvir  formalarından  istifadə  etməklə  animasiya  fayllarını 
yaratmağa və redaktə etməyə imkan verir. 
 AweSim  mühitində  diskret  proseslərin  differensial  tənliklər 
şəklində fasiləsiz və hibrid proseslərin İM tədqiq oluna bilər. 
Qeyd edək ki, SLAM dilində model şəbəkə kimi təsvir olunur 
və  həmin  şəbəkədə  onun  komponentləri  sirkulyasiya  edərək  prosesi 
modelləşdirir.  Bu  komponentlər  şəbəkənin  düyünlərindən  keçdikdə 
yeni situasiyalara uyğun olaraq mahiyyətlərini dəyişir və prosesi əks 
etdirir. 
AweSim 
mühitində 
sənaye 
sistemlərinin 
modelləşdirilməsində  onun  qrafiki  elementləri  nisbətən  sadə 
proseslərdə 
səmərəli 
hesab 
olunur. 
Tədqiqat 
obyektləri 
mürəkkəbləşdikdə  AweSim  mühitində  şəbəkələr  əhəmiyyətli 
dərəcədə  mürəkkəb  struktura  malik  olduğundan  onların  tədqiqi  və 
qavranılması çətinləşir və İM-in qurulması səmərəli hesab edilmir. 
Istehsal  sistemlərinin  İM-nə  oriyentasiya  olunan  dillərdən  biri 
də SİMAN (Simulation Analysis) dilidir ki, onun vasitəsi ilə diskret, 
fasiləsiz  və  hibrid  sistemlərin  İM-in  qurulmasında  və  tədqiqində 
istifadə  edilir.  SİMAN  dili  1982-ci  ildə  S.Piqden  tərəfindən  təkilif 
olunmuş  və  sonrakı  mərhələlərdə  təkmilləşdirilmişdir.  Bu  dilin 
axırıncı versiyası kimi SİMAN V-i göstərmək olar. 
SİMAN dilində modelləşdirmənin riyazi  konsepsiyası  modellə 


 
 
~ 113 ~ 
eksperimentlərin  bir-birindən  ayrı  şəkildə  qurulmasıdır  ki,  bu  da 
modeli  modifikasiya  etmədən  çoxlu  sayda  eksperimentlərin  yerinə 
yetirilməsinə  şərait  yaradır.  Bu  halda  model  imitasiya  olunan 
obyektin  statik  və  dinamiki  xarakteristikalarını  təyin  edir. 
Eksperimentlərin  planlaşdırılması  isə  modelin  girişindəki  sərtləri  və 
giriş  verilənlərini  təyin  etməklə  onun  çıxışında  tələb  olunan  çıxış 
verilənlərinə hesablanır. 
GPSS  və  SLAM  dillərində  olduğu  kimi  SİMAN  dilində  də 
sistemin  modelləşdirilməsində  bloklar  şəbəkəsindən  istifadə  olunur. 
Bloklar şəbəkələri modelin qurulması prosesində yaradılır, xəttidir və 
sistem  vasitəsi  ilə  mahiyyətlər  axınını  təsvir  edir.  SİMAN  dili 
obyektlərin  və  istehsal  proseslərində  konveyer,  nəqliyyat 
sistemlərinin  yerdəyişmələrini  təsvir  etmək  üçün  səmərəli  hesab 
olunur. 
Mürəkkəb  sistemlərin  modeləşdilirməsində  SİMAN  dilinin 
daxili imkanlarından istifadə etməklə problemin həlli mümkün olmur 
və C
++
 və ya Fortran dilində tərtib olunmuş xarici alt proqramlardan 
istifadə  tələb  olunur.  Bu  isə  SLAM  dilində  olduğu  kimi 
modeləşdirmə prosesini mürəkkəbləşdirir.Göstərilən hal idarə sistemi 
modelləşdirilən obyektin tərkib hissəsi olduqda daha qabarıq şəkildə 
özünü göstərir. 
Animasiya  (multiplikasiya)  sistemi  olan  CİNEMA,  SİNAM 
imitatoru  ilə  kompleksdə  obyektin  qrafiki  modelini  statik,  yəni 
təsvirlər  şəklində  və  dinamiki  (növbələr,  yerdəyişmə  və  s.) 
komponentlərlə 
təsvir 
etməyə 
imkan 
verir. 
Obyektlərin 
yerdəyişməsində  xüusiləşdirilmiş  SİNAM-  modellərdən  istifadə 
etməklə  avtomatlaşdırılmış  nəqliyyat  qurğularının,  konveyerlərin, 
əyrilərin,  gistoqramların  və  s.  canlandırılmasi  həyata  keçirilir. 
Göstərilən dilin digər üstün cəhəti ondadır ki, multiplikasiya və İM-si 
paralel şəkildə, eyni zaman intervallarında yerinə yetirilir. 
CİNEMA  animasiya  sisteminin  əsas  çatışmayan  cəhəti 
interaktiv  vizualizasiya  imkanlarının  məhdud  olmasıdır.  Belə  ki, 
CİNEMA-da  vaxt  masştabının  idarə  olunması  diskret  xarakter 
daşıyır, yəni multiplikasiya fasiləsiz şəkildə yerinə yetirilə bilmir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə