Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   20   21   22   23   24   25   26   27   28

çöküntülərinin qalın qatları(qumdaşı,konqlomeratlar,şistlər və s. ) 
toplanır.Paleogendə baş verən qırışıq əmələgəlmə və qalxma prosesləri oliqosenin 
axırında və miosenin əvvəlində fliş çökəkliyinin yox olması ilə nəticələnir.Ukrayna 
Karpatları ərazisində bu dövrdə artıq bütün struktur elementləri – Daxili və Xarici 
antiklinal zonaları,Mərkəzi sinklinal  zona formalaşmış və Predkarpat çökəkləri və 
Zakarpat depressiyaları inkişaf etməyə başlamışdır. 
 
Neogendə Karpat qırışıq dağları peneplenləşməyə məruz qalır.Dağların 
müasir relyefi yeni (pliosen-dördüncü dövr) tektonik hərəkətlər və erosion 
yuyulma nəticəsində yaranmışdır. 
 
Karpatların əsas xarakterik xüsusiyyəti geoloji strukturların və relyefin 
uzununa zonallığının aydın təzahür olunmasıdır.Şimal-qərbdən cənub-şərqə Podol 
yüksəkliyindən Macar ovalığına qədər burada yeddi geomorfoloji vilayət ayrılır. 
 
Predkarpatye (Ön Karpat) vilayəti.Predkarpat kənar çökməsinə müvafiq 
gəlir,ərazisində neogen və dördüncü dövr çöküntüləri geniş yayılmış,çevrilmiş 
morfostrukturdur.Bu,mürəkkəb  oroqrafiyası olan yüksək düzənliklərdir:bəzən 
alçaq dağlığı xatırladan suayırıcılar geniş terraslı düzənliklər və çökəkliklərlə 
növbələnir.Çay dərələrində çoxlu yataqüstü terraslar inkişaf etmişdir.Yuxarı 
terraslar neogen yaşlıdır. 
 
Xarici Karpat vilayəti. Xarici antiklinal zonaya müfafiq gəlməklə alçaq 
dağlıq və orta dağlıq relief ilə səciyyələnir.Predkarpatın yüksəklik düzənliyi ilə 
Xarici Karpat arasında kəskin sərhəd vardır,hər yerdə dik,həm də parçalanmış 
çıxıntılara rast gəlmək olar.Bu dağları təşkil edən paleogen və tabaşirin fliş 
süxurları qırışmışdır,axçalı(pulvari) strukturlar adi haldır.Dağların yüksəkliyi 
1800m və daha çoxdur. 
 
Suayırıcı Verxovina vilayəti
O,mərkəzi və qismən Yuxarı antiklinal zonanı 
əhatə edir.Sinklinal struktur paleogen flişinin yumşaq çöküntüləri ilə birlikdə 
mütləq yüksəkliyi 600-700 m-ə çatan alçaq dağlıq relyef yaranmasına səbəb 
olmuşdur.Vilayətin ərazisində San,Dnestr,Tisa və başqa iri çayların mənbəyi  
yerləşir.Uzununa dağarası çökəklər,əksər hallarda bunlar sonradan alçaqdağlığa 
çevrilən qədim “ ölmüş”çay dərələridir. 
behruzmelikov.com
behruzmelikov.com


 
Polonin-Çernoqor vilayəti. Daxili antiklinal zonaya müvafiq gəlir.Onun 
ərazisinin böyük,şimal-qərb hissəsi nisbətən yüksək Polonin sıra dağı ilə 
tutulmuşdur.Onun meşəsiz yastı zirvələrinin – poloninlərin
1
 səthi miosendə əmələ 
gəlmiş,sonradan yüksəyə qalxan peneplen sahələridir.Polonin dağlarının cənub-
şərqə davamı olan Çernoqor dağları qrupu Sovet Karpatlarının ən yüksək 
hissəsidir.(Qoverla dağı 2061 m).Burada tipik orta dağlıq relief qədim 
buzlaşmalarla əlaqədar olan alp formalar- sirklər və karlarla mürəkkəbləş-
mişdir.Karpatda müasir buzlaqlar,hətta kar tipli buzlaqlar da yoxdur. 
 
Marmaroş kristallik massivinin şimal kənarı vilayəti
. Çernoqordan 
cənubda yerləşir.Bu,daxili antiklinal zonanın qədim nüvəsinin bir hissəsidir.Burada 
yerləşən Raxov kristallik massivi güclü və çox dərin parçalanmışdır.Qədim 
buzlaşmanın izləri olan şiş qayalı yallar və çılpaq dik yamaclara da rast gəlinir. 
 
Karpat vulkanik dağları və dağarası çökəklər vilayəti.Marmaroş 
kristallik massivindən qərb-şimal-qərbdə yerləşir və zakarpat daxili əyilmə 
çökəkliyi və neogen effuziv zonasına uyğun gəlir.Hündürlüyü nadir hallarda 1000 
m-dən artıq olan Ujqorod-Xust dağ silsiləsi vilayətin oxunu təşkil edir.Burada 
andezit,basalt və tuflardan təşkil olmuş gümbəzəoxşar,meşələrlə örtülü silsilələr və 
tək-tək dağlar,pliosen və dördüncü dövrün göl-allüvial çöküntüləri dolmuş hamar 
ovalıqlardan kəskin fərqlənir.Daxili Karpatların cənub yamacı üzrə vulkanizmin 
baş verməsi miosenin axırları- pliosenin əvvəllərinə aid edilir.Cənuba tərəf alçalan 
və seyrəkləşən vulkanik gümbəzlər sanki Zakarpat alluvial ovalığının yumşaq 
çöküntüləri içərisində batır. 
 
İqlimi
 
 
Şimal və cənub yamacların dağətəklərində enliyarpaqlı meşələr və şimal 
meşə-çölünə xas olan isti və rütubətli iqlimi hakimdir.Şimal dağəyəklərinin iqlimi 
cənuba nisbətən daha soyuq və kontinentaldır.Predkarpatyedə yanvarın orta 
temperaturu – 3,9
°
 ilə 5,9
°
S,iyuldakı isə 17
°
-19
°
S arasında tərəddüd edir.İl ərzində 
500-800 mm yağıntı düşür.Zakarpatye ovalığında yay istidir.İl ərzində 600-800 
mm yağıntı düşür.Dağlara qalxdıqca havanın temperaturu alçalır,yağıntıların 
                                                
1
 Yerli termin olub otlaq mənasındadır. 
behruzmelikov.com
behruzmelikov.com


miqdarı 1500 mm -ə çatır,bəzən daha çox olur,buludluluq artır.Qisa müddətli 
müşahidələrə görə Çernoqorda 1372 m yüksəkdə yerləşmiş Pojijev poloninində ilin 
ən isti ayında (avqust) havanın orta temperature 11,1
°
S-dir,tez-tez duman,ildırım 
çaxması müşahidə edilir;iyun və iyulda hər üç gündən ikisi yağıntılı olur. 
 
Dağarası çökəklər və dərələr üçün temperature inversiyası 
xarakterikdir.Bu,iynəyarpaqlı meşələr qurşağından aşağıda yerləşən bitki 
ğrtüyündə öz  əksini tapır.Burada həmçinin dağ iqliminə xas olan dağ-dərə 
küləkləri və fyonlar əsir. 
Daxili suları
 
 
Tisa,Dnestr,Prut və Seret çayları öz mənbələrini Ukrayna Karpatlarında 
götürür.Ensiz meşəli  dərələrlə axan Karpat çayları bütün il boyu çoxsulu və sürətli 
axınları ilə fərqlənir.Qışı isti olduğuna görə onlar qısa müddətdə donur və ya heç 
donmur.Yay və payız yağışlarından sonra,bəzən isə qışın isti dövründəgüclü 
daşqınlar müşahidə olunur.Tisa Zakarpat allüvial ovalığını və dağların cənub-qərb 
yamaclarını suvaran tipik Karpat çayıdır.Raxovla Veliki Bıçkov arasındakı 
dağlarda çayın düşməsi 1 km-də 4.5 m-dir. 
 
Karpat çayları gəmiçilik üçün əlverişli deyil,böyük hidroenerji ehtiyatına 
malikdir. 
 
Ukrayna Karpatları ərazisində göllər və süni su anbarları geniş 
yayılmışdır.Burada 1200-ə qədər gölməçə və bir neçə kiçik dağ gölləri qeydə 
alınıb.Göllərin çoxu çay dərələrinin qabığını kəsən uçqunlar nəticəsində əmələ 
gəlmişdir.Belə göllərdən biri Sinevirdir.Qədim firn çöllərində kar diblərində və 
amfiteatrlarının dibində buzlaq gölləri yerləşir. 
 
Bitki   örtüyü və torpaqları 
 
İsti və rütubətli iqlimi kimi Karpatın bitki və torpaq örtüyü də Qərbi Avropa 
əlamətlərinə malikdir.Bunu əsasən fıstıq ağacı bitən enliyarpaqlı meşələr və qonur 
meşə torpaqlarında daha yaxşı görmək olar.Ukrayna Karpatlarında meşələr indiyə 
kimi geniş sahə tutur.Meşələrin tərkibində fıstıq və ağşam,daha sonar 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə