M. Ə. MƏMMƏdov



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə15/81
tarix07.11.2018
ölçüsü1,57 Mb.
#77960
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

1971-ci  ild
ə  ədəbiyyat  almaq  üçün  1,015  manat,  10  qəpik, 
1981-ci ild
ə 668 manat, 10 qəpik xərcləmişdir. Həmin səna-
ye  sah
əsi  üzrə  digər,  Bakı  Maşınqayırma  Zavodu  ETK-sı, 
1975-ci  ild
ə  207  manat, 83 qəpik, 1983-cü ildə 256  manat, 
73  q
əpik  vəsait  müəssisənin  profilinə  uyğun  elmi-texniki 
ədəbiyyatın alınmasına xərclənmişdir. Burada nəzərə çarpan 
c
əhət elmi-tədqiqat müəssisələri, istehsal müəssisəsi ETK-na 
nisb
ətən  2-3  dəfə  çox  vəsait  xərcləməsidir.  Bu  da  yuxarıda 
qeyd olun
duğu kimi, elmi-tədqiqat və layihə konstruktor təş-
kilatlarının  işinin  xarakteri  və  yerinə  yetirilməsində  funk-
siyaların  daha  geniş  və  fundamental  əsaslı  olması  və  s.  sə-
b
əblərlə  bağlıdır.  Ona  görə  də  bu müəssisələrin  ETK-ları 
daha 
geniş çeşiddə vətən və xarici ədəbiyyat almağa məcbur-
dur.  
Artıq zaman dəyişmiş, respublika öz müstəqilliyini qa-
zanm
ış,  idarəetmə  və  təsərrüfat  sistemi  başqası  ilə  əvəz 
edilmiş  və  yenilənmə  prosesi  davam  etməkdədir.  Belə  bir 
şəraitdə  hər  bir  sənaye  sahəsi,  idarə  və  müəssisə  özünün 
mövcudluğu uğrunda  mübarizə aparır və qazanılmış hər bir 
manatın  səmərəli  sərfinə  çalışılır.  Təəssüf  ki,  keçmişdə  ol-
duğu  kimi  hazırda  da  kitabxanaların  maliyyələşdirilməsi, 
sax
lanması  və  inkişaf  etdirilməsi  məsələsi  təkcə  idarə  və 

əssisələr  tərəfindən  deyil,  dövlət  orqanları  tərəfindən  də 
sonuncu  plana  keçirilir.  M
əlum  olduğu  kimi,  1996-ci  ilin 
iyulunda  Az
ərbaycan  Respublikası  hökuməti “Azərbaycan 
Respublikasında  kitabxana  işinin  vəziyyətinin  yaxşılaşdırıl-
ma
sı  tədbirləri  haqqında”  qərar  qəbul  etmişdir.  Bu  qərarda 
respublikada  kitabxana 
işi  sahəsində  olan  müsbət  işlərlə 
yanaşı,  kitabxanaların  maddi-texniki  bazasının  maliyyələş-
44 


dirilm
əsi, kadrların yerləşdirilməsi və s. sahələrdə nöqsanla-
rın mövcud olması göstərilmişdir.  
Qeyd  olunan 
nöqsanların  aradan  qaldırılması  üçün 
müvafiq  nazirlikl
ərə və komitələrə, o cümlədən Dövlət Elm 
v
ə  Texnika  Komitəsinə  göstərişlər  verilmişdir.  Məhz  uzun 
ill
ər (sovet  dövlətinin  mövcud  olduğu  dövrdə)  dövlətin  ki-
tabxana 
işinə  kifayət  qədər  diqqət  verməməsi  və  bu  sahədə 
dövl
ətin ayırdığı vəsaitin onların tam normal fəaliyyəti üçün 
kifay
ət  etməmişdir.  Ona  görə  də  təkcə  dövlət  kitabxana 
şəbəkəsinin deyil, xüsusi tip kitabxanaların da maddi-texniki 
bazası zəif inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, kifayət 
q
ədər  maddi-texniki  bazaya  malik  olmaq  hələ  kitabxana 
xidm
əti  sisteminin  yüksək  səviyyədə  qurulmasına  təminat 
vermir. Bel
ə ki, kitabxanaların əsas struktur elementlərindən 
biri 
(lazımi peşə ustalığına, ixtisas biliyinə, mədəniyyətinə və 

nyagörüşünə  malik  olan)  olmasa,  hər  cür  maddi-texniki 
bazaya  malik  olan  heç  bir  kitabxana  üz
ərinə  düşən  vəzifə-
l
ərin  öhdəsindən  lazımi  dərəcədə  gələ  bilməz.  Kitabxana-
çılar,  kitabxanaların  fəaliyyətini  canlandıran  və  onun  hərə-
k
ətə  gətirən  əsas  qüvvə  kimi  respublikada  vahid  kitabxana 
sisteminin,  o  cüml
ədən ETK-nın mənbələrinin fəaliyyətində 
v
ə idarə olunmasında özünəməxsus xüsusi yer tutur.  
Elmi-Texniki Kitabxana
ların  kadr  təminatı.  Azər-
bay
can  Respublikasının  tarixən  formalaşmış  və  XX  əsrdə 
sür
ətlə inkişaf edərək yüksək inkişaf mərhələsinə çatan, qiy-
m
ətli sosial sistem içərisində,  mədəniyyətin  əsas göstərici-
l
ərindən biri kimi kitabxanalar mühüm yer tutur. Artıq dünya 
sivili
zasiyasının  müasir  inkişaf  mərhələsində  kitabxanaları 
t
əkcə  mədəniyyətin göstəricisi kimi deyil,  eyni zamanda 
45 


onun  inkişaf  səviyyəsi ilə  hər bir ölkədə  informasiya siste-
minin müasir v
əziyyətini müəyyənləşdirmək və  qiymətlən-
dirm
ək mümkündür. 
 
XX 
əsrin sonlarında görkəmli rus akademiki S.Lixaçov 
qeyd edirdi ki, kitabxana – bu, t
əkcə mədəniyyətin əsası de-
yil. 
Onlarda olan informasiya ehtiyatları – bu eyni zamanda 
iq
tisadiyyatın  və  siyasətin  əsasıdır.  XX  əsr  –  informatika 
əsridir.  Bizim gələcəyimiz  bu  gün  artıq  onun  inkişaf 
s
əviyyəsi ilə müəyyən edilir. (31) 
Dünyanın  iqtisadi  cəhətdən  inkişaf  etmiş  Qərb ölkə-
l
ərində  kitabxanalara,  xüsusi ilə  iri milli və  dövlət kitab-
xanalarına,  elmi-texniki kitabxanalara ölkənin vahid elmi-
texniki informasiya sisteminin 
əsas  informasiya  ehtiyatları 
kimi baxılır, dövlət tərəfindən mühafizə edilir və qorunur.  
Keçmiş SSRİ Nazirlər Sovetinin 1966-cı ildə “Ümum-
dövl
ət Elmi-Texniki  informasiya  sistemi  haqqında”(26.  81) 
q
əbul  edilmiş  qərarında  elmi-texniki kitabxanaların  Dövlət 
Avtomatlaşdırılmış Elmi-Texniki informasiya Sisteminin tər-
kib hiss
əsi olduğu qeyd olunmuşdur. Bu da 60-70-ci illərdə 
Elmi-Texniki Kitabxana 
(ETK) şəbəkələrinin nisbətən surətli 
inkişafına,  onların  funksiyalarının  genişlənməsinə  müsbət 
t
əsir  etmişdir.  Hazırda  keçmiş  Sovet  məkanında  meydana 
g
ələn gənc,  müstəqil dövlətlər təbii olaraq özünün infor-
masiya sistemini yaradırlar ki, onun da əsas tərkib hissəsini 
z
əngin  informasiya  ehtiyatlarına  malik  olan  kitabxanalar 
t
əşkil edir.  
Elmi-texniki informasiya sisteml
ərinin ayrılmaz hissəsi 
kimi 
kitabxanaların  bu  mühüm  sosial  funksiyaları  hər bir 
ölk
ənin müvafiq qanunları ilə təsbit edilmişdir.  
46 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə