Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi


MDB-nin torpaq, bitki örtüyü, heyvanlar aləmi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

            MDB-nin torpaq, bitki örtüyü, heyvanlar aləmi. 
Torpaq örtüyü. 
   Bir çox tədqiqatçılar torpaq örtüyünü haqlı olaraq landşaftın “məhsulu” 
adlandırırlar. Doğrudan da landşaftın elə bir kompanenti yoxdur ki, torpağa öz təsirini 
göstərməsin. Torpaqlar, bitkilər, dağ ana süxurları arasında və xüsusilə iqlimlə sıx 
qarşılıqlı əlaqə vardır. Ona görə də təsadüfi deyildir ki, genetik torpaqşünaslığın 
banisi V.V. Dokuçayev eyni zamanda landşaft haqqında elmin də banisi idi. Torpaq 
örtüyü üçün ən ümumi qanunauyğunluq  düzənliklərdə enlik, dağlarda isə əyalətlilik 
və hündürlük zonallığıdır.  
   Torpağın enlik zonallığı MDB-nin qərb yarısında özünü aydın göstərir. Yeniseydən 
şərqə doğru dağlıq relyef torpağın enlik zonallığını tamamilə pozur.  
   Arktikanın yüksək enliklərində adaların ovalıq hissələrində öz kompleksliyi, 
profilinin qısalığı, yüksək skeletliyi, qleyləşməsi ilə səciyyələnən arktika torpaqları 
inkişaf  etmişdir. Zəif qələviləşmiş, dəmirləşmiş, bəzən də şorlaşmış bu torpaqlar 
daimi şaxta aşınması nəticəsində meydana gələn müxtəlif mənşəli poliqional 
törəmələrlə növbələşir.  
   Cənuba doğru onlar əvvəlcə arktika, sonra isə qleyli tundra torpaqları (tipik və 
podzollaşmış) ilə əvəz olunur. Qleyli tundra torpaqları qalın olmaması, humusun 
azlığı, yüksək turşuluğu və qleyləşməsi ilə fərqlənir. Alçaq temperatur, qida 
maddələrinin azlığı və mikrobioloji fəallığın zəifliyi bu torpağın yararlığını azaldır.  
   Podzol torpaqlar ən geniş yayılmış torpaq tipidir. Bu torpaqlar dağ-podzol torpaqları 
ilə birlikdə MDB-nin 1/3-ni tutur. Podzol torpaqlar meşələrin altında rütubət 
balansının müsbət (yağıntının buxarlanmadan çox) olduğu şəraitdə əmələ gəlir. Buna 
görə də həmin torpaqlar üçün yuyulub aparılma proseslərinin şiddətli getməsi və 
yuyulma qatlarının aydın görünməsi səciyyəvidir. Şimaldan cənuba doğru podzol 
torpaqlar içərisində:  
1.Şimalı tayqanın qleyli-podzol torpaqları 
2.Orta tayqanın podzollaşmış torpaqları 
3.Cənubi tayqa və iynəyarpaqlı meşələrin çimli-podzol torpaq yarımtipləri 
fərqləndirilir.  
behruzmelikov.com
behruzmelikov.com


   Podzol torpaqlar zonası bataqlıq, Şərqi Sibir isə tayqa donuşluq torpaqlarının geniş 
yayılmış zonasıdır. Sonuncu üçün zəif podzollaşma, humusun açıq rəngliyi, krioegn 
hadisəsinin olması, torpaq örtüyünün xırdaləkəli kompleksliyi səciyyəvidir.  
   Ucqar qərbdə (Zakarpatyedə, Tissaboyu allüvial ovalığında, Kalininqrad 
vilayətində, Pribaltikada) və cənub-şərqdə (Orta Priamurye və Cənubi Priamurye) 
rütubətli enliyarpaqlı və qismən də qarışıq meşələr altında çimli-podzol torpaqlar 
zolağı qonur meşə torpağı ilə əvəz olunur. Zəif podzollaşmış kəltənvari-qozvari 
struktura malikdir.  
   Boz-meşə torpaqları podzol torpaqlarla qara torpaqların qovuşduğu yerlərdə 
yayılmışdır. Bu torpaqlar meşə-çölün yarpaqlı meşələri altında lyossvari qrıntılar 
üzərində əmələ gəlir. Burada yuyulma zəifləyir.  
   Podzol meşə torpaqları açıq-boz və tünd-boz meşə torpaqlarına bölünür. Boz meşə 
torpaqlarından cənubda Karpat dağlarından Altaya qədər geniş zolaq şəklində 
qaratorpaqlar yerləşir. Altaydan şərqdə qaratorpaqlara Şərqi Zabaykalye də daxil 
olmaqla adda-budda təsadüf olunur. Qaratorpaqlar humus və kül maddələri ilə 
zəngindir, xeyli qalın qata malikdir, davamlı dənəvər quruluşu vardır. Qaratorpaqlar 
açıq, otlu çöllərin torpaqlarıdır. Qaratorpaqlar MDB-də 1.9 milyon km² sahəni (8.6%) 
tutur.  
   Quru çöllərin və yarımsəhraların zonal torpaqları ölkə ərazisinin 4.8%-ni tutan 
şabalıdı torpaqlarıdır. Bu torpaqlar mənfi rütubət balansı və seyrək taxıllı-yovşanlı 
bitki örtüyü şəraitində əmələ gəlir. Qaratorpaqlara nisbətən bu torpaqların humusu 
azdır, torpaq qatı nazikdir və zonanın çox yerondə şorlaşmışdır. Şabalıdı torpaqlar 
zonasında şorlaşma geniş yayılmışdır, bəzən şoranlıqlara da təsadüf olunur. Şabalıdı 
torpaqlar tünd-şabalıdı, şabalıdı və açıq-şabalıdı növlərə ayrılır. Şimalda 
qaratorpaqlarla sərhədlənən tünd-şabalıdı torpaqlar daha məhsuldardır.  
   Yarımsəhralardan səhralara keçərkən qonur, səhralarda isə boz-qonur və boz 
torpaqlar başlanır. Bütün bu torpaqlar humusdan kasıbdır, çox hissəsi şorakətdir və 
bunlar bəzi yerlərdə geniş şoranlıq massivləri ilə əvəz olunur. Səhra torpaqlarının 
özünəməxsus tipi takırlardır. Onlar çökəkliklərin gilli torpaqları olub, rütubətli 
vaxtlarda keçilməz palçığa, quraqlıq zamanı isə saxsı parçaları kimi bərk qabığa 
çevrilir.  
   MDB-də cənub zonal torpaq tipi qırmızı torpaqlardır. Qırmızı torpaqlara az-çox 
tipik şəkildə ancaq Kolxidada dağ yamaclarının aşağı hissəsində rast gəlinir. Qırmızı 
behruzmelikov.com
behruzmelikov.com


torpaqlar rütubətli subtropik meşələrin torpaqlarıdır. Onlar böyük qalınlığa malikdir, 
tərkibində çoxlu dəmir oksidi və aliminium vardır. Qırmızı torpaqlar III dövrdən 
indiyə qədər fasiləsiz inkişaf edən ən qədim MDB torpaqları sırasındadır.  
   Abxaziyada və Talışda rütubətli subtropik meşələrin başqa bir torpaq növünə - 
sarıtorpaqlara rast gəlinir. Onlar qırmızı torpaqlardan daha açıq, sarımtıl rəngi və 
nazik olması ilə seçilir.  
   Quru alçaqboylu, enliyarpaqlı meşələrin, seyrək meşələrin və kolluqların altındakı 
tipik boz torpaqlarla yanaşı Orta Asiya dağları və Qafqazın ətəklərində qəhvəyi 
torpaqlar geniş yayılmışdır. Qəhvəyi torpaqlar dağlarda daha rütubətli, hündürboylu 
enliyarpaqlı meşələrin qonur, aşağıda, Şərqi Zaqafqaziya düzənliklərində isə öz 
xassələrinə görə boz torpaqlara yaxın olan quru subtropik çöllərin boz-qəhvəyi və 
tipik boz torpaqları ilə əvəz olunur.   
   Dağlarda torpaq örtüyü xüsusi hündürlük zonallığı qanununa tabedir. Dağların 
hündürlüyü artdıqca bu özünü daha aydın göstərir. Lakin torpağın yüksəklik zonallığı 
üçün təkcə dağların hündürlüyü deyil, coğrafi enlik də mühim əhəmiyyət kəsb edir. 
Tundra zonasında dağlar nə qədər hündür olsa da, tundra və Arktika torpaqlarından 
başqa heç bir torpaq tipinə rast gəlmək olmaz.  
   Torpaqların hündürlüyə görə zonallığı Qafqazda olduqca yaxşı əks olunmuşdur. 
Əgər Kuban ovalığından Elbrusa doğru qalxsaq, ən azı 5 hündürlük torpaq zonasından 
keçmək lazım gələcək. Kubanboyu düzənliklərin qələviləşmiş qaratorpaqlar zonası, 
dağətəyi zolaqda podzollaşmış qaratorpaqlar zonası, dağətəyi zolaqda boz meşə 
torpaqları zonası, dağ-podzollaşmış və və qismən enliyarpaqlı və küknar meşələrinin 
altındakı qonur dağ-meşə torpaqları zonası, subalp və alp qurşaqlarının dağ-çəmən 
torpaqları zonası. Dağ-qonur torpaqları Qafqazdan başqa Karpat dağlarında, Krımda 
və Orta Asiyada da yayılmışdır.  
Bitki örtüyü. 
   MDB-də 90-100 minə yaxın bitki növü vardır. Onun 35-40 min növü ali bitkilərin 
payına düşür. Ən zəngin flora yosunlar (10 min növ), şibyələr (5 min növ) və xüsusilə 
də göbələklərdir (35 min növ).  
   Botaniki-coğrafi cəhətdən bütün MDB ərazisi bir Qolarktik dominion (“bitki 
hökmranlığı”) və 2 subdominionları- Arktogeya (meşə və tundra sahəsi) və Qədim 
aralıq sahələr (çöl və səhralar) daxilində yerləşir.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə