Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

Enlik zonallığı.  
   Enlik zonallığı bitki tiplərinin şimalda Arktika səhralarından başlayaraq, cənubda 
rütubətli subtropik meşələrə qədər qanunauyğun dəyişilməsindən ibarətdir.  
   Arktika səhraları. Onlar Arktikanın şimal ucqarında yayılmışdır. Şibyə, mamır, 
yosun və biraz da çiçəkli bitki növündən ibarət Arktika səhrasının adda-budda yayılan  
bitki örtüyü torpaq səthinin 50-60%-dən azını örtür.  
   Tundra. Bitki örtüyündə mamır, şibyə, xırda kolcuq və kolluqlar aparıcı rola 
malikdir. Tundra bitkilərinin əksəriyyəti çoxillikdir və həmişəyaşıldır. Tundrada bitki 
örtüyünün zənginliyi və mürəkkəbliyi şimaldan cənuba doğru getdikcə dəyişir.  
   Şimalda Arktika tundrası yerləşir. Burada seyrək şibyəli otlu-mamır və kolcuqlar 
qrupu cilli-otlu bataqlıqlarla növbələşir.  
   Arktik tundra mamırlı, yosunlu və kolcuqlu qruplaşmalardan ibarət tipik tundraya 
keçir və Kolımadan şərqə topaşəkilli tüklü ağcaqovaqlı tundraya qarışır.  
   Tundra zonasının cənubunda kollu tundra üstünlük təşkil edir. Onun başlıca 
kompanenti tozağacı və söyüdlərin alçaqboylu növləridir.  
   Meşə-tundra. Tundra və meşə bitki tipi arasındakı sərhəd zolağında yerləşir. Burada 
həm meşə, həm də tundra bitkilərinə rast gəlinir. Meşələr meşə-tundradan çox 
yeknəsək, işıqlı və seyrək olması ilə fərqlənir. Yerə yatmış alçaq ağaclar bir-birindən 
uzaq məsafədədir.  
   Tayqa və qarışıq meşələr. Meşələr MDB-də ən çox yayılmış bitki tipidir. Meşələr 
ölkə ərazisinin 35.6 %-ni tutur. Meşələrdə 570 ağac və 1050-dən artıq kol növü 
vardır. 78 % iynəyarpaqlı meşələrdir. Meşə sahəsinin 2/5 hissəsini (38%) qaraşam,  
16 %-ni isə küknar meşəliyi tutur.  
   Tayqa. Burada iynəyarpaqlı meşələr hakimdir: küknar, şam və qaraşam. Tayqada ən 
geniş yayılan qaraşam meşələridir. Şamağacı meşələrində ağacların düz gövdələri gün 
düşəndə bürünc sütunlara oxşayır. Tayqada iynəyarpaqlı növlərə xırdayarpaqlı 
növlərdən əsasən tozağacı və ağcaqovaq qarışır. Rusiya düzənliyinin cənub hissəsində 
və Qərbi Sibir tayqasında ancaq tozağacı və ağcaqovaqdan ibarət böyük meşə 
massivlərinə təsadüf olunur.  
  Qarışıq meşələr. Tayqadan cənuba Rusiya düzənliyində qarışıq (enliyarpaq və 
iynəyarpaq) meşələr zonası başlanır.  Burada iynəyarpaqlı və xırdayarpaqlı növlərə 
behruzmelikov.com
behruzmelikov.com


enliyarpaq növlərdən palıd, cökə, itiyarpaqlı ağcaqayın, göyrüş, qarağac, vələs və s. 
əlavə olunur. Bütün bu növlər qərb mənşəlidir və onların yayılma zonasının şərq 
sərhədi Rusiya düzənliyində yerləşir. Qərb enliyarpaq növlərindən bircə cökə Ural 
sıra dağlarından şərqə keçir.  
   İynəyarpaqlı tayqadan fərqli olaraq, enliyarpaqlı meşələr çoxmərtəbəlidir. Adətən 
ən yuxarı mərtəbə palıd, göyrüş, cökə çətirlərindən ibarətdir. Onlardan aşağıda palıdın 
başqa ağac peykləri, sonra isə fındıq və ziyilli gərməşov ağaclarının kolaoxşar 
pöhrəlikləri və ağtikan kolluqları, ən aşağıda isə ot bitkilərindən ibarət örtük gəlir.  
   Meşə-çöl. MDB-də meşə-çöl bitki tipi böyük sahə tutur. Bu tip kontinental iqlimli 
materikdaxili rayonlar üçün səciyyəvi olduğundan Avropada Macarıstan 
puştalarından qərbə keçmir. Meşə-çöl Karpat dağlarından tutmuş Altaya qədər bütöv 
zolaq kimi uzanır, Altaydan şərqdə isə ayrıca adalar şəklində rast gəlinir.  
   MDB ərazisində bu zona meşələrinin tərkibində yarpaqlı növlər üstünlük təşkil edir. 
İynəyarpaqlılardan şam ağacına,Altaydan şərqdə isə qaraşama təsadüf olunur.  
   Meşə-çöl bitki tipinin 2-ci kompanenti olan müxtəlifotlu çöllər üçün sıx ot örtüyü, 
müxtəlif otların dənli bitkilərdən üstünlüyü, yazın axırlarında-yayın əvvəllərində 
əlvan mənzərənin dəfələrlə dəyişilməsi, növlərin həddən artıq zənginliyi və torpağın 
başdan-başa və ya tamamilə çimləşmiş olması səciyyəvidir.  
Heyvanlar aləmi. 
   Heyvanlar aləmi coğrafi mühitin hərəkət edən komponentidir. Lakin bu hərəkətlilik 
olduqca şərtidir: heyvanlar və onların qanunlarının yayılması müəyyən landşaftlarla 
sıx əlaqədardır.  
   Tropik ölkələrə nisbətən MDB-nin heyvanlar aləmi kasıbdır. MDB ərazisində Yer 
kürəsindəki ümumi fauna miqdarının təxminən 8.5 %-nə, yaxud 125-130 min növünə 
təsadüf olunur. Həşarat aləmi çox rəngarəng olub, 100 min növdən artıqdır. 
Məməlilərin 321, quşların 796, sürünənlərin isə 138 növü aşkar edilmişdir.  
   MDB ərazisi bir coğrafi vilayətə- Arktikadan başlayaraq, Avroasiya və Afrikanın 
subtropiklərinə qədər çox geniş bir ərazini tutan Palearktikaya daxildir. Vilayətdə 
aşağıdakı yarımvilayətlər fərqləndirilir: Arktika, Avropa-Sibir, Aralıq dənizi, Mərkəzi 
Asiya və Himalay-Çin.  
behruzmelikov.com
behruzmelikov.com


   Arktika yarımvilayəti. Buraya Arktika adaları və materikin sahilboyunda yerləşmiş 
tundra sahəsi daxildir. Heyvanlar aləmi növ cəhətdən kasıb olub, havanın alçaq 
temperaturuna, xeyli davam edən qar örtüyünə yaxşı uyğunlaşmışdır. Tundranın 
xarakterik nümayəndələri bunlardır: şimal tülküsü, şimal maralı, alasiçan, qütb 
bayquşu, ağ və tundra kəklikləri.  
   Avropa-Sibir yarımvilayəti. Vilayət şimalda tayqadan başlayıb, cənubda çöllərə 
qədər olan bütün sahəni əhatə edir. Heyvanlar aləmi Arktika yarımvilayətinə nisbətən 
zəngin olub, bitki, torpaq və iqlimin enlik zonallığı aydın görünür. Meşə zonasının 
tipik nümunələri sığın, qonur ayı, vaşaq, sincab, burunduk, samur, ağ dovşan, 
quşlardan meşəxoruzu, qarabağır quşu, tetra quşu, ağacdələn, alacadimdik, qaratoyuq 
və ayıquşudur.  
   Çöl zonasında açıqlıq sahələrin heyvanları yaşayır. Çöllərdə çoxlu yeraltı yuva 
qazan gəmiricilər vardır: çöl kəsəyəni, çölsiçanı, sünbülqıran, ərəbdovşanı, köstəbək, 
çöl zonası üçün yırtıcılardan safsar, tülkü, quşlardan dovdaq və bəzgək, meşəxoruzu 
və meşəçili iynəyarpaqlı meşələr üçün səciyyəvi olduğu kimi, çöllər üçün də 
səciyyəvidir. Sürünənlər gürzə, sarıqarın və pallas bağailanı, xallı kərtənkələ və adi 
koramaldan ibarətdir.  
   Aralıq dənizi yarımvilayəti. O özünün şimal kənarı ilə MDB ərazisində Qafqaza və 
Dağlıq Krıma daxil olur. Bu rayonların kiçik olmasına baxmayaraq, Aralıq dənizi 
mənşəli bir çox növ və endemiklərdən ibarət zəngin və müxtəlif faunası vardır. 
Qafqazda Aralıq dənizi və Cənubi Asiya mənşəli heyvanlardan dağ keçisi, bəbir, 
kaftar, çaqqal, oxlu kirpi, İran sincabı, Aralıq dənizi yarasası, nalburun yarasasının bir 
neçə növlərinə və sairəyə təsadüf etmək olar.  
   Mərkəzi Asiya yarımvilayəti. Buraya Qazaxıstan və Orta Asiyanın yarımsəhra və 
səhralarının heyvanlar aləmi daxildir. Bu yarımvilayətin faunası nisbətən zəngin və 
qədim olub, səhra landşaftında yaşamaq üçün uyğunlaşmışdır. Gündüz torpaq çox 
bərk qızdığından heyvanların əksəriyyəti gecə həyatı keçirir, bəzi növlər isə 
səhralarda hər şey yanıb quruduqdan sonra yay yuxusuna gedir. Tipik nümayəndələri 
antilop-ceyran, qulan, barxan pişiyi, kiçik və tüklüayaqlı ərəbdovşanlarıdır.  
   Himalay-Çin yarımvilayəti. Vilayətə Ussuri hövzəsi və Amur çayının orta axını aid 
edilir. Şimal tayqa zonasının heyvanları ilə bərabər, bu yarımvilayətdə bir sıra cənub 
növlərinə - Mancuriya-Çin və hətta Hindistan mənşəli heyvanlara rast gəlinir; xallı 
maral, qara ayı, amur dələsi, qırmızı canavar, pələng, yenotabənzər it, mandarinka 
ördəyi, Uzaq Şərq yumşaq tısbağası və s. heyvanlar. 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə