Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   2   3   4   5   6   7   8   9   ...   12
Şəki Xanlığı

XANLIĞIN ĠQTĠSADĠ HƏYATI 

 

1. Kənd təsərrüfatı 

 

ġəki  xanlığı  əhalisinin  əsas  kütləsi  kənd  təsərrüfatı  ilə  məĢğul  olurdu. 

Burada  əkinçilik,  maldarlıq,  bağçılıq,  baramaçılıq  və  s.  inkiĢaf  etmiĢdi.  ġəhərin 

özündə  də  meyvə  bağları,  üzümlüklər  böyük  bir  sahəni  əhatə  edirdi.

92

  Xanlığın 



dağlıq  yerlərində  də,  aran  yerlərində  də  taxıl  istehsalı  kənd  təsərrüfat  istehsalında 

üstün mövqe tuturdu. Arxiv sənədində qeyd olunur ki, ġəkidə və Qəbələdə yaĢayan 

«xalq  öz  mənəviyyatı  və  adətlərinə  görə  Dərbənd  və  Quba  camaatı  ilə  eynidir.., 

istehsal  sahəsi  əkinçilik,  arıçılıqdır.  Onlarda  bağ  məhsulları  istənilən  qədərdir».

93

 

ġəki xanlığının 13 kəndində barama hazırlamaq üçün 202 tut bağı var idi. 



Kənd  təsərrüfatının  texniki  təchizatı  aĢağı  səviyyədə  idi.  Əsas  əkinçilik 

alətləri xıĢ və 8—10 heyvanın hərəkətə gətirə biləcəyi kotan idi. Suvarma iĢi yaxĢı 

aparılmırdı. 

Torpaqların  xeyli  hissəsi  bəylərin  ixtiyarında  idi.  Bu  torpaqlar  iki 

kateqoriyaya  bölünürdü:  mülk  və  tiul.  Mülklər  mülkədarların  mülkiyyətində  idi. 

Tiul isə dövlət xəzinəsinə  məxsus olub, ayrı-ayrı bəylərə  müvəqqəti,  yaxud daimi 

istifadə üçün verilmiĢ torpaqlar idi. Tiul daimi istifadəyə verildikdə ondan istifadə 

edən tiuldar ölərsə, tiul dövlət xəzinəsinin ixtiyarına keçir, yaxud xanın fərmanı ilə 

onun  xələflərinin  istifadəsinə  verilirdi.  Bununla  yanaĢı  bu  dövrdə  titulun  bəzi 

tiuldarların mülkiyyətinə keçməsi, «mülk»ə çevrilməsi prosesi gedirdi. 

Xanlıqda qıĢlaq və yaylaq adlandırılan otlaqlar var idi və bu otlaqlar əsasən 

bəylərin  mülkiyyətində,  yaxud istifadəsində olub, onların  mal-qarasının otlağı idi. 

Bu torpaqlardan maldarlar da müəyyən ödəniĢ müqabilində istifadə edirdilər. 

Məscidlərə və baĢqa dini idarələrə məxsus olan torpaq sahələri də var idi və 

bu torpaqlar vəqf adlanırdı. Vəqf sahibləri xüsusi vəziyyətdə olub, xan xəzinəsinə 

hər cür vergi və mükəlləfiyyətlərdən azad idi. 

Xanlığın  əhalisinin  sinfi  tərkibi  məhsuldar  qüvvələrin  inkiĢafı  və  hakim 

istehsal  münasibətləri  ilə  bağlı  idi.  Cəmiyyət  iki  sinfə  bölünürdü:  feodallar  və 

kəndlilər.  Birinci  qrupa  sultanlar,  məliklər,  bəylər,  tayfabaĢılar,  ağalar,  həmçinin 

din  xadimləri  olan  Ģeyxlər,  axundlar,  qazılar,  mollalar  daxil  idilər.  Onlardan  hər 

biri feodal ierarxiyası pillələrində özlərinin silki mənĢəyi, mülklərinin həcmi, hərbi 

dəstələrinin sayı və tutduqları vəzifələrə görə müxtəlif yerlərdə dururdular. Feodal 

ierarxiya  pilləsinin  baĢını  xanlığın  ali  hakimi  olan  xan  tuturdu.  Xan  nəslindən 

olanlar da bu pillənin baĢında dururdular. Onlardan sonrakı yerləri xana tabe olan, 

                                                           

92

 «Kavkaz» qəzeti, № 24, 1846. 



93

 Rusiya MDHTA, f. VUA, iĢ 18486, vər. 67. 

 



44 

 

müəyyən  əraziyə  baĢçılıq  edən  Sultanlar  və  Məliklər  tuturdular.  Sultanlar  cəmisi 



iki nəfər idi: QutqaĢen və ƏrəĢ sultanları. 

Feodal ierarxiyasının sonrakı pillələrində mülkədar-bəylər, tiuldar-bəylər və 

ağalar  dururdular.  Tarixçilərin  çoxu  nədənsə  maafları  da  bu  ierarxiyaya  daxil 

edirlər.  Biz  belə  hesab  edirik  ki,  bu  düz  deyildir.  Maaflar  kəndlilər  içərisindən 

çıxmıĢ,  feodallara  xidmət  müqabilində  (əsasən  qoĢun  dəstələrində)  müəyyən 

güzəĢtlər edilmiĢ, vergi və mükəlləfiyyətdən azad edilmiĢ kəndlilər idi. Doğrudur, 

maaflardan  bəziləri  xüsusi  xidmətlərə  görə  hətta  bəylik  rütbəsinə  də  çatırdılar. 

Bunları feodal ierarxiyasına daxil etmək olar. Onlar bəzən  kətxuda, yüzbaĢı təyin 

olunur,  kəndli  kütləsi  içərisində  olub  feodallara  casusluq  edir,  xanın  müxtəlif 

tapĢırıqlarını yerinə yetirirdilər. Bir arxiv sənədində deyilir ki, «Maafların vəzifəsi 

ondan  ibarətdir  ki,  xanların  hökmü  ilə  düĢmənə  qarĢı  hücuma  göndərilir,  yerli 

rəislərin göstəriĢlərini yerinə yetirir, gözətçilərə baĢçılıq edir, ancaq xəzinəyə vergi 

vermirdilər».

94

  Beləliklə,  onların  böyük  hissəsi  güzəĢtlər  almıĢ  kəndlilər  idilər. 



Ancaq bəziləri feodalın qəzəbinə keçib bütün hüquqlardan məhrum edilərək vergi-

mükəlləfiyyətlər ödəyən kəndlilərin sırasına qayıtmalı olurdular. 

Azərbaycanın XVIII əsr tarixini tədqiq etmiĢ V. N. Leviatovun 1824-cü ildə 

əhalinin siyahıya alınması materiallarına isnad edərək apardığı hesablamalara görə 

maafların  sayı  6250  nəfər  olub,  vergi  ödəyən  əhalinin,  yəni  kəndlilərin  7  faizini 

təĢkil  edirmiĢlər.  Elə  bu  rəqəmin  özü  də  bizə  haqq  verir  ki,  maafları  feodal 

ierarxiyasına  aid  etməyək.  ġəki  xanlığında  maaflar  Qarabağ  və  Quba  xanlıqlarına 

nisbətən az idi, bu da həmin xanlıqlarda orduya səfərbərlərin sayının çox olması ilə 

bağlı idi. 

Kəndli sinfinə isə rəiyyət və rəncbərlər daxil idi. Özünün pay torpağı olub, 

bu və ya digər mülkədar və tiuldara, torpaqdan istifadə müqabilində vergi ödəyən 

və  mükəlləfiyyətlər  daĢıyan  kəndlilər  rəiyyətlər  adlanırdılar.  Bu  kəndlilər 

feodaldan asılı kəndlilər idilər. Rəncbərlər isə torpaq payı olmayıb, bu və ya digər 

bəyin,  yaxud  xanın  təsərrüfatında  iĢləməyə  məcbur  olan,  bunun  müqabilində 

müəyyən pay alan kəndlilər idilər. XVIII əsrin sonlarında xanın, ġəki xanlığının 26 

kəndində yerləĢən tut bağlarında 3280 rəncbər iĢləyirdi. Onlar xanlığın Xanabad və 

Cəfərabad  kəndlərinin  sakinlərinin  böyük  əksəriyyətini  təĢkil  edirdilər.  Cəfərabad 

rəncbərinin  hər  biri  ildə  bir  kürk,  üç  tağar  buğda,  iki  tağar  çəltik  və  40  man.  pul 

alırdı.  Mülkədarlar və  tiuldarların icazəsi ilə  onlar bir təsərrüfatdan  digərinə  keçə 

bilir, xan isə xüsusi fərmanı ilə onları yeni sahiblərinə təhkim edirdi. Nadir hallarda 

olsa da rəncbərlər alınıb-satılır, bağıĢlanırdı.

95

 



Rəiyyətlər  öz  sahiblərinə—xanlara  və  bəylərə,  onların  torpaqlarından 

istifadə  müqabilində  müxtəlif  vergilər  ödəməli  idilər.  Bu  vergilərdən  ən  geniĢ 

                                                           

94

 Azərb. MDHTA, f. 91, iĢ 78, vər. 268. 



95

 H. B. A b d u l l a y e v. Göstərilən əsəri, səh. 159—165.  

 



45 

 

yayılanı malcəhət (mal-cəhət) vergisi idi. Kəndlilər topladıqları taxılın 1/5-dən 1/3-



nə  qədərini  öz  sahibkarına  verməli  idilər.  Malcəhət  bəzi  xanlıqlarda  bəhrə,  ġəki 

xanlığında isə malcəhətin pulla ödənilən hissəsi töycü adlanırdı. 

Rəiyyətlərin  daĢıdığı  ən  ağır  vergilərdən  biri  bayramlıq  idi,  yəni  kəndlilər 

bayram  günlərində  onlara  «hədiyyə»  verməyə  borclu  idilər.  ġəki,  ġamaxı  və 

Qarabağ  xanlıqlarının  1819—1823-cü  illərdə  tərtib  olunmuĢ  «Təsfiri»ndə  qeyd 

olunur ki, bayramlıq vermək məcburi idi. Bayramlığın həcmi az deyildi. Məsələn, 

ġəki xanlığının Padar mahalının bir  kəndində bayramlıq bir ġəki batmanı (13 kq.) 

yağ və 5 manat gümüĢ puldan ibarət idi.

96

 

Kəndlilərdən  xan  üçün  darğalıq  vergisi  də  toplanırdı.  Bu  vergi  barama, 



düyü, buğda,  yağ,  yumurta  və toyuq-xoruzdan ibarət idi. Bu  verginin  miqdarı hər 

kənd  üçün  xan  tərəfindən  müəyyənləĢdirilirdi.  Ayrı-ayrı  kəndlərin  sahibləri  də  bu 

növ vergi yığırdılar. 

Ġxracat  adlı  vergi  (o qullux,  yaxud dırnaxlıq da  adlanırdı)  vergi  yığanların 

nəfinə  toplanırdı.  Xanın  atları  üçün  ələf  (5000  yük),  mustamir  adlanan  çəltik 

vergisi yığılırdı. Xan vəziri nəfinə toplanan vergi vəzirlik adlanırdı.

97

 

Vergilərdən danıĢarkən, bir mühüm məsələni nəzərə almaq lazımdır. Nəzərə 



almaq lazımdır ki, mülkədarların Ģəxsi mülkiyyətində olan mülklərdən, tiuldarlara 

məxsus olan tiullardan, həmçinin xana məxsus olub rəncbərlər tərəfindən becərilən 

torpaqlardan baĢqa, icmalıqla istifadə olunan torpaqlar da var idi. Bu torpaqlar xan 

divanının ixtiyarında olsa da, icmalıqla becərilirdi və bu torpaqlar icma torpaqları 

adlanırdı.  Torpaqdan  icmalıqla  istifadə  edən  kəndlilər  də  xanın  rəiyyəti  hesab 

olunur,  malcəhət  və  baĢqa  vergiləri  ödəyirdilər.  Ġcmalıqda  çalıĢan  rəiyyətlərin, 

mülkədar tiuldar və s. rəiyyətlərindən fərqi  o idi ki, onlar istənilən  vaxt, bu  və  ya 

digər  sahibkara  ötürülə  bilməzdi,  icma  torpaqları  hər  dörd-beĢ  ildən  bir  ailələr 

arasında,  ailə  üzvlərinin  15  yaĢdan  yuxarı  kiĢilərinin  sayına  uyğun  olaraq 

bölünürdü və bu iĢə  kənd icmasının ümumi  yığıncağı nəzarət edirdi. Lakin XVIII 

əsrin  sonunda  xanlar,  o  cümlədən  ġəki  xanları  icma  hüquqlarını  pozur,  torpaq 

paylarını, bağlarını zəbt edərək, onları öz rəncbərlərinə çevirirdilər. Bu rəncbərlər 

əldə etdikləri məhsulun üçdə iki hissəsini xana verməli idilər. 

Vergilər  çox  idi.  Yuxarıda  qeyd  etdiyimiz  vergilərdən  baĢqa  bağ  pulu,  toy 

xərci və s. ümumiyyətlə 30-a qədər vergi var idi. 

Xanlar,  mülkədarlar  öz  torpaqlarını  yarıdarlıqla,  yəni  məhsulun  yarısını 

almaqla  da  icarəyə  verirdilər.  Məsələn,  ġəki  xanlığının  ƏrəĢ  dairəsinin  Göylüqatı 

kəndinin  28  ailəsi  tut  bağlarında  barama  hazırlamaqla  məĢğul  olur,  məhsulun 

yarısını torpaq sahibinə verirdilər.

98

 



 

                                                           

96

 Описание  Шекинского ханства. «Padar mahalı» bölməsi, cədvəl 9. 



97

 Ġ.  P.  P e t r u Ģ e v s k i.  Göstərilən əsəri, səh. 304—305. 

98

 Azərb. MDTA, Bakı bəy komissiyası fondu, iĢ. 4, vər. 226. 




46 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə