Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

vilayətinin qərb əyalətlərinin tərkibinə daxil olan yarıməyalət əmələ gətirir. Kiçik 
Qafqaz xüsusi əyalət təşkil edən və təbiətinə görə qərb və şərq hissəsi bir-birindən 
fərqlənən dağlıq vilayət əmələ gətirir. Cavahet-Ermənistan yaylası Ön Asiyanın geniş 
kontinental yaylalarından biri olan Ermənistan yaylasının şimal-şərq əyalətidir.  
  
behruzmelikov.com
behruzmelikov.com


                                  Rusiya düzənliyi. 
   Rusiya düzənliyi onu əhatə edən Ural, Karpat və Krım dağları ilə birlikdə MDB-nin 
qərbini, Avropa hissəsini tutur. Bu düzənlik Şimal Buzlu okeanı sahillərindən Qara və 
Xəzər dənizlərinə və Qərb dövlət sərhədindən Urala qədər uzanır. Onun sahəsi 4 mln 
km ²-ə yaxındır.  
Relyefi. Rusiya düzənliyi relyefinin ümumi əlamətləri tektonika, düzənliyin qədim 
zamanlardan dağ əmələgəlmə proseslərinə məruz qalmaması, ərazinin böyük 
hissəsinin qədim Kembriyəqədərki platforma mənsubluğu ilə müəyyən olunur. Ona 
görə də Rusiya düzənliyi dağ sistemlərindən məhrumdur  və çox böyük sahələrdə 
yüksəkliyin azca tərəddüd etməsilə səciyyələnir. Y.A. Meşeryakova görə Rusiya 
düzənliyinin mütləq hündürlüyü 142 m-ə yaxındır.  
   Səthinin ümumi düzənlik xarakterli olmasına baxmayaraq, relyefinə görə Rusiya 
düzənliyini yeknəsək adlandırmaq olmaz. Burada həm yüksəkliklər, həm də ovalıqlar 
var. Orta Rusiya, Valday, Volqaboyu, Volın-Podol və başqa yüksəkliklərin 
hündürlüyü 400 m-ə çatır. Qara dəniz sahilboyu, Dnepr, Oka-Don, Xəzərsahili, 
Peçora və başqa ovalıqların hündürlüyü okean səviyyəsindən 200 m-ə belə çatmır. 
Bunlardan ən alçaqda yerləşəni Xəzərsahili ovalıqdır.  
   Rusiya düzənliyi platformaya uyğun gəlir. Rusiya platformasında qalxanlardan 2-i-
Baltik və Ukrayna qalxanları məlumdur. Baltik qalxanına Kareliya və Kola 
yarımadası daxildir. Bu qalxanın davamı MDB hüdudlarından xaricdə Finlandiya və 
İsveç ərazisinə keçir. IV dövr çöküntülərinin nazik və fasiləli örütkləri nəzərə 
alınmazsa, burada arxey və proterozoyun kristallik süxurları hər yerdə səthə çıxır. 
Ukrayna qalxanı Azov dənizi sahillərindən Dneprboyu yüksəkliklərinə və Cənubi 
Polesyeyə qədər uzanır. Baltik qalxanından fərqli olaraq Ukrayna qalxanı paleogen-
neogen çöküntüləri ilə örtülmüşdür. Burada qranit və qneyslər yer səthinə əsasən çay 
vadiləri yaxınlığında çıxır.  
behruzmelikov.com
behruzmelikov.com


   Xəzərsahili sinekliz Rusiya platformasının ən dərin sineklizlərindən biridir. Bu 
sineklizdə kembriyəqədərki bünövrənin dərində (20 km-ə qədər) yerləşdiyi güman 
edilir.  
   Rus platformasının bünövrəsinin strukturunda sınmalarla məhdudlanmış nazik 
novabənzər əyrilər- avlokogenlər müstəsna dərəcədə böyük rol oynayır. Paleozoyun 
sonu- mezozoyun əvvəində avlokogenlərdə enmələr yüksəkliklər əmələ gətirən 
qalxmalarla əvəz olunurlar. Bu kimi qalxmalara Valday, Moskva, Smolensk 
yüksəklikləri və ehtimal ki, Dmitrov-Klin zirvəsi də aid edilir. Düzənlikdə 
yerləsşməsinə baxmayaraq, Donetsk təpəliyi müasir dövrdə şiddətli peneplenləşmiş 
paleozoy yaşlı qırışıq dağ massividir. Ön Qafqaz ərazisində və ondan şimala doğru 
şiddətli metamorfizləşmiş süxurların paleozoy qırışıqlığı kompleksi yerləşmişdir.  
IV dövr hadisələri. IV dövrdə Rusiya düzənliyinin geomorfoloji inkişafının tektonik 
hadisələrlə şərtlənmiş 3 mərhələsini fərqləndirirlər:  
1.
 
Erkən IV dövrün (IV dövrün aşağı sərhədindən Oka buzlaşmasının 
başlanmasına qədər) ümumi intensiv qalxmavə relyefin maksimum 
parçalanması mərhələsi. 
2.
 
Erkən və orta IV dövrün (Oka buzlaşmasının başlanğıcından mikulin 
buzlaqarası dövrünün sonuna qədər) hamarlanma, çöküntü toplanma 
proseslərinin üstün olduğu ümumi tədrici enmə mərhələsi. Bu mərhələdə 
allüvial düzənliklər və polesyelərin formalaşması başa çatır. 
3.
 
Erkən IV dövr mərhələsinə (Valday buzlaşması dövrü və holosen) nisbətən zəif 
qalxan yeni ümumi qalxma səthlərilə səciyyələnir. 
   Rusiya düzənliyinin Şimal Buzlu vilayəti. Bu vilayətin xarakter əlamətlərini 
müəyyən dərəcədə buzlaq fəaliyyəti- çöküntülər toplanması, buzlaq qazılmaları və s. 
behruzmelikov.com
behruzmelikov.com


ilə bağlı olan relyef formaları təşkil edir. Şimal Buzlu vilayətində 4 geomorfoloji 
əyalət ayrılır:  
1.
 
Kola yarımadası və Koreliyanı əhatə edən buzlağın dağıtdığı əyalət. Bu əyalətin 
ərazisi materik buzlağının mərkəzlərindən biri olmuş, nəhəng qalınlığa malik 
buzlaq örtüyü oradan Rusiya düzənliyinin cənub və cənub-şərqinə yayılmışdır. 
Buzlaq özündən əvvəl yaranmış çuxurları dərinləşdirmiş, qayalıqları 
cilalayaraq “qoyun kəlləsi” formasına salmış, qranit, qneys, qumdaşı parçalarını 
qoparıb özü ilə bərabər daha cənub rayonlara aparmışdır. Relyefin buzlaq-
akkumlyativ formaları içərisində son moren tirələri yaxşı qorunub saxlanmış, 
bəzi yerlərdə isə kam təpələri və ozlar qalmışdır.  
2.
 
Valday buzlağının cavan təpəli-moren relyefi əyaləti. Bu əyalət pribaltikadan 
və Belorusiyanın şimalından Şimali Dvinanın orta axınına doğru enli zolaq 
şəklində uzanır. Relyefin buzlaq-akkumlyativ formaları özünün müxtəlifliyi və 
təzəliyi ilə insanı heyrətə salır. Valday buzlağı akkumlyasiyası sahəsinin əsas 
geomorfoloji landşaftları qaydasız yayılmış təpələrlə birlikdə son moren 
tirələrindən, əsas morenlərin sakit dalğavari düzənliklərindən, zandr 
qumlarından, bataqlıqlaşmış kol-buzlaq ovalıqlarından, minlərlə böyük və kiçik 
göllərdən ibarətdir. Əyalət üçün buzlaq-akkumlyativ relyef formalarından ozlar 
(tirələr), kamlar və zvonets-qüllələr daha səciyyəvidir.  
3.
 
Moskva buzlağının dalğavari-morenli əyaləti. Onun cənub sərhədi Minsk və 
Moskvanın cənubundan, Vetluqa çayının yuxarı axınından keçir. Burada buzlaq 
relyef formaları aşınmışdır. Burada yalnız son moren tirələri olan bəzi 
yerlərdəki təpəli akkumlyativ buzlaq relyefi yuyulmamış, çuxurlarda tək-tək 
göllər qalmışdır. Cənuba doğru relyefin formalaşmasında erozion proseslərin 
rolu tədricən qüvvətlənir, dərə və yarğanlar çoxalır.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə