Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   2   3   4   5   6   7   8   9   ...   28

ərazisində öyrənilməmiş rayon yoxdur. Yer səthində olan ən sadə təsvirləri bizim 
keçmiş tədqiqatçılarımız vermişlər.  
   Rus və sovet tədqiqatçılarının topladıqları böyük faktik material MDB-nin fiziki 
coğrafiyası üzrə ümumi, yığcam əsərlər yaratmağa imkan verdi. Bunlardan bir çoxu 
universitetlərin və pedoqoji institutların coğrafiya fakültələrinin tələbələri üçün tədris 
vəsaiti kimi nəşr edilmişdir.  
    
    
behruzmelikov.com
behruzmelikov.com


  Geoloji  İnkişaf  Xüsusiyyətləri  və  MDB-də  IV Dövr  Hadisələri 
    MDB ərazisi relyefi mürəkkəb geoloji inkişaf yolu keçmişdir. Müasir düzənliklər, 
ovalıqlar, yüksək dağ sistemləri, səhralar, çöllər, təbii landşaft qurşaqları, bütün 
komponentləri ilə birlikdə MDB ərazisində elə bir sahə yoxdur ki, dağəmələgəlmə 
proseslərinə məruz qalmasın. Paleozoyun əvvəlindən MDB-nin ərazisində sabit 
platformalar mövcuddur. Ən qədim süxurlar 2 platformadan – Rusiya platforması və 
şərqdə Sibir platfornasından obarətdir. Hər iki platformanın bünövrəsini qədim Arxey 
və Praterozoy dövrlərinin kristallik süxurları təşkil edir.  
    Platformalarda çökmə süxurların xarakter cəhəti layların yatımının pozulması, buna 
uyğun nazik olmasıdır. Layların yatımının pozulmasi onu sübut edir ki, 
platformalarda Kembridən əvvəlki dövrün axırından etibarən dağəmələgəlmə 
proseslərinə bərk kristallik bünövrə mane olmuşdur. Çökmə süxurların qalın olması 
onu göstərir ki, platformaların qalxdığı dövrlərdə yuyulma proseslərilə çöküntü 
toplanması tez-tez kəsilmişdir.  
   Rusiya platforması ərazi cəhətdən Rusiya düzənliyi və Kola yarımadası ilə uyğun 
gəlir. Onun sərhədini şimalda Barens dənizi, cənubda Krım yarımadası, Donetsk 
təpəliyi, Skif  platformasının basdırılmış hersinidləri, şərqdə  Ural dağları, cənub-
qərbdə Karpat dağları təşkil edir. 
   Sibir platformasının sərhədləri Orta Sibir yaylasına uyğun gəlir. Qədim Arxey 
kristallik bünövrəsinin üstü 2 yerdə- şimalda Anabar anteklizində və cənub-şərqdə 
Aldan sipərində açılmışdır.  
   Anabar anteklizi Aldan sipərindən çökmə süxur qatları ilə dolmuş Bilyuy sineklizi 
vasitəsilə ayrılır. Sibir platformasının qərb hissəsini Tunquska sineklizi tutur ki, orada 
üst paleozoy daşkömürlü və aşağı triasın vulkan çöküntüləri – trapplar geniş 
yayılmışdır. Trapplar Sibir platformasında Tunquska sineklizindən kənarlarda da 
yayılmışdır. Trappların yayıldığı yerlərin ümumi sahəsi 1 mln. km²-dən çoxdur. Sibir 
platforması səthində trappların olması onu Rusiya platformasından fərqləndirir.  
   Vulkanizmlə filizləşmə prosesi, mental və qeyri-mental faydalı  qazıntıların əmələ 
gəlməsi sıx surətdə əlaqədardır. Nəticədə geosinklinalın yerində maqmatik intruziv 
süxurlar yaranmışdır.  
   Kaleodon və ya alt paleozoy qırışıqlığı kembridə, ordovikdə, silurda və devonun 
əvvəlində olmuşdur. Bu dövrdə Qərbi Sayan, Kuznetsk Alatausu, Salair təpəliyi, 
behruzmelikov.com
behruzmelikov.com


Altayın şərq rayonları, Tuva, Qazaxıstan qırışıq ölkəsinin bir hissəsi, Tyan-Şanın 
şimal silsilələri, Şimal torpağının qırışıq strukturları əmələ gəlməyə başlayır.  
   Karbonun axırında və permdə baş vermiş hersin və ya üst paleozoy qırışıqlığı daha 
geniş yayılmışdır. Hersin qırışıqlığı qərbdə Rusiya platforması ilə də, şərqdə Sibir 
platforması arasındakı çox geniş ərazini əhatə etmişdir. Bu zaman Ural, Novaya 
Zemlya, Taymır, Qzaxıstan qırışıq ölkəsinin cənub-şərq rayonları, Qərbi Altay, 
Cunqari Alatausu, Cənubi Tyan-Şan qırışıq strukturları meydana gəlmişdir. Cənubi 
Tyan-Şanukturlarından Qərbi Sibir düzənliyinin, Turqay-Stolvari ölkəsinin Turan 
ovalığının yerində və Rusiya platformasının alp qırışıqlı Krım və Qafqazdan ayıran 
skif plitəsi zonasında baş vermişdir. Sonralar bu sahələrdə çökmə baş vermiş. Qərbi 
Sibir düzənliyi və Turan ovalığı müxtəlif dövrdə çökmüş epipaleozoy platformalar 
olduqları halda, Ural, Altay, Qazaxıstan xırdatəpəliyi, Tyan-Şan və Sayan dağları, 
qədim paleozoy qırışıq bünövrəsinin səthə çıxmış sahələridir. Beləliklə, üst 
paleozoyun axırlarında və mezozoyun əvvəllərində  MDB ərazisinin böyük bir hissəsi 
müxtəlif yaşlı qırışıq bünövrəli platforma kimi təzahür olunmuşdur.  
   Ən axırıncı, alp (kaynazoy) qırışıqlığı paleogen, neogendə baş vermiş və bəzi 
yerlərdə indi də davam edir. Buna MDB-nin ucqar cənubunda və şimalında daha çox 
rast gəlinir.  
   Alp qırışıqlığının cənub, yəni Aralıq dənizi sahəsinə Karpat, Dağlıq Krım, Qafqaz, 
Kopetdağ, Pamir daxildir. Bu zonanın əlamətləri dağ sistemlərini platformalardan 
ayıran dərin Prikarpatye, İndol-Kuban, Terek-Xəzər, Türkmənistan və Pamirətəyi ön 
əyilmələrindən ibarətdir. Ön əyilmələrin arxasında hündür antiklinallardan ibarət 
xarici zona növbələşir, bunlar relyefdə uca dağ silsilələrini: Karpatı, Krım dağlarını, 
Böyük Qafqazı, Kopetdağı, Pamiri əmələ gətirmişdir. Cənuba doğru bu zona daxili 
çökəkliklər zonası ilə: Zakarpatyedə Çop-Mukaçev çökəyi, Qara dəniz çökəyi, Rion, 
Kür çökəkləri və Cənubi Xəzər çökəyi ilə əvəz olunur. Kiçik Qafqaz dağlarına 
gəldikdə, bunlar daxili antiklinallar zonasına aiddir və həmin zonaya MDB-dən başqa 
heç yerdə təsadüf edilmir. Uzaq Şərqdə alp qırışıqlığı sahəsinə Saxalin, Kuril adaları, 
Kamçatka, Koryak yaylası və Sixote-Alinin şərqi daxildir.  
   Uca dağ silsilələri və çökəkliklərinin mövcud olması, tez-tez baş verən zəlzələlər, 
müasir vulkanizm və ya onların yaxın keçmişdəki fəaliyyətlərinin izləri sübut edir ki, 
alp qırışıqlığı sahəsi geosinklinallara xas olan əlamətləri hələ də tamamilə 
itirməmişdir. Bu, xüsusən alp qırışıqlığının Uzaq Şərq hissəsinə daha çox aiddir, 
çünki burada qırışıq əmələgəlmə prosesləri hələ başa çatmamışdır.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə