Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   ...   4   5   6   7   8   9   10   11   12
Şəki Xanlığı

3. Ticarət 

 

Xanlıqlar  dövründə  ġəkidə  həm  daxili,  həm  də  xarici  ticarət  xeyli  inkiĢaf 

etmiĢdi. Sənətkarların çoxu öz mallarını bilavasitə özləri satır, xırda alverlə məĢğul 

olurdular.  1824-cü  ildə  ġəkidə  400-dən  çox  belə  dükan  və  həftə  bazarları  var  idi. 

Burada  əsasən  kənd  təsərrüfatı  məhsulları  satılırdı.  Xarici  ticarətdə  ipək  ixracı 

mühüm  yer  tuturdu.  Ġpək  almaq  üçün  ġəkiyə  gəlmiĢ  xaricilər  karvansaralara 

düĢürdülər. 

ġəhərdə  daxili  ticarətin  xeyli  inkiĢaf  etdiyini  göstərmək  üçün  təkcə  onu 

qeyd etmək lazımdır ki, ġəkidə yüzlərlə dükan var idi. Feodal hökmdarlar ticarətdə 

fəal iĢtirak edirdilər. Məhəmmədhəsən xanın 264 Ģəxsi dükanı var idi. 

Yeri gəlmiĢkən qeyd etmək lazımdır ki, ġəki xanlarından Məhəmmədhəsən 

xan  eyni  zamanda  ġəkidə  ən  varlı  feodal  idi.  Xanlıq  ərazisində  233  tut  bağı, 

ġəkinin özündə 4 və ətrafında 6 dəyirman və s. var idi. 

ġəhərdə sənətkar və alverçilərə məxsus 317 dükan, karvansaralarda isə xana 

məxsus 52, ayrı-ayrı Ģəxslərə məxsus isə 48 dükan var idi. ġəhərdə kənd təsərrüfatı 

məhsullarını,  həmçinin  xaricdən  gətirilmiĢ  Ģeyləri  satmaq  üçün  bazarlar  var  idi. 

Bazarlara  darğalar  nəzarət  edirdilər.  Darğa  bazarda  qanun-qaydaya  əməl 

olunmasına və bazarda satılan mallardan vergi toplanmasına nəzarət edirdi. Darğa 

bunun müqabilində bazardan toplanmıĢ darğalıq pulu alırdı. 

Bazarda  çox  qələbəlik  olduğundan,  oradan  dövlət,  ictimai,  dini  və  baĢqa 

tədbirlər  üçün  də  istifadə  olunur,  xanın  fərmanları  və  baĢqa  elanlar  oxunurdu. 

Carçılar xanın əhalinin xan üçün ictimai iĢlərə çıxması, düĢmən basqını olan zaman 

baĢ  verə  biləcək  təhlükə  haqqında  məlumatını  da  bazarda  car  çəkməklə 

bildirirdilər.  Bazarlarda  dərviĢlər  çıxıĢ  edir,  cinayətkarlar  barəsində,  dəstələr 

yaratmaq  üçün  səfərbərlik  keçirilməsi  və  s.  barəsində  burada  məlumat  verilirdi. 

Az-çox  savadı  olan  mollalar  bazarda  oturur  və  müəyyən  xərc  müqabilində 

baĢqaları  üçün  məktublar,  ərizələr,  dualar  yazır,  tacirlər  arasında  bağlanan  ticarət 

müqavilələrini tərtib edirdilər. 

XVIII  əsrin  60-cı  illərində  Qızlar  və  HəĢtərxan  tacirləri  karvan  yolları  ilə 

ġəki  və  ġamaxıya  hətta  qadağan  olunmuĢ  malları  gətirirdilər.  Bundan  baĢqa 

tacirlər  gizli  yolla  ġəkiyə  külli  miqdarda  Rusiya  pulu  gətirirdilər.  Təkcə  1767-ci 

ildə  ġəki  və  ġamaxıya  105  min  manat  pul  gətirilmiĢ,  bu  pula  hər  biri  6  pud  olan 

400 tay ipək alınmıĢdı. Ġpəyin pudu 36—48 gümüĢ manata idi. Ümumiyyətlə, ipək 

almaq üçün hər il Rusiyadan Azərbaycana 600 min manata qədər pul gətirilirdi.

108

 

O  zaman  üçün  bu  çox  böyük  məbləğ  idi.  Ġpək  alveri  və  baĢqa  ticarət  əməliyyatı 



karvansaralarda və bazarlarda aparılırdı. 

ġəkidə  5  karvansara  —  Gəncə,  Təbriz,  ġamaxı,  ləzgi  və  erməni 

karvansaraları var idi. Bu karvansaralarda ticarət üçün müxtəlif Ģəhər və ölkələrdən 

                                                           

108

 Г а с и  А б д у л л а е в. Азербайджан в XVIII веке и взаимоотношение с Россией, с. 440. 




51 

 

gələn  tacirlər  yerləĢirdilər.



109

  Karvansaraların  qarətdən  mühafizə  olunması  üçün 

onları  qala  kimi  tikirdilər.  Karvansaraların  alt  mərtəbəsi  malları  saxlamaq  üçün 

anbar,  üst  mərtəbələrdə  isə  tacirlərin  yaĢayıĢ  hücrələri  olurdu.  AxĢamlar 

karvansaraların darvazaları bağlanır və Ģəhərlə əlaqəsi kəsilirdi.

110


 

O  vaxt  ġəki  xanlığında  da  tranzit  ticarəti  gedirdi.  Ġrandan  buraya  Ġran  və 

Qərbi  Avropa  malları  gətirilirdi.  Qərbi  Avropada  istehsal  olunmuĢ  parçalar  və 

metal  məmulatın  Ġran  körfəzi  vasitəsilə  gətirilərək  Ġran  və  Cənubi  Azərbaycanın 

sənətkarlıq  məhsulları  ilə  birlikdə  Xəzərin  cənubi  limanlarından,  dəniz  vasitəsilə 

Bakıdan,  Səlyandan  keçirilərək  Muğan  düzü  ilə  Azərbaycanın  Ģəhərlərinə 

aparılırdı. Bunun çox hissəsi ġəki bazarına aparılır, oradan isə Dağıstana və digər 

vilayətlərə  göndərilirdi.  Türkiyədən  gətirilən  türk  və  Fransa  malları  Naxçıvan  və 

Tiflisdən ġəkiyə çatdırılırdı. 

ġəkidən  ipək  və  digər  kənd  təsərrüfatı  məhsulları  —  taxıl,  düyü,  meyvə, 

yağ, bal, tütün, diri heyvanlar — inək, camıĢ, at və s. ixrac olunduğu kimi, ġəkiyə 

də  çoxlu  mallar  gətirilirdi.  Bunlar  boya,  çit,  qənd,  dəmir  Ģeyləri,  sabun,  Ġran  və 

Rusiyadan  müxtəlif  geyim  Ģeyləri,  taxta-Ģalban,  neft,  duz,  mis,  xalça-palaz,  barıt, 

kəndir və s. ibarət idi. 

Tacirlərin  və  sənətkarların  sıra  ilə  düzülmüĢ  dükanlarında  da  ticarətlə 

məĢğul  olurdular  və  bu  dükanların  cəmi  dalanbazar  adlanırdı.  Eyni  növ  mallar 

müəyyən  ticarət  dükan  sıralarında  satılırdı:  Bu  dükan  sıraları,  həmin  dükanlarda 

satılan  malların  adını  daĢıyırdı.  Məsələn,  ayaqqabı  satılan  dükanlar  baĢmaqçılar 

sırası,  dərzi  dükanları  sırası,  dəmirçixanalar  sırası,  dabbaqxana,  boyaqxana, 

papaqçılar,  ipəkçilər  sırası  və  s.  Eyni  zamanda  müxtəlif  mallarla  ticarət  edən 

dükanlar  sırası  da  var  idi  və  bu  sıra  qarıĢıq  mallar  sırası  adlanırdı.  Ümumiyyətlə 

ġəkidə 8 dalanbazar var idi.

111

 

Qeyd olunmuĢ dükan sıralarından baĢqa, mal-qara, quĢ, göyərti, meyvə və s. 



satılan xüsusi yerlər də var idi. 

Ticarət  dükanları  adətən  iki  hissədən  ibarət  olurdu.  Qabaqdakı  hissədə 

satılan  malların  nümunələri  düzülürdü.  Ġkinci  isə  anbar  idi.  Öz  mallarını  satan 

sənətkarların dükanları 2, yaxud üç hissədən ibarət olurdu. Bu hissələrdən birində 

sənətkar  öz  malını  satır,  o  biri  hissədə  iĢləməklə  məĢğul  olur,  üçüncü  hissədə  isə 

hazır mallarını saxlayırdı. 

XVIII  əsrdə  ġəki  xanlığında  rus,  holland,  iran,  hind  pulları  ilə  yanaĢı 

xanlığın özündə zərb olunan xan abbasıları da dövriyyədə  idi. ġəkidə pul kəsmək 

                                                           

109


 Р. Э

 

ф е н д и з а д е. Материалы о цеховом устройстве и кустарном  производстве в  городе 

Нухе.  Азeрб. ЕА ТИЕА, iĢ 10. 

110


 R. Ə f ə n d i z a d ə. ġəki torpağında ipəkçilik haqqında tarixi materiallar. Azərb. EA TĠEA, iĢ II, 

vər. 15. 

111

 R. Ə f ə n d i z a d ə. Göstərilən əsəri, TĠEA, inv. 10, vər.10. 



 


52 

 

üçün  zərbxana  var  idi.  Burada  gümüĢ  abbasılar  və  fulus  adlanan  mis  pullar 



kəsilirdi. 

ġəki tacirlərinin üzərinə böyük vergilər qoyulurdu. Karvansara sahibləri öz 

qazanclarının beĢdə bir hissəsini xəzinəyə verməli idilər. 

Ticarətdən toplanan vergi daha çox idi. Bu vergilər Məhəmmədhəsən xanın 

«Dəstur  ül-əməli»ində  öz  əksini  tapırdı.  Bunlardan  darğalıq,  qəssabxana  pulu, 

dəllalxana  pulu,  sabun  pulu,  dəyirman  pulu,  hamam  pulu  və  rəhdarini  göstərmək 

olar. Bunlardan ən böyüyü rəhdari idi. Bu vergi, daha doğrusu,  gömrük pulu həm 

Ģəhərə  mal  gətirib  satanlardan,  həm  də  baĢqa  yerə  mal  aparanlardan  alınırdı. 

Rəhdarinin miqdarı malın keyfiyyətindən asılı idi. Xanlığın sərhədində olan silahlı 

dəstələr  rəhdari  almadan  xanlığın  sərhədinə  və  sərhəddən  xaricə  mal  buraxmırdı. 

Rəhdari  xanlıqlarda,  bütün  Azərbaycanda  ticarətin  inkiĢafına  ciddi  mane  olurdu. 

Belə ki,  ġəki  xanlığından baĢqa bir xanlıq  ərazisinə  mal aparmaq üçün bəzən 3-4 

və  daha  çox  xanlığın  ərazisindən  keçmək  və  hər  xanlığın  ərazisində  rəhdari 

gömrüyü  vermək  lazım  gəlirdi.  Buna  görə  də  Azərbaycanda,  xüsusən  ġəki 

xanlığında  qaçaq  mal  ticarəti  xeyli  artmıĢdı.  Təsadüfi  deyildir  ki,  «Dəstur  ül-

əməl»də  qaçaq  mal  satıĢı  ilə  məĢğul  olanların  cəzalandırılması  nəzərdə 

tutulmuĢdu.

112


 

Xanlar ticarətin bu və ya digər sahəsini iltizama verirdilər və həmin sahələr 

üzrə ticarətlə məĢğul olan tacir öz malını ixrac etmək istəyəndə iltizamçıya ödənc 

verməli  idi.  Məsələn,  ġəkidən  xaricə  ipək  ixrac  edən,  yaxud  aparan  tacir 

«iltizamçıdan  icazə  kağızı  almalı  və  apardığı  hər  batman  üçün  ona  müəyyən 

məbləğ  ödəməli  idi.  Satmağa  aparılan  ipək  gizlədildikdə,  yaxud  iltizamçıya 

çatacaq məbləğ ödənilmədikdə, iltizamçı bunu müəyyən edərsə, tacir ikiqat məbləğ 

ödəməli  idi».

113

  Belələri  hətta  divan  tərəfindən  cəzalandırılırdı.  Ġpək,  yun  və 



pambıq parçanı bəzi rənglər ilə boyamaq  hüququ da iltizamçıların inhisarında idi. 

«Həmin rənglər ilə iltizamçıdan baĢqa heç kim boyaya bilməzdi».

114

 BaĢqa rənglər 



ilə  isə  boyama  müstəqil  idi.  Bu  halda  narazı  tacirlər,  öz  mallarını  yalnız  ġəki 

xanlığının  sərhədlərindən  kənarda  boyaya  bilərdi.  Ġltizamçıdan  baĢqa  heç  kimin 

sabun alveri ilə məĢğul olmaq ixtiyarı yox idi. Ümumiyyətlə, ticarətin elə bir sahəsi 

yox idi ki, xanlar qazanc əldə etmək üçün onu iltizama verməsinlər. Bu ölkədə baĢ 

verən  ardı-arası  kəsilməyən  feodal  ara  müharibələri,  həmçinin  xarici  basqınlar 

ticarətin inkiĢafına əsaslı surətdə mane olurdu. 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə