Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   2   3   4   5   6   7   8   9   ...   12
Şəki Xanlığı

SOSĠAL - SĠYASĠ  HƏYAT 

 

ġƏKĠ XANLIĞININ YARANMASI 

 

XVIII  əsrin  əvvəlində  Səfəvi  dövləti  xeyli  zəiflədi.  Bu  dövrdə  feodal  ara 

müharibələri güclənir, feodal hakimlər qənimət xatirinə bir-birinin ölkəsinə basqın 

edirdilər.  Həmin  dövrdə  yaĢamıĢ  Ġsa  Həsən  Cəlaliyan  yazır  ki,  osmanlılar 

tərəfindən  himayə  olunan  ərəĢli  Əli  Sultan  1712-ci  ildə  ġəkiyə  hücumlar  edir, 

əhalini soyur, qarətlə məĢğul olurdu. Bir qədər sonra, yəni 20-ci illərin əvvəllərində 

Qazıqumux hakimi Surxay xan ġəkini zəbt etdi. 

Nadir xan Ġran taxtını ələ keçirdikdən sonra Azərbaycanda vəziyyət daha da 

ağırlaĢdı. O, «bir zülmkar kimi» öz xalqına və zəbt etdiyi ölkələrin xalqlarına «elə 

səfalət  gətirdi  ki,  ondan  yaxa  qurtarmaq  mümkün  deyildi»

1

.  Əhalidən  toplanan 



vergilərin  miqdarı  hədsiz  dərəcədə  artdı.  Nadir  Ģahın  qarətçi  siyasəti  xalq 

kütlələrinin  və  feodal  əyanların  ciddi  müqaviməti  ilə  rastlaĢdı.  «ÇıxıĢlar  olmayan 

yerlərə çox az rast gəlmək olardı».

2

 1735-ci ilin baĢlanğıcında ġəkidən 20 km aralı 



Bilicik  kəndində,  «Nadir  o  qədər  qəddarlıq  və  ədalətsizliklə  xərac  toplamağa 

baĢladı  ki,  əhali  onun  əleyhinə  üsyana  qalxdı,  Çanikdən,  Taladan  və  baĢqa 

yerlərdən  köməyə  dəstələr  çağıraraq  ona  qarĢı  hərəkət  etdi.  Onun  sərbazlarının 

çoxunu  qırdı  və  əmlaklarını  ələ  keçirdi».

3

  Nadir  Ģah  bu  yerlərə  cəza  dəstələri 



göndərdi.  Onun  sərbazları  bir  çox  kəndləri  viranəyə  döndərdilər,  bağları  və 

üzümlükləri  məhv  etdilər.  Ġranda  hakimiyyəti  ələ  keçirmiĢ  Nadir  ƏfĢar  əvvəlcə 

Əlimərdan bəyi ġəki mahalına  məlik təyin etdi. 1737-ci ildə isə Əlimərdan bəyin 

ölümündən sonra onun qardaĢı oğlu Nəcəfqulunu ġəkiyə məlik qoydu. 

Bu  dövrdə  Azərbaycanda  və  Dağıstanda,  o  cümlədən  ġəkidə  Ġran 

hakimiyyətinə  qarĢı  mübarizə  gücləndi.  Yerli  əhali  ilə  iranlılar  arasında  tez-tez 

döyüĢlər olurdu. 1739-cu ilin  payızında Nadir  Ģah qardaĢı Ġbrahim  xanın baĢçılığı 

ilə buraya qoĢun göndərdi. Bu qoĢun Qarabağ, ġirvan və ġəki vilayətlərini keçərək 

Cara  yaxınlaĢdı.  ġəki  və  ġirvandan  bir  çox  qaçqınlar  da  Cara  gəlmiĢdilər  və 

üsyançılara yaxından kömək edirdilər. Canik dağı yaxınlığında, dar bir dərədə baĢ 

vermiĢ döyüĢdə Ġran qoĢunu məğlub edildi, Ġbrahim xan öldürüldü. Bu hadisəni A. 

Bakıxanov  «Gülüstani-Ġrəm»  əsərində  belə  təsvir  edir:  «Hicri  1151-ci  ildə  Nadir 

Ģah  Hindistan  səfərində  olduğu  zaman  Car  və  Tala  ləzgiləri  yerlərinin 

möhkəmliyinə  güvənərək  üsyan  etdilər.  Zəhirüddövlə  Ġbrahim  xan  onları 

                                                           

1

 С. Г м е л и к. Путешествие по России для иследования всех трех царств в природе. ч. III, стб, 



1785, səh. 173. 

2

  Е.  З  е  в  а  к  и  н.  Азербайджан  в  начале  XVIII  с.  (журнал  посланника  Воланского.  1715—1718 



гг.).  Известия.  Общества  обследования в  изучения  Азербайджана. №  8,  6-cı  buraxılıĢ.  B.    1929, 

səһ. 6. 


3

 Хроника войн Джара в XVIII столетии, Б.  1931, səһ.  19. 

 



12 

 

cəzalandırmağa  getdi.  O,  əvvəlcə  qalib  gəldi,  lakin  o  tayfanın  dağ  baĢında 



səngərlərdə pusquda duran dəstəsi ətrafdan hücuma keçdi. Ġbrahim xanın qoĢununu 

məğlub  etdilər  və  onlardan  bir  çoxunu  öldürdülər.  Ġbrahim  xanın  özü  də  tüfəng 

gülləsi ilə öldürüldü».

4

 



1740-cı  ildə  Nadir  Ģah  Qəni  xanın  baĢçılığı  altında  Azərbaycana  cəza 

dəstəsi göndərdi. QoĢunlar ġəki və ġirvan vilayətlərini qarət etdilər. Lakin amansız 

cəza  tədbirləri  əhalinin  iradəsini  qıra  bilmədi.  Ġran  hakimiyyətinə  qarĢı  mübarizə 

davam  edirdi.  ġəkililərin  Nadir  Ģah  hakimiyyətinə  qarĢı  mübarizəsinin  baĢında 

Hacı  Çələbi  dururdu.  Bu  hadisəni  A.  Bakıxanov  belə  təsvir  edir:  «Nadir  Ģah 

Hindistanı  fəth  etdikdən  sonra  Əfqanıstana  gəldi.  Hicri  1152-ci  (1740)  ildə 

Nadirabaddan  Qəni  xan  Abdullanı,  öz  tayfası  ilə  Türküstan  səfərindən  azad  edib 

ġirvana göndərdi. Ona tapĢırdı ki, qıĢ zamanı, Əlbürz dağlarının gediĢ-gəliĢ yolları 

bağlandığı bir zamanda, Car və Tala camaatını cəzalandırsın».

5

 Kosaəhmədli Fətəli 



xan və Azərbaycanın yeni sərdarı Qırxlı Məhəmmədəli xanı da 15 minlik Xorasan 

qoĢunu ilə bu iĢə cəlb etdi. O, Gürcüstan hakimlərini də onlara qoĢdu. Göründüyü 

kimi  çox  böyük  qoĢun  göndərilmiĢdi.  «1741-ci  il  fevralın  23-də  Qanıq  çayı 

yaxınlığında  baĢ  vermiĢ  döyüĢdə  üsyançılar  bu  böyük  qüvvənin  qarĢısında  dura 

bilmədilər,  məğlub  oldular.  Lakin  bu  məğlubiyyət  onları  sındırmadı.  Mübarizə 

davam edirdi».

6

 

Məlik  Nəcəfin  (Nəcəfqulu)  özbaĢınalığından  təngə  gəlmiĢ  ġəki  əyanları 



Nadir  Ģaha  Ģikayət  yazdılar.  Bu  Ģikayətdə  Məlik  Nəcəfin  vergi  toplamaq  iĢində 

hərisliyindən,  zorakılığından  danıĢılır  və  onun  əvəzinə  ġəkiyə  baĢqa  məlik  təyin 

edilməsi xahiĢ olunurdu.

7

 ġah yerli əyanlardan bir nəfəri vəkil kimi onun hüzuruna 



göndərməyi  tələb  etdi.  ġəki  əhalisi  «Ģahın  əmrinə  görə,  məĢvərət  edərlər  ki,  Hacı 

Çələbinin ata-babalarında böyüklük  var  və özü də rəĢid  və  iĢbilən adamdır. Bunu 

vəkil  eyləyək...  Xalq  onu  vəkil  edib  padĢahın  hüzuruna  göndərirlər.  ġah  buna 

fərman  verib,  ġəki  mahalına  vəkil  edir  ki,  Məlik  Nəcəf  bunsuz  rəiyyətə  qulluq 

həvalə eləməsin».

8

 



«ġəki  xanlarının  müxtəsər  tarixi»nin  müəllifi  Kərim  Ağa  Fateh  və  «ġəki 

xanları  və  onların  nəsilləri»  yazısının  müəllifi  Hacı  Seyid  Əbdülhəmid  ġəkidə 

hakimiyyəti  ələ  keçirmiĢ,  ġəki  xanlığının  əsasını  qoymuĢ  Hacı  Çələbi  xanın 

Ģəcərəsi  barəsində  məlumat  verirlər.  Buradan  aydın  olur  ki,  Çələbi  Qurban  oğlu, 

heç də ġəkinin sıravi rəiyyətlərindən olmayıb, «Tarixi keçmiĢə nəzər» bölməsində 

adını  çəkdiyimiz  orta  əsrlər  ġəki  xanlığının  baĢçısı  DərviĢ  Məhəmməd  xanın 

                                                           

4

 A. B a k ı x a n o v.   Gülüstani-Ġrəm, B, 1961, səh, 152—153. 



5

 Y e n ə   orada, səh. 15. 

6

 A. B a k ı x a n o v. Gülüstani-Ġrəm, Bakı, 1961 səh. 153. 



7

 K ə r i m Ağa Fateh. ġəki xanlarının müxtəsər tarixi. Bakı, 1958. səh. 15. 

8

 Y e n ə orada, səh. 15 və В. Н. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке, Баку, 



1948, стр. 117. 


13 

 

nəslindəndir.



9

  Onların  verdiyi  məlumata  görə  ġəki  xanlığı  Səfəvilər  dövlətinin 

tərkibinə  qatıldıqdan,  DərviĢ  Məhəmmməd  xanın  nəslindən  olan  Ģəxslər  öləndən 

sonra  Səfəvi  Ģahları  bu  nəsli  məliklikdən  kənarlaĢdırıb.  Məlik  Hüseyn-Saqi  adlı 

birisini  ġəki  məliyi  təyin  etmiĢlər.  Məlik  Nəcəf  onun  nəslindən  idi.  Çələbi  xanın 

isə  nəsli  belədir:  «Baqi  bəy  ki,  DərviĢ  Məhəmməd  xanın  oğlu  idi,  onda  bəylik 

olmayıb,  onun  oğlu  Əlican,  onun  oğlu  Əsgər  və  Əsgərin  oğlu  Allahverdi,  onun 

oğlu Əlican və Əlicanın iki oğlu olub: biri Qurban və biri Əhməd. Qurbanın oğlu 

Hacı Çələbi.»

10

  



Hacı  Çələbi  Nadir  Ģahın  düĢərgəsindən  vəkil  rütbəsində  qayıtdıqdan  sonra 

Ģahın  fərmanına  əsasən  Məlik  Nəcəfqulu bütün  tədbirlərini onun  rizası ilə  həyata    

keçirməli idi. Məlik Nəcəfqulu yaxĢı baĢa düĢürdü ki, ġəki camaatı Hacı Çələbiyə 

xüsusi  rəğbət  bəslədiyi  üçün  Nadir  Ģah  onu  vəkil  təyin  etmiĢdir.  Ġran  hökmdarı 

ġəki  əhalisinin  üsyankarlığından  ehtiyat  etmiĢ  və  bir  oxla  iki  ov  ovlamaq—bir 

tərəfdən  əhalini  sakitləĢdirmək,  digər  tərəfdən  isə  Hacı  Çələbi  kimi  nüfuzlu  bir 

Ģəxsi  öz  tərəfinə  çəkmək  istəmiĢ  və  Məlik  Nəcəfqulunu  bunun  yolunda  qurban   

vermiĢdi.  Nəcəfqulu  baĢa  düĢürdü  ki,  Hacı  Çələbi  özünü  ġəkinin  hakimi  hesab    

edib  onu  tədricən  sıxıĢdıracaq,  təkbaĢına  idarə  etməyə  çalıĢacaqdır.  Hələ  ki  bunu 

açıqcasına  etmək  istəmir,  deməli  Ģah  qoĢunlarının  yaxınlıqda  olmasından,  Ģahı 

qəzəbləndirib Ģəhəri sərbazların talanına düçar edə biləcəyindən ehtiyat edir. Hacı 

Çələbinin  vəkil  təyin  edilməsi  təlaĢ  keçirən  Məlik  Nəcəfquludan  baĢqa  ġəkidə   

hamının  sevincinə  səbəb  olmuĢdu.  Bu,  azadlıq  hərəkatının  qazandığı  ilk  qələbə 

demək  idi.  1742-ci  il  may  ayının  üçüncü  cümə  günündə  bayram  əhval-ruhiyyəli 

ġəki  camaatı  küçələrə  çıxmıĢdı.  Öz  məhəllələrində  cəmləĢmiĢ  ġəki  camaatı  KiĢ 

çayı  sahilindəki  düzənliyə,  cıdır  və  çovqan  oyunu  keçirilən  meydana  axıĢırdı. 

Çoxdandı ki, ġəki belə bir mənzərənin, Ģadyanalığın Ģahidi olmamıĢdı.  

Beləliklə,  ġəkidə  əslində  iki  hakim  var  idi:  Məlik  Nəcəf  və  vəkil  Hacı 

Çələbi.  Qeyd  etdik  ki,  Nadir  Ģah  Hacı  Çələbinin  nüfuzundan  istifadə  etmək 

məqsədilə  onu  ġəki  vilayətinin  vəkili  təyin  etdi.  Hacı  Çələbi  isə  bundan  istifadə 

edərək xalq arasında daha da Ģöhrətlənməyə, Məlik Nəcəfin xalqa zülm etməsinin 

qarĢısını  alıb  onu  sıxıĢdırmağa  çalıĢırdı.  Öz  vəziyyətinin  getdikcə  pisləĢdiyini 

görən  Məlik  Nəcəf  «bundan  ürəyi  kinli,  ədalətli  olub,  bəhanə  axtarırdı  ki,  bunu 

Ģahın  yanında  sahibi  təqsir  eləsin.  Neçə  vaxt  bundan  sonra  Məlik,  Ģah  yanına 

gedir... Ģaha ərz edir ki, Çələbi məni qoymur ki, Ģahın qulluğun rəiyyətə buyuram. 

ġahın qulluğun tutmurlar. Nə özü qulaq asır, nə xalqı qoyur».

11

 

Nadir Ģahın tələbi ilə Hacı Çələbi bu zaman  Dərbənd  yaxınlığında düĢərgə 



salmıĢ Ģahın hüzuruna gəlir. ġah Hacı Çələbini dara çəkməyi əmr edir. Lakin Hacı 

Çələbi  özünü  itirməyərək  Məlik  Nəcəfin  xalqa  zülm  etməsi  və  özbaĢınalığı 

                                                           

9

 K ə r i m Ağa Fateh. ġəki xanlarının müxtəsər tarixi. səh. 13—16, 43—44. 



10

 ġəki xanlarının tarixindən. Bakı 1958, səh. 15.  

11

 Kərim Ağa F a t e h. ġəki xanlarının müxtəsər tarixi. səh.  15—16. 



 


14 

 

haqqında  Ģaha  soyuqqanlıqla  məlumat  verir.  «Çələbinin  boğazına  kəndir  salırlar. 



Bu  anda,  kəndir  boğazında,  ərz  eləyir  ki,  baĢına  dönüm,  mənim  təqsirim  nədir, 

bihəq  yerə  məni  öldürürsən?  ġah  buyurur  ki,  məlik  deyir:  Çələbi  qoymur  Ģahın 

qulluğu əmələ gələ. Ərz eylər ki, sənə fəda olum, məsələn Ģahdan bir qulluq gəlsə 

Məlik dörd-beĢ qulluq da onun  üstünə qoyub rəiyyətə  həvalə  eylər. Mən deyirəm 

ki,  Ģah  məni  vəkil  edibdir.  Razı  olmanam  ki,  Ģahın  rəiyyətini  əbəs  yerə  xarab 

eləyəsən.  Məlik  bu  səbəbdən  xilaf  yerə  ərz  eylər.  Rəiyyət  padĢahın 

ixtiyarındadır».

12

  



Vəzir Mirzə Mehdi xan Hacı Çələbiyə baxaraq Ģaha tərəf əyildi və yavaĢdan 

dedi: 


«—  Qibleyi-aləm,  tələsmə,  mültəfit  ol,  o  sənin  əlindədir,  nə  vaxt  istəsən 

dara  çəkdirə  bilərsən.  Elə  əyyamdır  ki,  onu  öldürmək  bizə  xeyirli  deyil,  biləks, 

təhlükəlidir.  Burada  dağlarla  üz-üzə  dayanmıĢıq.  ġirvanda  da  çaxnaĢma  var.  Öz 

camaatı  arasında  çox  böyük  hörməti  olan  bu  adamı  öldürsən,  ġəki  mahalında  da 

böyük narazılıq baĢ verər». 

Nadir  Ģah  vəziri  dinləyir,  onun  söylədiklərinin  həqiqət  olduğunu  baĢa 

düĢürdü.  Sərkərdəlik  bacarığı  qədər  hiyləgər  və  zəkalı  olan  Nadir  Ģah  ölkənin, 

həmçinin  qoĢun  yeridib  aldığı  əyalətlərin  vəziyyətini  yaxĢı  bilirdi.  Lakin  Hacı 

Çələbinin əyilməzliyi, məğrur duruĢu onu tərəddüdə salsa da, o vəzirlə razılaĢmalı 

oldu  və  edam  əmrini  ləğv  etdi.  Hacı  Çələbi  yeni  fərmanla  ġəkiyə  vəkil  təyin 

olunur.  Hacı  Çələbinin  igid  davranıĢı  Nadir  Ģaha  dərin  təsir  etmiĢ,  onu  qorxuya 

salmıĢdı. «ġah, gecə fikir eyləyib, öz əmirlərinə buyurur ki, mənim hüzurumda bir 

kəsin  həddi  yoxdur  ki,  nəfəs  çəkə.  ġəkili  Çələbi  nə  cürət  sahibi  varmıĢ  ki, 

boğazında kəndir cürət eləyib bu ərzləri mənə elədi. Heç sözün yanılmadı. Əlbəttə 

bundan bir xəta əmələ gələcək».

13

 



Hacı Çələbi ġəkidə hakimiyyəti ələ almaq üçün fürsət axtarırdı. Nadir Ģahın 

caniĢini Məlik Nəcəf də  Hacı Çələbini aradan qaldırmağa çalıĢırdı. Nəcəfqulunun 

Nadir  Ģahdan  aldığı  məktub  onun  əl-qolunu  açdı.  Nadir  Ģahın  adından  Məlik 

Nəcəfquluya  yazılmıĢ  məktubu  vəzir  Mirzə  Mehdi  xan  imzalamıĢdı.  Allahın  və 

peyğəmbərin, onların yer üzündə yeganə nümayəndəsi olan Nadir Ģahın uzun-uzadı 

tərifi ilə baĢlanan məktubdan aydın olurdu ki, yayın ortalarında Nadir Ģah dağlılara 

divan  tutmaq  üçün  düĢərgəsini  Dərbənd  yaxınlığına  köçürəcəkdir.  Məlik 

Nəcəfquluya  əmr  olunurdu  ki,  düĢərgəyə  çoxlu  ərzaq  göndərsin.  Eyni  zamanda 

Nəcəfqulu öz qızını Nadir Ģahın düĢərgəsinə, hərəmxanaya gətirməli idi. 

Nadir  Ģahın  adından  gəlmiĢ  məktub  Məlik  Nəcəfqulunun  kefini  xeyli 

durultmuĢdu.  O  artıq  özünü  Ģahın  qayınatası  hesab  edir  və  qızı  Ġran  mələkəsi 

olandan  sonra  Ģah  sarayında  yüksək  mövqe  tutacağına,  məxĢuĢçu,  üsyankar  ġəki 

                                                           

12

 Kərim Ağa F a t e h. ġəki xanlarının müxtəsər tarixi. səh. 15-16. 



13

 Y e n ə orada, səh. 16. 

 



15 

 

camaatından  uzaqlaĢacağına  sevinirdi.  Bununla  belə  o,  Ģəkililərdən,  ilk  növbədə 



Hacı  Çələbidən  intiqam  almaq  fikrində  idi.  O,  Hacı  Çələbilə  məsləhətləĢmədən, 

onunla hesablaĢmadan, Ģahın düĢərgəyə çoxlu ərzaq gətirmək tələbini bəhanə edib, 

müəyyən  etdiyi  əlavə  vergiləri  nəyin  bahasına  olursa-olsun  toplamağı  qət  edərək 

xəzinədarla  sərbazbaĢına  bu  iĢə  baĢlamağı  əmr  etdi.  Hacı  Çələbi  ilə 

məsləhətləĢmədən  bu  iĢi  görməyin  nə  ilə  nəticələnə  biləcəyini  baĢa  düĢən 

xəzinədar,  onunla  məsləhətləĢməyi  Məlik  Nəcəfquluya  tövsiyə  etdisə  də,  bunun 

nəticəsi  olmadı.  Əhalinin  soyulması,  qarət  olunması  baĢlandı.  Məlik  Nəcəfqulu 

yenə  Ģaha  Hacı  Çələbidən  Ģikayət  yazdı.  ġah  Hacı  Çələbini  öz  hüzuruna 

çağırtdırdı,  Hacı  Çələbi  yaxĢı  baĢa  düĢürdü  ki,  bu  dəfə  Nadir  Ģah  onu  sağ 

buraxmayacaq.  O,  ġəki  əyanları  ilə  məsləhətləĢdikdən  sonra  Məlik  Nəcəfqulunu 

öldürdü. 

Məlik Nəcəfqulu öldürüldükdən sonra Nadir  Ģah 1740-cı il noyabrın 23-də 

verdiyi  fərmanla  onun  qardaĢı  oğlu  Məlik  Cəfəri  ġəki  mahalının  məliyi  təyin 

etmiĢdi.


14

 

Hacı  Çələbi  yaranmıĢ  vəziyyətdən  istifadə  edərək  ġəkidə  hakimiyyəti  ələ 



almağa  giriĢdi,  Ġranın  daxili  siyasi  vəziyyəti  buna  Ģərait  yaratdı.  Belə  ki,  Nadir 

Ģahın  1741  —  1742-ci  illərdə  Dağıstana  yürüĢü  müvəffəqiyyətsizliyə  uğramıĢdı. 

Bundan  baĢqa  Türkiyənin  qoĢunları  da  Ġran  sərhəddi  üçün  təhlükə  yaratdığından 

Nadir  Ģah  sərhədlərin  müdafiəsini  zəiflədərək  üsyanları  yatırmaq  üçün  qoĢun 

göndərməyə ehtiyat edirdi. 

ġirvanda  və  Gürcüstanda  baĢ  verən  hadisələr  də  Hacı  Çələbi  xana  öz 

qarĢısına qoyduğu məqsədə—ġəkinin müstəqilliyini əldə etməyə Ģərait yaradırdı. 

Gürcüstanda  Knyaz  Amilaxvarinin  baĢçılığı  altında  birləĢmiĢ  feodallar 

Türkiyə  və  ġirvanda  baĢ  qaldırmıĢ  Səfi  Mirzə  ilə  birgə  Nadir  Ģah  əleyhinə 

qalxdılar.  ġirvanda  isə,  adını  çəkdiyimiz,  özünü  ġah  Hüseynin  varisi  elan  etmiĢ 

Səfi Mirzə (ədəbiyyatda o Səm Mirzə də adlandırılır) 1743-cü ilin ikinci yarısında 

Ġran  hakimiyyətinə  qarĢı  çıxdı.  O,  Türkiyə  və  dağıstanlı  Surxay  xanın  oğlu 

Məhəmmədlə əlaqə saxlayırdı. 

Hacı Çələbi qüvvələri Gələsən-görəsən qalasında  yerləĢdirdi. Bu qala ġəki 

Ģəhərindən  8  km  aralı,  KiĢ  kəndi  yaxınlığında  olan  sıldırım  qayalı  yerdə  idi. 

Nadirin  hücumu  zamanı  düz  yerdə  onunla  bacara  bilməyəcəyini  dərk  edən  Hacı 

Çələbi  xan  həmin  yerə  sığınaraq  müqavimət  göstərməyi  qərara  aldı.  Ġ.  L.  Seqalın 

verdiyi  məlumata  görə  Nadir  Ģah  Hacı  Çələbi  xana  divan  tutmaq  məqsədilə  öz 

qoĢunları ilə gəlmiĢ və Hacı Çələbi xana məktub yazaraq tabe olmasını tələb etmiĢ, 

əks təqdirdə dağlara qalxaraq müdafiəçilərin hamısını qıracağını bildirmiĢdi. Hacı 

Çələbi  xan  isə  cavabında  yazmıĢdı:  «gələrsən-görərsən».  Lakin  qalanın  adının 

həmin cavabdan yaranması haqda geniĢ yayılmıĢ fikir əsaslı deyildir. 

                                                           

14

 ġəki xanlığının tarixindən, B. 1958, səh. 67—68. 



 


16 

 

1743-cü  ilin  sonu—1744-cü  ilin  əvvəlində  artıq  müstəqil  ġəki  xanlığı 



yaranmıĢ  oldu.  Müstəqil,  yəni  Ġran  Ģahlarına  tabe  olmayan  xanlığın  yaranması 

əslində  Azərbaycanın siyasi suverenliyinin  və dövlət ənənələrinin bərpa olunması 

demək idi.  Əlbəttə, ölkənin  milli azadlığının əsas amili xalqın inadkar  mübarizəsi 

olmuĢdur.  Bu  dövrdə  azadlıq  üsyanları  bütün  Azərbaycanı,  xüsusilə  Təbrizi, 

Ərdəbili, ġirvanı və ġəkini bürümüĢdü. Sözün əsl mənasında xalq azadlıq hərəkatı 

baĢlanmıĢdı.  Bu  xalq  üsyanlarının  ən  böyüklərindən  biri  yenə  1743-cü  ildə 

ġirvanda  Nadir  Ģah  hakimiyyətinə  qarĢı  baĢ  vermiĢdi.  A.  Bakıxanov  yazır  ki, 

«Nuxulu  Hacı  Çələbi  Qurban  oğlu  istiqlaliyyət  bayrağı  qaldıraraq,  ġəki,  ƏrəĢ  və 

Qəbələ mahallarını özünə tabe etdi». 

Bu zaman ümumiyyətlə Zaqafqaziyada azadlıq hərəkatı geniĢ vüsət almıĢdı. 

Belə  ki,  Gürcüstan  əhalisi  yerli  feodalların  iĢtirakı  ilə  Nadir  Ģaha  və  onun 

tərəfdarlarına qarĢı silahlı çıxıĢ təĢkil etdi. Nadir Ģah ġirvanda və Gürcüstanda baĢ 

vermiĢ üsyanları çox çətinliklə də olsa yatıra bildi, lakin Gələsən-görəsən qalasında 

mövqe tutmuĢ ġəki üsyançılarının iradəsini qıra bilmədi. 1744-cü ildə «ġah qoĢun 

göndərib,  gəlib  DaĢbulaq  kəndinin  yanında  Kotandüzü  deyərlər,  orada  ordunu 

qoyub, bir para zübdə (seçmə) qoĢun götürüb Gələsən-görəsən tərəfinə gedər. Çox 

dava  elərlər,  hər  iki  tərəfdən  çox  adam  ölər.  Hətta  Ģahın  qabağında  piĢxidməti 

qurarlar.  ġahın  ümarələri  ərz  elərlər  ki,  sənə  fəda  olaq  bir  para  ac,  bimənfəət 

adamlardan  ötrü  qoĢunu  nə  hacət  qırdırırsan.  Sonra  Ģah  qəbul  edib,  qayıdıb 

ordusunda bir para vaxt dəkləĢib (əyləĢib) sonra gedib, o biri ildə genə gəldi. 

Xülaseyi-kəlam  üç  il  Hacı  Çələbi  ġəki  əhli  ilə  Gələsən-görəsəndə  oturub, 

çox  aclıq  və  tənglik  çəkibdilər.  Sonra  Ģah  çıxıb  gedib.  Bunlar  da  Noxuya 

düĢübdürlər».

15

 



Hacı  Çələbinin  adamları  gecələr  qaladan  çıxaraq  meĢə  ilə  Ģah  qoĢunlarına 

yaxınlaĢır,  atəĢ  açır,  onlara  rahatlıq  vermirdilər.  Car-balakənlilərin  Ģəkililərə 

köməyə  gəlməsi  onların  cəsarətini  daha  da  artırmıĢ,  Nadir  Ģah  qoĢunlarının  ciddi 

tələfatına  səbəb  olmuĢdu.  Nadir  Ģah  geri  çəkilməyə  məcbur  olmuĢ,  hətta  geri 

çəkilərkən  ölümdən  güclə  yaxa  qurtara  bilmiĢdi.  ġəki  döyüĢçüləri  ilə  Ģah  qoĢunu 

arasında gedən qısamüddətli vuruĢmada Ģah əsgərlərindən 500 nəfər öldürülmüĢ və 

xeyli  adam  yaralanmıĢdı.  Yerli  döyüĢçülərin  əlinə  Ģah  əsgərlərinin  qoyub 

qaçdıqları çoxlu qənimət yüklü atlar keçmiĢdi. 

Məğlub  olmuĢ  Nadir  Ģah  Bərdəyə  çəkildi.  Ərzaq  çətinliyi  çəkən  Nadir 

əhalini  soyur,  son  tikəsini  əlindən  alırdı.  O,  1744-cü  ilin  dekabrında  Dərbəndə 

hərəkət  etdi.  Lakin  burada  da  müvəffəqiyyətsizliyə  uğrayaraq,  1745-ci  ilin 

yanvarında Bərdəyə qayıtdı və həmin ilin fevralında yenə ġəki üzərinə yürüĢ etdi. 

Nadir Ģah irəlilədikcə yol boyu meĢələri qırır, partizan müharibəsi aparan dəstələri 

məhv  etməyə  çalıĢırdı.  Nadir  Hacı  Çələbiyə  hədiyyələr  göndərərək  təslim  olmağı 

                                                           

15

 K ə r i m Ağa Fateh. ġəki xanlarının müxtəsər tarixi, səh. 117. 



 


17 

 

təklif  etdi,  lakin  xalqın  əzminə  arxalanan  Hacı  Çələbi  Ģahın  tələbini  rədd  etdi. 



Nadir Ģah qalanın müdafiəçilərini aclığa düçar etməkə diz çökdürməyə çalıĢdı. Bu 

da  kömək  eləmədi.  1745-ci  ilin  mayında  Ġran  qoĢunları,  qala  ətrafında  qarnizon 

qoyaraq  ġəkini  tərk  etdilər.  Onlar  yolları  üstündə  olan  bütün  kəndləri,  yaĢayıĢ 

məntəqələrini talan edib viranəyə döndərdilər.

16

 

Qala  müdafiəçiləri  1746-cı  ilin  martına  qədər  qarnizona  qarĢı  sinə  gərə 



bildilər. Ərzaq çatıĢmazlığı, aclığın baĢlanması Çələbi xanı güzəĢtə getməyə, Nadir 

Ģahın  təklifinə  razı  olub,  üzdə  də  olsa  onun  hakimiyyətini  qəbul  etməyə  məcbur 

etdi. 

Azərbaycan xanlıqlarının tarixinə həsr edilmiĢ tədqiqatlarda (bu tədqiqatlar 



«giriĢ» hissəsindən göründüyü kimi belə tədqiqatlar az olmamıĢdır) nədənsə Nadir 

Ģahın  1746-cı  il  yanvarın  31-də  verdiyi  fərman  nəzərdən  qaçırılmıĢdır.  Bu 

fərmandan göründüyü kimi Çələbi xan özünü xan elan etdikdən sonra Məlik Cəfər 

hələ  də  ġəki  mahalında  məlik  olaraq  qalırdı  və  Çələbi  xan  Nadir  Ģaha  müraciət 

edərək  bağıĢlanmasını  xahiĢ  etmiĢdi.  Nadir  Ģah  onu  bağıĢlayaraq  Məlik  Cəfərlə 

birlikdə  nəinki  ġəki  mahalında,  hətta  ġirvana  gedib,  orada da  qayda-qanuna  əməl 

olunmasına nəzarət etməyi tapĢırmıĢdı.

17

 



Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  Hacı  Çələbi  Nadir  Ģahın 

basqınlarının  qarĢısını  almaq  üçün  diplomatik  addım  atmıĢ,  Nadir  Ģaha  tabe 

olduğunu  bildirməyə  məcbur  olmuĢdu.  Ancaq  Hacı  Çələbinin  baĢçılıq  etdiyi  ġəki 

əhalisi hər cür əziyyətə dözərək Ġran əsarətinə qarĢı mərdliklə  mübarizə aparmıĢdı. 

1747-ci ildə Nadir Ģahın öldürülməsi ilə, onsuz da dağılmaq həddində olan 

Ġran  dövləti  parçalandı.  Ġran  əsarəti  altında  olan  Azərbaycan  müstəqilləĢdi. 

Azərbaycan ərazisində hələ 1743-cü ildə yaradılmıĢ ġəki xanlığı tam müstəqilləĢdi, 

bundan  əlavə  Qarabağ,  Quba,  Gəncə,  ġamaxı,  Bakı,  Naxçıvan,  Dərbənd,  Salyan, 

TalıĢ, Təbriz, Marağa, Maku, Xoy xanlıqları, Ġlisu, QutqaĢen, Qəbələ, ƏrəĢ, Qazax, 

ġəmsəddil  sultanlıqları  yarandı.  Sultanlıqlar  bu  və  ya  digər  xanlıqdan  yarımasılı 

vəziyyətdə idilər. Xanlıqların hər biri müstəqil dövlət idi. Beləliklə, uzun müddətli 

fasilədən  sonra  Azərbaycan  öz  dövlət  müstəqilliyini  əldə  etdi.  Doğrudur, 

xanlıqların  yaranması  ilə  Azərbaycan  öz  ərazi  bütövlüyünü  itirdi.  Xanlıqlar 

arasında tez-tez ara müharibələri baĢ verir, bu isə əhaliyə çox baha otururdu. Buna 

baxmayaraq, Ģübhəsiz ki, xanlıqların yaranması Azərbaycan xalqının tarixində çox 

mühüm hadisə idi. Cəsarətlə demək olar ki, xanlıqların yaranması dövründə onların 

arasında ġəki xanlığı ən qüdrətlisi idi və təsadüfi deyildir ki, ġəki xanı Hacı Çələbi 

xan bütün Azərbaycanı öz xanlığı ətrafında vahid dövlətdə birləĢdirməyə çalıĢırdı. 

 

                                                           



16

 Rusiya MDHTA, f. 2P. Siy. 1/47. iĢ 6, vər, 26.  

17

 ġəki xanlığının tarixindən, B, 1958, səh. 68. 



 


18 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə