Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

da əlavə olunur. Çay dərələri ilə meşələr 2600 m yüksəkliyə qədər qalxır. Sonra 
meşələr orta dağ çəmənləriylə, daha sonra isə yüksək dağ çəmənləriylə əvəz olunur. 
Həmin sahələrdə dağ-çəmən torpaqları geniş yayılmışdır. Burada həmçinin şaxta 
aşınması və daimi donuşluqla əlaqədar landşaft növləri yayılmışdır.  
Cunqari-Alatausu. 
   Cunqari-Alatausu Qazaxıstanın şərq hissəsində İli çayı və Alakol gölünün arasında 
MDB ilə Çin sərhəddində qərb, cənubi-qərbdən şərq və şimal-şərq istiqamətində 
uzanır. Cunqari-Alatausunda bir neçə dağ zənciri vardır ki, bunun da ən uzunu 
şimalda yerləşir. Əsas dağ zəncirlərindən cənubda Toksanboy və Ben..sintau sıra 
dağları yerləşir. Bu əsas sıra dağların mütləq yüksəkliyi 4000 m-dən artıqdır.  
   Cunqari-Alatausunda dağ əmələgəlmə prosesi paleozoyda başlanmışdır. Əsas 
qırışıqlıq hertsin dövründə baş vermişdir. Hertsin qırışıqlığından sonra denudasiya 
prosesi baş vermiş, mezozoy və kaynazoy eralarında isə ərazi platforma rejimində 
olmuşdur. Neogen və IV dövrdə qalxmalar baş vermişdir. Dağ sisteminin əsasını 
Cunqari antiklinorisi təşkil edir. Antiklinorinin nüvə hissəsi paleozoy və orta 
proterozoy çöküntülərindən təşkil olunmuşdur. Antiklinoriumun qanadları isə devon 
və karbon dövrünün çöküntülərindən ibarətdir. Burada bəzi yüksəkliklərdə qranitlər, 
sıra dağlarda isə orta və aşağı paleozoyun metamorfik şistləri yayılmışdır.  
   Faydalı qazıntılardan burada polimetal, mis və dəmir filizləri, əlvan və nadir metal 
yataqları, daş kömür yataqları və s. vardır. Burada 3000-4000 m yüksəklikdə qədim 
səthi düzəlmə sahələri relyefdə aydın nəzərə çarpır. Cunqari-Alatausunda qar xətti 
3200-3800 m yüksəkliklərdən keçir. Burada 1300-dən çox buzlaq vardır ki, onun da 
sahəsi 1000 km ²-dən artıqdır. 
   Ərazidə qar, buzlaq və yeraltı sularla qidalanan çoxlu çaylar vardır. Şimal yamacdan 
axan çayların əksəriyyəti Balxaş, Sasik göl və Alakol göllərinə, cənub yamacın 
çayları isə, İli çayına tökülür. Dağ yamaclarının aşağı hissəsində səhra, yarımsəhra və 
behruzmelikov.com
behruzmelikov.com


çöl bitkiləri yayılmışdır. Buna münasib olaraq qonur-səhra-çöl, açıq-şabalıdı, dağ 
şabalıdı və dağ qara torpaqları yayılmışdır. Dağ çölləri əsas etibarı ilə ağ ot və qiyaq 
otundan, habelə otlu-dənli bitkilərdən təşkil olunmuşdur. 1500-2400 m yüksəklikdə 
şimal yamaclarda çəmən-meşə bitkiləri yayılmışdır. Burada Tyan-Şanın şam 
meşələrindən ibarət seyrək meşəlik vardır. Cunqari-Alatausunun yuxarı hissəsində 
tipik dağ-çəmən bitkiləri yayılmışdır. Alp qurşağının aşağı hissəsində müxtəlif otlu-
dənli bitkilər, yuxarı hissəsində isə ot bitkiləri (cil, qum otu) yayılmışdır. Sıra dağların 
daha yüksək bel hissəsində buzlaq-nival landşaftı yayılmışdır.  
behruzmelikov.com
behruzmelikov.com


                                       Orta Sibir yaylası 
   
Yenisey və Lena çayları arası çox böyük bir sahəni əhatə edir. Cənub və şərq 
istiqamətlərdə Cənub və Şimal-şərq Sibir dağları ilə əhatələnir. O Şimal Buzlu 
okeanından Şərqi Sayan dağlarının ətəklərinə qədər uzanır. Ən şimal nöqtəsi 
materikdə Çelyuskin burnudur. Ən cənub nöqtəsi isə İkkutsk əyalətindədir. Sahəsi 4 
mln km²-dir. Bu da Qərbi Avropanın sahəsindən böyükdür. Orta Sibir yaylası 
kembriyəqədərki Sibir platformasında formalaşmışdır. Ondan şimalda Bırranqa 
dağları yerləşir. Həmçinin mezozoy qırışıqlığı Çekanov və Pronçisov tirələri də 
yerləşir. Taymır və Mərkəzi Yakut ovalığı akkumlyasiya prosesinə məruz qalaraq, 
Orta Sibir yaylasının alçaq sahələrində yerləşir.  
   Ölkə üçün kontinental iqlim səciyyəvidir. Daimi donuşluq sahəsinin geniş yayılması 
Aşağı Tunquska və Bilyuy ətrafı adalarda, həmçinin cənub yarım dairəsində hakimdir. 
Bununla əlaqədar Orta Sibirdə açıq yarpaqlı Tayqa üstünlük təşkil edir.  
   Ərazinin mühim çayları müəyyən uzunluğa malikdir. Onların geniş hövzələri və 
aşağı axarları gursuludur. Qolları üçün isə, böyük axım sürəti səciyyəvidir.  
   Coğrafi enlik zonallığı Qərbi Sibirlə müqayisədə daha az gözə çarpır. Bu da dağlıq 
relyefin kəsişməsinin üstünlüyü ilə izah olunur. Bu səbəbdən bir çox yerlərdə yüksək 
olmayan landşaft zonallığı meşə çöl zonasında cənuba getdikcə təcrid olunmuş 
sahələrə rast gəlinir. Buna da “adalar” çökmə relyef formaları adı verilmişdir.  
   İlk dəfə Orta Sibir  və Xəzər dənizi sərvətləri haqqında XII əsrdə məlumatlar 
verilmişdir. XIX əsrdə burada elmi ekspedisiyalar təşkil olunmuşdur. XX əsrdə 
faydalı qazıntıların yataqları istismar olunmuşdur. 1959-cu ildə isə İkkutskda Sibir 
coğrafiya institutu yaradılmış və bugün də o öz tədqiqatlarını aparmaqdadır.  
   Geoloji quruluşu. Sibir platformasının özülü ölkənin çox hissəsini tutur. Arxey və 
proterozoy süxurları metomorfik çöküntülərdən təşkil olunmuşdur. Aşağı paleozoyda 
behruzmelikov.com
behruzmelikov.com


Sibir platforması dənizlə örtülü olmuşdur. Sibir platformasından cənubda aşağı 
paleozoy çöküntüləri əsasında bazalt konqlomeratları yerləşir. Onların üstünü örtən 
nazik təbəqə qranit, qneys, mərmər süxurlarından təşkil olunub. Orta Sibir vilayəti 
pilləvari süxurlar 1 mln km² ərazini tutur. Daha çox vulkanogen süxurlardan (1800-
2000 m dərinlikdə) ibarət Tunqus sineklizində müşahidə olunur. Vulkanogen dövr 
bitdikdən sonra, ölkənin geoloji quruluşu çox dəyişir. Orta Sibirin böyük hissəsində 
müşahidə edilən yastı yaylalar neotektonik hərəkətlər nəticəsində formalaşmışdır.  Bu 
dövrün çöküntüləri Predverxoyansk, Prisayan, Predtaymır və Lena-Xatan 
əyilmələrində, həmçinin Bilyuy sineklizində saxlanılmışdır. Paleogenin sonunda 
Qərbi Sibir düzənliyindən dənizin yox olması nəticəsində Orta Sibirdə qalxmalar 
müşahidə olunur, hidroqrafik şəbəkənin intensiv parçalanması müşahidə olunur. Bu 
da göllərin itməsinə şərait yaradır.  
  Relyefi. Orta Sibir yaylasının müasir relyefinin müəyyənləşməsində geoloji 
quruluşun inkişaf tarixi və onun bir çox xüsusiyyətləri öyrənilmişdir. Ölkənin 
şimalında Bırranq dağları yüksəlir. Yenisey çayının enlik istiqamətindən Taymır 
yarımadasının şərq rayonlarına qədər uzanır. Dağ massivləri şimal torpağının bir çox 
adalarını əhatə edir. Şimal torpağının tektonik struktur yaşına və Baykal qırışıqlığı 
zonasına uyğun gələrək Bırranq dağları Hertsin orogenezi dövründə formalaşmışdır. 
Müasir dövrdə onlar orta dağlıq (800-1000 m hündürlükdə olan) massivləri 
xatırladır.Bırranq dağlarının cənub yamacları ilə Orta Sibir yaylasının ətəkləri 
arasında Taymır ovalığı təpəlik şəklində yerləşir. Orta Sibir yaylasının ətəkləri 
arasında Taymır ovalığı təpəlik şəklində yerləşir. Orta Sibirin böyük hissəsi Orta Sibir 
yaylası ərazisində yerləşir. 150-1700 m arasında yüksəkliklər səciyyəvidir. Bu 
səbəbdən ayrı-ayrı yerlərdə relyef dağlıq xarakter daşıyır. Ölkənin şərqində Mərkəzi 
Yakutiya ovalığı yerləşir. 5-8 km qalınlığında Yura və Tabaşir dövrünün çöküntüləri 
ilə əhatələnmişdir. Yastı, düzən relyefi ilə fərqlənir. Orta Sibirdən cənub-qərb 
istiqamətdə orta dağlıq Yenisey zirvəsi yüksəlir. O Şərqi Sayandan daşlı Tunquskaya 
qədər uzanır. Burada orta yüksəklik 200-300 m-dir. Kan rayonu ərazisində 400-500 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə