Mahmud ġsmayil, maya bağirova ġƏKĠ xanliğI


 ġəki xanlığının çar Rusiyası tərəfindən iĢğalı



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#81210
1   2   3   4   5   6   7   8   9   ...   12
Şəki Xanlığı

4. ġəki xanlığının çar Rusiyası tərəfindən iĢğalı 

 

Üçüncü  bölmədə  qeyd  etdiyimiz  kimi,  hələ  XVIII  əsrdə,  xüsusən  onun 



sonlarında çar Rusiyası Azərbaycan ərazisini zəbt etməyə çalıĢırdı. 1796-cı ildə o, 

general  V.  Zubovun  komandanlığı  altında  qoĢun  göndərmiĢ,  Azərbaycan 

torpaqlarının  xeyli  hissəsi  zəbt  olunmuĢdu.  Həmin  ildə  rus  çarı  II  Yekaterinanın 

ölümündən  sonra  hakimiyyətə  gəlmiĢ  I  Pavelin  hakimiyyəti  dövründə  Rusiyanın 

xarici  siyasi  vəziyyəti  mürəkkəbləĢdi  və  çar  öz  qoĢunlarını  Azərbaycandan  geri 

çağırdı. Lakin bu heç də o demək deyildi ki, Rusiya imperiyası Azərbaycanı iĢğal 

etmək  planlarından  əl  çəkmiĢdi.  O  XIX  əsrin  lap  baĢlanğıcında  Azərbaycanı, 

ümumiyyətlə  Qafqaz  və  Zaqafqaziyanın  iĢğal  planını  həyata  keçirməyə  baĢladı. 

Onu  da  qeyd  etməliyik  ki,  Azərbaycanı  Ģah  Ġranı  və  sultan  Türkiyəsi  də  iĢğal 

etməyə  çalıĢırdı.  Belə  bir  Ģəraitdə  Azərbaycan  xanları  beynəlxalq  vəziyyətlə 

əlaqədar  olaraq  öz  hakimiyyətlərini  saxlamaq  naminə  həmin  dövlətlərin 

himayəsinə  meyl  göstərir,  hərbi-siyasi  vəziyyət  və  qüvvələr  nisbəti  dəyiĢdikcə  bu 

meyl  də  dəyiĢirdi.  Rus  dövlət  məmurlarından  biri  xanların,  o  cümlədən 

Məhəmmədhəsən  xanın  mövqeyi  haqqında  1800-cü  ildə  yazırdı  ki,  o, 

«ümumrusiya  himayəsini  qəbul  etməyə  hazır  olduğunu  bildirir.  Bununla  bərabər 

Babaxan (Fətəli Ģah — Qacarın varisi) ilə də nəvaziĢlə davranır». 

Ağa  Məhəmməd  Ģah  ġuĢada  öldürüldükdən  sonra  Ġranda  hakimiyyəti  ələ 

almıĢ  Fətəli  Ģah  Zaqafqaziyanı  ələ  keçirmək  üçün  tədbirlər  görməyə  baĢladı.  O, 

Ġrəvan  xanlığından  keçərək  Qarabağı  tutmaq  və  burada  öz  qoĢunlarının  sayını 

artırmaq,  Qarabağda,  bacısının  əri  Ġbrahim  xanın  yanında  sığınaq  tapmıĢ  Səlim 

xanı da götürüb ġəki üzərinə yürümək, Məhəmmədhəsən xanı devirib Səlim xanın 

hakimiyyətini  bərpa  etmək,  bu  sonuncunun  və  ġirvan  hakimi  Mustafa  xanın 

köməyi ilə Car-Balakən üzərinə yerimək, sonra isə Gürcüstanı zəbt etmək istəyirdi. 

Lakin  o  öz  niyyətlərini  həyata  keçirə  bilmədi.  1801-ci  ildə  Gürcüstan  Rusiyaya 

birləĢdirildi.  P.  Q.  Butkov  bu  münasibətlə  yazırdı:  «General-leytenant  Knorinq 

özünün məktubu ilə Ġmeretiya çarına, Axalsık, Kars və Bayazıt paĢalarına, Gəncə, 

Xoy, ġuĢa, ġəki və ġamaxı xanlarına və ləzgi cəmiyyətinə Gürcüstanın Rusiyanın 

                                                           

74

 A. B a k ı x a n o v. Gülüstani-Ġrəm, səh. 194. 



 


36 

 

ali hakimiyyətini qəbul etməsini xəbər verir».



75

 Həmin ildə çar I Aleksandr verdiyi 

sərəncamda  qarĢıya  belə  bir  vəzifə  qoyurdu:  «Ətraf  hakimlər  və  xalqlarla  əlaqə 

saxlayaraq  Rusiyaya  meyl  edənlərin  sayını  artırmaq  lazımdır,  xüsusilə  hələ 

üzərlərində  Baba  xanın  (Fətəli  xan)  hakimiyyəti  təsdiq  olunmamıĢ  və  hazırkı 

Ģəraitdə  özlərinin  təhlükəsizliyi  üçün  Rusiyaya  daha  çox  meyl  göstərəcək  Ġrəvan, 

Gəncə, ġəki, ġirvan, Bakı və baĢqa xanları cəlb etmək gərəkdir».

76

 Rusiyanın belə 



bir  siyasəti  Rusiya  dövlətinə  müxalif  olan  Avropa  dövlətləri  tərəfindən  müdafiə 

olunan Ġran və Türkiyənin əks tədbirlər keçirilməsinə səbəb oldu. 

Gürcüstanın Rusiyanın tərkibinə daxil olması bütün Zaqafqaziyanın Rusiya 

tərəfindən  iĢğalının  baĢlanğıcı  oldu.  Qafqazda  rus  qoĢunlarının  baĢ  komandanı 

təyin  olunmuĢ,  çarizmin  müstəmləkəçilik  siyasətini  od  və  qılıncla  həyata  keçirən 

general  Sisianov  hərbi  strateji  əhəmiyyəti  olan  Car-Balakəni  ələ  keçirməyi  qərara 

aldı.  1803-cü  ilin  martında  çar  qoĢunları  general  Qulyakovun  baĢçılığı  altında 

Qanıx çayı yaxınlığında Car-Balakən camaatının dəstələrini məğlub edib Balakəni 

ələ keçirdilər, heç bir hərbi zərurət olmadan onu top atəĢi ilə dağıtdılar, daha sonra 

isə  Carı  tutdular.  1804-cü  il  yanvarın  3-də  çar  qoĢunları  ilə  Gəncə  hakimi  Cavad 

xanın  qoĢunu  arasında  döyüĢ  oldu.  Gəncə  qalasının  müdafiəçiləri  məğlubiyyətə 

uğradı.  Cavad  xan  öldürüldü.  Gəncənin  tutulması  rus  qoĢunlarının  Azərbaycanın 

içərilərinə  irəliləməsini  asanlaĢdırdı.  Digər  tərəfdən  Zaqafqaziyanı  zəbt  etmək 

planlarından  əl  çəkməyən  Ġran,  Britaniya  diplomatiyasının  təhriki  ilə  1804-cü  il 

iyulun  10-da  Rusiyaya  müharibə  elan  etdi.  Bu  hadisələrlə  əlaqədar  olaraq 

Azərbaycan xanları arasında qruplaĢma da sürətləndi. 

Qeyd  etdik  ki,  hələ  1800-cü  ildə  ġəki  hakimi  Məhəmmədhəsən  xan  rus 

qoĢunlarının  baĢ  komandanı  Knorrinqə  məktub  göndərərək  Rusiyanın  himayəsini 

qəbul  etmək  istədiyini  bildirmiĢdi.  Knorrinq  Məhəmmədhəsən  xana  yazmıĢdı  ki, 

çar Ģübhəsiz onun xahiĢinə əməl edəcəkdir, lakin birbaĢa çarın özünə müraciət etsə 

yaxĢıdır.  Bu  dövrdə  Rusiyanın  köməyinə  meyl  göstərən  ġamaxı  hakimi  Mustafa 

xan  da  ġəki  xanını  müdafiə  edirdi.  Məhəmmədhəsən  xanın  Rusiya  ilə  əlaqə 

saxlaması  Fətəli  Ģah  hökumətini  ciddi  narahat  etdiyindən,  onu  taxtdan  salmaq 

məqsədilə  1802-ci  ilin  ortalarında  Ģah,  oğlu  Pirqulu  xanın  baĢçılığı  altında  kiçik 

qoĢun  dəstəsi  göndərdi.  Həmin  dəstə  Ġrəvan  xanlığında  iliĢib  qaldı  və  məqsədinə 

çatmadı. 

Məhəmmədhəsən  xan  Rusiyaya  meylini  davam  etdirərək  carlılara  və 

Dağıstan  feodallarına  yazırdı:  «Mənim  əzizlərim.  Sizin  məktubunuzu  aldım  və 

məzmunu  ilə  tanıĢ  oldum.  Rusiya  rəislərilə  sülh  yaratmaq  sizin  üçün  də,  bizim 

üçün  də  xeyirlidir.  Siz  onların  yanına  adamlarınızı  göndərin  və  onlarla  barıĢın, 

ancaq  siz  öz  iĢinizdə  yalnız  ehtiyatlı  olmağa  çalıĢmayın,  danıĢıqlarda  sülh 

                                                           

75

 P. Q. B u t k o v. Göstərilən əsəri, II hissə, səh. 512. 



76

 AKAK, II cild, sənəd 1116, səh. 643. 

 



37 

 

bağlayana qədər möhkəm olun, mən də əlimdən gələni edəcəyəm. Sizin danıĢıqlar 



və  məsləhət  almaq  üçün  xahiĢinizə  əməl  edərək  5  nəfər  ən  inanılmıĢ  adamlarımı 

göndərirəm.  Rus  rəisinin  yanına  da  ən  inanılmıĢ  adamım  ġahverdi  bəyi  müqavilə 

bağlamağa  göndərirəm  və  ona  tapĢırmıĢam  ki,  sizin  yanınıza  gələndə  bütün 

fikirlərimi  sizə  çatdırsın».

77

  1803-cü  ildə  Fətəli  Ģah  özü  külli  miqdarda  qoĢunla 



Ġrəvana  yaxınlaĢdı.  1804-cü  ilin  əvvəlində,  Gəncənin  təslim  olması  xəbərindən 

sonra  o,  Məhəmmədhəsən  xana  fərman  göndərərək  Gürcüstan  üzərinə  yürüĢ 

edəcəyini  bildirdi  və  qoĢun  dəstəsi  hazırlayaraq  onu  gözləməsini  tapĢırdı.  Ġran 

qoĢununun  Zaqafqaziyaya  gəlməsi  xəbəri,  həm  də  Sisianovun  Gəncəni  tutduğu 

zaman  iĢlətdiyi  siyasət  (Cavad  xanın  arvadı  Məhəmmədhəsən  xanın  bacısı  idi. 

Bacısının  taleyi  isə  onu  narahat  edirdi)  ilə  əlaqədar  Məhəmmədhəsən  xan  artıq 

Ġrana  meyl  etməyə  baĢlamıĢdı.  Məhəmmədhəsən  xan  birinci  növbədə  öz 

hakimiyyətini  itirməkdən  qorxurdu,  çünki  xalqın  tərəddüdündən  xəbər  tutan 

Sisianov  ona  yazmıĢdı:  «Əmin  ol  ki,  əgər  mən  əmr  etsəm,  Gəncə  xanlığı  kimi 

Nuxa xanlığı da olmayacaqdır».

78

 Ġrana arxalanmağa can atan  ġəki xanı  müttəfiqi 



Mustafa xandan üz döndərdi. Bu hərəkəti Mustafa xanı Səlim xan ilə yaxınlaĢmağa 

sövq etdi. Əvvəllər Ġrana meyl göstərən Səlim xan isə, əksinə, daha güclü arxa olan 

Rusiyaya  üz  tutdu  və  Sisianova  müraciət  etdi.  Öz  məktubunda  Səlim  xan  hələ 

1796-cı  ildə  Rusiya  təbəəliyini  qəbul  etdiyini  bildirir  və  xahiĢ  edirdi  ki,  onun 

hakimiyyətinin  bərpa  olunmasına  kömək  etsin.  Səlim  xan  hər  il  Rusiya  dövlət 

xəzinəsinə  7000  çervon  xərac  verəcəyini  və  rus  qarnizonunu  ġəkidə 

yerləĢdirəcəyini  öhdəsinə  götürürdü.

79

  Anası  Gürcü  qızı  (Borodino  vuruĢmasının 



qəhrəmanı  Baqrationun  bacısı)  olan  Səlim  xanın  məktubu  Sisianovun  planlarına 

uyğun  gəlirdi.  Sisianovun  Səlim  xanla  yaxınlaĢmaq  istəməsinin  bir  səbəbi  də 

Qarabağ  hakimi  Ġbrahim  xanın  Səlim  xan  ilə  qohumluğu  idi.  Sisianov  Səlim  xan 

vasitəsilə Qarabağ xanına da təsir göstərmək istəyirdi.

80

 

Məhəmmədhəsən xan ġəkidə hakimiyyətdə qalmaq üçün hər cür imkandan 



istifadə  etməyə  çalıĢırdı.  O,  ruslar  Ġrəvan  xanlığı  üzərinə  hücuma  keçdiyi  zaman 

Dağıstan ruhanilərinə və feodallarına müraciətlə yazmıĢdı: «Rus govurları Gəncəni 

əsarət altına aldılar, onun əhalisini qırdılar və əsir aldılar, onların qoĢunlarının bir 

hissəsi  Car  üzərinə  yeridi,  oranın  əhalisinə  böyük  ziyan  vurdular  və  onların 

qonĢuluğunda  düĢərgə  saldılar...  çeçenlər  və  kabardalılar  onların  yolunu  kəsdilər. 

Ġndi  govurların  Dərbənddən  keçməkdən  baĢqa  yolları  yoxdur...  onların  yolunu 

kəsin... Bu iĢ üçün sizə kömək lazım olsa, biz   göndərərik».

81

 



                                                           

77

 AKAK, II cild, sənəd 1282, səh. 638. 



78

 Y e n ə orada, səh. 636—637. 

79

 Акты, II cild, səh. 637. 



80

 Утверждение русского владычества на Кавказе, I т, Тифлис, 1901, стр. 190.  

81

 AKAK. II cild. sənəd 1280, səh. 637.  



 


38 

 

Sisianovun  ona  kömək  edəcəyinə  arxayın  olan  Səlim  xan  Mustafa  xanla    



birlikdə    ġəki  üzərinə  yeridi.  Məhəmmədhəsən  xan  əsir  alındı,  lakin  Mustafa  xan 

Səlim  xanı  deyil,  öz  adamını  ġəkiyə  naib  təyin  etmək,  beləliklə,  ġəki  xanlığını    

özündən asılı  vəziyyətə salmaq istədi. O, Səlim xana bildirdi ki, qızını və oğlunu 

onun  yanında  əmanət    qoymayınca,  xanlığı  ona  verməyəcəkdir.  Səlim  xan  razı 

oldu.  Eyni  zamanda  Mustafa  xan  Səlim  xanın  qardaĢı,  vaxtilə  Məhəmmədhəsən 

xan  tərəfindən  kor  edilmiĢ  Fətəli  xana  da  xanlıq  təklif  etdi  və  uĢaqlarını  əmanət 

istədi.  Fətəli  xan  da  razı  oldu.  Əslində  isə  Mustafa  xan  ġəkiyə  gizlicə  naib  təyin 

etmiĢ  və  ona  Məhəmmədhəsən  xanın  var-dövlətini  ələ  keçirməyi  tapĢırmıĢdı. 

Aldanıldığını görən Səlim xan qardaĢı Fətəli ilə birləĢdi  və ġəki əhalisinin köməyi 

ilə  xanlığı  ələ  keçirə  bildi.  Səlim  xan  baĢa  düĢürdü  ki,  o,  ġəki  xanlığını  ələ 

keçirməklə  ġamaxı  xanı  Mustafa  xanı  öz  əleyhinə  qaldırmıĢdır  və  buna  görə  də 

Rusiyaya müraciət edib kömək istədi. Sisianov da  imperatora xəbər  göndərdi  ki, 

«Səlim xan məktubları və nümayəndələri vasitəsilə himayə və müdafiə xahiĢ edir, 

Rusiya imperyasına sadiq təbəə olacağına and içir».

82

 

1805-ci  ilin  martında  Mustafa  xan  ġəki  xanlığının  sərhədlərinə  yaxınlaĢdı. 



Bu vaxt Rusiyadan Səlim xana hərbi kömək gəldi. Bu köməyin o qədər də böyük 

olmamasına,  cəmi  300  əsgər  və  2  topdan  ibarət  olmasına  baxmayaraq,  bu  Səlim 

xanı ruhlandırdı. Mayor Akimovun baĢçılıq etdiyi bu dəstə Səlim xanın qüvvələri 

ilə birləĢərək Mustafa xanı məğlubiyyətə uğratdı. Sisianov, qaliblərə düĢməni təqib 

etməyə icazə vermədi. Mustafa xanın qoĢunları geri çəkilə-çəkilə qarət edir, əhalini 

əsir götürür, mal-qaranı aparırdılar. 

Həm  Ġranın,  həm  də  qonĢusu  ġirvan  xanlığının  öhdəsindən  gələ 

bilməyəcəyini  görən  Səlim  xan  Sisianova  məktub  yazaraq  Rusiyaya  sadiq 

olacağını  bildirdi.  Sisianov  cavab  məktubunda  onu  qələbə  ilə  təbrik  etmiĢ  və  ona 

daima kömək edəcəyini bildirmiĢdi. Ġki xanlıq arasında gedən mübarizə Sisianova 

Zaqafqaziyada  silah  iĢlətmədən  tədbirlərini  həyata  keçirməyə  mane  olurdu.  O,  bu 

iki  xanlığın  xanlarını  birləĢdirməyə  və  öz  tərəfinə  çəkməyə  çalıĢırdı.  O,  bu 

məqsədlə mayor Tarasovu Mustafa xanın yanına göndərərək bildirdi ki, Səlim xan 

Rusiya dövlətinin himayəsindədir, əgər o, Səlim xanla düĢmənçiliyi davam etdirsə 

Rusiyanın cəzasına məruz qala bilər.

83

 Mustafa xan Səlim xanla barıĢmağa məcbur 



oldu  və  onunla  dost  olacağına  and  içərək  apardığı  əsirləri  və  mal-qaranı  geri 

qaytardı. Bununla  yanaĢı o, Səlim  xanı Rusiyanın ali hakimiyyətini qəbul etməyə 

çağırır  və  öz  Ģərtlərini  bildirirdi.  Nəhayət  Səlim  xan  Rusiyanın  ali  hakimiyyətini 

qəbul  etdi.  Rusiyanın  himayəsi  ilə  xanlıqda  möhkəmlənmək  istəyərək  Gəncə 

yaxınlığında,  Kürəkçay  sahilində  düĢərgə  salmıĢ  Sisianovun  iqamətgahına  gəldi, 

yeznəsi  Ġbrahim  xandan  bir  həftə  sonra  1805-ci  il  mayın  21-də  ġəki  xanlığının 

Rusiyanın  himayəsi  altına  keçməsi  haqqında  müqavilə  imzaladı.  Bu  müqaviləyə 

                                                           

82

 Y e n ə orada, sənəd 1291, səh. 643. 



83

 Н. Д у б р о в и н. История войны владычества русских на Кавказе, səh. 427. 




39 

 

görə Səlim  xan  hər il dövlət xəzinəsinə 7000 çervon xərac verməli, öz xanlığında 



500  nəfərlik  rus  qoĢun  dəstəsini  yerləĢdirməli,  onları  və  atlarını  ərzaqla  təmin 

etmək  üçün  hər  il  529  xalvar  un,  80,5  xalvar  buğda  verməli,  qıĢda  onları  odunla 

təmin  etməli  idi.  Bundan  baĢqa  xan  4  yaĢlı  oğlunun  əvəzinə  beĢ  bəyin  uĢağını 

əmanət verməli, iki ildən sonra isə öz oğlunu Tiflisdə daimi yaĢamaq üçün əmanət 

göndərməli idi. 

ġəki  xanlığı  idarə  məsələlərində  də  tam  asılı  vəziyyətə  düĢdü.  O  öz 

tədbirlərini  xanlıqda  olan  çar məmuru  ilə  razılaĢdırmalı,  qonĢu  xanlıqlarla  əlaqəsi 

barədə Qafqaz qoĢunlarının baĢ komandanına məlumat verməli idi. Ümumiyyətlə, 

xan xanlıqda olan çar qarnizonu rəisindən siyasi baxımdan tam asılı idi. 

Elə bu vaxt Ġran Ģahı Fətəli Ģahın nümayəndəsi Səlim xanın yanına  gələrək 

Rusiya  ilə  əlaqəni  kəsməyi  və  Ġran  tərəfə  keçməyi  tələb  etdi.  Səlim  xan  Ġranın 

tələbini  rədd  edərək,  bu  barədə  Sisianova  xəbər  verdi:  «Cümə  axĢamı  günü 

Babaxanın  nümayəndəsi  onun  fərmanı  ilə  yanıma  gəlmiĢdi.  Onunla  ġirvanlı 

Mustafa  xanın  nümayəndəsi  də  gəlmiĢdi.  Fərmanı  zati-alilərinizə  təqdim  edirəm. 

Adını  çəkdiyim  nümayəndə  isə  mənə  bildirdi  ki,  mən  ruslardan  aralanmalıyam, 

belə  olduqda  mən  onun  himayəsinə  nail  olaram.  Mən  cavab  verdim  ki,  mən 

əlahəzrətə  Ġbrahim  xanla  birlikdə  Rusiya  qoĢunlarının  ali  sərdarı  ilə  görüĢən  və 

müqavilə  imzaladığım  gün  cavab  vermiĢəm  və  bu  cavabla  adını  çəkdiyim 

nümayəndəni  yola  saldım.  Allahın  mərhəmətilə,  nə  qədər  ki  sağam,  nə 

hökmdardan, nə də siz əlahəzrətdən üz döndərmərəm». 

Az  vaxtdan  sonra  Səlim  xan  Rusiyadan  üz  döndərməyə  baĢladı.  Rusiya 

himayəsini rədd edən Dağıstan ġamxalının nümayəndəsini onun məktubu ilə qəbul 

etdi. Bunun ardınca Quba xanı ġeyxəli xanın da nümayəndəsi Səlim xanın yanına 

gəldi. O, öz məktubunda Səlim xandan xahiĢ edirdi ki, Rusiyanın təbəəliyini rədd 

etsin və bildirirdi ki, Ġran Ģahı Fətəli Ģah ona hər cür kömək göstərəcəkdir. 

Səlim  xan  öz  əvvəlki  qeyri-məhdud  hakimiyyətini  bərpa  etməyə  çalıĢırdı. 

Bunu  Kürəkçay  müqaviləsi  bağlanandan  bir  ay  sonra  Sisianovun  Səlim  xana 

göndərdiyi  məktubdan  da  aydın  görmək  olar.  Sisianov  məktubunda  Səlim  xanı 

ləzgilərlə  ittifaq  bağlamaq  istəməsində,  Ġran  Ģahının  nümayəndəsini  səmimiyyətlə 

qarĢılamaqda təqsirləndirirdi. 

1806-cı  ilin  iyun  ayında  ġuĢa  yaxınlığında  Xankəndində  çar  zabiti 

Lisaneviçin əmri ilə Səlim xanın bacısı, əri Ġbrahim xan və bütün ailəsi ilə birlikdə 

güllələnib məhv edildi. Qarabağda gözlənilmədən baĢ vermiĢ bu faciə Səlim xanın 

Rusiya  himayəsindən  imtina  etməsinə  səbəb  oldu.  O,  ġəkidə  yerləĢən  rus 

qarnizonuna basqın etdi. 

Rusiya  ilə  ġəki  xanı  arasında  bağlanmıĢ  Kürəkçay  müqaviləsinə  görə  ġəki 

yaxınlığında,  baĢda  mayor  Parfyanov  olmaqla  Tiflis  alayının  2  rotası  (təxminən 

300  nəfər)  yerləĢdirilmiĢdi.  Səlim  xan  Parfyanovu  əsir  götürmək  məqsədilə  öz 

yanına «yığıncağa» çağırdı. Heç nədən Ģübhələnməyən Parfyanov 15 kazakla onun 

yanına yola düĢdü. Qalaya yaxınlaĢan Parfyanov Səlim xanın qoĢunlarını qaladan 




40 

 

kənarda,  düzənlikdə  gördü,  Ģübhələnərək,  qoĢunun  nə  üçün  qalada  olmadığını 



soruĢdu.  Səlim  xan  bəhanə  tapdı,  söylədi  ki,  iranlıların  yürüĢ  edəcəklərindən 

Ģübhələnib və qoĢunlara baxıĢ keçirmək istəyir. Parfyanov xanın qərargahına daxil 

olan kimi, onu tərksilah edərək, əsir aldılar, döydülər və ġəki qalasına göndərdilər. 

Parfyanovu  müĢayiət  eləyən  kazakların  bir  neçəsini  qılıncdan  keçirdilər,  qalanını 

əsir  etdilər.  Həmin  günün  axĢamı  Səlim  xan  Parfyanova  çatdırdı  ki,  onu  və  əsir 

alınmıĢ  kazakları  azad  etməyə  hazırdır,  bir  Ģərtlə  ki,  öz  qoĢun  dəstəsini  ġəkidən 

çıxartsın.  Parfyanov  Səlim  xanın  təklifini  qəbul  etməyə  və  dəstəsini  ġəkidən 

çıxarmağa məcbur oldu.

84

 

Sisianovun  ölümündən  sonra  Qafqazda  baĢ  komandan  təyin  olunmuĢ 



general Qudoviç belə  hesab edirdi ki,  «xain çıxmıĢ ġəki  xanına hələlik  toxunmaq 

lazım  deyildir».

85

  O  fikirləĢirdi  ki,  Qarabağ  xanının  və  ailəsinin  heç  bir  səbəb 



olmadan  məhv  edilməsilə  bağlı  olan  bu  çıxıĢına  görə  Səlim  xanı  günahlandırmaq 

düzgün deyildir. Qudoviç bu fikrini imperatora da yazmıĢdı. 

Tezliklə Abbas Mirzə ġəkiyə 300 sərbaz və Səlim  xana 30.000 çervon pul 

göndərdi  ki,  ləzgilərdən  muzdlu  qoĢun  yığsın.  1806-cı  il  sentyabrın  9-da  general 

Bulqakova  əmr  olunur  ki,  Bakını  ələ  keçirəndən  sonra  «Kür  boyu  ilə  irəliləyərək 

xəyanət  etmiĢ  ġəki  xanını  cəzalandırsın».  Bu  iĢdə  Mustafa  xan  da  ona  kömək 

etməli, müqabilində ġəki xanlığı ərazisinin bir hissəsi Mustafa xana verilməli idi. 

Vəziyyətinin  ağırlaĢdığını  görən  Səlim  xan  çar  I  Aleksandra  məktub  yazıb 

səhvə yol verdiyini bildirdi və bağıĢlanmasını xahiĢ etdi. Bununla əlaqədar olaraq 

baĢ  komandan  general  Bulqakova  Bakını  aldıqdan  sonra  ġəki  üzərinə  getməyi 

xüsusi göstəriĢə qədər təxirə salmağı tapĢırdı. Lakin Səlim xan yenə tərəddüd edir, 

hansı vasitə ilə olursa-olsun öz hakimiyyətini saxlamağa çalıĢırdı. Odur ki, çarizm 

Səlim  xanı  kənar  etməyi  qət  etdi  və  general  Nebolsinin  baĢçılığı  altında  qoĢun 

göndərdi. 

Abbas  Mirzədən  aldığı  pulla  avar  və  ləzgilərdən  topladığı  qoĢunun  Səlim 

xana  köməyi  olmadı.  1806-cı  il  oktyabrın  22-də  ġəki  yaxınlığında  baĢ  vermiĢ 

döyüĢdə  Səlim  xan  basıldı  və  ailəsi  ilə  birlikdə  ġəki  xanlığında  olan  Kəldək 

kəndinə qaçdı. Nebolsin Səlim xanı tutaraq Tiflisə göndərmək  haqqında  əmr aldı. 

Səlim xanın nəsli xan olmaq hüququndan məhrum edildi. Xanlığı idarə etmək üçün 

dörd bəydən ibarət müvəqqəti idarə yaradıldı. Səlim xan hər Ģeyin əldən çıxdığını 

görərək  Abbas  Mirzənin  düĢərgəsinə  qaçdı.  Çar  hökuməti  Ġran  Ģahından  üz 

döndərərək  Rusiyaya  köçmüĢ  xoylu  Cəfərqulu  xanı  ġəkiyə  hakim  təyin  etdi.  Bu 

hadisələri A. Bakıxanov «Gülüstani-Ġrəm» əsərində belə Ģərh edir: «Bu zaman ġəki 

hakimi  Səlim  xan,  Ġbrahim  xanın  arvadı  olan  bacısının  öldürülməsi  ədavətilə 

Rusiya dövləti ilə çəkiĢməyə baĢladı. Bir müddət bundan əvvəl, Gəncədən o özünə 

                                                           

84

 K ə r i m   A ğ a   F a te h. Göstərilən əsəri, səh. 52. 



85

 Rusiya MDHTA, fond VUA, 1806, iĢ 4263, vər.  174. 

 



41 

 

kölə gətirdiyi ruslardan bir neçə nəfərini öldürdü, qalanları Gəncəyə qayıtdılar. Bu 



hadisədən  sonra  general  Nebolsin,  sərdar  Qudoviçin  əmrilə  Gəncədən  ġəkiyə 

hərəkət  etdi.  Səlim  xan  qabaqcadan  Naibüs-səltənədən  çoxlu  pul  almıĢdı.  Car  və 

Avar ləzgilərini gətirib,  mükəmməl qüvvə ilə  yerin çətinliyinə  və lazımi  hazırlığa 

arxalanaraq  müqavimətə  giriĢdi.  Müharibə  zamanı  ləzgilər  qaçdılar,  o  da  naçar 

qalıb, ailə və əqrabasilə vətənini buraxıb Ġrana getdi. Səlim xan xoĢrəftar, kefcil və 

rəhmsiz bir əmir idi. 

Hicri  1221-ci  (1806)  ildə  ġəki  ölkəsi  Rusiyanın  ixtiyarına  keçdi.  Keçən  il 

Koroğluya nisbət verilən Çənlibel adlı yerdən Rusiya dövlətinə pənah aparmıĢ olan 

general-leytenant Cəfərqulu xan Dünbülü, ġəki hakimliyinə təyin edildi».

86

 



ġəkinin  Səlim  xana  tərəfdar  olan  bəyləri  Cəfərqulu  xanın  ġəki  xanı  təyin 

olunmasının  əleyhinə  çıxdılar.  Hətta  bəzi  toqquĢmalar  baĢ  verdi  və  bu 

toqquĢmalarda  bir  neçə  rus  soldatı  öldürüldü.  Səlim  xan  Ġrandan  ġəkiyə  öz 

adamlarını  göndərir,  onlar  isə  ġəki  camaatı  arasında  narazılıq  toxumu  səpirdilər. 

Onlar belə Ģayiə yayırdılar ki, Fətəli xan ona 12 minlik qoĢun ayırmıĢdır və o gəlib 

ġəkini tutacaqdır. Bu Ģayiə Rusiya  komandanlığını narahat etdi və baĢ komandan 

general-mayor Nebolsinə göstəriĢ verdi ki, «ġəkidə olan kabardin rotalarına kömək 

üçün  Troitsk  müĢketyor  alayının  bir  batalyonunu  göndərsin».

87

  Adları  çəkilən 



rotaların  komandirinin  1808-ci  il  iyulun  9-da  yazdığı  raportda  xəbər  verilirdi  ki, 

Səlim xanın qohumu Məmməd bəy 13 nəfərlə ġəkiyə gəlmiĢdir və 500 nəfər Səlim 

xan  tərəfdarları  ona  qoĢulmuĢdur.  Onların  əleyhinə  Cəfərqulu  xana  Ġsmayılın 

baĢçılığı  altında  90  soldat  və  400  kazak  göndərilmiĢ,  onlar  Səlim  xanın 

tərəfdarlarını təqib etmiĢ, dağıtmıĢ və 40 nəfərə qədər əsir götürmüĢlər.

88

 



Qafqaz  qoĢunlarının  baĢ  komandanı  Qudoviç  general  Nebolsinə  1807-ci  il 

yanvarın 22-də göndərdiyi məktubunda «bəylərə, ruhanilərə, ağsaqqallara və bütün 

ġəki camaatına müraciət» göndərdi. Burada Qudoviç «satqın Səlim xanla birlikdə» 

çar  qoĢunlarına  atəĢ  açmıĢ,  bir  neçə  çar  əsgərini  öldürmüĢ  ġəki  əhalisinə  hədə-

qorxu gəlir və qeyd edirdi ki, tabe olmayanlar cəza alacaqlar. 

Qudoviç Cəfərqulu xana yazdığı məktubunda əhalini tərksilah etməyi zəruri 

hesab  edir,  ara  sakitləĢənə  qədər  ġəkidə  üç  rota  hərbi  qüvvə  saxlamağı,  bundan 

əlavə  ġəki  bəylərindən  və  inanılmıĢ  adamlardan  500  nəfərlik  silahlı  dəstə 

düzəltməyi lazım bilirdi. Buna baxmayaraq, AĢağı  və Yuxarı Göynük  kəndlərinin 

əhalisi üsyan etdi və Cəfərqulu xana tabe olmayacağını bildirdi. BaĢqa kəndlərdə 

də  narazılıq  artdı.  ġəkidə  olan  kabardin  atıcı  alayının  üç  rotası,  Cəfərqulu  xanın 

dəstəsi  və  Ġlisu  sultanının  min  nəfərlik  dəstəsi  üsyanı  silah  gücünə  yatırdı.  Ələ 

keçmiĢ  40  nəfər  üsyançıya  amansız  divan  tutularaq  öldürüldü.  Əhalinin  bu  çıxıĢı 

obyektiv  olaraq  çarizmin  müstəmləkə  siyasətinə  qarĢı,  habelə  ona  canla-baĢla 

                                                           

86

 A. B a k ı x a n o v.  Gülüstani-Ġrəm, səh 197—198. 



87

 AKAK, III cild, sənəd 504, səh. 280. 

88

 AKAK, III cild. Sənəd 512, səh. 287. 



 


42 

 

qulluq  edən  yerli  feodal  hakimlərə  qarĢı  yönəldildi.  1807-ci  ilin  sonuna  yaxın 



Cəfərqulu  xana  qarĢı  müvəffəqiyyətsiz  sui-qəsd  oldu.  Çar  hökuməti  əhalini 

qorxutmaq üçün ġəkiyə əlavə bir batalyon da göndərdi. 

Rusiya—Ġran  müharibəsi  Ġranın  tam  məğlubiyyəti  ilə  qurtardı.  1813-cü  il 

oktyabrın  12-də  Qarabağın  Gülüstan  kəndində  çar  Rusiyası  ilə  Ġran  arasında 

bağlanmıĢ  müqaviləyə  görə  TalıĢ,  ġirvan,  Quba,  Bakı,  Gəncə,  Qarabağ  və  ġəki 

xanlıqları Rusiya imperiyasının tərkibinə daxil oldu. Bu müqavilə üzrə Azərbaycan 

iki hissəyə bölünmüĢ oldu. ġah Ġranı ġimali Azərbaycanın Rusiya tərəfindən iĢğal 

olunması  ilə  hesablaĢmaq  istəmir,  yeni  müharibəyə  hazırlaĢırdı.  Bu  iĢdə  Ġngiltərə 

ona  yaxından  kömək  edirdi.  1826-cı  ildə  Ģahzadə  Abbas  Mirzə  müharibə  elan 

etmədən  öz  qoĢunları  ilə  Azərbaycana  soxuldu.  Ġran  qoĢunları  Qarabağı  tutaraq, 

ġuĢa qalasını mühasirəyə aldılar. Ġran qoĢunları ilə bərabər hakimiyyətlərini bərpa 

etmək  istəyən  keçmiĢ  xanlar  da  Azərbaycana  gəldilər.  Qafqazda  baĢ  komandan 

general  Yermolovun çara  göndərdiyi  məlumatdan aydın olur ki, Ġran qoĢunlarının 

hücumundan istifadə edən keçmiĢ xanlıqların əhalisinin bir qismi də çarizmə qarĢı 

çıxıĢ  etdi.  Bu,  çarizmin  milli-müstəmləkə  siyasəti  ilə  yanaĢı  keçmiĢ  xanların  

yerinə    təyin    olunmuĢ  komendantların,  çar  məmurlarının,  çarizmə  xidmət  edən  

yerli feodalların özbaĢınalığı, zorakılığı ilə bağlı idi. Burjua-dvoryan tarixçisi Potto 

bu  dövrdə  xanlıqlarda  baĢ  vermiĢ  hadisələri  təsvir  edərək  yazır:  «1826-cı  ildə 

Ġranın basqını,  bütün   xanlıqları  yenidən  həyəcana  gətirdi.  Lakin bu ötəri qasırğa 

idi. Bu qasırğa ġəki torpağı üzərində yalnız dağıntı izləri qoyub keçdi».

89

 General 



Yermolovun  etirafına  görə  «ġəki  əyalətində  də  həmin  həyəcan  özünü  göstərirdi». 

Nuxa  Ģəhərində  olan  iki  rotanın  çoxsaylı  əhalinin  cənginə  keçmək  təhlükəsini 

nəzərə  alaraq,  onların  Ģəhərdən  çıxarılması  barədə  əmr  verildi.

90

  Çar  qoĢunu 



ġəkidən çıxan kimi Səlim xanın Ġranda yaĢayan oğlu Hüseyn xan ġəki xanlığını ələ 

keçirdi,  lakin  «ġəki  əhalisi  qruplara  bölünmüĢ,  onların  çoxu  gəlmə  xana 

məcburiyyət  qarĢısında»  tabe  olmuĢdu.  Yeni  ġəki  xanı  Gürcüstan  Ģahzadəsi 

Aleksandrla  birləĢərək  Qarabağın  kəndlərinə  basqın  edir,  əhalini  soyurdu. 

«Olduqca  məzmunsuz  və  tənbəl»  adam  olan  Hüseyn  xan  Abbas  Mirzənin 

ümidlərini  doğrultmağa  qadir  deyildi.  Rus  qoĢunlarının  ġamxor  və  Gəncə  altında 

çaldığı iki böyük qələbədən sonra, keçmiĢ xanlar qaçmağa baĢladılar. Rus qoĢunu 

1826-cı il oktyabrın 19-da yenidən ġəkiyə daxil oldu. Hüseyn xan Ġrana qaçdı. Bu 

vaxt ġəkidə olan general Yermolov yazırdı ki, ġəki bəylərinin çox hissəsi xəyanət 

etmiĢdi,  camaat  isə  xanın  qovulmasından  məmnun  idi.

91

  Az  sonra  buradakı  rus 



hərbi  qüvvələri  artırıldı.  Noyabr  ayında  altı  topçu  rotasının  da  daxil  olduğu  2-ci 

Ulan  diviziyası  və  bir  kazak  alayı,  dekabrın  9-da  isə  Yermolov  ġəkiyə  gəldi. 

Beləliklə, ġəki xanlığının Rusiya tərəfindən iĢğalı baĢa çatdı. 

                                                           

89

 П. Г. П о т т о. Кавказския.., II c., səh. 672, 



90

 M i r z ə Adıgözəl bəy. Qarabağnamə, Bakı, 1950, səh.123. 

91

 AKAK, VI cild, I hissə, səh. 384 




43 

 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə