MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə193/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   190   191   192   193   194   195   196   197   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

600 


bəzi  Qərb  ölkələrində  multikulturalizm  kimi  təqdim  olunan  sosial 

münasibətin  Azərbaycanla  formaca  oxĢar  cəhətləri  sezilsə  də, 

məzmun  etibarilə  fərqli  səciyyə  daĢıyır.  Azərbaycanda  minilliklər 

boyu dinc, yanaĢı yaĢamıĢ fərqli dil, din və mədəniyyət daĢıyıcıları 

varlıqlarını  günümüzədək  qorumuĢ,  hazırda  isə  cəmiyyətdə  bu 

yöndə mövcud olan pozitiv  münasibətə çox mühüm  çalar  – dövlət 

siyasəti  əlavə  olunmuĢdur  ki,  bu  da  respublikamızda  multikultural 

mühitin uğurlu perspektivlərini təmin edir. Lakin  Qərb dünyasında 

təqdim  olunan  ―multikulturalizm‖  isə  həmin  ölkələrə  sığınmıĢ 

qaçqın və ümumilikdə gəlmələrə olan hörmət və ehtiramdan deyil, 

sadəcə  ―dözümlü‖  münasibətdən  ibarətdir.  Təbii  ki,  həm  regional, 

həm  də  qlobal  miqyasda  müxtəlif  cəlbedici  adlarla  öz 

mədəniyyətlərinin  dominantlığını  təmin  etməyi  hədəfləyən,  baĢqa 

mədəniyyət  daĢıyıcılarına  assimilyasiya  obyekti  kimi  baxan, 

cismani, yaxud mənəvi əritmək, yox etmək fəaliyyətlərini tarixən və 

çağdaĢ  dövrümüzdə  dövlət  siyasətlərində  anoloqsuz  ənənə  halına 

salmıĢ eqoist təfəkkürlü qüvvələrin imitasiyalarını multikulturalizmi 

alternativsiz  həyat  tərzinə  çevirmiĢ  Azərbaycanla  müqayisə  etmək 

belə özlüyündə qüsurlu görünür. 

 

- Lakin multikulturalizmin hökm sürdüyü Azərbaycan Respublikası 



nədənsə  bir  sıra  xarici  dairələrdə  əsassız  ittihamlarla  üzləĢir, 

ölkəmizdə hansısa dini cərəyanların sıxıĢdırıldığı iddia edilir. 

 

-  Diqqət  yetirsəniz,  həmin  dairələrin  müdafiə  etdiyi  qrupların 



təbliğatı  ölkəmizdə  mövcud  olan  tolerantlıq  mühitinə  zidd, 

fərqlilikləri  qəbul  etməyən,  təməl  baxıĢlarında  dözümsüzlük 

dayanan cərəyanları təmsil etdiyi aĢkar görünür. Dözümsüzlüyü və 

baĢqa  inanclara  nifrəti  aĢılayanlara  Azərbaycan  dövlətinin 

münasibəti  ölkə  qanunvericiliyi,  Azərbaycanın  qoĢulduğu 

beynəlxalq  konvensiyaların  və  müqavilələrin  müddəaları  ilə 

müəyyənləĢir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

601 

 

-  Ölkədə  multikultural  mühitin  qorunması  və  inkiĢafında  Dini 



Qurumlarla ĠĢ üzrə Dövlət Komitəsinin rolu nədən ibarətdir? 

 

-  ġübhəsiz  ki,  bu  sahədə  Dövlət  Komitəsinin  səlahiyyətləri 



çərçivəsində davamlı və ardıcıl iĢlər aparılmaqdadır. Məlumdur ki, 

Azərbaycan Respublikasında əhalinin 96 faizini müsəlmanlar, qalan 

həmvətənlərimiz  isə  digər  dinlərin  mənsublarını  təĢkil  edirlər. 

Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir 

-  birinin  dini  inancı  və  mənəvi  dəyərlərinə  dərin  hörmət  dayanır. 

Dövlətin  konfessiyalara  münasibətində  də  bərabərlik  prinsipi 

mütləq  mənada  qorunur.  Bu  prinsipi  ölkəmizdə  qeydiyyatdan 

keçməklə  fəaliyyət  göstərən  dini  icmaların  fəaliyyətinin 

dəstəklənməsi,  onların  ictimai  həyatın  bir  parçası  kimi  cəmiyyətə 

inteqrasiyası  istiqamətində  ardıcıl  tədbirlərin  görülməsini  aydın 

Ģəkildə  müĢahidə  etmək  olar.  Ölkədə  649  dini  icma  qeydiyyatdan 

keçmiĢdir  ki,  onlardan  24-ü,  yaxud  3.7  faizi  qeyri-islam 

təmayüllüdür. 

Prezident Ġlham Əliyevin 2014-cü il 27 noyabr tarixli, 892 nömrəli 

Sərəncamı  ilə  ayrılmıĢ  2,5  milyon  manat  məbləğində  maliyyə 

vəsaiti  dini  maarifləndirmə  və  mənəvi  dəyərləri  təbliğ  etmə  iĢini 

daha da gücləndirmək üçün nəzərdə tutulmuĢdur. Dövlət Komitəsi 

dini  maarifləndirmə  iĢinə  bilavasitə  dini  icmaların  özlərini  cəlb 

edərək,  onların  öz  fəaliyyətlərini  müvafiq  layihələr  çərçivəsində 

qurmaqla  bu  prosesin  hərəkətverici  qüvvəsi  kimi  çıxıĢ  edir. 

Beləliklə,  dini  icmalar  dövlət  vəsaiti  ilə  reallaĢdırılan  dini 

maarifləndirmə  iĢinin  obyekti  yox,  icraçısı  kimi  çıxıĢ  edirlər. 

Burada bir məqamı da qeyd etmək yerinə düĢərdi. 2,5 milyon manat 

vəsaitdən  400  min  manatı  qeyri-islam  dini  icmalarına  ayrılmıĢdır. 

Nəticədə ölkə əhalisinin 4 faizini, dini icmaların isə 3,7 faizini təĢkil 

edən  qeyri-islam  dini  icmalarına  ümumilikdə  dini  icmalar  üçün 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

602 


nəzərdə  tutulmuĢ  maliyyə  vəsaitinin  16  faizi  düĢmüĢdür  ki,  bu  da 

göründüyü kimi real proporsional nisbətdən 4 dəfə çoxdur. 

Eyni  zamanda,  dini  ibadət  yerlərinin  tikilməsi,  yenidən  qurulması 

və  təmiri  iĢində  də  fərq  qoyulmadan  bütün  konfessiyalar  diqqətdə 

saxlanılır. Bu istiqamətdə məscidlərlə yanaĢı, kilsə və sinoqoqların 

dövlət vəsaiti hesabına  tikilməsini də qeyd edə bilərik. 

  

-  Mübariz  müəllim,  multikulturalizmin  Azərbaycan  modelinin 



beynəlxalq arenada perspektivini necə görürsünüz? 

 

Hesab edirəm ki, bu model bir örnək kimi həm regional müstəvidə, 



həm  də  beynəlxalq  arenada  tətbiq  edilməlidir  və  ümidvaram  ki,  

ediləcəkdir.  Çünki  bütün  dövrlərdə  bəĢəriyyətin  xilası  humanizm 

prinsiplərində 

olmuĢdur. 

Azərbaycan 

bir 


dövlət 

olaraq 


multikulturalizm  kimi  humanist  dəyərlərini  dünyada  təbliğ  və  öz 

nümunəsində  layiqincə  tətbiq  edir.  Ġnanıram  ki,  ölkəmizin 

multikulturalizm  sahəsindəki  təcrübəsi  qısa  zaman  ərzində  dünya 

ölkələri üçün nümunəvi örnək olacaqdır.  

 

 

http://www.moderator.az/news/115877.html



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə