Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI


 Xanlığın inzibati quruluĢu



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   2   3   4   5   6   7   8   9   ...   12
Şəki Xanlığı

2. Xanlığın inzibati quruluĢu 

 

ġəki  xanlığının  ərazisi  Ģimal-qərbdə  Dağıstan  və  Ġlisu  sultanlığı,  Ģimal-

Ģərqdə  Quba  xanlığı,  ġərqdə  ġamaxı  xanlığı,  qərbdə  Gürcüstan  və  cənubda 

Qarabağ  xanlığı  ilə  həmsərhəd  idi.  QutqaĢen,  ƏrəĢ  və  Qəbələ  sultanlıqları  ġəki 

xanlığından asılı idi. Mənbələrdə qeyd olunur ki, «ƏrəĢ və Qəbələ mahalları» Hacı 

Çələbiyə «tabe idi».

18

 

ġəki  xanlığının  mərkəzi  Ģəhəri  ġəki  idi.  1772-ci  ildə  KiĢ  çayının  daĢması 



nəticəsində  qədim  ġəki  Ģəhəri  demək  olar  tamamilə  məhv  olmuĢ,  Ģəhər  əhalisinin 

bir  qismi  tələfata  uğramıĢ,  bir  qismi  baĢqa  yerlərə  köçüb  getmiĢ,  bir  qismi  isə 

indiki Ģəhərin yerləĢdiyi ərazidə məskən salmıĢdı.

19

 



ġəki Ģəhərinə üz vermiĢ fəlakət hətta XIX əsr mətbuatının da diqqətini cəlb 

edirdi. «Kavkaz» qəzeti yazırdı: «Dərədən böyük sürətlə çıxan KiĢ çayının daĢması 

nəticəsində  Nuxa  yerlə-yeksan  oldu,  yaĢayıĢ  evləri  və  zəngin  ipəkçilik  bağları 

əvəzinə  böyük  daĢ  səhrası  əmələ  gəldi,  minlərlə  adam  qudurmuĢ  selin  qurbanı 

oldu. O vaxtdan nuxalılar dərənin Ģərqində olan dağ ətəklərinə köçdülər və indiki  

Nuxanı saldılar».

20

 

ġəki Ģəhəri 1765-ci ilə qədər orta əsr Ģəhərləri kimi qala divarları ilə əhatə 



olunmamıĢdı.  Ona  görə  də  düĢmən  hücumu  zamanı  əhali  «Gələsən-görəsən» 

qalasına  çəkilirdi.  1765-ci  ildə  isə  Ģəhər  qala  hasarları  ilə  əhatə  olundu.

21

  ġəhərin 



iki darvazası var idi. 1772-ci il fəlakətdən sonra yeni yerdə dirçələn Ģəhər də qala 

divarı  ilə  əhatə  olunmuĢdu.  Bundan  baĢqa  burada  daha  iki  istehkam-qala  tikildi: 

Ģəhərin  kənarındakı  qala  və  Ģəhərdəki  Məhəmmədhəsən  xan  qalası.  Ġkinci  qalada 

Xan sarayı yerləĢirdi. Həmin qalaya saxsı borularla su kəməri çəkilmiĢdi.

22

 Bundan 


baĢqa qalada iki su quyusu var idi. ġəkidən aralı hündür yerdə qüllələr tikildi. Bu 

qüllələrdə  keĢikçilər  yerləĢir  və  düĢmənin  gəlməsini  od  yandırmaqla  xəbər 

verirdilər. 

Azərbaycan  ərazisində  yaranmıĢ  baĢqa  xanlıqlarla  bərabər  ġəki  xanlığı  da 

xanın qeyri-məhdud hakimiyyətə malik olduğu feodal mütləqiyyət üsuli-idarəsi idi. 

A.  Bakıxanov  yazırdı  ki,  «Xan  monqol  sözü  olub,  hakim,  çarlıq  eləyən  Ģəxs 

deməkdir».  Xanlığın  xarici  münasibətlər  məsələlərini  xan  həll  edirdi.  Xanın  həm 

qanun  vermək  və  onu  icra  etmək,  həm  də  məhkəmə  hüququ  var  idi.  ġəki  xanı 

Məhəmməd Həsən xanın hakimiyyəti dövründə «Dəstur ül-əməl» adlanan qanunlar 

külliyyatı tərtib edilmiĢdi. Təəssüf ki, bu qanunlar külliyyatının əsli bizim günlərə 

                                                           

18

 Azərb. MDHTA, Hərbi dairə rəisi fondu, iĢ 14, vər. 413.  



19

 Г а с и Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношение с Россией, с. 127. 

20

 «Kavkaz» qəzeti, 15 iyun 1846-сı il. 



21

 Краткий исторический очерк городов Закавказского края, Кавказский календарь на 1846 года, 

стр. 51. 

22

  С.  Г.  О  в  е  н  е  с  о  в.  Старинные  водоправоды  в  Нухе.  Исвестия  об-ва  обслед.  изучения 



Азербайджана, 1926, № 6, стр. 126—136. 


19 

 

gəlib çıxmamıĢdır. Xan ölüm hökmü verə bilər və ya ölüm hökmü verilmiĢ adamı 



bağıĢlaya  bilərdi.  XVIII  əsrin  II  yarısında  Azərbaycanda  səyahətdə  olmuĢ  Ġ. 

Berezin  yazır  ki,  xan  heç  kimdən  soruĢmadan  və  heç  kimə  hesabat  vermədən 

mövqeyindən asılı olmayaraq kimi istəsə qətl edə və ya bağıĢlaya bilərdi.

23

 



Xan hakim feodal sinfinin mənafeyini müdafiə edirdi. Xanın yanında xüsusi 

divan  var  idi.  MəĢvərətçi  orqan  olan  divanın  üzvləri  xanın  yaxın  adamlarından, 

sultanlardan  və  bəylərdən  ibarət  idi.  Müharibə,  sülh,  vergi  qoymaq  və  s.  mühüm 

məsələlərin  həlli  üçün  xan  divanla  məsləhətləĢirdi.  Xan  və  divan  çıxardıqları 

hökmlərdə  yerli  adət-ənənəyə  və  Ģəriətə  riayət  edirdilər.  Divanda  müəyyən 

məsələni  həll  etmək  lazım  gəldikdə  xan  qabaqcadan  öz  qərarını  bildirir,  divan 

üzvləri  baĢlarını  tərpətməklə  razı  olduqlarını  bildirirdilər.  Divanda  olan  baĢ  dini 

xadim həmin an ayağa durub fitva verməli, xana dua etməli idi. Fitva qurtaran kimi 

divan  üzvlərinin  hamısı  ayağa  durub  xana  təzim  etməli  idilər.  Xan  divan 

yığıncağında  olan  üzvlərinə  qonaqlıq  düzəldirdi.  Bəzi  hallarda  xan  ölüm  cəzası, 

əmlakın  müsadirəsi  barədə  hökm  edir,  sonra  bu  məsələləri  formal  olaraq  divanın 

təsdiqinə verirdi. 

Xandan  sonra  ən  nüfuzlu  dövlət  xadimi  vəzir  idi.  O,  xanın  ən  yaxın 

köməkçisi  hesab  olunurdu.  Maliyyə  iĢlərinə  baxan  sərkari-ali,  xanın  Ģəxsi 

təsərrüfatını  idarə  edən  eĢikağası,  xan  xəzinəsinin  məxaric  iĢlərinə  baxan 

sanduxtarağası,  xan  anbarlarında  taxıl  və  digər  ehtiyatlara  nəzarət  edən 

anbardarağası  xanlıqda  yüksək  mənsəbli  məmurlar  idilər.  Bundan  baĢqa  xan 

sarayında  xeyli  kiçik  xidmət  məmurları  var  idi.  Bütün  bu  vəzifə  sahiblərinə  ya 

idarə  olunmaq  üçün  kəndlər,  yaxud  rəncbərlər  paylanır,  yaxud  da  rəiyyətdən  və 

Ģəhər  sənətkarlarından  vergi  toplamaq  hüququ  verilirdi.  Xan  xəzinəsi  üçün  isə 

vergiləri xan məmurları-sərkarlar toplayırdılar. Onlara mahal naibləri və kətxudalar 

kömək  edirdilər.  Sərkarlar  gördükləri  iĢə  görə  topladıqları  vergilərin  bir  qismini 

alırdılar.  ġəki  xanlığında  maliyyə  iĢləri  xeyli  inkiĢaf  etmiĢdi  və  sərkari-ali  ilə 

yanaĢı xanın özü də maliyyə iĢləri ilə məĢğul olurdu. 

ġəki  xanlığının  ərazisi  8  mahala  bölünmüĢdü:  ġəki,  Xaçmaz,  QutqaĢen, 

ƏrəĢ,  Padar,  AğdaĢ,  Alpaut  və  Göynük  mahalları.  Onları  xan  tərəfindən  təyin 

olunmuĢ  iri  feodallar—mahal  naibləri  idarə  edirdilər.  Naiblər  vergi  və 

mükəlləfiyyətlərin  ayrı-ayrı  kəndlər  üzrə  bölünməsi,  mahal  sərvətlərinin 

mühafizəsi, mübahisə doğuran dövlət məsələlərinin həlli, məhkəmə hökmünün icra 

edilməsi, xan üçün qoĢun dəstələri yaratmaq və bu dəstələri ərzaqla təmin etmək və 

s.  iĢlərə  nəzarət  edirdilər.  Mahal  naibi  vəzifəsi  çox  vaxt  irsi  xarakter  alırdı.  Bu 

vəzifənin atadan oğula keçməsi xanın razılığı ilə həyata keçirilirdi. Mahal naibləri 

özlərini mahalın tam hüquqlu sahibi hesab edirdilər.  

                                                           

23

 И.  Б е р е з и н. Путешествие по Востоку, II hissə, Kazan, 1850, səh. 45. 



 


20 

 

Mahal  naibləri  məvacib  almırdılar,  bunun  müqabilində  onlar  mahaldan 



gələn  gəlirin  1/10  hissəsini  götürürdülər.  Bundan  baĢqa  onlara  nökərlər  verilirdi. 

Bu barədə ilk qaynaqlarda da məlumat verilir:  «Məmurlar, naiblər yaxud xanların 

təyin  etdikləri  caniĢinlər...  maaĢ  almırdılar,  onlar  kəndlərdən  daxil  olan  gəlirlərlə 

və  xanın  ayırdığı  məbləğ,  yaxud  ərzaqla  kifayətlənirdilər».

24

  Bundan  baĢqa 



mahalın  camaatı taxılı  yığmaq  və  döyməkdə  mahal  naibinin  rəncbərlərinə  kömək 

etməli, naibin təĢkil etdiyi toyların hər biri üçün toy payı verməli, onun qonaqlarına 

qonaq payı və s. verməli idilər. Mahal camaatının arasında nifaq yarandıqda, naib 

onları barıĢdıracağı təqdirdə hər iki tərəf ona müəyyən məbləğ verməli idi. BarıĢıq 

mümkün olmadıqda və təqsirkar müəyyən edildikdə həmin məbləği təqsirkar tərəf 

ödəməli  idi.  Varlanmaq  hərisi  olan  mahal  naibləri  kəndliləri  qarət  edir,  müəyyən 

olunmuĢ  vergiləri artıqlaması ilə  yığırdılar:  «Xan  mahal  naibini öz  yanına çağırıb 

kəndlilərdən 500, 1000 və daha çox çervon toplamağı əmr etdikdə, mahal naibləri 

xanın  göstərdiyi  məbləği  iki  qat  edir  və  yarısını  özünə  götürürdü.  Bundan  baĢqa 

xan onun tapĢırığına dəqiq əməl etdiyinə görə onlara müəyyən məbləğ ayırırdı».

25

 

Hər mahalın tərkibinə bir neçə kənd daxil idi. Bu kəndləri yüzbaĢılar və ya 



kətxudalar  idarə  edirdilər.  Kətxuda  vəzifəsi  də  irsi  olduğundan,  onlar  özlərini 

kəndin  ağası  hesab  edirdilər.  Kətxudalar  maaĢ  almaz,  topladıqları  verginin 

müəyyən hissəsini özlərinə götürərdilər. 

ġəhər  kələntər  tərəfindən  idarə  olunurdu.  ġəhərin  idarə  aparatına 

kələntərdən  baĢqa  qalabəyi  —  Ģəhər  qalasının  komendantı,  əsasbaĢı  adlanan  polis 

idarəsi baĢçısı, bazara nəzarət edən baĢçı və məhəllə baĢçıları daxil idilər.

26

 ġəhər 


darvazalarının  açarlarını  özündə  saxlayan  qalabəyi  darvazaların  və  xan  sarayının 

müdafiəsi ilə məĢğul olmalı idi. Onun sərəncamında xüsusi mühafizə dəstələri var 

idi. ġəki Ģəhərində polis də mühüm rol oynayırdı. ġəhərdə iki polis idarəsi var idi. 

Onlardan  biri  Ģəhərdə  qayda-qanunun  riayət  olunmasına  nəzarət  edir,  ikincisi  isə 

Ģəhər bazarında olub, orda nizam-intizama nəzarət edir, bazar mükəlləfiyyətlərinin 

toplanmasında  iĢtirak  edirdi.  Birinci  polis  idarəsinə  əsasbaĢı,  ikinciyə  isə  bazar 

darğası baĢçılıq edirdi. 

Bilavasitə xanın nəzarəti altında olub kələntər tərəfindən idarə olunan ġəki 

Ģəhəri  bir  neçə  inzibati  məhəlləyə  bölünürdü.  Hər  məhəllədə  məhəlləbaĢı  var  idi. 

Onun baĢlıca vəzifəsi vergiləri vaxtında toplamaq idi. Hər məhəllənin öz darğası və 

yüzbaĢısı  var  idi.  Azərbaycanın  baĢqa  xanlıqlarında  olduğu  kimi  ġəki  xanlığında 

üç məhkəmə orqanı: divan, Ģəriət və əsnaf məhkəmələri fəaliyyət göstərirdi. Divan 

məhkəməsində  dövlət  əhəmiyyətli  və  xüsusilə  mühüm  cinayət  məsələlərinə  

baxılırdı.  ġəriət  məhkəməsi  vərəsəlik  hüququ,  əmlak  bölgüsü,  müxtəlif  məiĢət 

                                                           

24

 Rusiya MDHTA, f. VUA, iĢ 18474, II hissə, vər. 14. 



25

 AKAK, VII cild, sənəd 412, səh. 463. 

26

 А. Ш. М  и л 



Ь 

м а н. Политический строб Азербайджана в XIX начале XX веков. Б, 1966, сəһ. 

45. 

 



21 

 

mübahisələri məsələlərinə baxır, kəbin kəsir və s. məsələləri həll edirdi. Axund və   



mollalardan  ibarət  olan  bu  məhkəmələr  öz  iĢlərində  bu  və  ya  baĢqa  məsələyə 

baxarkən, rəsmən Quranı  və Ģəriəti əsas  götürürdülər. Məhkəmələrdə  özbaĢınalıq 

hökm  sürür,  hökmlərin  çıxarılmasında  xanın  göstəriĢləri  həlledici  rol  oynayırdı.

27

 



Əsnaf  məhkəmələri  ustalar,  usta  köməkçiləri  və  Ģagirdlər  arasında  baĢ  verən 

mübahisələri  həll  edir,  sex  nizamnaməsini  pozanları  cərimə  edir,  əhalinin  

sənətkarlardan  narazılıqlarını  dinləyir,  həll  edir  və  s.  Əsnaf  məhkəməsinin  

hökmündən  narazı  olanlar  Ģəriət  məhkəməsinə  müraciət  edə  bilərdilər.  Əsnaf    

məhkəməsinə müxtəlif sexlərdən olan ağsaqqallar daxil idilər.  

Xanlığın daxili və xarici təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələr 

var  idi.  Bu  silahlı  qüvvələrə-qoĢuna  xan  özü  baĢçılıq  edirdi.  Xan  qoĢunlarının 

əsasını  maaflar  təĢkil  edirdilər.  ġəki  xanlığında  qoĢunların  sayı  10.000  nəfərə 

çatırdı

28

 və Azərbaycan  xanlıqları  içərisində birinci yeri tuturdu. 



ġəki xanlığında pul kəsmək üçün zərbxana və silah emalatxanaları var idi. 

Belə  zərbxanalar  baĢqa  xanlıqlarda  da  var  idi  və  onlarda  kəsilmiĢ  pulların 

qiymətləri  müxtəlif  idi.  XVIII  əsrin  sonlarında  ġəki  xanlığının  əhalisinin  sayı 

90.000 nəfərə, Ģəhər əhalisinin sayı isə 6000-ə çatırdı. 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə