Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   ...   4   5   6   7   8   9   10   11   12
Şəki Xanlığı

 

 

 

                                                           

112


 F.Ə l i y e v. ġimali Azərbaycan Ģəhərləri, səh. 110-112. 

113


 Azərb. MDTA, f. 24, iĢ 155, vər. 10 və 24. 

114


 Y e n ə orada, səh. 26. 

 



53 

 

Mədəniyyət 



 

XVIII  əsrdə  ġəki,  xanlığın  siyasi  mərkəzi  olmaqla  bərabər,  mühüm 

mədəniyyət mərkəzi idi. Burada mədrəsələr vardı. 

ġəkidə bir çox Ģairlər yaĢamıĢ və yaratmıĢlar. Onlardan bəziləri saray Ģairi 

olmuĢdur.  ġəki  xanları  sarayında  yaĢayan  Rafei  və  ġəki  xanı  Məhəmmədhüseyn 

xan  MüĢtaq  saray  Ģer  ənənələrinə  sadiq  qalır,  nəzirəçiliyi  davam  etdirirdilər. 

Feodal-ruhani  görüĢləri  təbliğ  edən  bu  Ģairlərin  əsas  mövzuları  din  idi.  Onlar  xan 

məclislərində  oxumaq  üçün  klassik  Ģerlərə  nəzirələr  yazırdılar.  ġairlərin  çoxu 

farsca  yazırdı.  Azərbaycan  dilində  yazanlar  isə  əruz  vəznində  yazır,  həddindən 

artıq ərəb-fars sözləri iĢlədərək milli dilimizi korlayırdılar. 

XVIII  əsrdə  tarixi  mənzumələri  ilə  daha  çox  Ģöhrətlənən  Ģair  Nəbi 

olmuĢdur.  Nəbi,  Hacı  Çələbi  xan  və  Məhəmmədhüseyn  xanın  hakimiyyəti 

dövründə baĢ  vermiĢ  hadisələri qələmə almıĢdır. O, Vaqiflə Ģəxsən tanıĢ  idi; həm 

klassik Ģer təsirində, həm də Ģifahi xalq ədəbiyyatı üslubunda Ģerlər yazırdı. 

Nəbinin  Ģerlərində  xalqın  həyatı,  yaĢayıĢı,  onun  zalımlarla  mübarizəsi 

məsələlərinə  də  yer  verilirdi.  O,  Küngüt  kəndində  Məhəmmədhüseyn  xana  qarĢı 

üsyanı  yatırmaq  üçün  kəndə  gəlmiĢ  cəza  dəstəsinin  əhaliyə  tutduğu  divanı 

ürəkağrısı ilə belə qələmə almıĢdı: 

 

Çəkdi malı, Dustu Məmməd, saldı talan Küngütə



Yaru-qəmxar olmadı hərgiz bir insan Küngütə 

Cürmü zülm oldu cəzayi lütfi ehsan Küngütə  

Əlli divan hökm olub təmbihi bədkar olmadı. 

 

Nəbi  mədh  səciyyəli  Ģerlər  də  yazmıĢdır.  ġəki  əhalisinin  Hacı  Çələbinin 



baĢçılığı  altında  Nadir  Ģaha  qarĢı  mübarizəsi  münasibətilə  onun  yazdığı  Ģer  çox 

maraqlıdır: 

 

Ey bəyim, rəngin otağın bəzmi-ürfandır bugün, 



Nemətin nuĢi-müsafir quti-mehmandır bugün.  

Göfti-kuyi-rifətin bihəddi payandır bugün,  

Same olkin söyləyim mən, gör nə dastandır bugün. 

ġükrü həqq etmək gərəkdir, yaxĢı dövrandır bugün, 

 

ġah Nadir çün gətirdi üstünə yüz min süvar,  



Sən bərabər cəngə durdun, kimdə var bu iqtidar... 

Döndü getdi xəcalətindən axır, oldu Ģərmikar. 

 

Nəbi  Məhəmmədhüseyn  xan  MüĢtaq  hakimiyyət  baĢına  gələndə  də 



mədhiyyə  yazmıĢdı.  Onun  Hacı  Çələbi  xanın  oğlu  AğakiĢi  bəyin  öldürülməsinə 


54 

 

ithaf etdiyi «Ağlar» rədifli Ģeri mərsiyyə səciyyəsi daĢısa da, tarixi mənzumə olub, 



dövrün ictimai-siyasi hadisələrini əks etdirir. Ümumiyyətlə, Nəbi yaradıcılığı üçün 

tarixi hadisələr səciyyəvidir. 

XVIII  əsrin  ikinci  yarısında  ġəkidə  Süleyman  adlı  bir  Ģair  də  yaĢamıĢdır. 

Yeri gəlmiĢkən qeyd edək ki, ġəkidə anadan olmuĢ, XX əsrin əvvəllərində «Molla 

«Nəsrəddin»  jurnalında  və  baĢqa  qabaqcıl  mətbuatda  yaxından  iĢtirak  etmiĢ 

görkəmli  ədəbiyyatĢünas  Salman  Mümtazın  verdiyi  məlumata  görə  onun  Vaqifə 

təsiri  olmuĢ,  Vaqif  Süleyman  Ģerinə  nəzirə  yazmıĢdır.

115


  Süleymanın  Ģerlərində 

lirika üstün yer tuturdu. Bunu aĢağıdakı Ģerdən görmək olar: 

 

Ey simi bədən, mehri dürəxĢəndə Züleyxa, 



Ey kami məlahət, ləbi pürxəndə Züleyxa

Qılma saçını bunca pərakəndə Züleyxa. 

Ey gözləri Ģəhla 

Ey qaməti rəna 

Ey saneyi Leyla 

Rüxsarı gözəldir 

Rəftarı gözəldir 

Tuti kimi hər ləhmeyi qoftarı gözəldir 

Kimi gördü ki, yüz ruh olan bir təndə Züleyxa.

116


 

 

Xanlıqlar  dövründə  kətxudaların  etdiyi  zülm  və  əziyyətləri  qələmə  alan 



sənətkarlardan Zare təxəllüslü Ģairi göstərmək olar. O, Nemətabad və Mürsəl kənd 

yoxsullarının dilindən  Məhəmmədhüseyn   xan MüĢtaqa  yazmıĢ olduğu  mənzum 

bir ərizədə kənd əhalisinə koxaların necə zülm etdiyini göstərir: 

 

Kimisi əqli ixtiyar etdi,  



Kimisi zülm iĢin Ģüar etdi...  

Aqibət tutdu zülm yer üzünü,  

Çəkdi əflanə mədələt özünü. 

 

Xanların  hakimiyyəti  illərində  zülmün,  ədalətsizliyin  yer  üzünü  tutduğunu 



söyləyən Ģair yazır: 

Çox çəkiblər bikari-darüğə  

Füqəradə nə qaldı azuqə,  

Naleyi-xəlq oldu ərĢə dirək,  

Kim edə çarə səndən özgə görək.

117


 

                                                           

115

 S. M ü m t a z.   Azərbaycan   ədəbiyyatı. El   Ģairləri. I cild, Bakı, 1928. səh. 101. 



116

 Y e n ə orada. 

117

 H. A r a s l ı. XVII—XVIII  əsr Azərbaycan ədəbiyyatı  tarixi. səh. 239—240. 



 


55 

 

Xanlıqlar  dövründə  Azərbaycanda  rəssamlıq  və  memarlıq  sənəti  də  xeyli 



inkiĢaf etmiĢdi. 1764-cü ildə tikilmiĢ, Azərbaycan memarlıq və rəssamlıq sənətinin 

görkəmli  abidələrindən  biri  olan  Xan  sarayı  qala  içərisində  idi.  Qala  hər  tərəfdən 

dərin  xəndəklə  əhatə  olunmuĢdu.  Yerli  çay  daĢından  tikilmiĢ  qala  divarlarının 

ümumi uzunluğu bir kilometrdən çox idi. Qalada xan və onun ailəsi, onlara xidmət 

edənlər üçün bir sıra binalar və məscid tikilmiĢdi. 

ġəkidə olan Ġsfahani, Təbriz, Ləzgi və digər  karvansaralar  gözəl memarlıq 

abidələri  idilər.  ġəki  qalasından  cənubda,  Qurcana  çayının  sağ  sahilində  XVIII 

əsrin  sonunda  iki  karvansara  tikilmiĢdi.  Bu  karvansaralar  indi  də  qalmaqdadır. 

Yuxarı karvansara fasadının memarlıq xüsusiyyətinə görə fərqlənir. Bu karvansara 

orta  əsr  Qərbi  Avropa  tikililərinə  oxĢayır.  MöhtəĢəm  ikimərtəbəli  bina  olan 

karvansaranın  sütunlu  qalereyaları,  dəhlizləri,  ticarət  otaqları,  böyük  həyəti  və  iri 

darvazaları var. 

Sırf  feodal  orta  əsr  Ģəhəri  olan  ġəkidə  evlər  plansız  tikilirdi.  Bunun 

nəticəsində  çoxlu  döngələri  olan  küçələr  dar  və  əyri  idi.  ġərqin  bütün  baĢqa 

Ģəhərlərində olduğu kimi, ġəkidə də evlər hündür hasarlarla əhatə olunmuĢ həyətdə 

tikilirdi.  Varlıların  evləri  çox  vaxt  ikimərtəbəli  olub,  bir  sıra  otaqlara  bölünürdü. 

Yoxsulların  evləri  isə  adətən  bir  və  ya  ikiotaqlı,  birmərtəbəli  idi,  üstü  samanla 

örtülürdü. Evlər və hasarlar əsasən çaydaĢından tikilirdi. ġəhərdə olan bir neçə yüz 

dükan, kiçik ipəkəyirən karxanalar da çaydaĢından tikilmiĢdir. 1836-cı ilə dair olan 

məlumata görə ġəkidə 2791 ev var idi. Bu evlərin çoxu xanlıq dövründən qalmıĢdı. 

ġəhər dağ çeĢmələrindən saxsı lülələrlə axıdılan su ilə təmin olunurdu. Böyük rus 

Ģairi A. S. PuĢkinin müasiri və dostu N. N. Rayevski də öz qohumlarına yazırdı ki, 

mən  ġəki  xanlığının  mərkəzi  Nuxanın  yaxınlığındakı  düĢərgədəyəm.  Nuxa 

gözəldir. Bu Baxçasarayın yüksək pilləsidir. 

ġəkidə  təsviri incəsənət də  müəyyən dərəcədə  inkiĢaf etmiĢdi.  ġəkidə  Xan 

sarayı divarlarındakı bəzək naxıĢları, divar rəsmləri bu dövrdəki təsviri incəsənətin 

ən gözəl abidələrindəndir. Xan sarayının içərisi, rəsmləri pozulmuĢ divarları yerli 

ustalar tərəfindən yüksək səviyyədə bərpa edilmiĢdir. 

ġəki kimi nisbətən iri ticarət və sənətkarlıq mərkəzində əhali, demək olar ki, 

heç bir tibbi yardım almırdı. Xəstəxana və həkim yox idi. 

 



56 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə