Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   20   21   22   23   24   25   26   27   28

palıd,şam,vələs üstünlük təşkil edir.Tutduğu sahəyəgğrə enliyarpaq meşələr 
üstündür,oduncaq ehtiyatına görə isə iynəyarpaqlılar birinci yerdədir. 
 
Karpatda torpaq və bitki örtüyünün paylanmasını relyef  çox 
mürəkkəbləşdirir və 5 torpaq-bitki yüksəklik zonası müsahidə olunur: 
 
Palıd meşə
-çölü zonası Predkarpat və Zakarpat düzənlikləri üçün 
səciyyəvidir.Onun toxunulmamış landşaftlarında boz-meşə və çimli-podzol 
torpaqları üzərində palıd meşələriüstünlük təşkil edir. 
 
Karpatlarda ən geniş inkişaf etmiş zona fıstıq-ağşam və küknar qarışıq 
meşələri zonasıdır.Bu zona dağlarda 500 m-dən 1200m-ə qədər yüksəlmiş və 
əsasən avropa ağşamı və küknarı qarışığı olan sıx fıstıq meşələrindən əmələ 
gəlmişdir. 
 
Karpatlarda qarışıq meşələr zonası nisbətən çox məskunlaşmışdır.Cənub-
qərb və şimal-şərq yamaclardan başqa,Mərkəzi Karpatın xeyli hissəsi qarışıq 
meşələrlə örtülmüşdür. 
 
İynəyarpaqlı meşələr zonası
 1200-1500 m hündürlükdə yerləşir.O,əsasən 
küknar və seyrək küknar-ağşam meşələrindən əmələ gəlmişdir. 
 
Subalp zonası
 (1500-1800).Bu dağ-çəmən torpaqları üzərində dağ 
çəmənləri və alçaqboylu yerə sərili kolluqlar zonasıdır.Kollardan ən çox yerəyatan 
şama,yaşıl qızılağaca və ardıca təsadüf edilir.Karpatların az-çox yastılanmış 
səthlərində inkişaf etmiş subalp çəmənləri polonin adı daşıyır. 
 
Alp zonası
.Şərqi Karpatların dəniz səviyyəsindən 1800 m-dən çoxyüksəyə 
qalxan ən yüksək zirvələrində yerləşir.Bu zona üçün alçaqboylu taxılkimilər,qara-
gil,qatırquyruqlu mamır-şibyə sahələri xarakterikdir. 
 
 
Heyvanlar aləmi 
 
Karpatlar zoocoğrafi cəhətdən iki əlamətlə:meşə kompleksi heyvanlarının 
üstünlüyü və Qərbi Avropa və Aralıq dənizi mənşəli növlərin üstünlüyü ilə 
səciyyələnir.Həşəratlar faunasının 74 növü içərisində ümümi tərkibin 36%-ni təşkil 
edən həşaratyeyən və qoluqanadlılar xeyli çoxdur.Quşlar faunası zəngin olub 280 
növü vardır. 
behruzmelikov.com
behruzmelikov.com


 
Fıstıq meşələrində qaban,cüyür,maral,tülkü,meşəpişiyi,dələ,porsuq,meşə 
suleysini yaşayır.Küknar tayqası ilə örtülü sakit yerlər üçün qonur 
ayı,vaşaq,meşəxoruzu və qarabağır adidir,axırıncılar fıstıq meşələri üçün də 
səciyyəvidir. 
 
 
Ukrayna Karpatlarının landşaft əyalətləri
  
 
 Ukrayna  Karpatlarında uzununa struktur-morfoloji və landşaft zonallığı 
yaxşı seçildiyinə görə burada 5 landşaft əyaləti ayırmaq mümkündür. 
 
Predkarpatyenin meşə
-çöl əyaləti. O,Rusiya düzənliyinn Dneprboyu və 
Podol yüksəkliyi meşə-çöl vilayətinin qərb kənarını əhatə edir.Dneprboyu və Podol 
meşə-çölünün qlqn hissələrindən fərqli olaraq Predkarpatye daha yüksək (500 m-ə 
qədər) və parçalanmış relyefə malikdir.Bu da meşə-çöl landşafının kəskin şaquli 
diferensiasiyasına,suayırıcıların meşələşməsinə,dərələrin yataqüstü terraslarla 
birlikdə bozqırlaşmasına səbəb olur.Prikarpatye meşə-çölünün yüksəklik və 
dağətəyi vilayəti onun çox rütubətlənməsinə səbəb olmuşdur. 
 
Ukrayna Karpatlarının şimal yamacının qarışıq meşələr əyaləti
.Xarici 
Karpatların alçaq və orta dağlıq landşaftlarını əhatə edir.Onun ən yüksək sahəsi 
Qorqanlar adı ilə məşhur olan mərkəz hissəsidir.Qorqanların yüksəkliyi 1800m-
dən artıqdır.Qorqanlar Dnestrin sağ qollarının dərin və dar köndələn dərələri ilə 
kəsilmişdir.Əyalətin iqlimi rütubətli və sərindir,meşələrin tərkibində,xüsusilə 
Qorqanlarda,ağşam və küknar üstünlük təşkil eir.Dağların yuxarı hissəsində dağ-
podzol torpaqlar üzərində küknarlıqlar hakimdir. 
 
Mərkəzi Dağlıq Karpat əyaləti .O, Suayırıcı-Verxovina və Polon-Çernoqor 
geomorfolji vilayətlərini əhatə edir.Bütövlükdə əyalət xeyli yüksəyə qaldırılmış və 
Dağlıq Karpat üçün daha səciyyəvi olan verxovin və poloninlər kimi iki məhəl 
tiplərinin mürəkkəb qarışığında özünü əks etdirir.Verxovina məhəl yipi 
özünəməxsus mülayim yamaclı daxili alçaq dağlığın təzahürü və yerli əhalinin 
tsarinki adlandırdığı təkrar mənşəli çəmənləin geniş yayılması ilə 
səciyyələnir.Poloninlərə- subalp çəmənlərinə əyalətin cənubu və yamacları meşə 
behruzmelikov.com
behruzmelikov.com


ilə örtülü daha yüksək dağlar məxsusdur.Şərqdə alp relyef  formaları olan çernoqor 
dağ qrupu yerləşir. 
 
Cənub yamacın Orta Avropaya məxsus fıstıq meşələri əyaləti.Bura 
Karpatın Orta Dunay ovalığına baxanvə cənub yamacları daxildir.Gümbəzəoxşar 
vulkanik dağlar və silsilələr vələs,yalançı çinar və palıd qarışığı olan sıx fıstıq 
meşələri ilə örtülmüşdür.İqlimi rütubətli və istidir.Turş-qonur torpaqlar üstünlük 
təşkil edir. 
 
Ovalıq Zakarpatye əyaləti 
.O,Tisaboyu alluvial düzənliyə uyğun 
gəlir,tamam hamar,zəif drenajlıdır.ovalıq zəngin iqlim ehtiyatlarına 
malikdir.Temperaturu 10
°
S-dən yuxarı olan dövrdə orta sutkalıq temperaturun 
cəmi 2900-3100
°
-ə çatır.Əyalətin torpaq örtüyü turş qonur çimli-podzol və çimli-
qleyli torpaqlardan ibarətdir.Keçmişdə Tisaboyu ovalığında Qərbi Avropa tipli 
palıd meşələri hakim olmuşdur.Hazırda isə onun ərazisinin 50%-dən çoxu əkin,bağ 
və üzümlüklərin altındadır. 
 
behruzmelikov.com
behruzmelikov.com


 
 
                                            Krım 
Krım yarımadası MDB-nin Avropa hissəsinin cənubunda yerləşir. Yarımadanın sahəsi 
26000 km²-ə yaxındır. Inzibati cəhətdən Krım, Ukrayna Krım vilayətinə daxildir. 
Krımı şimal-qərbdə Qara dənizin Karkinit körfəzi, şimal-şərqdə isə Sivaşın suları 
yuyur. Krım şərqdə Kerç yarımadası, qərbdə isə Tarxanqut yarımadası ilə qurtarır. 
Krım fiziki-coğrafi cəhətdən 3 əsas hissəyə bölünür: Çöllük Krım, Dağlıq Krım, Kerç 
yarımadası.  
  Geoloji quruluşu 
   Dağlıq Krım struktur-tektonik cəhətdən cənub hissəsi çökmüş və Qara dənizin suları 
ilə örtülmüş böyük və mürəkkəb antiklinal qalxmadır.  
   Antiklinorinin nüvə hissəsində tərkibində yuxarı trias və alt yuranın qumlu 
təbəqələri olan intensiv qırışmış gilli şistlər Tavr lay dəstəsini yaradır. Antiklinorinin 
şimal qanadında nüvənin qırışıq strukturları üzərində bir-birinə uyğun olmayan 
yatımlı üst təbaşir, paleogen və neogen çöküntülərindən ibarət Şimali Krım 
monoklinalı aydın seçilir. Çöllük Krım ərazisinin səthi əsasən neogenin dəniz və 
dördüncü dövr kontinental çöküntülərindən təşkil olunmuşdur. Krım yarımadasının 
qərb hissəsində xırda qırışıqlarla mürəkkəbləşmiş tirəvari Tarxanqut qalxanı yerləşir. 
Relyef 
   Krımın relyef xüsusiyyətləri onun geoloji quruluşu ilə əlaqədar olub, mürəkkəb 
inkişaf tarixi ilə müəyyənləşdirilir.  
Dağlıq Krım.
 Krım dağları Yayla adlanan əsas silsilədən və ondan şimalda yerləşən, 
Dağlıq Krımın qərb və orta hissələrində aydın seçilən iki Ön kuest tirədən ibarətdir. 
Yaylanın ən yüksək zirvəsi Babuqanyaylavari Roman-Koş dağıdır (1545 m). Yaylaya 
səciyyəvi landşaft xüsusiyyəti verən karst relyef formalarıdır. Yaylada karst tam 
seçilir və Aralıq dənizi tipinin çılpaq karstları üçün klassik nümunədir. Bir çox 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə