Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   20   21   22   23   24   25   26   27   28

 
 
yerlərdə əhəngdaşları torpaq örtüyündən tamamilə məhrum olmuş və kar çölü 
yaratmışdır.   
Kerç yarımadası.
 Yarımadanın relyefi təpəlidir. Yüksək olmayan təpələr və 
çökəklərlə ayrılan ayrı-ayrı təpələr paleogen və neogen süxurlarından təşkil 
olunmuşdur. Nüvə hissəsində, yumşaq gillərin braxiantiklinallarından üzə çıxdığı 
sahələrdə antiklinal çökəklərin əmələ gəlməsi səciyyəvidir. Palçıq vulkanlarına da rast 
gəlinir.  
Çöllük Krım. 
Bu, hamar, demək olar ki, ideal düzənlikdir. Tarxanqut yarımadasının 
relyefi bir neçə yastı qalxmaları olan dalğalı sahədir.  
Iqlimi, suları və torpaq-bitki örtüyü 
   Dağlıq Krım. Krım dağlarında landşaft hündürlük zonallığı aydın görünür. Dağlıq 
Krım iqlim şəraitinə görə Aralıq dənizi iqlimi sahəsinin şimal-şərq kənarına daxil 
edilə bilər. Iqlim şəraitinə əsasən şimaldan gələn kontinental hava kütlələrinin təsiri 
ilə müəyyənləşdirilən, bütün Krım yarımadasından fərqli olaraq, materikdən gələn 
küləklərdən dağlar vasitəsilə qorunan cənub sahili iqlimində dənizin mülayimləşdirici 
təsiri çoxdur. Yağıntılar burada ən çox qışda düşür. Illik yağıntının miqdarı 600 mm-ə 
(Yalta) yaxındır. Yanvarın orta temperaturu 4ºS-ə yaxındır. Cənub sahili üçün 
xüsusilə yayda brizlər səciyyəvidir. Fyon zamanı bəzən havanın temperaturu 10ºS-ə 
qalxır. 
   Cənub yamacın çayları qısa, hövzələrinin kiçik olması ilə fərqlənir. Çaylar yağış 
suları, yeraltı sular və qışda dağlarda toplanan qar ehtiyatı ilə qidalanır. Çaylar daşqın 
rejimlidir.  
   Krımın cənub sahilində qırmızı-qonur və qəhvəyi torpaqlar inkişaf etmişdir. Krımın 
cənub sahilinin florası növlərinin zənginliyinə görə fərqlənir. Burada 1500-ə qədər 
bitki növü var. Təxminən 300 m yüksəkliyə kimi həmişəyaşıl və yarpağını tökən 
behruzmelikov.com
behruzmelikov.com


 
 
kollardan ibarət meşəaltı pöhrəliklər və müxtəlif ot örtüyü olan alçaqboylu kserofit 
palıd-ardıc meşələri qalxır.  
Kerç yarımadası
Iqlimi qurudur. Illik yağıntının miqdarı 300-400 mm-dir. Qismən 
şorakətli cənub qaratorpaqları, şabalıdı, hətta şoran torpaqlar yayılmışdır. Çöl bitkiləri 
üstünlük təşkil edir. Lakin burada kol bitkiləri də hakimdir. Feodosiya körfəzi 
sahillərinin böyük bir hissəsində yovşanlı-şoranlı yarımsəhra uzanmışdır.  
Çöllük Krım.
 Şimali Krımın qışı nisbətən yumşaq, yayı isə çox isti olan çöl iqliminə 
malikdir. Illik yağıntıların miqdarı 500-800 mm-dən az olur. Əsas çayları Yayla 
tərəfdən axır, onların qidalanması Cənub yamacın çaylarında olduğu kimi yeraltı, qar 
və yağış suları ilə qidalanır. Çöllük Krımın torpaqları əsasən cənub humuslu və 
karbonatlı qaratorpaqlardan ibarətdir. Onlar şimalda şabalıdı torpaqlarla əvəz olunur. 
Sivaşda və Karkinit körfəzi sahillərində şoran və şorakətlət inkişaf etmişdir. Çöllük 
Krımda yayılmış fauna əsasən Rusiya düzənliyi çöllərində olduğu kimidir. 
 
 
behruzmelikov.com
behruzmelikov.com


                                           Ural 
   
Qədimdən bu dağları Avropa ilə Asiya arasında sərhəd hesab edirlər. Ural türk 
mənşəli söz olub, “qurşaq” deməkdir. Bu dağların ümüumi uzunluğu 2000 km-ə 
yaxın, eni isə 40-60 km-dir, yalnız bəzi yerlərdə 100 km-ə çatır. Ural şimal-qərbdə 
Pay-Xoy dağları və Vayqaç adasından Novaya zemlya dağlarına keçir. Uralın cənub 
davamını Muqocar dağları təşkil edir.  
Geoloji quruluşu.
 
   Ural qədim qırışıq dağlar sırasına daxildir. Paleozoyda bu dağların yerində 
geosinklinal olmuşdur. Ural bir neçə dağ əmələgəlmə prosesinə məruz qalmışdır. 
Başlıca qırışıqlıq hertsin qırışıqlığı olmuşdur. Hertsin qırışıqlığı dağın şərqində daha 
intensiv olmuşdur. Qərb yamaclarda sadə qırışıqlıqlar üstünlük təşkil edir, 
üstəgəlmələrə az təsadüf olunur, intruzivlər isə yoxdur. Hertsin dağ 
əmələgəlməsindən sonra Ural geosinklinalının yerində qırışıq dağlar yaranmışdır. 
Sonrakı tektonik hərəkətlər qaymalı qalxma və enmə xarakteri daşımış, yalnız kiçik 
sahələrdə intensiv qırışıq əmələgəlməsi və qırılmalarla müşayiət edilmişdir. 
Neogendə-IV dövrdə Uralda differensial tektonik hərəkətlər baş vermişdir.  
   Tektonik cəhətdən bütün Ural bir-birindən dərinlik qırılmaları ilə ayrılmış 
antiklinorium və sinklinoriumların mürəkkəb sistemlərindən ibarət böyük 
meqantiklinoriumdur.  
   Uralda qərbdən şərqə struktur-tektonik zonaların və onlarla yanaşı, yaşına, 
litologiyasına və mənşəyinə görə fərqlənən dağ süxurlarının dəyişilməsini aydın 
görmək mümkündür. Aşağıdakı struktur tektonik zonalar ayrılmışdır.  
1.
 
Kənar və periklinal əyilmələr zonası 
2.
 
Kənar antiklinoriumlar zonası 
3.
 
Şistli sinklinoriumlar zonası 
behruzmelikov.com
behruzmelikov.com


4.
 
Mərkəzi Ural antiklinoriumu zonası 
5.
 
Yaşıldaş sinklinorium zonası 
6.
 
Şərqi Ural antiklinoriumu zonası 
7.
 
Şərqi Ural sinklinoriumu zonası 
   Uralda faydalı qazıntıların yerləşməsi də bu meridionallığa tabedir.  
Oroqrafiya və geomorfologiyası. 
   Ural meridian istiqamətində bir-birinə paralel uzanan sıra dağlar sistemidir. Burada 
sıra dağlar arasında çay dərələri ilə tutulmuş geniş çökəkliklər yerləşir. 
   Uralın oroqrafiyası onun tektonik strukturu ilə sıx əlaqədardır. Sıra dağlar və 
uvallar, əsasən, antiklinal zonalara, çökəkliklər isə sinklinal zonalara müvafiq gəlir. 
Uralda alçaq sahələr yüksək dağ düyünləri ilə əvəz olunur. Belə düyünlər Ural dağ 
sisteminin uzanma istiqamətini dəyişdiyi rayonlara müvafiq gəlir. Bunlardan ən 
başlıcaları Qütbyanı, Orta Ural və Cənubu Ural düyünləridir. Ural dağlarının ən uca 
zirvəsi Narodnaya dağıdır (1895 m).  
   Ural relyefinin ümumi xüsusiyyəti onun qərb və şərq yamaclarının assimetrikliyidir. 
Qərb yamac az meyilli olub, tədricən Rus düzənliyinə keçir, şərq yamacı isə Qərbi 
Sibir düzənliyinə doğru dik düşür. Assimetriya ilə Uralın başqa bir oroqrafiq 
xüsusiyyəti də əlaqədardır. Bu da Rusiya düzənliyi çaylarını Qərbi Sibir çaylarından 
ayıran baş suayırıcı tirəni şərqə, Qərbi Sibir ovalığına tərəf çəkilməsidir.  
   Uralda alçaq və orta dağlıq geomorfoloji landşaftların hakim olması, mütləq 
yüksəkliyin azlığı ilə müəyyənləşdirilir. Şimal və Qütb Uralı meşələrin yuxarı sərhədi 
yaxınlğında və ondan yuxarıda şiddətli şaxta aşınması sahələrində daş dənizləri 
(kurumlar) geniş yayılmışdır.  Ural dağlarında ali relyef formalarına çox nadir 
hallarda təsadüf edilir. Onlar Qütb və Qütbyanı Uralın yalnız ən çox qalxmış 
hissələrində məlumdur.  
behruzmelikov.com
behruzmelikov.com


   Uralda buzlaqların ümumi sayı 122, bütün buzlaqların sahəsi isə 25 km²-dən azca 
artıqdır. Uralda qədim dördüncü dövr buzlaşması da intensiv olmamışdır.  
   Uralda karst relyef formaları geniş yayılmışdır. Onun uzununa yerləşmiş 
çökəkliklərinin bir çoxu karst-tektonik mənşəlidir. Uralda ən böyük mağara uzunluğu 
8 km olan Sumqan mağarasıdır. Çoxlu qrotları və yeraltı gölləri olan Kunqur buz 
mağarası olduqca məşhurdur.  
İqlimi
 
   Uralda iqlimin şimalda tundra tipindən tutmuş cənubda çöl tipinə qədər zonal 
dəyişməsini müşahidə etmək olar. Uralın şimalında iyulun orta temperaturu 6-8ºS-dən 
aşağı, cənubunda isə 22ºS-dən yuxarıdır. Qışda yanvarın orta temperaturu həm 
şimalda (-20ºS), həm də cənubda (-15-16ºS) eyni dərəcədə aşağı olur. 
  Ural hakim qərb küləklərinin istiqamətinə köndələn uzanmışdır. Buna görə də onun 
qərb yamacları siklonları tez-tez qarşılayır və şərq yamaclarına nisbətən yaxşı 
rütubətlənmişdir. Orta hesabla qərb yamac 100-150 mm-dən artıq yağıntı alır. 
Yağıntılar ən çox Qütbyanı Uralın qərb yamacına, Qütb və Cənubi Uralın şimal 
hissəsinə düşür.  
   Müxtəlif yüksəkliyə malik dağlar, müxtəlif baxımlı yamaclar, dağarası dərələr və 
çökəklərin hər birinin özünəməxsus xüsusi iqlimi vardır. Qışda soyuq hava dağ 
yamacları ilə üzü aşağı çökəklərə axıb orada soyuyur və nəticədə dağlarda çox 
yayılmış temperatur inversiyası hadisəsinə səbəb olur.  
Çayları və
 gölləri. 
   Ural Xəzər dənizi, Qara dəniz və Barens dənizi hövzələrinə aid inkişaf etmiş çay 
şəbəkəsinə malikdir. Uralda çay axımı ona yaxın olan Rusiya və Qərbi Sibir 
düzənliklərindən xeyli artıqdır. Axım paylanmasına müvafiq olaraq çay şəbəkəsi 
Uralın qərb yamacında şərq yamacına nisbətən yaxşı inkişaf etmişdir və çoxsuludur. 
behruzmelikov.com
behruzmelikov.com


Peçora hövzəsi çayları və Kamanın şimal qolları nisbətən çoxsulu, Ural çayı isə 
azsulu hesab olunur.  
   İllik axımın nisbətən az dəyişkənliyi əksər Ural çaylarının başlıca xüsusiyyətidir. 
Uralın bir çox çayları sənaye istehsalı tullantıları ilə çirklənmədən zərər çəkirlər. Buna 
görə də çay suyunun mühafizəsi və təmizlənməsi burada olduqca aktual problemdir.  
   Uralda göllər nisbətən az və sahəsinə görə kiçikdir. Ən böyük sahəsi (101 km²) olan 
Arqazi gölüdür. Mənşəyinə görə gölləri tekronik, buzlaq, karst və suffozion qruplara 
bölürlər. Buzlaq gölləri Qütb və Qütbyanı Uralın dağlıq qurşağında, suffozion-çğkmə 
mənşəli göllər isə Zauralyenin meşə-çöl və çöllərində yayılmışdır.  
Torpaq və bitki örtüyü. 
   Uralın torpaq və bitki örtüyü xüsusi dağ enlik zonallığı kimi (şimalda tundradan 
başlamış cənubda çöllərə qədər) özünü göstərir. Cənubi Uralda adi çöl və cənub 
meşə-çöl landşaftları təşəkkül tapmışdır. Uralın ucqar şimalı dağın ətəyindən tutmuş 
zirvəsinə qədər dağ tundrası ilə örtülmüşdür.  
   Meşələr Uralda ən geniş yayılmış bitki tipidir. Meşələr tərkibcə müxtəlifdir: 
iynəyarpaqlı, enliyarpaqlı və xırdayarpaqlı. Uralın iynəyarpaqlı meşələri tamamilə 
Sibir xarakterlidir. İynəyarpaqlı meşələr Uralın şimal hissəsində yayılmışdır. Belə 
meşələrdə əsas rol küknar-ağşam meşəsinə məxsusdur.  
   Enliyarpaqlı meşələr yalnız Cənubi Uralın qərb yamacında nəzərə çarpacaq rol 
oynayır. Qarışıq meşələrə isə Orta və Cənubi Ural ərazisində rast gəlinir.  
   Meşələrin altında müxtəlif dərəcədə bataqlıqlaşmış dağ-podzol torpaqlar inkişaf 
etmişdir. Cənub tayqası görkəminə malik iynəyarpaqlı meşələrin yayıldığı vilayətin 
cənubunda tipik dağ-podzol torpaqlar çimli dağ-podzol torpaqlarla əvəz olunur. Daha 
cənubda, Cənubi Uralın qarışıq, enliyarpaqlı və xırdayarpaqlı meşələri altında boz 
meşə torpaqları yayılmışdır.  
behruzmelikov.com
behruzmelikov.com


Uralın landşaft ə
yalətləri. 
   Qütb Uralının tundra və meşə-tundra vilayəti. Pay-Xoy sıra dağları ilə birlikdə Qütb 
Uralının qabarıq tərəfi şərqə çevrilmiş qövs əmələ gətirir. Qütb Uralının özü 
Baydarats qubası sahilində alçaq Konstantinov Kamen (492 m) dağı ilə başlayır. 
Cənuba tərəf dağların yüksəkliyi kəskin artır. Maksimal yüksəkliklər vilayətin cənub 
hissəsində cəmlənmişdir. Burada hakim relyef tipi kənarları dərin troqvari dərələrlə 
parçalanmış və buzlaq örtüyünün izləri ilə hamarlanmış yaylaya bənzər səthlərdir.  
   Iqlimi soyuq və rütubətlidir. İyulun orta temperaturu dağətəyində 8-14º S-dir. 
Yağıntının illik miqdarı cənuba tərəf 500 mm-dən 800 mm-ə qədər artır.  
   Torpaq-bitki örtüyü yeknəsəkdir. Onun şimal hissəsində düzənlik və dağlıq 
tundraları qovuşur. Dağların ətəklərində mamır, şibyə və kollu tundra, dağlıq vilayətin 
mərkəzi hissəsində bitki örtüyündən məhrum daş ovuntuları yayılmışdır.  
Şimali Uralın tayqa vilayəti. Vilayət Sablya dağı massivinin cənubundan başlayır və 
Konjakov Kamen (1569) zirvəsi ilə qurtarır. Şimali Uralda alp relyef formalrı 
yayılmışdır, zirvələrin əksəriyyəti gümbəzəoxşar formaya malikdir. Şimali Uralda 3-4 
qədim hamarlanma səthi aydın görünür. Həmçinin, meşənin yuxarı sərhədindən 
yuxarıda dağüstü terrasların geniş yayılması da xarakterikdir. Dağətəyi zolaq Şimali 
Uralın şərq yamacında qərb yamacına nisbətən ensizdir.  
   Şimali Uralın iqlimi soyuq və rütubətlidir, ancaq Qütb Uralının iqliminə nisbətən az 
sərtdir. Iyunun orta temperaturu 16ºS-ə qədər artır. Yağıntılar 800 mm-ə qədər düşür. 
   Şimali Ural Qütb Uralından bitki və torpaq örtüyünün xarakterinə görə kəskin 
fərqlənir. Şimali Uralda dağlar başdan-başa sıx iynəyarpaqlı tayqa ilə örtülüdür. 
Şimali Ural tayqası tünd iynəyarpaqlıdır. Burada Sibir küknarı üstünlük təşkil edir. 
Vilayətin şimal yarısı Şimali tayqanın şibyəli-mamırlı sidr küknarı meşələri ilə 
örtülmüşdür. Vilayətin cənub yarısında ağ şam-küknar meşəliyi inkişaf etmişdir.  
behruzmelikov.com
behruzmelikov.com


   Şimali Uralın iynəyarpaqlı tayqa bitkiləri onun torpaq örtüyünün xüsusiyyətlərini 
müəyyənləşdirir. Bu, dağ podzol torpaqlarının yayıldığı vilayətdir. Şimalda, 
dağətəklərində qleyli-podzol torpaqlar, cənubda, tipik tayqa zolağında isə podzol 
torpaqlar yayılmışdır.  
Orta Uralın tayqa və qarışıq meşələr vilayəti. Ural dağları bu vilayətdə alçalır və dağ 
qurşağı meridian istiqamətində cənub-cənub-şərqə dəyişir. Yeni tektonik hərəkətlər 
Orta Uralda zəif əks olunmuşdur. Bura möhkəm kristallik süxurlardan təşkil 
olunmuşdur. Orta Uralda çay dərələri nisbətən geniş və işlənmişdir.  
   Orta Uralın iqlimi Şimali Urala nisbətən daha əlverişlidir. Iyulun orta temperaturu 
16-18ºS, yağıntıların illik miqdarı 500-600 mm, dağların bəzi yerlərində isə 600 mm-
dən artıqdır. Orta Uralın ətəkləri şimalda tayqa, cənuba doğru isə meşə-çöllə 
örtülmüşdür. Lakin Orta Ural meşə-çöl yox, meşə landşaftı vilayətidir. Burada 
meşələr dağları tamamilə örtür.  
   Orta Uralın cənubi tayqa meşələri altında düzənlikdə olduğu kimi, çimli-podzol 
torpaqlar inkişaf etmişdirş vilayətin cənubunda və dağətəklərində onlar boz meşə 
torpaqları, bəzi yerlərdə qələviləşmiş qara torpaqlar, meşə qurşağının yuxarı 
hissəsində isə podzollaşmamış turş dağ-meşə torpaqları ilə sıxışdırılmışlar.  
   Orta Uralın cənub tayqası və qarışıq meşələr vilayətində 3 landşaft əyaləti ayırmaq 
olur: Orta Preduralye əyaləti, Orta Uralın mərkəzi əyaləti, Orta Zauralye əyaləti. 
Cənubi Uralın yüksəklik meşə qurşağının geniş inkişaf etdiyi meşə-çöl və çöl vilayəti. 
Vilayət Orta Uraldan yüksəkliyinin xeyli olması ilə fərqlənir. Şərqdə Cənubi Uralın 
ox hissəsi Cənubi Ural peneplen düzənliyinə nisbətən daha alçaq və daha hamar olan 
düzənliyə-Zauralye penepleninə keçir. Dağətəyi hissələr üçün uvallı-təpəli 
düzənlikləri olan xırdatəpəliklər səciyyəvidir.  
behruzmelikov.com
behruzmelikov.com


   Cənubi Uralın iqlimi Orta və Şimali Urala nisbətən quru və kontinentaldır. Iyulun 
orta temperaturu dağətəklərində 22ºS-ə qədər artır. Il ərzində 400-500 mm, şimaldakı 
dağlarda isə 600 mm və daha çox yağıntı düşür.  
   Vilayətin cənub və cənub-şərqinin alçaq dağətəklərində adi və cənub qaratorpaqları 
dənli bitkili çöllərlə örtülmüşdür. Cənubi Uralda çöllərlə yanaşı meşə-çöl zonası da 
geniş yayılmışdır. Açıq meşələr və müxtəlifotlu çöllər altında boz meşə 
torpaqlarından qələviləşmiş və tipik qaratorpaqlara qədər müxtılif torpaq növləri 
inkişaf etmişdir.  
   Cənubi Uralda 4 landşaft əyaləti ayrılır: Cənubi Preduralye əyaləti, Cənubi Uralın 
orta dağlıq əyaləti, Cənubi Uralın alçaq dağlıq əyaləti, Cənubi Zauralye əyaləti. 
behruzmelikov.com
behruzmelikov.com


                                 Uzaq Şərq 
   
Uzaq Şərqin əsas təbii xüsusiyyətləri onun Asiya qitəsinin şərq qurtaracağında 
yerləşməsilə müəyyənləşir. Və buna birbaşa Sakit okeanın və onun dənizlərinin təsiri 
daha çox özünü biruzə verir. Uzaq Şərq sahillərini Çukot, Berrinq dənizləri yuyur. 
Oxot və Yapon dənizləri, bəzi yerlərdə Sakit okean suları Uzaq Şərq sahillərinə təsir 
edir. Materik daxillərinə onların təsiri az olsa da, Uzaq Şərq böyük quru sahəsi cənub-
qərb istiqamətindən şimal-şərq istiqamətə doğru 4500 km məsafədə uzanır. Materik 
zolağından başqa, Uzaq Şərqə Saxalin, Şantar adası (Oxot dənizi daxilində), Kuril 
adaları, ona qonşu olan Kamçatka yarımadası və Karagin və Kamçatka adaları 
daxildir. Uzaq Şərq və Şərqi Sibir arasında sərhəd iqlim xüsusiyyətlərinə görə ayrılır. 
Uzaq Şərq əsasən dağlıq ərazidir. Mezozoy və Kaynazoy qırışıqlı Sakit okean 
hövzəsinə aid olub, ayrı-ayrı sahələri müasir geosinklinallardan kənarda yerləşir.  
    Uzaq Şərqin Sibirdən fərqi onun cənubda olan musson iqlimindən və mussona 
bənzər şimal hissədə dəniz iqlimindən, Sakit okean və Şimali Asiya quru sahələri 
arasındakı fərqlərdən ibarətdir. İqlimin əsas təsir göstəriciləri dağlıq relyeflə bağlıdır. 
Dəniz sahili vəziyyətlə əlaqədar musson iqlim Uzaq Şərqin düzənliklərində coğrafi 
zonalar yaradır.  
   Tundra landşaft zonasına burada 58-59° şimal enliklərində rast gəlinir. Meşələr 
Uzaq Şərqin cənub rayonlarına çatan ərazilərinə qədər hakimlik edir. Buna analoji hal 
kimi Şimali Amerikanın şərq hissəsi uyğun gəlir. Mürəkkəb relyef  dağarası 
düzənliklər və dağlıq təpəliklər üçün xarakterik olaraq ərazinin landşaft 
differensasiyasını yaradır. Düzənliklərdə geniş yayılmış meşə və tundra zonası dağlıq 
meşə xüsusiyyətləri ilə yanaşı landşaft tiplərini yaradır. Mürəkkəb relyefi, dağlıq və 
dağarası düzənlikləri meşə və tundra, əsasən də dağ-meşə landşaftları üçün 
xarakterikdir. Bununla əlaqədar zoocoğrafi və flora xüsusiyyətlərinə görə Uzaq Şərq 
ərazisi müxtəlifliyinə görə fərqlənir.  
behruzmelikov.com
behruzmelikov.com


   Uzaq Şərq ilk dəfə 1639-cu ildə İvan Moskvit tərəfindən tətqiq olunmuşdur. 1648-
52-ci illərdə Papov və Dejnyov tərəfindən Asiyanın şimal-şərq sahilləri (Anadır və 
Kamçatkaya qədər geniş bir ərazi) tətbiq olunmuşdur. Şərqin təbiətinin 
öyrənilməsində, Kamçatka vulkanlarının öyrənilməsində , şimal rayonlarında 
Obriçev, Sminrov və s. rolu böyük olmuşdur.  
   Uzaq Şərqin fiziki-coğrafi ölkələrə bölünməsi. Uzaq Şərq ərazisinin təbii şəraitinə 
görə müxtəlifliyi əsasən onun şimal və cənub vilayətlərində özünü biruzə verməsidir. 
Şimal hissədə iqlim tipik musson xarakterlidir. İllik yağıntıların miqdarı mümkün 
buxarlanmadan daha çoxdur. Əsasən şimal yarım sahəsi həddindən artıq rütubətlidir. 
Cənub hissəsi mülayim rütubətlidir. Şimal və cənub hissələrinin təbii fərqləri ətraf 
ərazilərin biocoğrafi xüsusiyyətləri ilə seçilir. Belə ki, Sibir şimalda, Şimal-şərqi Çin 
Mancuriyada, cənubda isə Koreya və Yaponiya. Bütün bunlar Uzaq Şərq ərazisini 2 
əsas hissəyə bölməyə imkan verir: şimal və cənub hissə. Cənub hissəyə Amurətrafı, 
Primorya və saxalin, şimal hissəyə isə materikin ucqar Ud dodaqları və çaun 
dodaqları, həmçinin Dejnyov burnu daxildir. Kamçatka və Kuril adaları da bu 
təsnifata aid edilir. Bu 2 əsas fiziki-coğrafi hissələr ölkə daxilinə aid edilir. Bu 
hissələr fiziki-coğrafi ölkələrdə V.B. Soçova görə cənub hissə Amur-Saxalin, şimal 
hissə Şimali sakit okean adlandırılır. Bu da onun Oxot dənizi sahillərini Sibirə aid 
etməsilə əlaqəlidir. 
   Amur-Saxalin vilayəti. Bu fiziki-coğrafi ölkənin geoloji quruluşu müxtəlifdir. 
Priamuryenin böyük hissəsi mezozoy qırışıqlığı vilayətinə aiddir. Cənub hissədə Zey 
və Burek çayları hövzəsində bu çıxış Hertsin bünövrəsinə aiddir. Şimal-qərbi 
Stanavoy dağlarının cənub yamacları boyunca Baykal kompleks platformasının Sibir 
platformasına aid olduğunu sübuta yetirir. Amur-Saxalin ölkəsinin dağlarında müasir 
buzlaşmalar yox dərəcəsindədir. Ərazidə güclü musson yağışları nəticəsində çaylarda 
yay daşqınları baş verir, nəticədə sahillərin yuyulmasına, sürüşmələrə səbəb olur. 
Ərazinin relyef tiplərində dağ müxtəlifliyi vardır. Orta dağlıqlar arasında erozion 
behruzmelikov.com
behruzmelikov.com


dərələrlə parçalanma qırışıq dağların əmələ gəlməsinə səbəb olmuşdur. Bu cür relyef 
tipinə Saxalində də rast gəlinir. Alçaq dağlıq relyefdə qırışıqlı dağlara, təpələrə, əsas 
dağ sistemlərini yaradan ön dağlığa və digər alçaq dağlıq ərazilərə rast gəlinir. 
Düzənliklər sahil və dağarası çökəkliklərdə yayılmışdır. 
behruzmelikov.com
behruzmelikov.com

Document Outline


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə