Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

Cənub iqlim vilayətinin ərazisində meşə-çöl, çöl, yarımsəhra və səhra iqlim tipləri 
vardır. 
Sular 
   Rusiya düzənliyi inkişaf etmiş göl-çay şəbəkəsinə malikdir. Onun sıxlığı və rejimi 
şimaldan cənuba doğru iqlim şəraiti ilə əlaqədar olaraq dəyişir. Həmin istiqamətdə də 
ərazinin bataqlaşma dərəcəsi və qrunt sularının dərinliyi və keyfiyyəti dəyişir.  
Çaylar 
   Oroqrafiyanın xüsusiyyətlərindən asılı olaraq Rusiya düzənliyinin çayları iki əsas 
istiqamətdə- şimal və cənuba tərəf axır. Şimala meyl edən çaylar Barens, Ağ və Baltik 
dənizlərinə, cənuba meyl edənlər isə Qara, Azov və Xəzər dənizlərinə tökülür. 
Düzənliyin bütün çayları bir iqlim tipinə mənsub olub, yazda daşan və əsasən 
qarlardan qidalanan çaylardır.  
Şimali Dvina
Suxona ilə birlikdə uzunluğu 1302 km, hövzəsinin sahəsi 357000 km²-
dir. Suxona və Yuq çaylarının birləşməsindən əmələ gəlir. Yuxarı axınında Vıçeqda 
çayının töküldüyü yerə qədər o, Kiçik Şimali Dvina adlanır. Orta illik su sərfi 
3490m³/san-dır. Ağ dənizə töküldüyü yerdə Şimali Dvina beş qola ayrılaraq sahəsi 
9000 km² olan delta əmələ gətirir. Şimali Dvinanın qidalanmasında yağış və qrunt 
suları böyük rol oynayır.  
Peçora. Uzunluğu 1809 km, hövzəsinin sahəsi 322000 km²-dir. Barens dənizi 
hövzəsinin ən sulu çayıdır. Onun orta illik axımı 120 km³ bərabərdir, sərfi isə 4100m³ 
saniyədir. Peçoranın və onun sağ qollarının  (İliç, Şuqor və s.) başlanğıcı Ural sıra 
dağlarında yerləşir.  
Neva. Rusiya düzənliyinin özünəməxsus çaylarından biridir. Onun uzunluğu cəmi 
74km-dir. Neva Ladoqa gölündən çıxır və Leninqrad yaxınlığında Baltik dənizinin 
Fin körfəzinə tökülür. Neva qısa olmasına baxmayaraq, çoxsulu çaylardan biridir. 
behruzmelikov.com
behruzmelikov.com


Onun illik axımı 82 km³-ə bərabərdir, saniyədə orta sərfi isə 2530 m³-dir. Bu 
xüsusiyyət onunla izah edilir ki, Neva, Ladoqa, Oneqa və İlmen gölləri hövzələrini 
əhatə edən böyük ərazidə (281000 km²) toplanmış suları axıdır. 
Volqa. Rusiya düzənliyinin və bütün Avropanın ən böyük və ən  sulu çayıdır. Volqa 
hövzəsi fiziki-coğrafi şəraitinə görə olduqca müxtəlifdir: onun şimalında tayqa və 
qarışıq meşələr, mərkəzində meşə-çöl və çöl, cənubunda isə yarımsəhra və səhralar 
yerləşir. Su səviyyəsi tərəddüdünün ən yüksək amplitudu Kamanın mənsəbində 
maksimuma-17 metrə çatır. Volqa mənsəbində 80 qola ayrılaraq böyük delta 
yaratmışdır. Volqaya çoxlu qol birləşir. Onlardan ən mühümləri Oka və Kamadır. 
Volqanın nəqliyyat əhəmiyyəti də olduqca böyükdür. 
Dnepr. Uzunluğu 2200 km, hövzəsinin sahəsi 504 min km²-dir. Rusiya düzənliyinin 
cənub-qərbinin ən əhəmiyyətli çayıdır. Dneprin mənbəyi Valday yüksəkliyində, 
qarışıq meşələr zonasındadır. Kiyevdən aşağıda Dnepr meşə-çöl və çöl zonalarından 
axır. Qara dəniz Dneprin mənsəbini basmış və limana çevirmişdir. Orta illik su sərfi 
isə 1660 km³/ saniyədir.  
Don. Böyüklüyünə baxmayaraq (uzunluğu 1870 km, hövzəsinin sahəsi 422 min km²) 
azsulu olub, Rusiya düzənliyinin cənubu üçün tipik çaydır. Donun orta su sərfi 
935m³/s-dir. Çayın rejimi şiddətli yaz daşqını və yayda az su sərfi ilə xarakterizə 
edilir.  
Göllər 
Rusiya düzənliyində göllər olduqca qeyri-bərabər yayılmışdır. Eroziyanın nisbətən 
zəif parçaladığı relyefin çuxurlarının üstünlük təşkil etdiyi və yaxşı rütubətlənmiş 
şimal-qərbdə göllər daha çoxdur. Düzənliyin cənub-şərq hissəsi isə, əksinə, demək 
olar ki, göllərdən məhrumdur. Rusiya düzənliyi ərazisində göllərin yayılması və 
genezisinə görə fərqlənən 4 göl vilayəti ayırmaq olar. 
behruzmelikov.com
behruzmelikov.com


Buzlaq-tektonik göllər vilayəti Kareliya və Kola yarımadası ərazisini əhatə edir. 
Bura əsl göllər ölkəsidir. Təkcə Kola yarımadası ərazisində hərəsinin sahəsi 0.01 km²-
dən artıq olan 110700 göl vardır. Koreliyada 42644 göl müəyyən edilmişdir. Göllərin 
97 %-dən çoxunun sahəsi 1 km²-dən kiçikdir. Kola yarımadasının ən böyük göl-dənizi 
İmandra, Umbozero və Levozerodur.  
   Xinbin dağlarından qərbdə yerləşən İmandra gölünün sahəsi 900 km²-ə yaxın olub, 
mürəkkəb, pərli formaya malikdir. Gölün ən dərin hissəsi (67 m) şərq sahilində 
yerləşir.  
   Öz böyüklüyünə görə Kareliyada Pyaozero, Topozero, Seqozero, Vıqazero və 
Kuyto gölləri ayrılır. Kareliyanın cənubunda Avropanın ən böyük gölləri olan Ladoqa 
və Oneqa gölləri yerləşir. Ladoqa gölünün sahəsi 17700 km²-dir. Gğlün şimal sahilləri 
qayalı olub, kristallik süxurlardan ibarətdir. Burada şxer adlanan çoxlu kiçik adalar 
var. Şxerlərin yaxınlığında gölün 230 metrə çatan ən dərin yeri yerləşir.  
   Oneqa gölü (sahəsi 9720 km²) sahə etibarilə Ladoqa gölündən 2 dəfə kiçikdir, lakin 
bir çox cəhətdən ona oxşayır. O cənub-şərqdən şimal-qərbə tərəf 249 km uzanır, ən 
enli yeri 83 kilometrdir.  
Moren gölləri vilayəti Valday və qismən də Moskva buzlağı akkumlyasiyası zonası 
ilə uyğun gəlir. Moren relyefinin çala-çüxurlarında minlərlə kiçik, dayaz göllər 
səpələnmişdir. Vilayətin ən böyük gölləri olan Çud-Pskov və İlmen buzlaqyanı su 
hövzəsinin qalıqlarıdır. Rütubətli illərdə çoxlu çayların (Şelon, Pola, Polist, Lovat, 
Msta və s.) gətirdikləri sular İlmen gölünün alçaq bataqlı sahələrini örtərək sahəsini 
2100 km²-ə qədər böyüdür, bu dövrdə maksimum dərinliyi 10 m-ə çatır. Quraq illərdə 
gölün sahəsi 610 km-ə qədər kiçilir, dərinliyi isə 2.5 metrə qədər azalır. Baltik 
dənizinin sahillərində laqun-liman gölləri (cənub-qərbdə) və karbon süxurlarının 
(şimal-şərqdə) inkişaf etdiyi yerlərdə isə karst gölləri səpələnmişdir.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə