MahirəNərimanqızı



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə195/198
tarix04.11.2017
ölçüsü4,6 Mb.
#8364
1   ...   190   191   192   193   194   195   196   197   198

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

606 


Bakıda, Qubada, Qusarda, Xaçmazda gördükləri multikultural əhval 

və  insanlara  sevgi,  dostluq  hissləri  ilə  dolu  həyat  onlarda 

Azərbaycanla  bağlı  dərin  təəssüratlar  yaratdı.  Onlar  bu  gün  öz 

ölkələrində  Azərbaycanın  yeni  dostları,  Azərbaycanın  maraqlarını 

müdafiə  edəcək  Ģəxslər  və  daima  ölkəmizə  məhəbbətlərini  izhar 

edən  gənclərdir.  Onlar  Azərbaycana  qarĢı  baĢ  verən  istənilən 

ədalətsizliyə anında sərt reaksiyalar verir və Azərbaycan reallığının 

ölkəmizə qarĢı ikili standartlar sərgiləyən dövlətlərin və beynəlxalq 

təĢkilatların  hesabatlarında  təqdim  edilən  Ģəkildə  olmadığı  fikrini 

baĢqaları  ilə  bölüĢür  və  bütün  bunları  dönə-dönə  ifadə  etməkdən 

çəkinmirlər. Onlar Azərbaycanı həqiqi dost kimi sevirlər.  

 

Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti 



ilə  Los-Ancelesdəki  Sinay  sinaqoqunun  50  nəfər  üzvü  baĢ  ravvin 

David Volpenin rəhbərliyi ilə Azərbaycana səfər etmiĢdi. Səfərdən 

sonra  hörmətli  David  Volpe  Amerikanın  ―Time‖  jurnalında 

Azərbaycana  məhəbbət  və  heyranlıq  dolu  bir  məqalə  dərc  etdirdi. 

Əslində,  o,  Azərbaycan  həqiqətini  Amerika  oxucusuna  çatdırmaq 

istəyirdi. Amma nə baĢ verdi?! Bu məqalə erməni lobbisinin haqsız 

hücumlarına  məruz  qaldı.  Bu  haqsız  hücumların  qarĢısına  isə  biz 

azərbaycanlılardan əvvəl yay məktəbinin iĢtirakçıları olmuĢ gənclər 

çıxdı və onlar David Volpeni müdafiə etdilər. Həm öz ölkələrindəki 

media  orqanlarında,  həm  də  sosial  Ģəbəkələrdə  onların  verdiyi 

reaksiya,  əslində,  bir  azərbaycanlının  verə  biləcəyi  reaksiya  qədər 

səmimi və kəsərli idi. 

 

Milli mənsubiyyət - qürur, Azərbaycanlı olmaq - fəxarətdir 



 

Ulu  öndər  Heydər  Əliyevin  rəhbərliyi  ilə  Azərbaycan  xalqının 

multikultural  ənənələrinin  qorunması  sahəsində  həyata  keçirilən 

siyasi xətt hazırda Prezident Ġlham Əliyev tərəfindən inamla davam 

və  inkiĢaf  etdirilir.  Xalqımızın  Ümummilli  lideri  Heydər  Əliyevin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

 

     Azərbaycan multikultiralizmi – II           Elmi toplu 

607 

söylədiyi  ―Hər  bir  xalqın  milli  mənsubiyyəti  onun  qürur 



mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!‖ ifadəsi bu gün 

hər bir ləyaqətli ölkə vətəndaĢının həyat düsturuna çevrilib.  

 

Xidmət  2015-ci  il  ərzində  də  ölkədə  milli  azlıqların  hüquq  və 



azadlıqlarının  müdafiəsi,  onların  mədəni-mənəvi  irsinin  qorunması 

və  dini  etiqad  azadlığının  təminatı  ilə  bağlı  yerli  icra  hakimiyyəti 

orqanları və digər dövlət strukturları ilə öz iĢini sıx Ģəkildə qurdu. 

Milli  azlıqların  dil  və  mədəniyyətinin  qorunub  saxlanması  və 

inkiĢafı,  onlara  məxsus  milli  özünəməxsusluğun,  adət-ənənələrin 

gələcək  nəsillərə  çatdırılması,  eyni  zamanda  onların  sıx  yaĢadığı 

bölgələrdə  Azərbaycanın  dövlət  müstəqilliyinin  və  azərbaycançılıq 

ideyalarının  təbliği,  hərbi  vətənpərvərlik,  vahid  dövlətçilik,  vətənə 

sədaqət  hisslərinin  gücləndirilməsi  istiqamətində  müvafiq  dövlət 

qurumları  və  azlıqların  milli  mədəni  təĢkilatları  ilə  birgə  ardıcıl 

fəaliyyət həyata keçirdi. Xidmətin təĢəbbüsü ilə fəaliyyətə baĢlayan 

―Kultura+‖  internet  televiziyasında  milli  azlıqların  dil  və 

mədəniyyətinin  qorunub  saxlanması  üçün  müxtəlif  veriliĢlər  və 

milli azlıqların dillərinin virtual tədrisini həyata keçirən proqramlar 

hazırlandı  və  kulturaplus.az  saytında  yerləĢdirildi.  Həmçinin  bu 

saytda  Azərbaycanın  xaricdəki  dostları  öz  dillərində  Azərbaycana 

məhəbbətlərini  ifadə  etdilər  və  bu  xoĢ  sözlər  dünyanın  bir  çox 

ölkələrində izləndi. ―Kultura+‖ vasitəsilə bu gün ən uzaq ölkələrdə 

belə  Azərbaycanın  multikultural  durumu  barədə  real  təsəvvür 

yaranmaqdadır.  

 

Xınalıqdan Çinədək 



 

Prezident  Ġlham  Əliyevin  ötən  ilin  əvvəlində  imzaladığı  ―Kitabi-

Dədə  Qorqud‖un  alman  dilində  ilk  tərcüməsi  və  nəĢrinin  200 

illiyinin qeyd edilməsi‖ ilə bağlı xüsusi Sərəncam təkcə bu dastanı 

deyil,  həm  də  Azərbaycan  mədəniyyətini,  ədəbiyyatını,  tarixini 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 

 

             Azərbaycan multikultiralizmi – II          Elmi toplu

 

608 


dünya  elm  adamlarının  və  gəncliyinin  bir  daha  diqqət  mərkəzinə 

çevirdi.  Bir  daha  bu  Sərəncamın  iĢığında  Fransa,  Almaniya, 

Ġngiltərə,  ABġ,  Portuqaliya,  Rusiya,  Türkiyə,  Ġtaliya  və  baĢqa 

ölkələrdə  Azərbaycan  mədəniyyəti  bir  daha  dünya  ictimaiyyətinə 

təqdim  olundu.  Və  məhz  ölkə  baĢçısının  böyük  uzaqgörənliklə 

imzaladığı bu Sərəncam sayəsində görkəmli alman ĢərqĢünas alimi 

və  diplomatı  Henrix  Fridrix  fon  Ditsin  200  il  əvvəl  Azərbaycan 

ədəbiyyatı  və  mədəniyyəti  ilə  bağlı  qələmə  aldığı  çox  dəyərli 

fikirlər və  ―Dədə Qorqud‖ dastanının ―Basat‖ boyu bir kəndin dili 

olan  Xınalıq  dilindən,  yüz  milyonların  dili  olan  Çin  dilinə  qədər 

geniĢ  bir  coğrafiyaya  yayılmıĢ  oldu.  Kitab  Bakı  Beynəlxalq 

Multikulturalizm  Mərkəzi  tərəfindən  Azərbaycan,  türk,  alman, 

ingilis,  fransız,  rus,  Çin,  yapon,  hind,  ərəb,  fars,  yunan,  yəhudi, 

gürcü, erməni, macar, italyan, Ukrayna və baĢqa dillərdə çap edildi. 

Bu Sərəncamdan ölkəmizdə yaĢayan milli azlıqlara da sevinc dolu 

bir pay düĢdü. Çünki qeyd edilən kitab eyni zamanda talıĢ, tat, udin, 

ləzgi,  kürd  və  Xınalıq  dillərinə  də  tərcümə  edilərək  çap  edilmiĢdi. 

Beləliklə, hər bir Azərbaycan vətəndaĢı ümumi ana kitabımız ―Dədə 

Qorqud‖u indi öz dilində oxuyur. 

 

Hər qarıĢında Qorqud izi 



 

Xidmət öz fəaliyyətində Prezident Ġlham Əliyevin Ģəxsi nümunəsini 

əsas  götürərək,  təkcə  paytaxtda  deyil,  bölgələrimizdə  yaĢayan 

insanlarla  birbaĢa  sıx  ünsiyyət  qurub.  Xidmət  əməkdaĢları  ötən  il 

ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkəmizin 

əksər  bölgələrində  Azərbaycan  Respublikasının  Prezidenti  yanında 

Bilik  Fondu,  Bakı  Beynəlxalq  Multikulturalizm  Mərkəzi,  Dini 

Qurumlarla ĠĢ üzrə Dövlət Komitəsi ilə birgə çoxsaylı yerli əhalinin 

qatıldığı  müxtəlif  tədbirlərdə  iĢtirak  edib.  Biz  ―Dədə  Qorqud‖ 

dastanının ölkəmizin müxtəlif guĢələrinə səpələnmiĢ izlərinə düĢüb 

Xocavənd-Nərgiztəpə, Ağdam, Füzuli, Tərtər, Tovuz, Qazax, Quba, 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   198




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə