Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI


 Xanlığın ictimai-siyasi vəziyyəti



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   2   3   4   5   6   7   8   9   ...   12
Şəki Xanlığı

3. Xanlığın ictimai-siyasi vəziyyəti 

 

1747-ci  ildə  Nadir  Ģah  öldürüldükdən  sonra  Hacı  Çələbi  xan  qarĢısına 

qoyduğu  vəzifələri həyata  keçirmək imkanı tapdı.  Lakin Ġranda hakimiyyəti Əmir 

Aslan  xan  adlı  birisinin  zəbt  etməsi  bu  iĢi  bir  qədər  ləngitdi.  Əmir  Aslan  xan 

Azərbaycanda  yaradılmıĢ  xanlıqları  özünə  tabe  etməyə  giriĢdi.  Qarabağ  xanı 

əhalini  qırğına  verməmək  üçün  Əmir  Aslan  xanın  hakimiyyətini  qəbul  etməyə 

məcbur  oldu.  Hacı  Çələbi  xan  isə  ona  rədd  cavabı  verdi  və  qoĢununun  qarĢısına 

böyük  oğlu  Həsən  ağanın  baĢçılığı  altında  qoĢun  göndərdi.  Doğrudur,  döyüĢdə 

Həsən ağa öldürüldü, lakin Əmir Aslan xan ġəkini tuta bilmədi.

29

 Hacı Çələbi xan 



vəziyyəti  əlveriĢli  hesab  edərək  böyük  qoĢunla  Təbrizə  qədər  hərəkət  etdisə  də, 

Əmir Aslan xan onu geri oturtdu. 

Azərbaycan  torpaqlarını  öz  xanlığı  ətrafında  birləĢdirmək  istəyən  Hacı 

Çələbi xan bu iĢə Cardan baĢladı. 1750-ci ilin yazında Hacı Çələbi xan Gürcü çarı 

Ġrakli ilə ittifaqa girərək Car üzərinə yeridi. Lakin tezliklə Hacı Çələbi xana məlum 

oldu ki, Ġrakli nəinki ġamaxı və Gəncə xanlıqlarını, hətta ġəki xanlığını özünə tabe 

etmək istəyir. Ona görə də «Hacı Çələbi Teymuraza qarĢı çıxdı, dağıstanlılarla və 

carlılarla  birləĢərək  Teymurazın  üzərinə  hücuma  keçib  onun  qoĢunlarını 

darmadağın etdi».

30

 



                                                           

27

 А. М и л 



Ь 

м а н. Политический строй Азербайджана в XIX—начале XX веков, стр. 44—47. 

28

 Б у т к о в П. Г. Сведения о Кубинском и Дербендском владениях... səh. 210. 



29

 И. Л. С е г а л 

Ь

.

 



Елизаветполвская губерния. Тифлис, 1912, səһ. 5. 

30

 P. Q. B u t k o v. Göstərilən əsəri, I hissə, səh. 238. 




22 

 

Hacı Çələbi xanın Gürcüstan, Kartli — Kaxeti çarlığı ilə münasibətləri hər 



iki tərəfin, xüsusilə Gürcü çarlarının  ikibaĢlı siyasəti nəticəsində həmiĢə  eyni cür 

olmamıĢdır. Məsələ burasındadır ki, Gürcü çarlarının, xüsusən II Ġraklinin iddiaları 

çox böyük idi. O, nəinki təkcə  Azərbaycan  torpaqlarına  yiyələnmək, hətta Ġrana 

qədər  gedib,  orada  qanun-qayda  yaratmaq  fikrində  idi.

31

  Ġrakli  Hacı  Çələbi  xanın   



simasında  özünün  potensial  rəqibini  görürdü.  Gürcü  çarları  hesab  edirdilər  ki,   

Azərbaycan  xanları  da Hacı  Çələbinin güclənməsindən qorxurlar və buna görə də 

gürcü  çarları  ilə  Çələbi  xanın  toqquĢmasında  onlara  kömək  edəcəklər.  Bununla 

belə Kartli—Kaxeti çarlarının Hacı Çələbi xanla  münasibətləri normal olan vaxtlar 

da  olurdu.  Gürcü  müəlliflərindən  biri  qeyd  edir  ki,  1750-ci  ilin  əvvəllərində 

Teymuraz  öz  oğlu  II  Ġrakliyə  toy  edərkən  Gəncə,  Ġrəvan  xanları  ilə  yanaĢı  Hacı 

Çələbi xanı da dəvət etmiĢdi. Hacı Çələbi xan bu dəvəti qəbul etdi, ancaq müəyyən 

səbəblər üzündən Tiflisə gedə bilmədi, öz əvəzinə ġəkinin adlı-sanlı adamlarından 

biri olan qardaĢı oğlunu qiymətli hədiyyələrlə göndərdi.

32

 



Hacı  Çələbi  Qarabağ  ərazisini  də  ġəki  xanlığına  qatmaq  istəyirdi.  O, 

Qarabağın bir hissəsini ələ keçirdisə də, tam ərazini tuta bilmədi. Cardan Qarabağa 

gəlmiĢ Pənah xan Hacı Çələbiyə müqavimət göstərdi. Hacı Çələbi xan ġamaxı xanı 

ilə  birlikdə  Qarabağa  hücum  etdi,  Bayat  qalasını  bir  aydan  artıq  mühasirədə 

saxladı. Lakin müttəfiqlər bu müharibədə qələbə qazanmadılar.

33

 



Məğlubiyyətdən  sonra  Kürün  o  biri  tayına  çəkilmiĢ  Hacı  Çələbi  xan 

məyusluqla  demiĢdi:  «Pənahəli  özünü  xan  elan  etmiĢdi,  mən  isə  öz 

məğlubiyyətimlə onun xanlığını təsdiq etdim».

34

 Lakin Hacı Çələbi öz planlarından 



əl çəkmir, Qarabağ  məlikləri ilə  danıĢıq aparırdı.  Öz  növbəsində  Qarabağ  hakimi 

Pənah  xan  təbrizli  Əmir  Aslan  xan  ilə  ittifaq  bağladı.  Çələbi  xan  isə  arxasını 

bərkitmək  məqsədilə  oğlu  AğakiĢi  bəyi  qazıqumuqlu  Məhəmməd  Həsən  xanın 

qızına  evləndirdi,  daha  sonra  Çələbi  xan  müstəqilliyə  meyl  edən  Qəbələ  və  ƏrəĢ 

sultanlıqlarını tabe vəziyyətə saldı.

35

 



Beləliklə,  ġəki  xanlığı  bu  dövrdə  Azərbaycan  xanlıqları  içərisində  güclü 

feodal  dövləti  oldu.  Çələbi  xan  ġəkidə  məscid,  mədrəsə,  hamam  və  s.  ictimai 

binalar tikdirdi, vergi sistemini nizama saldı. O, təkcə ġəkinin deyil, ümumiyyətlə 

Azərbaycanın  tarixi  abidələri  ilə  maraqlanırdı.  XIX  əsrin  ortalarında  erməni 

arxiyepiskopu  Sərkis  Calalyan  qeyd  edir  ki,  Hacı  Çələbi  xan  ġamaxı 

yaxınlığındakı Gülüstan qalasının, onun saraylarının və baĢqa tikililərinin təsvirini 

                                                                                                                                      

 

31



  K.  K  i  k  a  d  z  e.  II.  Ġrakli,  T,  1941,  Bax:  ġ.  P.  Həmidova.  XVIII  əsrin  II  yarısında  Azərbaycan—

Gürcüstan münasibətləri tarixindən, səh. 39. 

32

 ġ. P. Həmidova. Göstərilən əsəri, səh. 39. 



33

 M i r z ə Camal CavanĢir Qarabaği. Qarabağ tarixi. Bakı, 1959, səh. 15—16. 

34

 Ə h m ə d bəy CavanĢir. Qarabağ xanlığının tarixi. Bakı, 1961, səh. 19. 



35

 В. Н. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке, стр. 121. 

 



23 

 

tərtib  etmiĢdi.  Azərbaycanın  tarixi  abidələrinə  bu  maraq,  «XVIII  əsr  Azərbaycan 



tarixi oçerkləri» müəllifinin bizcə düzgün müəyyən etdiyi kimi, Hacı Çələbi xanın 

siyasi marağı ilə bağlı idi. Yuxarıda qeyd etdiyimiz kimi, Hacı Çələbi xan ġirvana 

da  hakim  olmaq,  daha  doğrusu,  Azərbaycan  torpaqlarını  vahid  dövlətdə 

birləĢdirmək  istəyirdi.  Təsadüfi  deyildir  ki,  ġəkidə  tikdirdiyi  məsciddə  mərmər 

üzərində  Çələbi  xan  özünə  belə  bir  titul  həkk  etdirmiĢdi:  «ġəki  hakimi,  ġirvan 

əmiri (hökmdarı) Hacı Çələbi Sultan Qurban oğlu. Tarixi—1162-ci il hicri 1748—

1749-cu il».

36

 



Lakin bu məqsəd yolunda Çələbi xan istismarçı hakim feodal sinfinin baĢqa 

nümayəndələri  kimi  sırf  feodal  vasitə  və  üsullarına  əl  atırdı.  Bu  mübarizə  feodal 

ara qovğaları və çəkiĢmələri üçün meydan açır, bu isə ölkənin təsərrüfat həyatına, 

inkiĢafına xeyli ziyan vururdu. 

ġəki  xanlığının  güclənməsi,  onun  Gəncə  və  s.  qərb  torpaqları  uğrunda 

mübarizəsi  Azərbaycanın  digər  xanlıqlarını,  xüsusən  Qarabağ  xanlığını,  həmçinin 

Kartli və Kaxeti çarlarını ciddi narahat  edirdi.  ġah hakimiyyəti uğrunda  mübarizə 

Ģəraitində  Ġranın  zəifləməsindən  istifadə  edən  Kartli  çarı  Teymuraz  Gəncəni  və 

hətta  Qarabağı  tutmağa  çalıĢırdı.  Teymuraz  və  onun  oğlu,  Kaxeti  çarı  Ġrakli 

əvvəlcə  Car  vilayətini  ələ  keçirmək  istədilər.  1751-ci  ilin  fevralında  onlar  Car 

torpağında  Çələbi  xan  ilə  qarĢılaĢdılar;  XVIII  əsr  gürcü  xronikasının  verdiyi 

məlumata görə hər iki çarın yürüĢü uğursuz nəticələndi.

37

 

1752-ci ildə Teymuraz və Ġrakli Gəncəyə yürüĢ etməyi qərara aldılar. Lakin 



onlar  yaxĢı  dərk  edirdilər  ki,  ġəki  və  Qarabağ  xanları  da  Gəncəni  ələ  keçirmək 

istəyirlər.  Ġrakli  birinci  növbədə  hiylə  ilə  Pənah  xanı  zərərsizləĢdirməyi 

planlaĢdırdı.  O,  Pənah  xanla  danıĢığa  girərək  getdikcə  güclənməkdə  olan  Çələbi 

xana qarĢı ittifaq bağlamağı təklif etdi. Pənah xan bu təkliflə razılaĢdı. Bu ittifaqa 

Gəncə  xanı  ġahverdi  xan,  Qarabağ  xanı  Pənah  xan,  Qaradağlı  Kazım  xan,  Ġrəvan 

xanı Hüseynəli xan və Naxçıvan xanı Heydərqulu xan da qoĢuldular. Çələbi xana 

qarĢı  güclü  koalisiya  yarandı.  Xanlar  Ġrakli  ilə  görüĢüb  danıĢıq  aparmaq  üçün 

Gəncəyə gələrkən, Ġraklinin pusquda durmuĢ qoĢun hissəsi qəflətən hücum edərək 

onları əsir aldı.

38

 Ġrakli bu yolla Qarabağ və digər xanlıqları özündən asılı vəziyyətə 



salmaq  istəyirdi.  Gürcü  mülkədarları  bu  hadisəni  belə  təsvir  edirlər:  müttəfiqlər 

müĢavirə  üçün  Gəncəyə  toplaĢmağı  qərara  aldılar.  I  Teymurazı  və  onun  oğlu  II 

Ġraklini  Ģəhərə  çatar-çatmaz  ġahverdi  xan,  Kazım  xan  və  Pənah  xan  çoxlu 

hədiyyələrlə  qarĢıladılar.  Lakin  bu  görüĢ  heç  də  xanların  gözlədiyi  kimi 

nəticələnmədi.  I  Teymuraz  və  II  Ġrakli  hədiyyələri  qəbul  etdikdən  sonra  xanlarla 

danıĢıqlar aparmaq üçün onlarla birlikdə əvvəlcədən qurulmuĢ çadıra daxil oldular. 

Bu zaman çadırı çarların özləri ilə xəlvəti gətirdikləri gizli qoĢun mühasirəyə aldı. I 

                                                           

36

 В. Н. Л е в и а т о в. Очерки из истории Азербайджана в XVIII веке, стр. 122. 



37

 Y e n ə orada. 

38

 Y e n ə orada, səh. 123. 



 


24 

 

Teymurazla  II  Ġrakli  əsirlərlə  Gürcüstana  yola  düĢdülər.  Çarlar  xanları  əsir  edib, 



Gürcüstanda  girov  saxlamaqla  xanlıqları  özlərindən  asılı  vəziyyətə  salmaq, 

xanlıqların  taxtına  öz  tərəfdarlarını  oturtmaq  və  beləliklə  də,  ildə  hər  xanlıqdan 

istədiyi qədər bac almaq məqsədi güdürdülər.

39

 



ġəki  xanlığına  qarĢı  Ġrakli  və  Pənah  xanın  baĢçılığı  altında  ittifaq 

yaranmasından xəbər tutan Hacı Çələbi xan öz qoĢunu ilə Kür çayının sol sahilində 

mövqe  tutdu,  Ġraklinin  xəyanəti  barədə  məlumat  alandan  sonra  isə  Gəncəyə  tərəf 

hərəkət  etdi.  O,  Ġraklinin  qoĢunlarını  Ağstafa  çayına  qədər  təqib  edərək  onlara 

zərbə endirdi. 

Gürcü  mənbələri  əsasında  öz  monoqrafiyasını  yazmıĢ  müəllif  göstərir  ki, 

gürcü çarları xanları əsir elan edən zaman Qarabağ xanı Pənah xanın təkidi ilə oğlu 

Ġbrahim  Xəlil  xan  imkan  tapıb  aradan  çıxmıĢ  və  vaxt  itirmədən  özünü  ġəkiyə 

çatdırıb, əhvalatı Hacı Çələbi xana bildirmiĢ və xanların onun köməyinə ehtiyacları 

olduğunu  söyləmiĢdi.  Ġbrahim  Xəlil  xanın  dediyinə  görə,  Hacı  Çələbi  xan  onları 

əsirlikdən azad edərsə, onlar  ġəki  xanlığına tabe olacaqlarına söz  vermiĢlər. Hacı 

Çələbi  xan  Zaqafqaziyada  böyük  Ģücaət  qazanan  Ağarza  bəylə  Gürcüstana  yola 

düĢdü.  Hacı  Çələbi  xanı  belə  addım  atmağa  vadar  edən,  xanların  verdikləri  vəd 

yox, onun çarlarla olan  sabiq ədavəti idi. Tiflisə üç-dörd kilometr qalmıĢ Ģəkililər 

gürcü  qoĢunlarına  çatdılar.  Bu,  çarların  özlərini  itirməsinə  səbəb  oldu.  Onlar 

müqavimət göstərə bilməyib, əsirləri qoyub qaçdılar.

40

 

«ġəki  xanlarının  müxtəsər  tarixi»nin  müəllifi  isə  bu  hadisəni  belə  təsvir 



edir:  «Bir  neçə  vaxtdan  sonra  Xoylu  Əhməd  xan  və  Qaradağlı  Qasım  xan  və 

Qarabağlı Pənah xan və Gəncəli ġahverdi xan həsəd elərlər ki, Hacı Çələbi neçün 

bir  belə  böyük  olmaq  gərək.  Bunlar  dördü  Gürcüstan  valisinə  adam  və  kağız 

göndərərlər  ki,  biz  və  sən  də  qoĢun  götürüb  gedib  Hacı  Çələbiyə  tənbeh  eləyək. 

Vali  çox  qoĢun  yığıb  gəlir.  O  dörd  xanlara  adam  göndərir.  Onlar  da  gəlir.  Vali 

onların dördünü də tutub, öz qoĢunu ilə Hacı Çələbinin üstünə gəlir. Xanları da öz 

yanında dustaq gətirir. Hacı Çələbi bunu eĢidib, bu da qoĢun götürüb gedib ġəmkir 

tərəfində vali ilə dava eləyib, vali çox pis basılıb, çox adamı ölüb, qayıdıb gediblər. 

Hacı Çələbi o dörd xanları da valinin əlindən alıb, mürəxxəs eləyib, öz ölkələrinə 

gedibdirlər».

41

  Beləliklə,  Hacı  Çələbi  xan  Azərbaycan  xanlarını  əsirlikdən  azad 



edir. 

XVIII əsrə aid Gürcü xronikasında da bu hadisə öz əksini tapmıĢdır. Burada 

göstərilir  ki,  Çələbi  xan  qalib  gəldikdən  sonra  Borçalını  ələ  keçirdi,  oğlu  AğakiĢi 

bəyi buraya hakim təyin etdi və o burada iki ilə yaxın qaldı. 

                                                           

39

  Y.S.  T  a  k  a  i  Ģ  v  i  l  i.  Gürcüstan  tarixi  məsələlərə  dair.  T.  1895,  səh.  1-66.  Bax:  ġ.P.  Həmidova. 



XVIII əsrin II yarısında Azərbaycan-Gürcüstan münasibətləri tarixindən. Bakı, 1985, s.41-42.  

40

 ġ.P. H ə m i d o v a. Göstərilən əsəri, səh.43. 



41

 K ə r i m Ağa Fateh. ġəki xanlarının müxtəsər tarixi. ġəki xanlığının tarixindən. səh. 17. 

 



25 

 

Mirzə  Adıgözəl  bəy  yazır  ki,  Hacı  Çələbi  xan  xanları  azad  etdikdən  sonra 



onlarla  görüĢməyi  lazım  bilmədi.  O,  Gəncəyə  gəldi,  Borçalı,  Qazax  və 

ġəmĢəddildə yaĢayan Azərbaycanlıların yanına nümayəndələr göndərərək onlardan 

Kartli—Kaxeti çarlarına qarĢı çıxmağı tələb etdi. Onlar Hacı Çələbi xanın təklifini 

qəbul edib, silahlı çıxıĢa hazırlaĢdılar. Qazax, Borçalı, ġəmĢəddil, həmçinin Ġrəvan 

və  Gəncə  xanlıqları  Hacı  Çələbi  xanın  qoĢunu  ilə  birləĢərək  Kartli  çarlığına  qarĢı 

çıxmağa  hazır  oldular.  Çarəsiz  qalan  II  Ġrakli  vəziyyətdən  çıxmaq  üçün  Tiflisdə 

girov  qalan  Gəncə  xanının  əmisi  Qoca  xandan  istifadə  etməyi  qərara  aldı.  Ondan 

Hacı  Çələbi  xanla  danıĢıq  aparmağı  xahiĢ  etdi.  Qoca  xan  Hacı  Çələbi  xana 

aĢağıdakı  məzmunda  məktub  yazdı:  «Əgər  istəsən  səninlə  Kartli—Kaxeti  çarlığı 

arasında sülh yarada bilərəm.. 

Hacı  Çələbi  xan  sülh  danıĢıqları  aparmaq  üçün  nümayəndələr 

göndərilməsinə razılıq verdi. Nümayəndələr ilə də danıĢıq baĢ tutmadı».

42

 

1752-ci  ilin  yazında  Hacı  Çələbi  xan  mehriban  qonĢuluq  münasibətlərini 



bərpa  etmək  üçün  Gürcü  çarı  Teymurazın  yanına  elçi  göndərdi.  Lakin  çar 

Teymuraz Kabardadan  göndərilən 2000 nəfərlik qoĢunun köməyi ilə AğakiĢi bəyi 

Borçalını  və  Qazaxı  tərk  etməyə  məcbur  etdi.

43

  Daha  sonra  Ġrakli  Car  üzərinə 



hücum  etdi.  «Hacı  Çələbi  Car  camaatının  köməyinə  gəlib,  Qanıq  çayının  sağ 

sahilində,  çox  Ģiddətli  bir  müharibəyə  giriĢdi.  Gürcüstan  valisi  əvvəlkindən  daha 

ciddi məğlub olub geri qayıtdı».

44

 



1752-ci  ilin  sentyabrında  Hacı  Çələbi  xan  öz  oğlu  AğakiĢi  bəyin  baĢçılığı 

altında Tiflis Ģəhərini tutmaq üçün qoĢun göndərdi. Bundan xəbər tutan Gürcü çarı 

Teymurazın oğlu Ġrakli bütün  Gürcüstandan qoĢun toplayıb Tiflisdən 60 km aralı 

dayanmıĢ ġəki qoĢunlarının üzərinə yeridi. AğakiĢi bəy bu döyüĢdə məğlub olaraq 

geri  çəkildi.  Bu  barədə  bir  arxiv  sənədində  geniĢ  məlumat  verilir.  Bu  sənəd  o 

zaman Azərbaycanda olmuĢ Qızlar qazisi tərəfindən tərtib olunmuĢdur. O yazırdı: 

«Ġran  əyaləti  ġəki—Qəbələdən  Hacı  Çələbinin  oğlu  AğakiĢi  bəy  2500  nəfərlik 

qoĢun yığaraq Avar knyazı Əhməd xanın yanına gəldi. Onun 8000 nəfərlik qoĢunu 

ilə  birləĢərək  Gürcü  çarının  oğlu  Ġraklinin  üzərinə  getdilər...  Gürcü  çarı  adları 

çəkilən düĢmənlərinə qalib gəldi... Onlar hərəsi öz yerinə qayıtdı».

45

 

Hacı  Çələbi  xanla  Gürcü  çarı  Teymuraz  arasında  yeni  torpaqlar  ələ 



keçirmək  və  təsir  dairəsini  geniĢləndirmək  uğrunda  gah  bu,  gah  da  digər  tərəfin 

müvəffəqiyyət qazandığı mübarizə davam etməkdə idi. Çoxdan bəri ġirvanı da öz 

ərazisinə  qatmağa  çalıĢan  Çələbi  xan  1755-ci  ildə  ġirvan  üzərinə  yürüdü.  Ağsu 

Ģəhərini mühasirəyə aldı. O, Bakını da tutmaq istəyirdi. Bu hadisəni A. Bakıxanov 

belə  təsvir  edir:  «Burada  olan  Hacı  Məhəmmədəli  xan  Quba  hakimi  Hüseynəli 

                                                           

42

 ġ. P. H ə m i d o v a. Göstərilən əsəri, səh. 44. 



43

 В. Н. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке, стр. 124. 

44

 A. B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh. 163. 



45

 Rusiya MDHTA, f. 20, iĢ. 22, vər. 166. 

 



26 

 

xandan  kömək  istədi.  O  da  3000  nəfər  Quba  qoĢunu  və  500  nəfər  qüvvəyə  malik 



olan  Əmir  Həmzə  ilə  bərabər  iki  düĢməni  barıĢdırmaq  üçün  gəldi.  Hacı  Çələbi 

Hacı  Piri adlı bir  nəfəri elçi  göndərib, onu  hədələdi və  geri qayıtmağı təklif etdi. 

Beləliklə,  iĢ  müharibə  ilə  nəticələndi.  ġəkinin  külli  qoĢunu  bu  azacıq  camaatın 

qarĢısında məğlub olub qarət edildi və çoxu öldürüldü».

46

 

Hacı  Çələbi  xanın  bu  hərəkətləri  qəsbkarlıq  xarakteri  daĢısa  da,  onları 



müsbət  hal  kimi  qiymətləndirmək  lazımdır,  çünki  o,  Azərbaycanın  bütün 

torpaqlarını  vahid  dövlətin tərkibində görmək istəyirdi. 

Hacı Çələbi 12 il xanlıq etdikdən sonra, 1755-ci ildə vəfat etdi. Hacı Çələbi 

XVIII  əsrin  I  yarısının  sonu—II  yarısının  əvvəllərində  Azərbaycanın  görkəmli 

dövlət xadimlərindən olmuĢdur. O, Ġran əsarətinə qarĢı mübarizəyə baĢçılıq edərək 

ġəkinin  istiqlaliyyətini  təmin  etmiĢ,  daha  sonra  Azərbaycan  torpaqlarını 

birləĢdirməyə  cəhd  göstərmiĢdir.  Lakin  Hacı  Çələbi  xan  bu  iĢi  görə  bilmədi. 

Ölkədə  siyasi  birləĢmə  üçün  iqtisadi  əsas  olmadığından  bu  planı  həyata  keçirmək 

mümkün olmadı. Hündür boylu, pəhləvan cüssəli adam olan Hacı Çələbi xan, xalq 

rəvayətinə görə ağıllı, tədbirli bir adam idi. Rəvayətə görə onun dövründə əhalinin 

güzəranı  Ģah  zülmü  aradan  götürüldüyü  üçün  xeyli  yaxĢılaĢmıĢdı.

47

  Rus  burjua-



dvoryan  tarixçisi  P.  Butkov  Hacı  Çələbini  xalq  içərisindən  çıxmıĢ  adam  kimi 

qiymətləndirir və qeyd edir ki, Hacı Çələbi xan hakimiyyətini aĢağı təbəqədən olan 

kütlələrin köməyi ilə ələ keçirmiĢdi.

48

 



1755-ci  ildə  Hacı  Çələbi  xan  dünyasını  dəyiĢdikdən  sonra  ġəki  xanlığında 

hakimiyyət onun oğlu AğakiĢi bəyə keçdi. Bir müddət əvvəl Hacı Çələbi xan ġəki 

xanlığını  möhkəmlətmək  və  qüdrətli  müttəfiq  qazanmaq  üçün  onu,  böyük  hərbi 

qüvvəyə malik olan Qazıqumuq hökmdarı Məhəmməd xanın qızı ilə evləndirmiĢdi. 

Hacı  Çələbi  xanın  vəfatından  sonra  ġəki  xanlığının  nisbətən  zəifləməsini,  ƏrəĢ 

sultanlığının  müstəqilliyə  can  atmasını  görən  Məhəmməd  xan  1759-cu  ildə  öz 

qoĢunu  ilə  ƏrəĢ  sultanlığına  gəldi  və  AğakiĢi  xana  xəbər  göndərdi  ki,  onunla 

görüĢmək  istəyir.  Məhəmməd  xanın  ƏrəĢ  sultanı  Məlik  Əli  ilə  birlikdə  ona  qəsd 

hazırlamalarından  xəbəri  olmayan  AğakiĢi  xan  etiraz  etmədi,  az  qüvvə  ilə  ƏrəĢə 

gəldi.  Məhəmməd  xan  onu  xaincəsinə  öldürərək  öz  qoĢunu  ilə  ġəki  xanlığı 

ərazisinə  daxil  oldu  və  xanın  xəzinəsini  talan  etdi.  Qaynaqlarda  qeyd  olunur  ki, 

Məhəmməd xan ġəki camaatının baĢına minbir oyun açdı. ġəki bəylərinin bir qismi 

Hacı  Çələbi  xanın  böyük  nəvəsi  (Həsən  ağanın  oğlu)  Hüseyn  xanı  özləri  ilə 

götürərək  ġamaxı  xanlığına  getdilər.

49

  Məhəmməd  xanın  özbaĢınalığından  cəzanə 



gəlmiĢ  ġəki  camaatı  ona  qarĢı  üsyan  etdi.  Bu  üsyana  baĢçılıq  edən  Hüseyn  xan 

Qarabağ xanı Pənahəli xana müraciət edərək ondan kömək istədi. Bir neçə il əvvəl 

                                                           

46

 A. B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh. 163—164. 



47

 И. Л. С е г а л 

Ь

.

 



Елизаветполвская губерния. Тифлис, 1912, səһ. 5. 

48

 П. Г. Бутков. Материалы для новой истории Кавказа. СПБ, 1869, ч. I, стр. 514. 



49

 Kərimzadə F a t e h. Göstərilən əsəri, səh. 48. 

 



27 

 

Hacı  Çələbi  xanın  onu  Gürcü  çarının  əsirliyindən  xilas  etməsini  unutmamıĢ 



Pənahəli  xan  Hüseyn  xanın  xahiĢinə  müsbət  cavab  verdi,  qoĢunla  qazıqumuqlu 

Məhəmməd xanın üzərinə yeriyərək onu məğlubiyyətə uğratdı. Məhəmməd xan öz 

yurduna qayıtmalı oldu.

50

 



Qazıqumuqlu Məhəmməd xanın ġəki xanlığına soxulmasından istifadə edən 

ƏrəĢ  sultanı  Məlik  Əli  Məhəmməd  xanın  məğlub  olub  qaçmasından  sonra  da 

özünü  müstəqil  hesab  edir,  ġəki  xanı  Hüseyn  xana  tabe  olmaq  istəmirdi.  O,  hətta 

ġəki  xanlığında  xan  olmaq  xülyasına  düĢürdü.  Bu  vaxt  Ġranda  hakimiyyəti  ələ 

keçirmiĢ Fətəli xan ƏfĢar Azərbaycana soxularaq Qarabağı tutdu. Məlik Əli Fətəli 

xan  ƏfĢarın  düĢərgəsinə  gəlib  ona  tabe  olduğunu  bildirdi  və  eyni  zamanda  ġəki 

xanlığını ona həvalə etmək təklifini irəli sürdü. ġəki xanı Hüseyn xan da yaranmıĢ 

vəziyyəti  düzgün  qiymətləndirə  bildi.  Fətəli  xan  ƏfĢara  müqavimətin  xeyirsiz 

olduğunu  nəzərə  alaraq,  Ġran  Ģahının  hüzuruna  gəlib  ona  tabe  olduğunu  bildirdi. 

Fətəli xan ƏfĢar Hüseyn xanın ġəki xanlığının xanı kimi qalmasına razılıq verdi.

51

 

Hadisələrin gediĢi Hüseyn xanı ġamaxı xanı ilə əlaqəni kəsib, qubalı Fətəli 



xanla  yaxınlaĢmağa  məcbur  etdi.  ġəki  xanı  belə  hesab  edirdi  ki,  o,  Fətəli  xanla 

ittifaqda  ġamaxı  xanı  üzərində  qələbə  çalacağı  təqdirdə,  Fətəli  xan  ġamaxını  ələ 

keçirməkdə  ona  kömək  etdiyinə  görə  xanlıq  ərazisinin  bir  hissəsini  ona  güzəĢtə 

gedəcəkdir.  O  özünün  700  nəfərlik  qoĢununu  qubalı  Fətəli  xanın  7000  nəfərlik 

qoĢunu ilə birləĢdirdi. Vəziyyəti çıxılmaz görən ġamaxı xanı Məhəmməd Səid xan 

müttafiqlərə  təslim  olmağa  məcbur  oldu.  Rus  konsulunun  Peterburqa  yazdığı 

məktubda bu dəlil təsdiq olunur. Konsulun məktubunda qeyd edilir ki, ġamaxı xanı 

tabe  olması  barədə  Quba  xanı  ilə  müqavilə  bağladı.  Bununla  belə  ġamaxı  xanları 

təslim  olurkən,  Quba  xanının  deyil,  ġəki  xanı  Hüseyn  xanın  düĢərgəsinə  gəldilər. 

Rus  konsulu  yazırdı:  «ġamaxı  xanı  (Məhəmmədsəid  xan  nəzərdə  tutulur—müəl.) 

yanındakı ortancıl qardaĢı Ağası xanla birlikdə Ģəhərdən çıxaraq ġəki xanı Hüseyn 

xanın  yanına  gəldilər və  belə  hesab  etdilər ki,  onlar  müdafiə  olunacaqlar».  Lakin 

ġəki xanı Fətəli xana bu barədə məlumat verdi. Fətəli xan ġəki xanına Ağası xanı 

kor etməyi, Məhəmmədsəid xanı isə ciddi nəzarət altında saxlamağı tapĢırdı. Fətəli 

xanın Ağası xanı kor etdirməkdə məqsədi onu hakimiyyətdən tam kənarlaĢdırmaq 

idi. O belə hesab edirdi ki, Məhəmmədsəid xan  yaĢlıdır (onun 60  yaĢı  var idi) və 

gələcəkdə  fəaliyyətində  o  qədər  də  təhlükəli  deyildir.  Ağası  xan  isə  cavan 

olmaqdan  baĢqa  çox  bacarıqlı  idi  və  Quba  xanının  düĢməni  idi.  Onun  «olduqca 

güclü  və  hərbi  iĢlərdə  çox  bacarıqlı»  olmasını  çar  rotmistri  Çerkasski  də  Qızların 

komendantına  yazdığı  məktubunda  qeyd  edirdi.  Kor  edilmiĢ  Ağası  xan  Dərbəndə 

göndərildi. O, burada həbsxanada saxlanılırdı. 

                                                           

50

 M i r z ə  C a m a l  C a v a n Ģ i r.  Göstərilən əsəri, səh.  125. 



51

 A. B a k ı x a n o v. Göstərilən əsəri, səh.  164—165. 

 



28 

 

ġamaxı  xanı  məğlub  edildikdən  sonra  ġamaxı  xanlığının  Sədərə  və  Qəsai 



mahalları  Yeni  ġamaxı  ilə  birlikdə  ġəki  xanına  çatdı.  ġamaxı  xanlığının  mərkəzi 

Köhnə ġamaxı  və  xanlığın qalan ərazisi qubalı Fətəli  xanın ixtiyarına  keçdi.  ġəki 

və  Quba  xanları  yeni  ələ  keçirilmiĢ  torpaqları  idarə  etmək  üçün  naiblər  təyin 

etdilər.  ġəki  xanlığının  sərəncamına  keçmiĢ  iki  mahala  və  Yeni  ġamaxıya  Manaf 

bəy təyin olundu.

52

 



1768-ci  ilin  avqustunda  ġamaxıda  Quba  xanlığına  qarĢı  qəsd  aĢkar  edildi. 

Bu  qəsdi  Manaf  bəyin  baĢçılığı  altında  ġəki  meyilli  bəylər  təĢkil  etmiĢdilər.  Bu 

qrup  Köhnə  ġamaxı,  ümumiyyətlə  qubalı  Fətəli  xanın  nəzarəti  altında  olan 

ərazilərdə yaĢayan ġamaxı feodallarına müraciət etdi, onlardan kömək istədi. Sui-

qəsdçilər  öz  planlarını  qabaqcadan  ġəki  xanına  xəbər  vermiĢdilər.

53

  Sui-qəsddən 



məqsəd Quba xanını ġamaxı xanlığından sıxıĢdırıb çıxarmaq idi. ġamaxı xanlığını 

bütövlükdə  ələ  keçirməyə  çalıĢan  ġəki  xanı  Hüseyn  xan  sui-qəsdçiləri  hər  vəchlə 

müdafiə  edirdi.  Lakin  sui-qəsdçilərin  planları  həyata  keçmədi.  ġamaxı  xanlığı 

feodallarının bir qrupu sui-qəsdçilərə qoĢulmadı, qüvvələr parçalandı, ġəkidən isə 

silahlı  qüvvələr  vaxtında  gəlib  çıxmadı.  Hakimiyyətdən  kənar  edilmiĢ  ġamaxı 

xanları  və  onları  müdafiə  edən  feodallar  da  ġəki  xanının  Fətəli  xanı  kənar  edib 

ġamaxı xanlığına bütövlükdə yiyələnmək istəməsindən xəbər tutub, ona qoĢulmaq 

istəmədilər.  Bunu  eĢidən  ġəki  xanı  Manaf  bəyə  tapĢırdı  ki,  diqqətli  olsun, 

ġamaxının  darvazalarını  elə  bağlasın  ki,  oradan  heç  kim  çıxıb,  Fətəli  xana  xəbər 

apara bilməsin. Tezliklə ġəki xanlığından Təzə ġamaxıya qoĢun girdi. Lakin artıq 

gec  idi.  Öz  yaxın  adamları  vasitəsilə  ġəki  xanının  məqsədlərini  öyrənmiĢ  qubalı 

Fətəli  xan  onu  qabaqladı  və  sui-qəsdçilərin  öz  qüvvələrini  iĢə  salmasına  imkan 

vermədi.  Fətəli  xan  1768-ci  il  avqustun  17-də  Yeni  ġamaxıdan  2  km  aralıda 

düĢərgə  saldı.  O  biri  gün  isə  o,  Yeni  ġamaxını  ələ  keçirdi,  Manaf  bəyi  digər  üç 

nəfər  kətxuda  ilə  birlikdə  həbs  edərək  Dərbəndə  göndərdi.  Fətəli  xan  digər  sui-

qəsdçiləri də kənarda qoymadı, onların hamısı cəzalandılar. 

ġamaxı  xanlığında  baĢ  vermiĢ  bu  hadisələrdən  xəbərsiz  olan  ġəki  xanı  öz 

qoĢunu ilə Manaf bəyin çağırıĢına  gedirdi. Quba  xanı qoĢunlarının  ən  yaxĢı təlim 

görmüĢ  və  döyüĢ  bacarığı  olan  bölmələri  vasitəsi  ilə  Hüseyn  xana  tələ  qurdu.  Bu 

döyüĢ  qubalıların  qələbəsi  ilə  nəticələndi.  DöyüĢlərin  nəticəsi  barəsində  Adil 

Çərkəzski  adlı  bir  Rusiya  kəĢfiyyatçısı  yazırdı:  «1768-ci  il  sentyabrın  20-də 

Hüseyn  xan  ġamaxıya  yaxınlaĢdı  və  Fətəli  xan  qoĢunlarının  bir  cinahını 

məğlubiyyətə  uğratdı.  Bu  vaxt  ġamxal  öz  qoĢunları  ilə  Fətəli  xanın  köməyinə 

gəldi, onlar birləĢərək Hüseyn xana hücum etdilər, onun düĢərgəsini qənimətlər və 

qoĢunla birlikdə ələ keçirdilər. Bu qələbədən sonra Fətəli xan ġəki xanlığının vergi 

yığan  və  baĢqa  məmurlarını  ġamaxıdan  qovdu,  ġəki  xanlığının  idarəsində    olan 

                                                           

52

 Ġ s k ə n d ə r  b ə y  H a c ı n s k i. Qubalı Fətəli xan, B. 1959, səh. 11. 



53

  AVPR  Ġran  fondu,  iĢ  12,  vər.  98.  Г.  Абдуллаев.  Из  истории  Северо-восточного  Азербайджана, 

səh. 30. 

 



29 

 

əraziləri  öz  hakimiyyəti  altına  aldı.  ġamaxı  xanlığı  ərazisinin  Yeni  və  Köhnə 



ġamaxı adı altında inzibati bölgüsü ləğv olundu. Bütün  ġamaxı xanlığının ərazisi 

Fətəli  xanın  yaratdığı  birləĢmiĢ  ġimal-Ģərqi  Azərbaycan  torpaqlarının  tərkibinə 

qatıldı.

54

 



Öz iddialarından əl çəkməyən ġəki xanı ikinci döyüĢdə də məğlub oldu və 

1769-cu ilin iyulunda Hüseyn xanla Fətəli xan arasında yeni müqavilə bağlandı. Bu 

müqavilə  Fətəli  xana  üstünlük  verirdi.  Hüseyn  xan  Fətəli  xana  köməkçi  hərbi 

qüvvə  lazım  olduqda  ona  qoĢun  verməyi  və  ġamaxının  iĢlərinə  qarıĢmamağı 

öhdəsinə götürürdü.

55

 



1774-cü  ildə  Avar  hakimi  Nutsal  xan  Ağası  xanın  vasitəçiliyi  ilə  Ģəkili 

Hüseyn xanla yeni ittifaq bağlayaraq ġamaxıya bir daha hücum etdi. Lakin Hüseyn 

xan  Ağası  xandan üz döndərərək geri qayıtdı. Fətəli xan 20 minlik qoĢunla  Ağası 

xanı məğlub etdi. Nutsal xan döyüĢdə öldürüldü, Ağası xan isə yenidən Kotevana 

qayıtdı.

56

 



20  ildən  artıq  ġəkidə  hökmran  olmuĢ  Hüseyn  xan  hakimiyyət  uğrunda, 

xüsusilə  öz  əmiləri  ilə  gərgin  çəkiĢmələr  aparırdı.  1779-cu  ildə  xanın  əmisi  Hacı 

Əbdülqadir,  Hacı  Çələbinin  əmisi  oğlu  Hacı  Rəsul  bəy  Hacı  ġeyx  Əli  oğlunun 

köməkliyi,  ƏrəĢ  məlikzadələri  və  ġəki  əyanının  ittifaqilə  qəflətən  Nuxu  qalasına 

soxuldu. 22 il hökmranlıq sürməkdə olan Hüseyn xanı öldürüb, hökumət bayrağını 

qaldırdı.  Hüseyn  xan  hünərli,  Ģücaətli...  olmaqla  bərabər,  təbiətən  rəhmsiz  adam 

idi.

57

 



1783-cü  ildə  Gürcüstan  Rusiyanın  himayəsini  qəbul  etdi.  Rusiya  hökuməti 

Azərbaycan xanlarının da bu yolla gedə biləcəyini zənn edərək, bütün Azərbaycan 

xanlarına, o cümlədən yenicə hakimiyyətə gəlmiĢ ġəki xanı Əbdülqadir xana da bu 

barədə  məlumat  verdi.  Hacı  Əbdülqadir  xan  isə  Gürcüstanın  atdığı  addımı  atmaq 

fikrində deyildi. 

Hüseyn  xandan  fərqli  olaraq  Əbdülqadir  xan  qubalı  Fətəli  xanla  dostluq 

siyasəti  yürüdürdü.  Məsələn,  1784-cü  ildə  qubalı  Fətəli  xan  Qarabağ  xanı 

Ġbrahimxəlil xanla  müharibəyə baĢlayanda, ġəki xanı  Hacı  Əbdülqadir öz qoĢunu 

ilə  ona  köməyə  gəldi.  Bu  isə  Fətəli  xanla  mübarizə  aparan  qarabağlı  Ġbrahimxəlil 

xanın planlarına uyğun gəlmirdi. Ġbrahimxəlil xan, Hüseyn xanın Qarabağa qaçmıĢ 

oğlu  Məhəmmədhəsən  ağanı  həbsdən  azad  edib  Cara  göndərdi  ki,  öz  ətrafına 

qüvvə  toplayıb  ġəki  xanlığı  uğrunda  mübarizə  aparsın.  O,  ləzgilərdən  ibarət 

qoĢunla ġəkiyə basqın edib Ģəhəri tutdu. Əbdülqadir xan Ağası xanın yanına qaçdı. 

                                                           

54

 Г а с и  Абдуллаев. Азербайджан  в XVIII  веке и взаимоотношения его с Россией, Б, 1965, səһ. 



221—225. 

55

 Г а с и  Абдуллаев. Азербайджан  в XVIII  веке и взаимоотношения его с Россией, Б, 1965, səһ. 



257—259. 

56

 В. Н. Л е в и а т о в. Очерки из истории Азербайджана в XVIII веке, стр. 122. 



57

 A.B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh. 172.  

 



30 

 

Lakin  o,  Əbdülqadir  xanı  Məhəmmədhəsən  ağaya  verdi.  Əbdülqadir  xan  və 



oğlanları öldürüldü. Məhəmmədhəsən ağa özünü ġəki xanı elan etdi.

58

 



Rus generalı A. P. Yermolov Məhəmmədhəsən xan haqqında demiĢdi ki, o 

həm  öz  ağlı,  həm  də  xanlığının  quruluĢuna  görə  baĢqalarından  fərqlənir.  O,  eyni 

zamanda  çox  Ģöhrətpərəst,  hakimiyyət  düĢkünü  və  qəddar  adam  olmuĢ,  öz 

qohumlarının  çoxunu,  eyni  zamanda  Ģübhələndiyi  adamları  məhv  etmiĢdi.

59

  O 


qardaĢlarından  biri,  anası  tərəfindən  ƏrəĢ  sultanın  (vaxtilə  ġəki  xanı  Hüseyn  xan 

tərəfindən öldürülmüĢ Məlik Əlinin) qohumu olan qardaĢı Fətəli ağanı kor etmiĢdi. 

Bir  qədər  sonra  o  digər  qardaĢı  Səlimi  aradan  götürməyə  giriĢdi.  Lakin  Səlim 

qardaĢının  hərəkətlərindən  Ģübhələnərək  bir  neçə  bəylə  Cara  qaçmaqla  yaxa 

qurtara bildi.

60

 



Məhəmmədhəsən xan ġəki qalasını tikdirmiĢ, xanlıq üçün «Dəstur ul-əməl» 

adlanan xüsusi qanunnamə yazmıĢdı. Bu qanunla vergi sistemi, qiymətlər, feodal-

asılılıq  münasibətləri,  silk  məsələləri,  istismar  edən  və  istismar  olunan  siniflərin 

hüququ  və  vəzifələri  nizama  salınmıĢdı.

61

  Ticarət  və  vergi  məsələlərini  öyrənmək 



üçün çox mühüm mənbə olan bu qanunnamənin əsli təəssüf ki, qalmamıĢdır. 

Məhəmmədhəsən  xan  qubalı  Fətəli  xanın  Azərbaycanı  Quba  xanlığı 

ətrafında  birləĢdirməsi  siyasətinin  əleyhinə  idi.  O,  Fətəli  xana  qarĢı  mübarizədə 

hakimiyyətdən  kənar  edilmiĢ  ġirvan  xanlarından  istifadə  etməyə  çalıĢırdı.  Lakin 

1785-ci  ildə  baĢ  vermiĢ  döyüĢdə  Məhəmmədhəsən  xan  məğlub  oldu.  Fətəli  xan 

«Ağası xana qarĢı hər iki tərəfdən qoĢun göndərdi. Ağası xan  məcbur qalıb Fətəli 

xanın  hüzuruna  gəldi,  oğlanları  ilə  bərabər  məhbus  olaraq,  Qubaya  göndərildi. 

Bundan  sonra,  Fətəli  xan  ġəki  üzərinə  yürüĢ  etdi.  Bu  müharibədə  məğlub  olan 

Məhəmmədhəsən  xan,  öz  bacısını    Fətəli  xana  verib  barıĢdı.  Fətəli  xan  da  ittifaqı 

möhkəmləndirmək məqsədilə öz bacısı Huri Peykər xanımı ona verdi».

62

 

1787-ci ildə qardaĢı Ağası  xan  həbs edildikdən  sonra  vəziyyətinin olduqca 



qorxulu olduğunu baĢa düĢən ġamaxı xanı Məhəmmədsəid xan Quba xanlığından 

intiqam  almaq  üçün  fürsət  axtardığı  bir  zamanda  Fətəli  xan  Qubada  dustaq  olan 

Ağası  xanı  və  onun  oğlanları  Əhməd  və  Məhəmməd  bəyi  özü  ilə  Qonaqkəndə 

gətirdi  və  belə  bir  Ģayiə  yaydırdı  ki,  Ağası  xanı  ġamaxıya  hakim  təyin  etməkdən 

ötrü onları ġamaxıya aparırlar. Məhəmmədsəid xan bu xəbəri eĢitcək ġəkiyə gəldi, 

onun oğlu Məhəmməd Rza bəy isə qaynı Fətəli xanı qarĢılamaq üçün Qonaqkəndə 

getdi.  Fətəli  xan  ona  Ağası  xanı  oğlanları  ilə  birlikdə  Bakıya  aparmağı  əmr  etdi, 

özü  isə  ġamaxıya  gəlib  yeznəsi  Məhəmməd  Rza  bəyi  formal  olaraq  ġamaxı  xanı 

elan  etdi,  hakimiyyəti  öz  əlinə  aldı.  O,  ġəki  xanı  Məhəmmədhəsən  xandan 

                                                           

58

 A. B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh. 173.  



59

 AKAK. VI cild, I hissə, sənəd 1168, səh. 781.  

60

 H a c ı  S ə i d  Ə b d ü l h ə m i d.  Göstərilən əsəri, səh. 60.  



61

 В. Н. Л е в и а т о в. Очерки из истории Азербайджана в XVIII веке, стр. 150. 

62

 B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh.173; Ġskəndər bəy Hacınski. Göstərilən əsəri, səh, 20. 



 


31 

 

Məhəmmədsəid xanı iki oğlu ilə və onun  yanında olan  Ağası xanın oğlu Mustafa 



bəyi  tələb  etdi.  Məhəmmədhəsən  xan  Fətəli  xanın  göstəriĢinə  əməl  etdi, 

Məhəmmədsəid xan iki oğlu və Ġskəndər bəylə Fətəli xanın yanına gəldi. Fətəli xan 

onları  həbs  edib  Səlyana  göndərdi.  Bu  zaman  ƏrəĢ  sultanı  ġəki  xanı 

Məhəmmədhəsən xanın əmrilə Məhəmmədsəid xanın ġuĢaya qaçmıĢ iki oğlunu və 

Mustafa bəyi (sonralar ġamaxı xanı olmuĢ) müxtəlif bəhanələrlə yanına çağırtdırıb 

ġəki xanının etimadlı adamı Hacı Seyid bəylə ġamaxıya göndərdi. Dustaqlar yolda 

ikən  (Göyçayda)  Fətəli  xanın  adamları  belə  bir  Ģayiə  yaydılar  ki,  guya  Fətəli  xan 

ġəki  tacirlərini  həbs  etmiĢ  və  güclü  qoĢunla  ġəkiyə  girmək  üçün  tədarük  görür. 

Hacı  Seyid  bəy  buna  inanıb  dustaqlarını  azad  edərək  ġəkiyə  gəldi.  Onlar  isə 

Avarstana,  oradan  isə  Türkiyəyə  qaçdılar.  Buna  görə  Fətəli  xan  Məhəmmədsəid 

xanla  onun  iki  oğlunu  Səlyanda  öldürməyi,  Ağası  xanla  iki  oğlunu  isə  ya 

öldürməyi, ya da kor etməyi əmr etdi. 

ġəki  xanı  Məhəmmədhəsən  xan  bu  hadisənin  Ģamaxılılara  bağıĢladığı 

təsirdən və avarların Fətəli xana qarĢı bəslədikləri ədavətdən istifadə edərək həmin 

1788-ci  ildə  güclü  qoĢun  topladı  və  Avar  hakimi  ilə  birlikdə  ġamaxı  üzərinə 

hərəkət  etdi.  Fətəli  xan  düĢməni  sərhəddə  qarĢılamağa  imkan  tapmayıb  onunla 

köhnə  ġamaxının  lap  yaxınlığında  rastlaĢdı.  Uzun  sürən  Ģiddətli  toqquĢmalar 

baĢlandı.  Bu  toqquĢmalarda  Məhəmmədhəsən  xanın  qoĢunları  həmiĢə  üstünlük 

qazanırdılar,  qələbə  onun  tərəfində  idi,  qoĢunlarının  bir  hissəsi  ġamaxıya  da 

girmiĢdi. Fətəli xanla birlikdə gəlmiĢ Mehdi bəy ġamxalın  oğlu Məhəmmədhəsən 

xanla  bağladığı  gizli  saziĢə  sadiq  qalaraq  döyüĢə  girmirdi.  Fətəli  xanın  qoĢun 

baĢçıları bunu baĢa düĢərək, geri çəkilib onun qoĢunları olan sahəyə doluĢdular ki, 

onu  döyüĢə  vadar  etsinlər.  Buna  nail  oldular.  ġamxalın  qoĢunları  hücuma  keçdi. 

DöyüĢün  taleyi  Fətəli  xanın  xeyrinə  həll  olundu.  Məhəmmədhəsən  xan  ġəkiyə 

qayıtdı.

63

 



«Məhəmmədhəsən  xan  öz  əməlindən  peĢman  oldu,  əyalı  olan  Fətəli  xanın 

bacısını əfv və aman diləməyə göndərdi. Özü də Fətəli xanın hüzuruna gəldi. Fətəli 

xan  cah-cəlalla  Nuxu  Ģəhərinə  getdi.  Bir  neçə  gün  qonaqlıq  və  Ģadlıqla  keçirib, 

Gəncəyə yola düĢdü».

64

 

1789-cu  ildə  Fətəli  xan  öldükdən  sonra,  onun  yaratdığı  siyasi  birləĢmə 



dağılmağa  baĢladı.  «Fətəli  xanın  böyük  oğlu  Əhməd  xan  idarə  etmək  iĢlərindən 

bixəbər  idi.  O,  hökumət  bayrağını  yüksəltdi.  Onun  baĢında  gənclik  ehtirası  və 

hökmranlıq  qüruru  var  idi.  Bir  ildən  sonra  Məhəmmədhəsən  xan  köhnə  ədavətə 

görə,  onun  əleyhinə  Ģirvanlılarla  ittifaq  bağladı.  Osmanlı  ölkəsindən  Qarabağa 

gəlmiĢ nümayəndə Əsgər bəyi, Qasım bəyi və Mustafa bəyi öz yanına çağırdı. Hacı 

                                                           

63

 Ġ s k ə n d ə r bəy Hacınski. Göstərilən əsəri, səh. 24—25. 



64

 A. B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh. 176.  

 



32 

 

Məhəmmədəli  xanın  oğlu  Manaf  bəylə  ġirvan  üzərinə  hərəkət  etdi.  Əhməd  xan 



müqavimət göstərə bilməyib Qubaya getdi. 

Məhəmmədhəsən  xan  Ali-sərkarı  elat  arasında,  Manaf  bəyi  isə  Ağsu 

Ģəhərində hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlərdən və baĢqalarından çoxlu 

mal topladı və orada bir neçə gün qaldıqdan sonra ġəkiyə qayıtdı.

65

 

Məhəmmədhəsən xan nəinki ġəkinin müstəqilliyini qaytardı, hətta bəzi ətraf 



yerləri  də  öz  nüfuz  dairəsinə  cəlb  edə  bildi.  O,  1790-cı  ildə  ġirvan  ilə  ittifaq 

bağladı,  Əhməd  xanı  ġirvandan  sıxıĢdırdı.  ġirvan  xanlarının  hakimiyyətini  bərpa 

etdi və böyük qənimətlə ġəkiyə qayıtdı. 

Məhəmmədhəsən  xan  ġamaxı  xanlığı  taxtında  bərpa  etdiyi  xanların 

vasitəsilə, onların xanlığı üzərində öz nüfuzunu saxlamaq fikrindən əl çəkməmiĢdi. 

Məhəmmədhəsən  xanın  bu  hərəkəti  ġamaxı  xanı  Mustafa  xanı  narahat  etdi  və  o 

qazıqumuqlu  II  Surxay  xanla  əlaqəyə  girib  Qəbələ  və  ƏrəĢ  sultanlarını 

Məhəmmədhəsən  xana  qarĢı  qaldırdı.  Mustafa  xan  Qarabağ  xanlığının  köməyinə 

də  Ġbrahim  xandan  razılıq  almıĢdı.  Məhəmmədhəsən  xan  çox  çətinliklə,  özünün 

ağlı  və  Ģəxsi  igidliyi  ilə  düĢmənlərini  üstələdi,  Qəbələ  və  ƏrəĢ  sultanlarını 

hakimiyyətdən kənar etdi.

66

 



1794-cu  ildə  Məhəmmədhəsən  xan  Quba  xanı  ġeyxəli  xan  ilə  birlikdə 

Mustafa  xanı  ġamaxı  xanlığından  kənar  edib,  onun  yerini  qardaĢı  Qasım  xana 

vermək üçün Ağsunu mühasirəyə aldı. Bu vaxt yağmağa baĢlamıĢ leysan yağıĢları 

Ağsuda mühasirədə olanların yardımına gəldi. Leysan mühasirəçilərin düĢərgəsini 

dağıtdı.  Ağsulular  mühasirədən  çıxıb  hücuma  keçdilər  və  düĢməni  məğlubiyyətə 

uğratdılar.  Məhəmmədhəsən  xan  ġəkiyə,  ġeyxəli  xan  isə  Dərbəndə  qayıtmağa 

məcbur oldular. 

Beləliklə,  Azərbaycan  xanlarının  bir-birlərinin  torpaqlarına  yiyələnmək 

üçün apardıqları ara müharibələri onlara öz aralarında əlaqə yaratmağa mane olur, 

onların Ġran, Rusiya, yaxud Türkiyə tərəfindən iĢğal olunması üçün əlveriĢli Ģərait 

yaradırdı. 

1795-ci ildə Ġran hökmdarı Ağa Məhəmməd Ģah Qacar Azərbaycana basqın 

etdi.  O,  ilk  növbədə  Qarabağı,  ġuĢanı  zəbt  etməyə  çalıĢdı.  Lakin  yerli  əhali  ona 

Ģiddətli  müqavimət  göstərdi.  Bu  zaman  Məhəmmədhəsən  xan  Qarabağ  və  ġirvan 

xanları  kimi  müqavimət  göstərmək  əvəzinə,  öz  mənsəbi  və  mənafeyi  xatirinə, 

düĢmənçilik etdiyi bəzi xanlardan intiqam almaq məqsədilə Qacarın tərəfinə keçdi. 

O,  Ağa  Məhəmməd  Ģahın  ġirvanı  ələ  keçirmək  üçün  göndərdiyi  dəstəyə  qoĢuldu. 

Vətən torpağının taleyi ilə oynaması ona baha baĢa gəldi və o öz hakimiyyətindən 

məhrum oldu. Xanın düĢmən yürüĢünə qoĢulmasından istifadə edən qardaĢı Səlim 

xan 1795-ci   ilin dekabrında  hakimiyyəti ələ keçirdi. 

                                                           

65

 Y e n ə orada. 



66

 V. N. L e v i a t o v. Göstərilən əsəri, səh. 153.  

 



33 

 

Hələ  bu  hadisədən  xeyli  əvvəl,  Məhəmmədhəsən  xan  doğma  qardaĢı 



Fətəlidən  ehtiyat  edərək,  onu  kor  etmiĢdi.  O  biri  qardaĢı  Səlim  xan 

«Məhəmmədhəsən  xanın  yamanlıq  qəsdindən  qorxub  bir  para  ġəki  vilayətinin 

bəylərindən    özünə  yoldaĢ    eyləyib...    ġəkidən  qaçıb,    Car  vilayətinə  getmiĢdi. 

1795-ci ildə Səlim xan  Cardan və Avarıstandan aldığı qoĢunla  ġəki üzərinə yürüĢ 

etdi.  Ağa  Məhəmməd  Ģah  Qacara  düĢmən  münasibət  bəsləyən  ġəki  camaatı 

tərəddüd  etmədən  Səlim  xan  tərəfə  keçdi.  Ġki  qardaĢın  qoĢunları  arasında  baĢ 

vermiĢ  döyüĢdə  Məhəmmədhəsən  xan  məğlub  oldu,  Ġran  hərbi  rəislərindən  biri 

olan  Mustafa  xan  Dəvəlinin  düĢərgə  saldığı  Xaçmaz  mahalının  TerkeĢ  kəndinə 

qaçdı. Öz hakimiyyətini itirmiĢ Məhəmmədhəsən xan Ağa Məhəmməd Ģah Qacarın 

gözündən  düĢdü.  Bu  təsadüfi  deyildi.  Ġran  Ģahına  onun  hakimiyyətini 

Azərbaycanda  saxlayan  adam  lazım  idi.  Ağa  Məhəmməd  Ģah  Qacar  hətta 

Məhəmmədhəsən  xandan  Ģübhələnməyə,  onu  satqın  hesab  etməyə  baĢladı.  Sərdar 

Mustafa  xan  Dəvəli  Ağa  Məhəmməd  Ģahdan  Məhəmmədhəsən  xanı  kor  edib 

Təbrizə göndərmək əmrini aldı. Ağa Məhəmməd Ģahın sərəncamına əməl olundu.

67

 

ġəkidə hakimiyyəti ələ almıĢ Səlim xan öz qardaĢı Məhəmmədhəsən xanın 



bütün uĢaqlarını məhv etdi. 

Ağa Məhəmməd Ģah Azərbaycanın bütün xanlarına, o cümlədən Səlim xana 

fərman  göndərdi.  Fərmanda  Əbdül  Lətif  Əfəndinin  yazdığı  kimi  «Ġranın  ali 

hökmdarının fərmanında deyilirdi ki,  sizə məlum olsun ki, mən Ġranda Ģah olmaq 

Ģərəfinə  nail  olmuĢam,  Azərbaycan  xanları  və  hakimləri  hamısı  mənə  tabe 

olmuĢlar.  Ġndi  mən  qoĢunumla  bu  taya  ona  görə  gəlmiĢəm  ki,  əleyhdarlarımı 

cəzalandıram.  Ona  görə  də  siz  də  öz  nümayəndənizi  göndərib  bağıĢlanmağınızı 

xahiĢ  etməli  və  sizə  aid  olan  məsələləri  izah  etməlisiniz,  mən  bunları  hörmət 

əlaməti  kimi  qəbul  edirəm.  Siz  mənim  yanıma  sizin  bağıĢlanmanız  barəsində 

xahiĢinizlə  öz  nümayəndənizi  göndərməlisiniz.  Buna  əməl  etsəniz  və  qulluq 

göstərsəniz  üstünüzdən  mərhəmət  əskik  olmayacaq,  baĢqaları  kimi  siz  də  sakit 

olacaqsınız».

68

 

Səlim xan  «Ģaha qulluq eləməyib, qızılbaĢ qoĢunundan ehtiyat edib,  Ģəhəri 



köçürüb  Gələsən-görəsənə  aparıb,  orada  sığınaq  elədi.  Lakin  Səlim  xanın  belə 

ehtiyat  etməsi  əbəs  oldu,  belə  ki,  Qarabağda  heç  bir  müvəffəqiyyət  qazana 

bilməyən  Qacar  ġuĢanın  mühasirəsindən  əl  çəkməyə  məcbur  oldu.  O,  Tiflisə 

hərəkət etdi, onu qarət edərək, geriyə, Ġrana qayıtdı».

69

 

Ağa  Məhəmməd  Ģahın  Azərbaycana  yürüĢü,  bu  yerləri  ələ  keçirmək 



iddiasında  olan  çar  Rusiyasını  xeyli  narahat  etmiĢdi.  Təsadüfi  deyildi  ki, 

Azərbaycanı,  xüsusilə  onun  Xəzərsahili  vilayətlərini  iĢğal  etməyə  hazırlıq  görən 

Rusiya çarı II Yekaterina 1795-ci il noyabrın 16-da Qafqazda olan rus qoĢunlarının 

                                                           

67

 V. N. Leviatov. Göstərilən əsəri, səh 173.  



68

 Ə b d ü l  Lətif. Əfəndi. Göstərilən əsəri, səh.12. 

69

 K ə r i m Ağa Fateh. ġəki xanlarının müxtəsər tarixi. ġəki xanlarının tarixindən, səh. 20. 




34 

 

komendantı general Qudoviçə xüsusi sərəncam göndərərək Gürcüstanı, ġirvanı və 



Bakını müdafiə etməyi tapĢırmıĢdı.

70

 



1796-cı  ildə  general  V.  Zubovun  komandanlığı  altında  rus  qoĢunları 

Azərbaycanın Xəzərsahili vilayətlərini iĢğal etdilər. Rus qoĢunlarının bir dəstəsinə 

baĢçılıq edən general-mayor RtiĢçev Pirsaat çayı yaxınlığında salınmıĢ düĢərgədən, 

ġəki  ərazisindən  keçərək  Gəncə  üzərinə  hərəkət  etdi.  Gəncə  «hakimi  Cavad  xan 

Ziyad  xan  oğlu  tabe  olmaq  fikrilə  qabağa  çıxıb  qalanı  təslim  etdi.  Qarabağlı 

Ġbrahim xan və Ģəkili Səlim xan da, elçilər və məktublar göndərməklə ixlas və itaət 

göstərdilər».

71

  Rus  qoĢunları  Azərbaycanda  çox  qalmadı.  1796-cı  ildə  imperatriçə 



II Yekaterinanın ölümündən  sonra I Pavel, beynəlxalq vəziyyətlə əlaqədar olaraq, 

rus qoĢunlarını Azərbaycandan geri çağırdı. 

1797-ci  ildə  Ağa  Məhəmməd  Ģah  Qacar  ikinci  dəfə  Azərbaycana  basqın 

etdi.  O,  kor  etdirdiyi  Ģəkili  Məhəmmədhəsən  xanı  da  özü  ilə  gətirmiĢdi.  Qacar, 

Məhəmmədhəsən  xanı  Muğanda  qoyaraq  ġuĢa  qalasına  hərəkət  etdi.  Qacarın 

birinci  yürüĢü  zamanı  Qarabağın  təsərrüfatına  ağır  zərbə  vurulmuĢdu  və  1797-ci 

ildə  burada  qıtlıq,  aclıq,  xəstəlik  hökm  sürürdü.  ġuĢa  camaatı  Qacara  müqavimət 

göstərə  bilmədi.  Qarabağ  hökmdarı  Ġbrahimxəlil  Cara  qaçdı.  Qacar  ġuĢanı  aldı, 

lakin o, saray əyanları tərəfindən öldürüldü. Ġran qoĢunları geri çəkildilər. 

Ağa Məhəmməd Ģah Qacar öldürüldükdən  sonra  ġamaxı  xanı Mustafa xan 

xanlığın  ərazisini  geniĢləndirmək  üçün  ciddi  fəaliyyətə  baĢladı.  O,  ilk  növbədə 

ġəki  xanlığını  özünə  tabe  etmək  üçün  kor  edilərək  xanlıqdan  kənarlaĢdırılmıĢ 

Məhəmmədhəsən xandan istifadə etdi. Belə ki, Ağa Məhəmməd Ģah öldürüldükdən 

sonra öz xanlığını bərpa etməyə çalıĢan Məhəmmədhəsən xan bir qədər əvvəl ona 

düĢmən olmuĢ ġamaxı xanı Mustafa xana    müraciət edərək  qızını ona ərə vermək 

istədiyini  bildirdi.  Mustafa  xan  bundan  istifadə  etməyə  tələsdi.  O,  böyük  qoĢunla 

ġəki xanlığı üzərinə yeridi. Ona müqavimət göstərə bilməyən Səlim xan Qarabağa, 

qohumu Ġbrahim xanın yanına qaçdı.

72

 

Mustafa xan bu dövrdə Azərbaycanın ən güclü xanlarından biri idi. O, ġəki 



torpaqlarını ġirvan xanlığı tərkibinə qatmaq planını həyata keçirmək istəyirdi, ona 

görə  də  onun  Məhəmmədhəsən  xanla  münasibətləri  pozuldu.  Mustafa  xan  ġəki 

xanlığı üzərinə yeridi. «Məhəmmədhəsən xan da qoĢun götürüb, Qarabağa gedəndə 

yolda  iĢin  üzərinə  baxıb  bildi  ki,  ölkədə  bunu  istəməyən  Ģəxslər  çoxdur.  Mustafa 

xan ilə dava etməyə dəyməz. Naçar qoĢunu dağıdıb bir para adamla Mustafa xanın 

yanına gedər ki, bəlkə genə mənimlə dost ola, xanlıq bundan razı qalıb qayıda genə 

ġəkiyə gələ. Gedən kimi, Mustafa xan bunu tutdurub ġirvana göndərdi.

73

 



                                                           

70

 V. N. L e v i a t o v. Göstərilən əsəri, səh. 175—176. 



71

 A. B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh. 184.  

72

 A. B a kı x a n o v. Gülüstani-Ġrəm, səh. 186. 



73

 K ə r i m Ağa Fateh. ġəki xanlarının müxtəsər tarixi, ġəki xanlarının tarixindən. səh. 21. 

 



35 

 

Mustafa  xan  Səlim  xanı  da  Qarabağdan  öz  yanına  gətirdi.  Beləliklə, 



Mustafa  xan  hər  iki  qardaĢı—Məhəmmədhəsən  xanı  da,  Səlim  xanı  da 

hakimiyyətdən  uzaqlaĢdırıb  öz  əmisi  oğlu  ġeyx  Əli  bəyi  ġəkiyə  naib  təyin  etdi. 

Lakin ġəki əhalisi üsyan etdi. «Mustafa xan çarəsiz qalıb, Səlim xanı ġəkiyə hakim 

göndərdi və onun qızını özü üçün aldı. Məhəmmədhəsən xan Qubaya, Dərbəndə və 

buradan da Cara, axırda rusların yanına» getdi.

74

 Beləliklə, Səlim xan 1304-cü ildə 



ġəki xanlığında öz hakimiyyətini bərpa etdi. 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə