Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   2   3   4   5   6   7   8   9   ...   12
Şəki Xanlığı

TARĠXĠ KEÇMĠġƏ NƏZƏR 

 

ġəki  Azərbaycanın  ən  qədim  Ģəhərlərindən  biridir.  Orta  əsrlərə  dair 

mənbələrdə onun adı ġəkə, ġaki, ġaka, ġakki, ġakke, ġekən, ġakkan, ġəkkin kimi 

müxtəlif  Ģəkillərdə  iĢlənmiĢdir.  ġəki  Ģəhəri  uzun  müddət  Nuxa  da  adlanmıĢdır. 

Doğrudur,  XVIII  əsr  də  daxil  olmaqla  Ģəhərin  adı  ədəbi  mənbələrdə  və  rəsmi 

sənədlərdə  ġəki  idi.  Rusiya  tərəfindən  iĢğaldan  sonra  da  xanlığın  ərazisi  inzibati 

vahid  olmaq  etibarilə  rəsmən  ġəki  əyaləti  adlanırdı.  Yalnız  1840-cı  il  islahatı  ilə 

bütün  əyalətə  Nuxa  qəzası,  qəzanın  mərkəzinə  isə  Nuxa  adı  verilmiĢdi.  Lakin  bu 

heç  də  o  demək  deyildir  ki,  «Nuxa»  anlayıĢının  mənĢəyi  yalnız  XIX  əsr  ilə 

bağlıdır. 

Qədim  müəlliflərdən  Ptolemey  Albaniyanın  Ģəhərləri  içərisində  Niqa  adlı 

yaĢayıĢ  məntəqəsini  də  qeyd  edir.  Həmin  mülahizəyə  diqqət  yetirən  görkəmli 

Azərbaycan tarixçisi A. Bakıxanovun fikrincə: «Nuxa Ģəhəri, adının münasibəti və 

yerinin vəziyyətinə görə, həmin Naxiya və ya Nağiya Ģəhəridir ki, qədim tarixlərdə 

ġirvan Ģəhərlərindən sayılırdı». Sonralar rus ĢərqĢünası A. Krımski çox ehtiyatla da 

olsa, Niqanın Nuxa olması mülahizəsinə Ģərik çıxır. 

Lakin  XIX  əsrin  baĢlanğıcında  həmin  mülahizənin  əleyhdarları  da  vardı. 

Məsələn,  akademik  B.  Dorn  belə  hesab  edirdi  ki,  Niqa  Ġberiya  ilə  Alazan 

arasındakı  sahədə  yerləĢirdi  və  onu  Nuxa  ilə  eyniləĢdirmək  olmaz.  Bu  fikirlə  rus 

tarixçisi K. V. Trever də razılaĢır. Hər halda  «Nuxa»  sözünün antik dövrdən bəlli 

olan Niqa məskəni ilə bağlılığı hələ mübahisəli bir məsələdir. 

Ġndi isə ġəki adının mənĢəyinə qayıdaq. Bu adın meydana çıxması və eyni 

adla yaĢayıĢ məntəqəsinin (ola bilsin Ģəhərin) salınması haqda tarix ədəbiyyatında 

əsasən bir fikir var. Bu fikir antik dövrün böyük tarixçiləri Herodot və Strabondan 

baĢlayaraq, sonrakı dövrlərin bir sıra qaynaqlarında dayanır. Herodota görə, ġimali 

Qafqazda yaĢayan skiflər—saklar e. ə. VII əsrdə cənuba yeganə asan yol (sonralar 

Dərbənd  keçidi)  ilə  Zaqafqaziyaya,  oradan  da  kiçik  Asiyaya  hücum  etmiĢdilər. 

Həmin  ərazidə  «Skif  çarlığı»  yaranmıĢdı.  Bu  hadisədən  bəhs  edən  Strabon  isə 

skifləri  saklar  adlandırır  və  yazır  ki,  «Saklar  Zaqafqaziyada  ən  yaxĢı  torpaqları 

tutdular  və  bu  yerləri  öz  adlarına  uyğun  Sakasena  adlandırdılar».  Tədqiqatçıların 

fikrincə  skif  çarlığının  əsas  ərazisi  Azərbaycan,  xüsusilə  ġimali  Azərbaycan 

olmuĢdur. 

K.V.Trever birinci minilliyin sonunda alban ittifaqını yaratmıĢ qəbilələrdən 

danıĢarkən sak qəbilələrinin nəsillərinin və Sakasenanın da adını çəkir və qeyd edir 

ki,  saklar  ġəki  ərazisində  məskun  idilər.  O,  eyni  zamanda  həmin  rayonun  coğrafi 

koordinatlarını da  verir. Bu koordinatlar indiki  ġəki rayonunun yerləĢdiyi əraziyə 

uyğun gəlir. 

Tarix  ədəbiyyatından  məlumdur  ki,  ərəb  yazıçısı  Bəlazuri  IX  əsrdə  həmin 

ərazini ġakaĢen, Ģəhəri isə ġake adlandırmıĢdır. 



 

Yuxarıda deyilənlərdən yalnız bir nəticə çıxır: müasir ġəki Ģəhərinin əsası e. 



ə. VII  əsrdə, yəni təxminən 2700 il bundan  əvvəl  saklar tərəfindən  qoyulmuĢdur. 

Vaxtilə  Sakasena  və  ya  ġakaĢen  adlanan  bu  yerin  adı  müasir  Ģəklə  düĢənə  qədər 

uzun təkamül yolu keçmiĢdir. 

ġəki  Ģəhərinin  qədim  tarixinə  aid  məlumat  geniĢ  deyildir.  ġəkini 

Azərbaycanın  qədim  Ģəhərlərindən  biri  hesab  edən  A.  Krımski  belə  bir  fərziyyə 

irəli sürür ki, Strabonun qeyd etdiyi Ġberiya yaxınlığındakı qədim alban məbədi e. 

ə.  I  əsrdə  məhz  burada  yerləĢirdi.  Beləliklə  ġəki  Alban  çarlığının  ən  iri 

Ģəhərlərindən biri olmuĢdur. Digər tədqiqatçı K. V. Trever isə ġəkinin Ġberiyadan 

guya  çox  uzaq  olduğunu  əsas  tutaraq  məbədin  ġəki  rayonunda  olması  fikri  ilə 

razılaĢmır. 

ġəkinin qədim Ģəhər olması baĢqa mənbələrdə də öz əksini tapır. Belə ki, e. 

ə.  II  əsrdə  erməni  çarı  I  ArtaĢes  (139—160-cı  illər)  bir  sıra  qonĢu  torpaqlar,  o 

cümlədən  sağ  sahil  (Kürün)  Albaniyası  torpaqlarının  bir  hissəsini  tutmuĢdu.  Zəbt 

olunan, sonralar isə yenidən Alban çarlığı tərəfindən geri alınmıĢ yerlər içərisində 

ġəkinin adı da çəkilir. 

ġəkinin III—VI əsrlər tarixi haqqında A. Krımski məlumat verir. O, bizanslı 

Favst  və  Musa  Kalankatlının  əsərlərinə  əsasən  qeyd  edir  ki,  IV  əsrdə  alban 

ArĢakilərinin-AranĢahların  hakimiyyəti  dövründə  ölkədə  xristianlıq  yayıldıqdan 

sonra  ġəkidə  Alban  patriarxlığının  xüsusi  yepiskop  kafedrası  təsis  olunmuĢdu. 

Kalankatlının məlumatına görə VI əsrin ortalarından erməni katalikosu bir çox dini 

idarələrə  yazılı  surətdə  müraciət  etmiĢdi.  Bu  müraciət  alban  katalikosuna  və 

həmçinin  ġəki  yepiskopuna  da  göndərilmiĢdi.  Alban  patriarxat  katalikosunun 

nəzdindəki  beĢ  yepiskopluqdan  birinin  ġəkidə  olması  bu  Ģəhərin  Alban  çarlığının 

mühüm Ģəhərlərindən sayıldığını sübut edir. 

XI  əsrdə  yaĢamıĢ  gürcü  müəllifi  CuanĢer  CuanĢerian  özünün  «Vaxtanq 

Qorqasalın  tarixi»  əsərində  V  əsrdə  baĢ  vermiĢ  hadisələri  Ģərh  edərkən,  baĢqa 

Ģəhərlərlə bərabər ġəkinin də (ġaka) adını çəkir. 

III—V  əsrlər  Albaniyası  bir  neçə  vilayətə  bölünürdü.  Albaniyanın  Ģimali-

qərbində dağlıq vilayət olan ġəki yerləĢirdi. Vilayətin mərkəzi ġəki Ģəhəri idi. Bir 

çox  baĢqa  Ģəhərlər  kimi  ġəki  də  qala  divarları  ilə  əhatə  olunmuĢdu.  V  əsrdə 

Albaniya  Sasani  hökmdarlarının  hakimiyyəti  altına  keçdikdən  sonra,  Sasani 

hökmdarı  I  Qubad  (488—531)  xəzərlərə  qarĢı  mübarizə  məqsədilə  bir  çox  alban 

Ģəhərlərini  də  möhkəmləndirirdi.  Onun  oğlu  Xosrov  ƏnuĢirəvan  (531—579)  isə 

xəzərlərin  keçə  biləcəyi  dağ  keçidini  möhkəmləndirmək  məqsədilə  ġəki 

darvazalarını tikdirdi. 

Ərəb  istilaları  ərəfəsində  ġəki  Azərbaycanın  mühüm  siyasi  və  iqtisadi 

əhəmiyyətli Ģəhərlərindən biri idi. Mənbələrdə dövrün mühüm yaĢayıĢ məntəqələri 

Dərbənd,  ġabran,  ġarvan  (ġirvan),  ġamaxı,  Qəbələ,  ġəmkir,  Gəncə,  Bərdə, 

Beyləqan, Naxçıvan, Təbriz, Cənzə və s. Ģəhərlərlə bərabər ġəkinin də adı çəkilir. 



 

Hələ  e.  ə.  və  eramızın  birinci  əsrində  ġəki  rayonu  arxeoloqların  Yaloylu 



təpə  mədəniyyəti  adlandırdıqları  maddi  mədəniyyətin  yayıldığı  ərazidə 

yerləĢmiĢdi.  K.  V.  Treverin  verdiyi  məlumata  görə  ġəki  toxuculuq  sənətinin 

mərkəzlərindən  biri  olmuĢdur.  ġəkinin  ticarət  və  sənətkarlıq  mərkəzi  kimi 

inkiĢafına səbəb burada V—VI əsrlərdə ipəkçiliyin inkiĢaf etməsi və Ģəhərin Sasani 

hökmdarlarının Azərbaycandakı iqamətgahı Bərdəyə yaxınlığı idi. 

VII  əsrin  ortalarında  Azərbaycan  ərəb  xilafətinin  hücumuna  məruz  qaldı. 

Ərəblər Ön  Asiya  ölkələrini  zəbt edərək  Azərbaycana  soxuldular. Ərəb qoĢunları 

Ermənistan  ərazisini,  Beyləqanı,  ġamxoru,  Qəbələni  tutandan  sonra  «ġəkkan 

hökmdarı...  ilə  xərac  vermək  Ģərti  ilə  sülh  bağladı».  Buradan  məlum  olur  ki,  VII 

əsrdə  ġəki  müstəqil  knyazlıq  və  ərəb  xilafətinin  hakimiyyətini  qəbul  etməyə 

məcbur olmuĢdur. Ərəb hakimiyyəti dövründə də ġəki öz muxtariyyətini qoruyub 

saxlaya bilmiĢdi. 

ġəki  əyaləti  ərəblərin  təĢkil  etdikləri  əmirliklərdən  biri  olan  III  əmirliyin 

tərkibinə  daxil  idi.  Ġqamətgahı  Bərdədə  yerləĢən  bu  əmirliyin  tərkibinə  ġimali 

Azərbaycan, Kiçik Asiyanın Ģərq hissəsi və Mesopotamiyanın Ģimalı daxil idi. Hər 

əmirlik bir neçə mahala bölünürdü. ġəki Ģəhəri mahal mərkəzi idi. 

Ərəb xilafətinin zəiflədiyi bir dövrdə, IX əsrin sonlarında Qriqor Xammam 

Alban  çarlığının  bərpasına  çalıĢırdı.  AranĢahlıq  adlanan  həmin  əraziyə  ġəki  də 

daxil idi. Lakin bu dövlətin ömrü uzun olmadı, ġəkidə müstəqil knyazlıq yaradıldı. 

Knyazlığın  baĢında  alban  knyaz  nəslinin  nümayəndələri  dururdu.  Ərəb  tarixçisi 

Məsudi  bu  barədə  yazır:  «Sanariya  çarlığının  yaxınlığında  Ģekinlər  yerləĢir. 

Xaçpərəst  olan  bu  qəbilə  içərisində  çoxlu  müsəlman  yaĢayır.  Onlar  ticarət  və 

sənətkarlıqla məĢğul olurlar». 

Göründüyü  kimi,  X  əsrin  ortalarında  ġəkidə  hələ  də  alban  xaçpərəst 

çarlarının  varisləri  hökmranlıq  edirdilər.  Yerli  əhalinin  bir  qismi  isə  artıq 

müsəlmanlığı qəbul etmiĢdi. 

X—XI əsr ərəb müəllifləri ġəki haqqında maraqlı məlumat verirlər. Məsudi 

yazır  ki,  ġəki  Tiflisdən  Dərbəndə  keçən  dağ  yolu  üzərindədir.  «Hüdud—əl—

Aləm» əsərinin müəllifinə görə ġəki böyük Ģəhər olub çox zəngin idi. 

X  əsrdə  ġəki  Azərbaycanın  Ģimalında  yenicə  yaranmıĢ  ġirvanĢahlar 

dövlətindən  asılı  vəziyyətə  düĢmüĢdü.  960-cı  illərin  əvvəllərində  ġəki  hakimi 

qonĢu Sanariyanı da öz hakimiyyəti altında birləĢdirərək, Alban-AranĢah dövlətini 

bərpa  etməyə  cəhd  göstərdi,  ġirvanĢahlara  tabe  olmaqdan  imtina  etdi.  ġirvanda 

Kəsranilər  sülaləsi  hakimiyyətə  gəldikdən  sonra,  A.  Krımskinin  gümanına  görə, 

ġəki ġirvanĢahlara tabe edilsə də, öz nominal müstəqilliyini saxlaya bilmiĢdi. 

XIV əsrin I yarısında Hülakülər dövləti iflasa uğradıqdan sonra ġirvanĢahlar 

dövləti  ilə  yanaĢı  ġəki  də  müstəqillik  qazandı  və  Orlat  nəsli  hakimiyyətə  gəldi. 

Lakin XIV əsrin sonlarında ġəki Teymurləngin hücumuna məruz qaldı. ġərafəddin 

Yəzdinin verdiyi məlumata görə, 1386-cı ildə Teymurləngin qoĢunları ġəkini qarət 

etdikdən  sonra  Qəbələdə  düĢərgə  salaraq,  burada  uzun  müddət  qaldılar.  ġəki  ilə 




 

ittifaqda  olan  Gürcüstana  göndərilən  cəza  dəstələri  də  ġəkiyə  çox  ziyan  vurdular. 



Lakin müttəfiqlər Teymurləngə tabe olmaq fikrində deyildilər. Onlar hətta 1397-ci 

ildən  Teymur  qoĢunlarının  mühasirəsində  olan  Əlincəqalanın  müdafiəçilərinin 

köməyinə gəldilər. Qala divarları yanında 1398-ci ilin qıĢında baĢ vermiĢ döyüĢdə 

ġəki hakimi Seyid Əli Orlat öldürüldü, onu oğlu Seyid Əhməd əvəz etdi. 

Rəvayətə görə ġirvanda hökmranlıq edən ġirvanĢah I Ġbrahim  ġəkidə kiçik 

torpaq  sahibi  olmuĢ  və  burada  yaĢamıĢdır.  1382-ci  ildə  ġirvanda  Kəsranilər 

sülaləsinin  hakimiyyətinə  son  qoymuĢ  üsyanla  əlaqədar  görkəmli  Azərbaycan 

tarixçisi  Abbasqulu  Ağa  Bakıxanov  yazmıĢdı:  «ġirvanda  hökmran  olan  bir  əmir 

çox  zülm  edirdi,  Ģirvanlılar  birləĢib  onu  öldürdülər.  Bu  zaman  ġeyx  Ġbrahim 

Dərbəndi  ibn  Sultan  Məhəmməd  ibn  Keyqubad  ġirvanĢah,  ġirvan  Ģəhərlərindən 

sayılan  ġəkidə  yoxsul  bir  halda  əkinçiliklə  məĢğul  olurdu.  ġirvanlılar  gəlib  onu 

tarlada bir ağacın altında yatmıĢ gördülər. Əyninə Ģahanə paltar və baĢına əmmamə 

qoyaraq,  gətirib  padĢahlıq  taxtına  oturtdular».  ġəki  hakimi  I  Ġbrahimlə  birlikdə 

Qarabağda düĢərgə salmıĢ Teymurləngin yanına gedərək onun hakimiyyətini qəbul 

etdi. ġirvan və ġəki qoĢunları 1402-ci ildə Teymurlənglə birlikdə Türkiyə sultanı I 

Bəyazidlə müharibədə iĢtirak etdilər. Bu müharibədə I Bəyazid məğlub oldu. 

Teymurləngin  ölümündən  sonra  ġəki  yenə  də  müstəqillik  qazandı.  O, 

ġirvanĢahlar  və  Gürcü  dövləti  ilə  dostluq  münasibətləri  saxlayırdı.  Teymurləngin 

sələflərindən olan Ömərin ġirvan, ġəki və s. yerləri tabe etmək cəhdi baĢ tutmadı. 

BirləĢmiĢ qüvvələr Kür sahilində Ömərin qoĢunlarını məğlub etdilər. 

I  Ġbrahim  teymurilər  üzərində  qələbədən  sonra  da  ġəki  və  Gürcüstan 

hökmdarları  ilə  ittifaqı  möhkəmləndirir  və  ona  baĢçılıq  edirdi.  Bu  ittifaq 

Azərbaycanın  cənubunda  yaranmıĢ  Qaraqoyunlu  dövlətinin  baĢçısı  Qara  Yusifin 

ġirvanı  ələ  keçirmək  cəhdlərinə  qarĢı  yönəlmiĢdi.  Lakin  1412-ci  ildə  müttəfiq 

qoĢunlar  məğlub  oldular.  Qara  Yusifin  qoĢunları  ġirvanı  qarət  etdi.  ġirvanĢah  I 

Ġbrahim,  gürcü  çarı  Konstantin  və  ġəki  hakimi  Seyid  Əhməd  əsir  alındılar.  I 

Ġbrahim  və  Seyid  Əhməd  Qara  Yusifin  vassallığını  qəbul  etdikdən  və  külli 

miqdarda  sərvət  verdikdən  sonra  əsirlikdən  azad  edildilər.  Lakin  Qaraqoyunlu 

dövlətində  baĢ  verən  daxili  çəkiĢmələrdən  istifadə  edən  ġirvan  və  ġəki  öz 

istiqlaliyyətlərini bərpa etdilər. 

1441-ci  ildən  1551-ci  ilə  qədər,  110  il  müddətində  ġəkini  Qara  KeĢiĢoğlu 

nəsli idarə edirdi. Rəvayətə görə alban—xaçpərəst olan Qara KeĢiĢoğlu varlı kənd 

keĢiĢi  idi.  Sülalənin  əsasını  onun  oğlu  Candar  KeĢiĢoğlu  qoymuĢdu.  O, 

müsəlmanlığı qəbul edərək özünü Əlican adlandırdı. Onun ölümündən sonra 1457-

ci ildən baĢlayaraq ġəki vilayətini oğlu Kutul idarə etmiĢdi. Kutulu isə oğlu Həsən 

Sultan əvəz etmiĢdi. 

ġirvanĢah Fərrux Yasarın (1462—1502) hakimiyyəti dövründə ġəki hakimi 

ġah  Hüseyn  Təbrizə  gələrək  Ağqoyunlu  dövlətinin  padĢahı  Rüstəmdən  kömək 

istədi,  ondan  təminat  aldıqdan  sonra  Fərrux  Yasarın  oğlu  ġeyxĢahı  da  öz  tərəfinə 

çəkərək  Qəbələ  mahalını  ələ  keçirdi.  Fərrux  Yasar  öz  vassalı  Qəbələ  hakimi 




 

Əbülfət    bəyin  köməyinə  gəldi.  Ağqoyunlu  dövləti  ġəki  hakiminə  vəd  etdiyi  15 



minlik  qoĢunu  göndərdisə  də,  Fərrux  Yasar  qoĢun  baĢçısı  Ġbrahimi  sülhə  sövq 

edərək, ġəki hakimi ġah Hüseyni və öz oğlu ġeyxĢahı məğlub etdi. ġeyxĢah atası 

ilə barıĢdı. Öz müttəfiqlərini itirən ġah Hüseyn yenidən Təbrizə, Rüstəm padĢahın 

yanına  və  «onun  ayaqlarına  düĢərək»  kömək  istədi.  Lakin  Rüstəm  padĢah  onu 

Urmi gölündə boğdurdu. 

XV əsrdə ġəki hakimləri ilə Kaxetiya çarlığı arasında dostluq münasibətləri 

olmuĢdur, lakin bəzən onların  arasında  toqquĢmalar da baĢ verirdi. 

ġəkinin XV əsr iqtisadi və ictimai həyatına dair material  çox  azdır.  ġəki 

əyalətində kənd təsərrüfatı, xüsusilə ipəkçilik inkiĢaf etmiĢdi. Əhalinin etnik tərkibi 

artıq sabitləĢmiĢdi. Qədim yerli əhalinin - albanların böyük əksəriyyəti Azərbaycan 

xalqının tərkib komponenti olmuĢdu. 

XV əsrin sonu — XVI əsrin əvvəlində Cənubi Azərbaycanda Aqqoyunlular 

dövləti  zəiflədi.  Bu  dövrdə  Səfəvilər  nəslindən  olan  Ərdəbil  hakimləri  xeyli 

gücləndilər.  Onlar,  xüsusən  də  bu  nəslin  gənc  nümayəndəsi  Ġsmayıl  Azərbaycanı 

birləĢdirərək vahid dövlət yaratmağı öz qarĢılarına məqsəd qoydular. Gənc Ġsmayıl 

ilk növbədə ġirvanı ələ keçirməyi qərara aldı. 

1500-cü  ildə  ġirvana  yürüĢ  edən  Ġsmayıl  Səfəvi  Kür  çayı  sahilində  ġəki 

hakimi  ilə  qarĢılaĢmalı  oldu.  Bu  döyüĢdə  ġəki  hökmdarı  məğlub  edilərək  geri 

çəkildi.  Səfəvilər  dövləti  yarandıqdan  və  I  Ġsmayıl  özünü  Ģah  elan  etdikdən  sonra 

ġəki  hakimi  Səfəvilərin  ali  hakimiyyətini  qəbul  etdi.  1519-cu  ildə  ġah  Ġsmayılın 

Təbrizdəki  iqamətgahına  toplaĢmıĢ  digər  vassal  dövlət  baĢçıları  içərisində  ġəki 

hakimi də vardı. 

1521-ci ildə Kaxetiya çarı Levon (mənbələrdə Ləvənd xan adlandırılır) ġəki 

üzərinə  hücum  etdi.  ġəki  hakimi,  bu  zaman  Naxçıvanda  olan  ġah  Ġsmayıla 

müraciət edərək kömək istədi. Səfəvilərin vassallarından olan Kaxetiya çarı Levon 

Ģah  Ġsmayılın  yanına  gələrək  günahından  keçməsini  xahiĢ  etdi  (onunla  birlikdə 

digər  gürcü  hökmdarları  da  ġah  Ġsmayılın  düĢərgəsinə  gəldilər).  Beləliklə,  ġəki 

Təbriz hökumətinin vassalı olmaq etibarı ilə öz daxili müstəqilliyini saxlaya  bildi. 

1524-cü  ildə  ġah  Ġsmayıl  ġirvana,  oradan  isə  ġəkiyə  gəldi.  ġəki  hökmdarı 

Həsən  bəy  onu  böyük  təntənə  ilə  qarĢıladı.  ġah  Ġsmayıl  ġəki  ilə  Gürcüstan 

arasındakı  yerdə,  çox  güman  ki,  indiki  Zaqatala  tərəfdə  ova  çıxdı.  Bu  ovda  ġəki 

əyanları  da  iĢtirak  edirdilər.  ġah  Ġsmayıl  ġəkidən  geri  qayıdan  kimi  Levon  yenə 

ġəkiyə basqın etdi. DöyüĢdə ġəkililər məğlub oldular və Həsən bəy öldürüldü. Bu 

hadisə  ġah  Ġsmayılın  vəfatı  ilə  bir  vaxta  düĢdü.  ġəki  xanlarının  nəslindən  olan 

Kərim Ağa Fateh bu hadisələri belə təsvir edir: «Həsən Sultan Səfəviyyə Ģahı ġah 

Ġsmayıla  qulluq  edirdi.  Gürcüstan  valisinin  gücü  və  qüdrəti  çox  idi.  Amma  Ģaha 

qulluq  eləmək  səbəbi  ilə  Həsən  Sultana  gücü  çatmadı.  ġah  Ġsmayıl  ölən  ildə 

Gürcüstan valisi Levon xan qoĢun götürüb gəldi və Həsən Sultan da qoĢun ilə onun 

qabağına  gedib  dava  elədilər.  Davada  Həsən  Sultan  öldürüldü.  Sonra  ġəki 



 

vilayətinin böyükləri Həsən Sultanın oğlu DərviĢ Məhəmməd xanı özlərinə hakim 



elədilər». 

Həmin dövrdə Səfəvilərin mərkəzi hökuməti ilə ġəki arasında münasibətlər 

pisləĢdi.  1538-ci  ildə  Səfəvi  Ģahı  Təhmasib  ġirvanı  Səfəvilər  dövlətinin  tərkibinə 

qatmaq  üçün  ġirvana  yürüĢ  etdi.  ġəki  hakimi  Buğurt  qalasında  mühasirədə  olan 

ġirvanĢah  ġahruxun  köməyinə  gəldi.  «O,  qızılbaĢ  ordusuna  yaxınlaĢdı.  Nağara 

vurulub  Ģeypur  çalındı,  qorqu  və  sairədən  ibarət  bir  dəstə  döyüĢə  gəldi.  DərviĢ 

Məhəmməd  xan, qoĢunundan bir çoxunu ölümə  verdi və heç bir iĢ  görə bilməyib 

geri qayıtdı». ġirvan Səfəvilər dövlətinin tərkibinə qatıldı. 

ġirvanĢahların hakimiyyətinə son qoyulduqdan sonra ġəki hakimi Ġran Ģahı 

Təhmasiblə  yaxınlaĢmağa  və  beləliklə,  öz  hakimiyyətini  saxlamağa  çalıĢırdı. 

DərviĢ  Məhəmməd  xan  1539-cu  ildə  Səfəvilərlə  qohum  oldu.  O,  ġirvanĢah  II 

Xəlilullahın  dul  qadını,  ġah  Təhmasibin  bacısı  Pərixan  xanımla  evləndi.  Lakin 

Pərixan  xanımın  vəfatından  sonra  (1547)  ġəki  ilə  Səfəvilərin  münasibətləri  yenə 

pisləĢdi.  DərviĢ  Məhəmməd  xan  öz  qardaĢının,  yəni  mərkəzi  Səfəvi  hökumətinə 

qarĢı  çıxıĢ  etmiĢ  Əlqas  Mirzənin  tərəfinə  keçdi,  ona  kömək  etmək  üçün  qardaĢı 

ġahnəzərin baĢçılığı altında qoĢun göndərdi. Əlqas Mirzənin qiyamı yatırıldıqdan 

sonra  1548-ci  ildə  ġah  Təhmasib  xanı  cəzalandırmaq  üçün  ġəkiyə  cəza  qoĢunu 

göndərdi. Xan KiĢ qalasında gizləndi. Səfəvi qoĢunları ətraf yerləri xaraba qoyaraq 

böyük qənimətlə geri qayıtdılar. 

1551-ci ildə ġah Təhmasib ġəkinin müstəqilliyinə son qoymağı qərara aldı 

və  böyük  qoĢunla  ġəki  tərəfə  hərəkət  etdi.  ƏrəĢ  yaxınlığında  Səfəvilərin  vassalı 

Kaxetiya  çarı  Levon  da  öz  dəstəsi  ilə  Səfəvi  qoĢunlarına  qoĢuldu.  DərviĢ 

Məhəmməd  xan  nəinki  Ģahı  qarĢılamağa  çıxdı,  hətta  Ģahın  dəvətini  rədd  edərək 

onun yanına getmədi. ġəkililər KiĢ və Gələsən-görəsən qalasında möhkəmləndilər. 

ġəkililərin  bir  qismi  isə  dağ  ətəklərini  özlərinə  sığınacaq  etdilər.  DərviĢ 

Məhəmməd  xan  ġəki  əyanları  ilə  birlikdə  Gələsən-görəsən  qalasında  idi.  ġah 

qoĢunları üç tərəfdən ġəki üzərinə hücuma keçdilər. ġəkililər sayca çox olan Səfəvi 

qoĢunlarına  ciddi  müqavimət  göstərdilər.  20  günlük  mühasirədən  sonra  qalabəyi 

Mahmud  bəy  müqavimətin  mənasız  olduğunu  görərək  təslim  oldu  və  qalanın 

açarını Ģaha verdi. 

KiĢ  qalasının  məğlub  olması  xəbərini  almıĢ  sığınaqlardakı  müdafiəçilər  də 

dəstə-dəstə təslim oldular. Vəziyyətin çıxılmazlığını görən DərviĢ Məhəmməd xan 

400  nəfər  atlı  ilə  Gələsən-görəsən  qalasından  çıxıb  qaçmaq  istədi.  Lakin  Səfəvi 

qoĢunları  onun  dəstəsini  haqlayıb  darmadağın  etdilər.  DərviĢ  Məhəmməd  xan 

döyüĢdə  öldürüldü.  A.  Bakıxanov  yazır:  «ġah  Təhmasib  özü  hicri  958-ci  (1551) 

ildə  ġəki  ölkəsini  almaq  qəsdilə  hərəkət  etdi.  Kaxet  valisi  Gürcü  Levon  xan  itaət 

izhar  edib,  əmrə  tabe  olmaq  qəsdilə  ƏrəĢ  qəsəbəsində  hüzura  gəldi  və  Ģahın 

nəvaziĢlərinə  tabe  oldu.  ġah  tərəfindən  DərviĢ  Məhəmməd  xanın  adına  lütf  və 

mərhəmət  müjdəsi  verən  bir  fərman  sadir  oldu.  Lakin  o,  yerinin  möhkəmliyinə 

arxalanaraq  inad  göstərməyə  baĢladı.  ġəki  böyüklərindən  bəzisi  KiĢ  qalasına, 




 

DərviĢ Məhəmməd xan özü isə çox möhkəm və uca olan Gələsən-görəsən qalasına 



çəkildi.  Bir  dəstə  də  Əlburuz  dağının  ətəyində  möhkəm  bir  yeri  özlərinə  sığınaq 

edib vuruĢa hazır oldular. QoruqçibaĢı Sevindik bəy, Bədir xan və ġahqulu Sultan 

Ustacallı bir dəstə qoĢunla KiĢ qalasını almağa, Kaxet valisi Levon xan və ġirvan 

hakimi  Abdulla  xan  Gələsən-görəsən  qalası  üzərinə,  möhürdar  ġahqulu  xəlifə  də 

baĢqa bir dəstə ilə dağ ətəyindəki sığınağı almağa təyin edildilər.» 

A.  Bakıxanov  hadisələrin  Ģərhinə  davam  edərək  göstərirdi  ki,  əmirlər 

mühasirə  və  qalanı  almaq  iĢlərilə  məĢğul  olub,  topların  zərbilə  hasar  və  qalanın 

bürclərini  dağıtdılar.  Bu  halı  görən  KiĢ  qalabəyisi,  qılınc  və  kəfən  ilə  Ģahın 

dərgahına  gəldi,  qalanın  açarlarını  təqdim  edərək  təltif  olundu.  Hökm  və  fərmana 

görə,  qalanı  dağıdıb  hasar  və  bürclərini  yerlə-yeksan  etdilər.  Bundan  sonra,  Ģahın 

ordusu  dağ  ətəyindəki  sığınaq  tərəfə  hərəkət  etdi.  Buranın  sakinləri  də  Ģahın 

əzəmətindən  qorxuya  düĢüb  əfv  və  aman  istədilər.  DərviĢ  Məhəmməd  xan  öz 

əməlindən  peĢman  olub,  bir  gecə  Gələsən-görəsən  qalasından  çıxıb  qaçdı.  ĠĢin 

tərsliyindən  onun  yolu  Levon  və  Abdulla  xanın  ordusunun  yanından  düĢdü.  Bu 

qoĢundan  bir  dəstə  DərviĢ  Məhəmməd  xanı  təqib  edərək  ona  yetiĢdi.  O,  yanında 

olan  400  nəfərlə  müdafiəyə  baĢladı.  Adamların  hamısı  öldürüldü.  DərviĢ 

Məhəmməd  xan  özü  Çərəndab  Sultan  ġamlının  mülazimi  Kosa  Pirqulu  ilə 

əlbəyaxa  oldu.  Kosa  qalib  gələrək  «onun  rəyasət  havası  ilə  dolu  olan  baĢını  öz 

padĢahının  atının  ayağı  altına,  torpaq  üzərinə  atdı».  ġəki  ölkəsi  tamamilə  Ģahın 

qüvvət və qüdrət sahibi olan baĢçılarının hakimiyyəti altına keçdi. 

Beləliklə,  1551-ci  ildə  ġəkinin  müstəqilliyinə  son  qoyuldu.  O  Səfəvilər 

dövlətinin əyalətinə çevrildi. Bu əyaləti dövlətin göndərdiyi caniĢinlər idarə edirdi. 

DərviĢ Məhəmməd xan öldürüldükdə, oğlu Baqi bəy hələ uĢaq idi.  ġah Təhmasib 

sarayında qulluq edən Hüseyncan adlı bir Ģəkili ġəki hakimi təyin olundu. «Məlik 

Hüseyncanın oğlu Məlik Ziyaüddin yüzbaĢı, onun oğlu Məlik Əhməd xandır. Bir 

neçə arxa ġəki mahalında bunlar məliklik ediblər». Əhməd xan öldükdən sonra isə 

ġəkiyə  baĢqa  nəsildən  olan  Hüseyn  Saqi  məlik  təyin  edildi.  Onun  nəsli  müstəqil 

ġəki xanlığı yaranana qədər ġəkidə məlik olmuĢdur. 

1578-ci  ildə  100  minlik  Türkiyə  ordusu  Lala  paĢanın  komandanlığı  ilə 

Azərbaycana, o cümlədən Ġsa xanın idarəsi altında olan ġəki mahalına basqın etdi. 

Bu  hücum  ġəki  mahalının  təsərrüfat  həyatına  çox  böyük  ziyan  vurdu.  XVI  əsrin 

80-ci illərində ġəki hakimi yerli Qara KeĢiĢoğlu nəslindən olan ġahmar xan, 1628-

ci  ildən  Məhəmməd  Sultan,  1633-cü  ildən  isə  Aslan  Sultan  olmuĢdu.  XVII  əsrin 

50-ci  illərindən,  artıq  ġəkini  Qara  KeĢiĢoğlu  nəsli  deyil,  Səfəvilərin  təyin  etdiyi 

məliklər  idarə  edirdi.  Bu  dövrdə,  daha  doğrusu  1647-ci  ildə  ġəkidə  olmuĢ  türk 

səyyahı  Evliya  Çələbinin  yazdığına  görə,  ġəkidə  3000  ev  var  idi.  Əhalisinin  sayı 

25—30  min  nəfər  idi.  Evliya  Çələbi  göstərir  ki,  ġəkinin  iki  darvazası—Gəncə  və 

ġirvan qapıları var idi. Burada 7 məscid və qala tikilmiĢdi. O, eyni zamanda ġəkidə 

ipəkçiliyin geniĢ surətdə inkiĢaf etdiyini də göstərir. 



10 

 

Ġpəkçilikdən,  xüsusən  də  baramaçılıqdan  gələn  gəlir  Ģah  xəzinəsini  çox 



maraqlandırırdı.  Təsadüfi  deyildir  ki,  ġah  Abbas  barama  üzərinə  dövlət  inhisarı 

qoymuĢdu,  yəni  barama  yalnız  dövlətə  satılmalı  idi.  Lakin  ġəki  və  ġirvan  ipəyi 

Osmanlı  Türkiyəsini  də  maraqlandırırdı.  1609—1612-ci  illərdə  Türkiyə  ġəki  və 

ġirvanı zəbt etmək üçün yenidən cəhd göstərdi. Bu cəhd nəticəsiz qalsa da, 1612-ci 

ildə  bağlanan  sülh  müqaviləsinə  görə  Səfəvilər  hər  il  Türkiyəyə  100  dəvə  yükü 

ġəki və ġirvan ipəyi verməyi öhdələrinə götürdülər. Sonralar bağlanmıĢ müqavilə 

ilə veriləsi ipəyin çəkisi 50 dəvə yükünə endirildi. 

Ġsgəndər  MünĢinin  «Tarix  aləm-arayi-Abbasi»  əsərinə  istinad  edən 

tədqiqatçı T. Musəvi göstərir ki, ġah Abbas 1617-ci ildə osmanlılarla üçüncü dəfə 

sülh bağladıqdan sonra həmin ilin payızında ġəki vilayətinə gəlmiĢ və 1618-ci ilin 

yazına  qədər  burada  qalmıĢdı.  ġah  Abbasın  ġəki  hakimliyinə  təyin  etdiyi  cəyirli 

Məhəmməd  Sultan  1629-cu  ilə  qədər  hakim  olmuĢdu.  I  ġah  Səfi  zamanı  ġəki 

hakimliyi Aslan Sultan adlı bir nəfərə tapĢırıldı. 

 Bütün  bu  dövrdə  ġəki  əhalisi—Ģəhər  sənətkarları,  xüsusilə  zəhmətkeĢ 

kəndlilər həm Ġranın Ģah hökuməti və onun caniĢini (məlik), həm də yerli feodallar 

tərəfindən istismar olunur, ağır mükəlləfiyyət və vergilər ödəyirdilər. Əhali həddən 

artıq vergi toplayan, torpaqları zəbt edən Məlik Aslan Sultandan Ģaha Ģikayət etdi. 

1648-ci  ildə  isə  ġəki  camaatı  II  ġah  Abbasa  göndərdiyi  ərizədə  ġəki  hakimi 

Abbasqulu  Sultanın  özbaĢınalığından,  əhalini  soymasından  gileylənirdi.  Camaat 

bununla kifayətlənməyib vergi verməkdən imtina etdi. 

1650-ci  ildə  Səfəvilər  sarayında  böyük  mövqeyə  malik  Ģəkili  Davudun 

qardaĢı  Səfiqulu  ġəki  vilayətinə  məlik  təyin  edildi.  Onun  15  illik  hakimiyyəti 

dövründə əhali üzərinə yeni ağır vergilər qoyuldu, 1650—51-ci ilə aid bir sənəddən 

görünür  ki,  bəzi  yerlərdə  əhali  ġəki  hakimi  Səfiquluya  vergi  verməkdən  imtina 

edirmiĢ.  ĠĢ  o  yerə  çatmıĢdı  ki,  Ġran  Ģahı  xüsusi  fərmanla  ġirvan  və  Qarabağ 

bəylərinə vergiləri toplamaqda Səfiquluya kömək etmək göstəriĢi vermiĢdi. 

1665-ci ildə ġəki ġirvan bəylərbəyinə tabe edilmiĢdi. Lakin bir qədər sonra 

hakimiyyətə gəlmiĢ ġah Süleyman (1667—1694) Allahqulu Sultanı ġəki vilayətinə 

məlik  təyin  etdi.  Köhnə  idarə  sistemi  bərpa  olundu.  Əhalinin  vəziyyəti  pisləĢir, 

istismarın,  soyğunçuluğun  dərəcəsi  durmadan  artırdı.  XVII  əsrin  70-ci  illərinin 

sonunda  vəziyyət  xüsusilə  ağırlaĢdı.  Zülmkarlığı  ilə  məĢhur  olan  Məlik  Həsənin 

soyğunçuluğu  ucbatından  vilayət  əhalisinin  xeyli  hissəsi  öz  doğma  yurdundan 

Gürcüstana  və  Qarabağa  köçməyə  məcbur  oldu.  Cəzanə  gəlmiĢ  əhali  ġah  Sultan 

Hüseynə  (1694—1722)  Ģikayət  etmiĢ  və  ġah,  Məlik  Həsəni  1701-ci  ildə 

hakimiyyətdən  kənar  etməyə  məcbur  olmuĢdu.  Ġran  hökumətinin  təyin  etdiyi 

sonrakı hakimlər (Məhəmməd xan, Əlimərdan bəy) əvvəlki məlik nəslindən idilər. 

ġah  hökumətinin  iradəsi  ilə  caniĢin  olan  bu  hakimlər  yerli  feodal  zümrəsindən 

çıxmıĢdılar və zəhmətkeĢ əhalinin Ġran Ģahları tərəfindən amansız istismarında fəal 

iĢtirak edirdilər. 

 

 




11 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə