Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   20   21   22   23   24   25   26   27   28

   Meşə-çölün şimal və cənub landşaftları arasında böyük fərq müşahidə edilir. Buna 
görə Rusiya düzənliyində şimal meşə-çölü, tipik meşə-çöl və cənub meşə-çölü 
ayırmaq olur. ərazinin böyüklüyü və zonanın mürəkkəb relyefi 8 landşaft əyaləti 
fərqləndirməyə imkan verir: 
Podol və Dnepr boyu yüksəkliklərin meşə-çölü, Dneprboyu ovalığın terras 
düzənliklərinin meşə-çölü, Orta Rusiya meşə-çöl əyaləti, Donetsk yastıtəpəliyinin 
(kryajının) cənub meşə-çöl əyaləti, Oka-Don düzənliyi meşə-çölü, Volqaboyu 
yüksəkliyi meşə-çölü, Ovalıq Zavoljye meşə-çölü, Yüksək Zavoljye meşə-çölü. 
Çöl zonası 
   Çöl zonası Qara və Azov dənizlərinə qədər uzanır. Cənub şərqdə o yarımsəhra 
zonası ilə həmsərhəddir. Rusiya düzənliyi çöllərinin flora və faunasında qərb növləri 
çoxdur. Meşə-çöldə olduğu kimi çöl zonasında da torpaq, bitki və heyvanlar aləminin 
yerləşməsi ərazinin relyefi ilə sıx bağlıdır. Bununla əlaqədar Rusiya düzənliyinin 
cənub çöl ərazisində meşə-çölün analoqu olan subasar, terras, yastı suayırıcı, drenajsız 
çayarası, çayboyu (yamac), qalıq suayırıcı məhəl tiplərini ayırmaq mümkündür. 
   Çöl zonası landşaftında zonallıq və əyalətlik də yaxşı seçilir. Qaratorpaqlarda şimal 
çölləri və tünd şabalıdı torpaqlarda cənub çölləri yarımzonalarının mövcudluğu bunun 
təzahürüdür. Əyalət fərqələri zonada 4 lanşaft əyaləti ayırmağa imkan verir: 
Qara dənizsahili ovalığının çöl əyaləti, Aşağı Don çöl əyaləti, Ovalıq Zavoljyenin çöl 
əyaləti, Yüksək Zavoljyenin çöl əyaləti. 
Yarımsəhra zonası
 
   Yarımsəhra zonası Rusiya düzənliyin yalnız cənub-şərqinə daxil olaraq, burada 
Yergeni yüksəkliyini və Xəzərsahili ovalığın şimal yarısını əhatə edir. Onun cənub 
sərhədi Volqadan qərbdə, Xəzər dənizi sahilində 150 km məsafədə keçir.  
behruzmelikov.com
behruzmelikov.com


  Rusiya düzənliyin yarımsəhra zonası landşaftının formalaşmasına iqlimdən əlavə 
ərazinin geoloji-geomorfoloji xüsusiyyətləri-mütləq hündürlüyün az olması, düzənlik 
relyef, zəif ezorion parçalanma, ana və dördüncü dövr süxurlarının duzlu olması çox 
güclü təsir göstərir. Zonada yarğan və dərələr azdır.  
   Rütubətin çatışmazlığı və torpaqların duzluluğu bitkilərin ləkə şəklində 
yayılmalarına səbəb olmuşdur. Yarımsəhra çalalarda otlu çöl, şorakətlərdə yovşanlı-
şoranlı səhra, açıq şabalıdı torpaqlarda şırımlı topallı-çobanyastıqlı yarınsəhra 
kompleksləri zonasıdır. Yarımsəhra zonasında 2 landşaft əyaləti ayırmaq olar: 
Yergeni yüksəkliyinin yarımsəhra əyaləti, Xəzəryanı yarımsəhra əyaləti. 
Səhra zonası 
   Səhralar zonasına Xəzəryanı ovalığın cənub hissəsinin 1/3 daxildir. Ərazinin kiçik 
olması və geoloji-geomorfoloji şəraitinin yeknəsəkliyi Rusiya düzənliyindəki səhralar 
zonasını 1 landşaft əyalətinə -Xəzəryanı ovalığın qumlu və gilli-şoranlıq səhralar 
əyalətinə aid etməyə imkan verir. 
behruzmelikov.com
behruzmelikov.com


                                     Tyan-Şan dağları 
   
Tyan-Şan sıra dağlarının qərb hissəsi MDB, şərq hissəsi isə Çin ərazisindədir. 
Şimali-şərqdə o, İli çayının dərəsi ilə Cunqari Alatausundan ayrılır. Cənubda isə 
Tyan-Şan dağları Pamir-Alay dağ sisteminin Alay dağlarına qovuşur. Tyan-Şan bir 
neçə dağ zəncirindən ibarətdir. Onların əksəriyyəti enlik istiqamətində uzanır. MDB 
ərazisi daxilində Tyan-Şan dağlarının uzunluğu 1200 km-dir. Onun ən hündür zirvəsi 
Qələbə piki olub, hündürlüyü 7439 m-dir. Onun yaxınlığında 2-ci bir yüksək zirvə 
olan Xan-Tenqri (6995 m) yerləşir. Tyan-Şan dağları üçün iri sıra dağlar və onları 
ayıran dağarası çökəkliklər xarakterikdir. Dağlar proterozoy və kembriyə qədərki 
çökmə, metomorfik və püskürmə süxurlarından təşkil olunmuşdur. Dağarası 
çökəkliklər isə əsas etibarilə kaynazoy erasının kontinental çöküntülərindən ibarətdir. 
Tyan-Şan dağlarının şimal zəncirlərinin əksəriyyətində proterozoy və aşağı paleozoy 
süxurlarının geniş sahədə yayılması xarakterikdir. Burada vaxtilə kaledon qırışığı 
əmələ gəlmə prosesləri özünü göstərmişdir. Buna baxmayaraq burada əsas qırışıqlıq 
hertsin qırışıqlığı hesab olunur. Hertsin qırışıqlığı nəticəsində əmələ gəlmiş bu 
dağlarda üst permdə peneplenləşmə prosesi getmiş və bütün indiki Tyan-Şanın 
yerində mezozoy erasında bu proses davam edir. Yalnız Yura dövründə ərazidə 
neotektonik hərəkətlər baş verir. Və nəticədə ərazidə dərələr, çökəkliklər əmələ gəlir. 
Həmin çökəkliklər karbonatlı çöküntülərlə örtülmüşdür. Tabaşir və paleogen 
dövründə indiki Tyan-Şan ərazisinin çox da hündür olmayan denudasion 
düzənliklərinin hakim olduğu yerlər indiki Qazaxıstan xırda təpəliyini xatırladırdı. 
Tabaşir və paleogen dövrlərində Qərbi Tyan-Şan ərazisində dəniz mövcud olmuşdur. 
Neogenin axırında tektonik hərəkətlər kəskin artır. Neogen və aşağı IV dövr tektonik 
hərəkətlərilə əlaqədar denudasion və xırda təpəliklərin yerində Tyan-Şanın müasir 
relyefi əmələ gəlmişdir. Tektonik proseslərlə əlaqədar relyefin formalaşması hazırda 
da davam edir. Bunu hazırda baş verən seysmik hadisələr sübut edir. Tyan-Şan sıra 
dağlarının relyefi çox hissədə yüksək dağlıq relyefi ilə xarakterizə olunur. Ən böyük 
behruzmelikov.com
behruzmelikov.com


yüksəkliklər Mərkəzi Tyan-Şanda (Xan-Tenqra 6995 m) Qələbə piki, qərbdə Sarıca 
yüksəkliyini (5000 m) qeyd etmək olar. Şimali Tyan-Şanda Zaylay sıra dağlarında 
maksimal hündürlük 4973 m-ə, Qırğız sıra dağlarında 4875 m-ə, daxili Tyan-Şanda 
isə Dankova zirvəsində 5982 m-ə çatır.  
   Tyan-Şan dağlarının yamacları dinamikdir və burada intensiv sürüşmələrə rast 
gəlinir. Ərazidə həmçinin sel hadisəsi müşahidə edilir. Zaili Alatausunun şimal 
yamacının çayları ən fəal sel rayonu kimi xarakterizə olunur. Burada güclü sel, 
sürüşmə, uçqunla yanaşı güclü zəlzələlər də müşahidə olunur.  
   Tyan-Şanın iqlimi bütövlükdə kontinentallığı ilə xarakterizə olunur. Bu həmin 
ərazinin nisbətən aşağı enlikdə materikin daxilində, Atlantik okeanından uzaqda, 
quraq səhra və düzənliklərin arasında yerləşməsilə əlaqədardır. Lakin ərazinin xeyli 
hissəsinin yüksəkliyə qalxması və relyefin parçalanması temperatur və rütubətin 
paylanmasında mürəkkəblik yaradır.  
   Qonşu səhra əraziləri Tyan-Şanın dağətəyi və alçaq dağlıq zonasının iqliminə daha 
çox təsir göstərir. Orta Asiya səhralarının üzərindən xeyli yüksəkdən keçən rütubətli 
qərb hava kütlələri Tyan-Şan dağlarını əhatə edir.  
   Tyan-Şan dağlarının mürəkkəb dağ relyefi ilə əlaqədar onun qərb hissəsində orta və 
yüksək dağlıq zonada xeyli miqdarda yağıntı düşür. Ancaq mərkəzi və daxili Tyan-
Şanın şərq yamaclarında, çökəkliklərdə 200-300 mm yağıntı düşür. Əksər yerlərdə 
yağıntılar mayda düşür. Lakin qərb yamacda qışda da xeyli miqdarda yağıntı düşür. 
Qərb yamaclarda qar örtüyünün qalınlığı 2-3 m-ə çatır. Daxili və Mərkəzi Tyan-Şanın 
şərq yamacında qışda qar düşmür. Burada iqlimin kontinentallığı ilə əlaqədar qar xətti 
Qərbi Qafqaz və Alp dağlarına nisbətən yüksəkdən keçir. Daxili və Mərkəzi Tyan-
Şanda qar xətti 4000 m-dən də yüksəkdən keçir. Tyan-Şan dağlarında iqlim yüksəklik 
zonallığı ayrılır. Burada dağətəyində səhra iqlimindən yüksək dağlıq zonada dağ-
buzlaq iqliminə qədər rast gəlinir. Alçaq dağlıq zonanın çökəkliklərində iyul 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə