Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   ...   4   5   6   7   8   9   10   11   12
Şəki Xanlığı

2. Sənətkarlıq 

 

Azərbaycan,  o  cümlədən  ġəki  xanlığı  öz  sənətkarları,  müxtəlif  sənətkarlıq 

növləri ilə məĢhur idi. Xanlıqda sənətkarlıq əsasən Ģəhərdə, xanlığın mərkəz Ģəhəri 

olan ġəki Ģəhərində cəmləĢmiĢdi. 

ġəkidə ipək istehsalı və ipək emalı ilə məĢğul olan sənətkarlıq geniĢ inkiĢaf 

tapmıĢdı.  Doğrudur,  ipək  emalının  texniki  səviyyəsi  aĢağı  idi.  Buna  baxmayaraq 

ipək  ustaları  yüksək  keyfiyyətli  ipək  istehsal  edirdilər.  Təsadüfi  deyildir  ki,  ġəki 

ipəyi Azərbaycan sərhədlərindən çox-çox uzaqlarda məĢhur idi. 

Çox inkiĢaf etmiĢ sənətkarlıq sahələrindən biri də məhsulları məiĢətdə geniĢ 

iĢlənən  dulusçuluq  idi.  ġəkidə  boyaqçılıq,  misgərlik,  dəmirçilik,  ümumiyyətlə 

metaliĢləmə,  toxuculuq,  təkəlduzluq,  dabbaqlıq,  keçəçilik,  qalayçılıq,  xarratlıq, 

zərgərlik və s. sənət sahələri də var idi. 

XVIII  əsrin  sonu—XIX  əsrin  birinci  yarısına  dair  məlumata  görə  ġəkidə 

147  baĢmaqçı,  33  keçəçi,  178  dabbaq,  39  boyaqçı,  36  daĢyonan,  56  dəmirçi,  22  

qalayçı, 29 dəyirmançı, 154 dərzi, 42 xarrat, 235 papaqçı, 82 baftaçı, 20 nalbənd, 

41  zərgər  və  digər  sənətkarlar  var  idi.  Sənətkarlığın  təkəlduzluq  (paltar  və  ev 

Ģeyləri üstündə ipək sapla tikiĢ) sahəsi Azərbaycanda təkcə ġəkidə yayılmıĢdı. Bu 

iĢlə  əsasən  kiĢilər  məĢğul  olurdu.  Bu  sənətkarlar  əsasən  sifariĢ  ilə  iĢləyirdilər. 

SifariĢçi  öz  materialını  təkəlduza  verərək  onun  üstündə  hansı  naxıĢı  toxumasını 

tapĢırırdı. Sənətkar sifariĢçidən günəmuzd haqq, eyni zamanda iĢlətdiyi ipək sapın 

haqqını alırdı. ġəkidə gön-dəri istehsalı xüsusilə inkiĢaf edirdi. XVIII əsrdə Ģəhərdə 

13  dabbaq  olmuĢdur.  ġəkidə  dulusçuluq,  metaliĢləmə,  dəmirçilik  də  inkiĢaf 

etmiĢdi. Bunlardan dəmirçiləri xüsusi qeyd etmək lazımdır. Onların hamısı Ģəhərin 

mərkəz  hissəsində  cəmləĢmiĢdi.  Dəmirçilər  oraq,  dəryaz,  balta,  xıĢ,  bıçaq  və  s. 

təsərrüfat  alətləri  istehsal  edirdilər.  Onlar  həm  sifariĢçi,  həm  də  bazar  üçün 

iĢləyirdilər. 

BaĢqa    Ģəhərlərdə  olduğu  kimi,  ġəkidə  də  hər  sənət  sahəsi  bir  məhəllədə 

yerləĢir və məhəllə həmin sənət sahəsinin adını daĢıyırdı. 

Azərbaycan  sənətkarlarının  sənətkar  birləĢmələri,  daha  doğrusu  sex 

təĢkilatları var idi və bu birləĢmələr həmkar, yaxud əsnaf adlanırdı. Əsnafın üzvləri 

üç  kateqoriyaya  bölünürdü:  ustalar,  kargərlər—yarımustalar  və  Ģagirdlər.  Qeyd 

etməliyik ki, bir  Ģəkili ziyalının ġəki Ģəhəri sex təĢkilatları barədə, bizim nöqteyi-

nəzərimizcə, həcmcə çox da böyük olmayan, Azərb. EA. A. Bakıxanov adına tarix 

institutunun  elmi  arxivində  saxlanan  əlyazmasında  (inventar  10)  çox  qiymətli 

məlumat  və  material  toplanmıĢdır  və  biz  sex  quruluĢu  barəsində  məlumatı  bu 

əlyazmasından,  daha  doğrusu  bu  yazı  əsasında  sənətkarlıq  təĢkilatları  barəsində 

geniĢ məlumat verən F. Əliyevin kitabından götürmüĢük.

99

 



                                                           

99

 F. M. Ə l i y e v ġimali Azərbaycan Ģəhərləri, B, 1960, səh. 63—83. 




47 

 

Azərbaycan  Ģəhərlərindəki  əsnaflar,  demək  olar  ki,  bütün  Yaxın  ġərqdə 



olduğu kimi, sözün tam mənasında, təkcə sənətkarları deyil, eyni zamanda peĢə və 

iĢ sahiblərini də öz ətrafında birləĢdirirdi. 

Əsnafın hər bir üzvü, hüququndan asılı olmayaraq (usta, kargər—yarımusta, 

Ģagird), dini adətlərə mütləq əməl etməli və dini ayinləri yerinə yetirməli idi. Dua 

oxumaqdan  boyun  qaçıranı  hətta  təĢkilatdan  qovurdular.

100


  Azərbaycan 

Ģəhərlərində sənətkar təĢkilatlarının üzvləri ilə yanaĢı fərdi sənətkarlar da mövcud 

idi. 

Demək olar ki, bütün əsnafların öz bayraqları var idi. Hər bayrağın üzərində 



həmin əsnafın gerbi vurulurdu. Gerbdə adətən həmin sənətə aid olan alətlər təmsil 

olunurdu.  Əsnafların  bayrağını R. Əfəndizadə belə təsvir edir:  «Bayraqlar qırmızı 

mahud  üzərində  qullab  tikilmiĢ,  güləbətin  saçağı  və  qotaz  ilə  bəzənmiĢ  halda  hər 

əsnafın özünə məxsus idi. Bu xüsusiyyət hər əsnafın öz həcətlərini (yəni alətlərini) 

andırırdı. Bunları təkəlduzlar ipək ilə iĢlərdi».

101


 

Bayramlarda,  təntənəli  günlərdə  və  ya  baĢqa  xanlıqlardan  nümayəndələr 

qonaq gəldikdə onların qarĢısına əsnaflar öz bayraqları ilə çıxmalı idilər. Bu barədə 

S.  Əfəndizadə  belə  yazır:  «Bir  hakim  vilayəti  ġəkiyə  gəlməli  olsaydı,  o  zaman 

onun  piĢvazına  bütün  Ģəhər  nümayəndələrini  çıxarırdılar.  O  nümayəndələrin   

arasında həmkarlar da öz bayraqları və ustagərləri ilə gələn müsafirlərin piĢvazında 

iĢtirak  edərdilər.  Əsnaflar  öz  bayraqları  ilə  adətən  xanın  tuğu  ətrafında 

toplaĢırdılar.

102

 

Əsnaflar  ümumi  Ģəhər  idarəsinə  tabe  idilər.  Lakin  bu  asılılıq  inzibati  və 



təsərrüfat çərçivəsində məhdudlaĢırdı. Əsnafların daxili həyatlarında nəsildən-nəslə 

keçən ənənələri, bunların hərəsinin ayrı-ayrılıqda idarəsi, idarə qaydası, yığıncağı, 

ümumi Ģurası və öz məhkəməsi var idi. 

Əsnaflarda  inzibati  idarə  iĢləri  aĢağıdakı  Ģəxslərin  əlində  cəmlənmiĢdi: 

UstabaĢı, ağsaqqal, xəzinədar və igidbaĢı. 

Sənətkar birliyinin baĢçısı ustabaĢı idi. 

«PeĢəkarlardan  hər  bir  əsnaf  özlərinin  xarici  və  daxili  iĢlərini  idarə  etmək 

üçün  öz  iĢçilərindən  bir  nəfər  mötəbər  ustanı  «ustagər»  (yəni  ustabaĢı—müəl.) 

intixab  edərdilər.  Üç  ildən  üç  ilə  o  intixabı  təzələrdi:  nəhayət,  ya  köhnə  ustagəri 

qəbul, ya da təzəsini bərdaĢt edərdilər». UstabaĢıya istehsal məsələlərindən baĢqa, 

həm də məhkəmə və inzibati iĢlər həvalə olunmuĢdu. Xanın divanxanası öz əmr və 

göstəriĢlərini  həmkarların  üzvlərinə  ustabaĢı  və  ağsaqqalların  vasitəsilə  çatdırırdı. 

UstabaĢının  vəzifəsi  təkcə  bunlardan  ibarət  deyildi.  UstabaĢı  həmkarlar  arasında 

bağlanan  müqaviləni  təsdiq  edir,  Ģagird  qəbul  etmək  haqqında  müqavilə 

                                                           

100


 В. А. Г о р д л е в с к и й. Османские исторические сказания. «Этнографическое обозрение» № 

1—2, 1915, səh. 13.  

101

 R. Ə f ə n d i z a d ə. Göstərilən əsəri, səh. 7. 



102

 R. Ə f ə n d i z a d ə. Göstərilən əsəri, səh. 7. 

 



48 

 

bağlanılmasında  iĢtirak  edir,  Ģagirdin  təhsil  müddətini  nizama  salır,  sənətkarın 



məiĢətdə özünü necə aparmasına diqqət yetirirdi və s.

103


 

UstabaĢı  eyni  zamanda  əsnaf  və  həmkarların  bazarda  nümayəndəsi  idi.  O, 

qiymətləri  və  nırxı  təyin  edir,  xammal  satıcıları  ilə  danıĢıqlar  aparırdı.  Çünki 

istehsal  etmək  üçün  sənətkarların  özlərinə  müstəqil  surətdə  mal  almaq  ixtiyarı 

verilməmiĢdi.  Əsnaf  üzvlərinin  hamısı  üçün  xammalın  birlikdə  alınması  adət 

Ģəklini almıĢdı. Bazara  mal  gətirildikdə hər həmkarlığın nümayəndəsi və  ustabaĢı 

özü  tacirlərlə  danıĢığa  giriĢir  və  bütün  sənətkarlar  üçün  birlikdə  xammal  alaraq 

onların  arasında  bölüĢdürürdü.  R.  Əfəndizadənin  yazdığından  məlum  olur  ki, 

Nuxada  tacirlər  öz  mallarını  yalnız  ustabaĢı  icazə  verdikdən  sonra  sata  bilərdilər. 

Yerdə qalan malı tacirlər baĢqa alıcılara yalnız ustabaĢının icazəsilə sata bilərdilər. 

Təbiidir ki, ustabaĢının hüquq və səlahiyyəti əsnaf həyatının bütün əsas sahələrini 

əhatə edirdi. Lakin ustabaĢı bu qədər iĢin öhdəsindən təklikdə gələ bilməzdi. Məhz 

buna görə də sexlərin sayından asılı olaraq ustabaĢı üçün köməkçi sifətində iki və 

ya üç, bəzən dörd nəfərdən ibarət ağsaqqal seçilirdi. Ağsaqqallar-ustabaĢının bütün 

sərəncamlarını  yerinə  yetirir,  xəstələndikdə  və  ya  baĢqa  yerə  getdiyi  zaman  onu 

əvəz edirdilər. Ağsaqqallar əsnaf məhkəmələrində iclasçı kimi iĢtirak edirdilər. 

Əsnaf  xəzinəsinin  pullarını  idarə  etmək  üçün  savadlı  və  daha  etibarlı 

adamlardan  xəzinədar  seçilirdi.  Əsnafların  ümumi  yığıncağı  sex  və  sənətkarların 

iĢinə  dair  hər  hansı  bir  məsələ  barəsində  qərar  çıxara  bilərdi.  UstabaĢı  hər  hansı 

mühüm  məsələni  icra  etməzdən  qabaq  onu  yığıncaqda  müzakirə  etməli,  ustaların 

rəylərini öyrənməli idi. Əsnafların yığıncaqlarında müxtəlif təsərrüfat məsələlərinə 

baxılır, Ģagird qəbul edilir, kargərlər ustalığa keçilirdi. 

Qərbi  Avropa  sexlərində  olduğu  kimi,  əsnaflar  da  öz  birliklərini  nümayiĢ 

etdirərək,  sənətlərə  görə  müəyyən  küçələrdə  və  məhəllələrdə  yerləĢirdilər.

104

 

Sənətkarların  və  tacirlərin  müəyyən  bir  yerdə  cəmlənməsi  ilə  xanların  özləri  də 



maraqlanırdı.  Məhz  buna  görə  də  onlar  həvəslə  sənətkarların  yerləĢmələri  üçün 

karvansaralar  və  dükanlar  tikirdilər.  Qədim  Ģəhərlərdəki  küçələrin  adları  bunu  bir 

daha sübut edir. 

Nuxada belə məhəllələr digər Ģəhərlərə nisbətən daha səciyyəvi idi: 

1.  ġalbaflar  (Ģal  toxuyanlar);  2.  Sabunçular;  3.  Xarratlar;  4.  Zərgərlər;  5. 

Dulusçular; 6. Dabbaqlar; 7. Çanaqçılar; 8. Çolmaqçılar; 9. QıĢlaq; 10. Bağbanlar; 

11. Sərkərlər (qoyunçular) və s.

105


 

Ticarətdə olduğu kimi, sənətkarlığın da mərkəzi bazar idi. Məhz buna görə 

də təsadüfi deyildi ki, sənətkar dükanlarının əksəriyyəti bazarlarda cəmləĢirdi. 

 Sənətkar təĢkilatlarında özünə məxsus sex ierarxiyası mövcud idi. Əsnaf və 

həmkarlarda  təxminən  aĢağıdakı  qaydada  ierarxiya  sistemi  müĢahidə  edilirdi: 

                                                           

103

 Y e n ə orada, səh. 16. 



104

 A. К. Б о р о з д и н. Об американцах в Закавказье, ЗКОИРО. X cild, II buraxılıĢ, səh. 25. 

105

 R. Ə f ə n d i z a d ə. Göstərilən əsəri, səh. 8. 




49 

 

ustabaĢı  və  ya  ustagər-sex  təĢkilatının  baĢçısı,  onun  köməkçisi,  ağsaqqal, 



xəzinədar, igidbaĢı-qasid, usta. 

ġagird  həm  də  ustanın  bir  çox  əmrlərini  yerinə  yetirməli  idi.  ġagirdin 

öhdəsinə  düĢən  iĢ  təkcə  bununla  bitmirdi.  O,  səhər  tezdən  dükana  hamıdan  əvvəl 

gəlməli,  həyəti,  dükanı,  dükanın  qabağını  süpürməli  və  ustanın  səhər  bazardan 

aldığı Ģeyləri onun evinə aparmalı idi. Ustanın evində isə onu yeni iĢlər gözləyirdi. 

O, ustanın evinin həyətini süpürür, tövləni təmizləyir, su daĢıyır, odun doğrayır, ot 

çalır,  çörək  biĢirməyə  kömək  edirdi.  Bundan  baĢqa,  əgər  ustanın  arvadı  hamama 

gedirdisə, o zaman Ģagird onu hamama və hamamdan evə müĢayiət edir, Ģeyləri və 

uĢağı aparmaqda arvada kömək edirdi.

106


 

ġagirdlik  müddəti  əslində  sənətin  xarakterindən,  Ģagirdin  sənəti  necə 

qavramasından,  yəni  Ģagirdin  qabiliyyətindən  və  həmçinin  ustanın  istəyindən  də 

asılı  idi.  ġagirdlər  lazımi  istehsal  alətləri  ilə  təmin  edilir,  cüzi  məbləğdə 

«Ģagirdanə» adı ilə pul alırdılar. Öz sənətini mükəmməl öyrənmiĢ Ģagird yarımusta, 

yəni kargər dərəcəsini alırdı. 

Kargərin öz əməyindən istədiyi kimi istifadə etməyə hüququ var idi. O, öz 

arzusu ilə ya baĢqa ustanın yanına keçə, ya da köhnə ustanın yanında qala və yaxud 

da imkanı olduqda birdən-birə özü üçün ayrıca dükan açıb müstəqil bir usta kimi 

sənətkarlıqla məĢğul ola bilərdi.

107

 

Əsnaf və ya həmkarlar təĢkilatının tam hüquqlu üzvü yalnız elə sənətkar ola 



bilərdi  ki,  onun  özünə  məxsus  karxanası—dükanı  ola  bilsin.  Belə  ustaların 

təĢkilatın  bütün  iĢlərində  iĢtirak  etməyə  və  hətta  ustabaĢı  seçilməyə  belə  hüququ 

var idi. Lakin ustaların yanında, demək olar ki, təhkimçi vəziyyətində olan kargər 

və Ģagirdlər həmin hüquqlardan məhrum idilər. 

ġagirdin vəziyyəti kargərə nisbətən daha ağır idi. Lakin bu vəziyyət sexlərin 

hamısında  eyni  deyildi.  Onların  vəziyyəti  bilavasitə  istehsalın  xarakterindən  asılı 

idi.  Sənətin  xüsusiyyətindən  asılı  olaraq  Ģagirdlərin  yaĢları  da  müxtəlif  idi. 

Məsələn,  dərzi,  baĢmaqçı  və  bu  kimi  emalatxanalarda  Ģagirdliyə  təxminən  9 

yaĢından 13 yaĢına qədər olan uĢaqları qəbul edirdilər. 

Kargərlərin  ustalığa  qəbul  edilməsi  dini  və  sənət  ənənələri  ilə  müĢayiət 

edilirdi. Usta adı  yalnız elə  kargərə verilirdi ki, o, bu  və  ya  digər sənətə dərindən 

yiyələnmiĢ olsun. Atanın sənətinin oğlu tərəfindən davam etdirilməsi elə adi bir hal 

Ģəklini almıĢdı ki, hələ qədim zamanlardan bəri xalq arasında belə bir zərb-məsəl 

meydana  çıxmıĢdı:  «Ustanın  oğlu  ustadır».  Usta  ona  verilən  geniĢ  hüquqlardan 

istifadə etməklə bərabər, əsnaf və həmkarların qaydalarına ciddi riayət etməli idi. 

Özünü  yaxĢı  qələmə  verən,  böyük  təcrübəsi,  hörməti  və  dövləti  olan 

sənətkar ustabaĢı vəzifəsinə seçilə bilərdi. 

                                                           

106

 R.Ə f ə n d i z a d ə. Göstərilən əsəri, səh. 20. 



107

 Azərb. MDTA, f. 24, siyahı I, iĢ 155, vər. 6. 

 



50 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə