Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   ...   4   5   6   7   8   9   10   11   12
Şəki Xanlığı

N Ə T Ġ C Ə 

 

Bizim  bu  kitabda  ġəki  xanlığının  tarixi  keçmiĢinə  nəzər,  xanlığın 

yaranması,  ictimai-siyasi  vəziyyəti,  Rusiya  çarizmi  tərəfindən  iĢğalı,  onun 

təsərrüfat  həyatı,  mədəniyyəti  haqqında  yazdıqlarımızdan  aĢağıdakı  nəticələrə 

gəlmək olar: 

1. ġəki  Azərbaycanın qədim iqtisadi,  siyasi və  mədəni  mərkəzlərindən biri 

olmuĢdur.  O,  hələ  ilk  orta  əsrlərdə,  ġəki  adı  isə  daha  qədimdən  bəlli  olmuĢdur. 

Qədim  tarixçilərin,  həmçinin  orta  əsr  Ġran,  türk  tarixçilərinin  əsərlərində  ġəki 

barəsində qiymətli  məlumatlara rast gəlirik. Onun  əlveriĢli  təbii-coğrafi vəziyyəti, 

torpaqlarının  münbitliyi,  iqlim  Ģəraiti  Ģəhərin,  onun  ətrafında  olan  yaĢayıĢ 

məntəqələrinin inkiĢafına əlveriĢli Ģərait yaradırdı. 

XIV  əsrin  son  rübündən  ġəki  vilayətində  dövlət  yaranmıĢdı.  Doğrudur,  bu 

kiçik dövlət ġirvanĢahlar dövlətindən  yarımasılı dövlət olmuĢdur, bununla belə o, 

müəyyən  dövrlərdə  tam  müstəqil  olmuĢ  və  onun  müstəqil  dövlət  kimi  ömrü 

ġirvanĢahlar  dövlətindən  uzun  olmuĢdur.  XVI  əsrin  50-ci  illərindən,  daha  dəqiq 

desək,  1551-ci  ildən  o,  Azərbaycan  Səfəvilər  dövlətinin  tərkibinə  qatılmıĢdı.  Bu 

dövrdən  ġəki  vilayəti  Səfəvi  Ģahlarının  təyin  etdiyi  caniĢinlər  və  yaxud  yerli 

məliklər tərəfindən idarə olunmuĢdur. 

XVIII əsrin əvvəlindən baĢlayaraq Səfəvi dövlətinin zəifləməsi, hakimiyyət 

uğrunda  gedən  mübarizə  nəticəsində  onun  iqtisadiyyatında,  təsərrüfat  həyatında 

kəskin  dəyiĢikliklər  baĢ  verir,  böhranlı  vəziyyət  yaranırdı.  Bu  isə  xalq  kütlələri 

arasında  narazılıqlara,  üsyanlara  gətirib  çıxarırdı.  Bu  dövrdə  Azərbaycanda  Ġran 

əsarətinə qarĢı çıxıĢlar daha geniĢ miqyas almıĢdı. Ən böyük üsyanlar ġirvanda və 

ġəkidə  baĢ  verirdi.  Bu  çıxıĢlar—üsyanlar  «yaxĢı  çar»,  «təmin  olunmuĢ  həyat» 

uğrunda  mübarizə  deyil,  milli-azadlıq  mübarizəsi,  müstəqillik  uğrunda  mübarizə 

idi. 1743-cü ildən baĢlayaraq ġəki əyaləti camaatı Hacı Çələbinin baĢçılığı altında, 

hər cür əzab-əziyyətə dözərək Ġranın nizami ordusuna qarĢı mübarizə aparırdı. Ġran 

Ģahı  dəfələrlə  Ģəkililərin  inadlı  müqaviməti  ilə  rastlaĢaraq  geri  çəkilməyə  məcbur 

olmuĢdu. ġəki əyaləti hələ Nadir Ģahın ölümündən qabaq öz müstəqilliyini əldə edə 

bilmiĢdi,  halbuki,  Azərbaycanın  digər  xanlıqları  Nadir  Ģahın  ölümündən  sonra 

Ġranda baĢ vermiĢ hərc-mərclikdən istifadə edilməklə yaradılmıĢdı. 

XVIII  əsrin  50-ci  illərində  Hacı  Çələbi  xanın  baĢçılıq  etdiyi  ġəki  xanlığı 

Azərbaycanda yaranmıĢ 18 xanlıq və məlikliklər arasında ən qüdrətlisi idi. Çələbi 

xanın  ölümündən  sonra  xanlığın  daxilində  baĢ  vermiĢ  çəkiĢmələr  nəticəsində 

xanlıq zəifləmiĢdi. 

2.  ġəki  xanlığı  əhalisinin  əsas  məĢğuliyyəti,  bütün  Azərbaycanda  olduğu 

kimi  əkinçilik  və  maldarlıq  olmuĢdur.  Kənd  təsərrüfatı  sahələri  içərisində 

baramaçılıq  aparıcı  rola  malik  idi.  Xanlığın,  demək  olar  ki,  bütün  kəndlərində,  o 

cümlədən ġəkinin özündə tut bağları var idi. Əhali barama  açmaq—ipəkçiliklə də 

məĢğul olurdu. ġəki ipəyi təkcə Azərbaycanda deyil, ətraf ölkələrdə də məĢhur idi 




57 

 

və  vətənindən çox-çox  uzaq  ölkələrə, o  cümlədən  Rusiyaya, Türkiyəyə, Ġtaliyaya, 



Ġrana və s. ixrac olunurdu. 

ġəki  xanlığı öz  sənətkarlığı ilə  də  məĢhur  idi.  Sənət  sahələrinin çoxu  ġəki 

Ģəhərində  cəmləĢmiĢdi.  Burada  ipək  parçalar,  mis  qablar,  silah,  kənd  təsərrüfatı 

alətləri,  məiĢətdə  iĢlənən  qab-qacaq  və  s.  istehsal  olunurdu.  ġəki  təkəlduzlarının 

istehsal  etdiyi  müxtəlif  örtüklər,  bəzəkli  geyimlər  xüsusilə  məĢhur  idi.  ġəhərdə 

sənətkar  sexləri—əsnaflar  fəaliyyət  göstərirdi.  Hər  sənət  sahəsinin  özünün  əsnafı, 

hər əsnafın öz bayrağı var idi. 

Sənətkarlıq  kəndlərdə  də  inkiĢaf  etmiĢdi.  Bu  sənətkarlar  əsasən  kənd 

təsərrüfatı  alətləri,  dulus  və  mis  qablar  istehsal  edirdi.  Evlərdə  cəmləĢmiĢ  kənd 

sənətkarları eyni zamanda keçəçiliklə, boya iĢlərilə də məĢğul olurdular. 

Kənd  təsərrüfatı  və  sənətkarlığın  inkiĢafı,  hələ  çox  qədimlərdən  Rusiya, 

Gürcüstan, Dağıstan, Ġran və Türkiyə ilə ticarət əlaqələri olan ġəkidə ticarətin daha 

da  geniĢlənməsinə  səbəb  olmuĢdu.  Ticarət  əsasən  karvansaraları,  dalanbazarları 

olan  ġəki  Ģəhərində  cəmləĢmiĢdi.  ġəki  xanlığında  gətirilən  və  aparılan  mallar 

üzərinə müxtəlif vergilərin qoyulması ticarətin inkiĢafı yolu üzərində böyük əngəl 

idi.  ġəki  xanı  Məhəmmədhəsən  xan  «Dəstür-ül-əməl»  adlanan  xüsusi  qanunnamə 

hazırlatdırmıĢdı.  Bu  qanunnamə  xanlıqda  vergilərin  toplanmasında  hakim  sinfin 

mənafeyinə xidmət edirdi. 

Xanlıqda  hökm  sürən  iltizam  sistemi,  ayrı-ayrı  təsərrüfat  sahələrinin 

iltizama  verilməsi,  Azərbaycan  xanlıqlarında,  o  cümlədən  ġəki  xanlığında  çəki, 

ölçü vahidlərinin müxtəlifliyi də ticarətin və sənətkarlığın inkiĢafına mane olurdu. 

3. ġəki xanlığında xan-divan, mülkədar, tiul və vəqf torpaqları var idi. Xan-

divan torpaqları xanların mülkiyyətində idi. Mülkədar torpaqları mülk adlanırdı və 

mülkədarların ixtiyarında olub, nəslən keçirdi. Tiul torpaqları bəylərin istifadəsində 

idi,  mülkiyyət  Ģərti  xarakter  daĢıyırdı,  yəni  o  xanın  razılığı—fərmanı—təliqəsi 

olmadan  nəslə  keçmirdi.  Göstərilən  torpaq  mülkiyyəti  formalarından  baĢqa  vəqf 

torpaq  mülkiyyət  forması  var  idi.  Bu  torpaqlar  dini  idarələrin  mülkiyyətində  idi. 

Nəhayət, icmalıqla istifadə olunan icma torpaq mülkiyyəti forması mövcud idi. 

ġəki  xanlığında,  ümumiyyətlə  bütün  xanlıqlarda  əhali  feodallara  və 

kəndlilərə bölünürdü. Feodal ierarxiyasına xanlar, bəylər, ağalar və ruhanilər daxil 

idilər.  Kəndlilər  isə  rəiyyətlər  və  rəncbərlərdən  ibarət  idilər.  ġəki  Ģəhərində 

sənətkarlar  və  tacirlər  də  yaĢayırdılar.  Onların  varlı  hissəsi  öz  var-dövlətləri  ilə 

feodallardan geri qalmırdılar. 

ġəki xanlığının  ərazisi 8  mahala  bölünmüĢdü.  ġəki  Ģəhəri  xanlığın  mərkəz 

Ģəhəri olub, xanın iqamətgahı burada yerləĢirdi. Bütün hakimiyyət—qanunverici və 

icraedici hakimiyyət, məhkəmə, qoĢuna baĢçılıq xanın əlində cəmləĢmiĢdi.  

ġəhər  inzibati  idarəsinin  baĢında,  ġəkinin  ictimai  həyatında  mühüm  rol 

oynayan, xanın siyasətinin həyata keçirilməsinə cavabdeh olan kələntərlər dururdu. 

Üç növ  məhkəmə orqanı  var  idi: divan, Ģəriət  və əsnaf  məhkəmələri. Onların  üçü 

də feodalların mənafeyi keĢiyində dururdular. 




58 

 

4.  ġəki  xanlığı  özünün  memarlığı,  tətbiqi  incəsənəti  ilə  məĢhur  idi.  ġəki 



xanlarının hələ  də  özünün  gözəlliyini  itirməmiĢ, 1764-cü ildə  tikilmiĢ  xan  sarayı, 

ġəkixanovların evləri, karvansaraları kimi memarlıq abidələri ilə məĢhur olmuĢdur. 

Tətbiqi  sənət  nümunələri  heç  bir  mıx  iĢlənmədən  taxtadan  qayrılmıĢ  Ģəbəkələri, 

müxtəlif  bəzəkli  mis  qabları,  təkəlduzluq  nümunələri,  sümükdən,  qızıl  və 

gümüĢdən  qayrılmıĢ  əĢyalar  ġəki  ustalarının  yadigarı  olub,  ġəkidən  uzaqlarda  da 

məĢhur olmuĢdur. 

XVIII  əsrin  əvvəllərində  ġəkidə  romantik  istiqamətlə  yanaĢı,  ədəbiyyatda 

realist  istiqamət  də  meydana  çıxmıĢdı.  Azərbaycan  poeziyasının  görkəmli 

nümayəndələri  Nəbi,  Süleyman,  Razi  və  baĢqaları  olmuĢdur.  Onların  arasında 

dövrün  hadisələrini  özündə  əks  etdirən  tarixi  məzmunlu  poemalar  yazmıĢ  Nəbi 

xüsusilə fərqlənirdi. 

5. XVIII əsrin sonu—XIX əsrin əvvəllərində Azərbaycanın daxili və xarici 

siyasi  vəziyyəti  çox  mürəkkəb  idi.  Ölkədə  baĢ  verən  ara  müharibələri,  Rusiya  və 

Ġranın Azərbaycana qəsbkar basqınları ölkəni çox ağır vəziyyətə salmıĢdı. Belə bir 

mürəkkəb  Ģəraitdə,  XIX  əsrin  əvvəllərində  çar  Rusiyası  Azərbaycan  torpaqlarını 

iĢğal  etdi,  Azərbaycan  xalqının  öz  dövlət  müstəqilliyini  itirməsi  kimi  ən  mürtəca 

bir  hadisə  baĢ  verdi.  Azərbaycan,  o  cümlədən  ġəki  xanlığı,  xalqın  sona  qədər 

mübarizə aparmasına baxmayaraq çar Rusiyasının müstəmləkəsinə çevrildi. 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə