Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 
 
       MDB Sahillərini Yuyan Dənizlərin Müqayisəli Səciyyəsi 
    MDB ərazisini 3 okeanın- Şimal Buzlu, Sakit və Atlantik okeanlarının dənizləri 
əhatə edir. MDB dənizlərinin materik sahil xəttinin uzunluğu (Xəzər dənizi də daxil 
olmaqla) 60,1 min km-ə bərabərdir. Bir okeana aid olan dənizlər bir sıra özünəməxsus 
cəhətlərlə başqa okeanların dənizlərindən fərqlənirlər. Bu ümumi cəhətlər onların 
oxşar coğrafi mövqeyi, eyni bir okean hövzəsinin dənizləri olmaları ilə müəyyən 
edilir ki, bu da öz növbəsində həmin dənizlərin hidroloji rejiminə və faunasına  təsir 
göstərir. Dənizlər bir çox xalqların həyatında hələ qədim zamanlardan böyük rol 
oynayır. 
   Ş
imal Buzlu okeanın hövzəsinə 6 dəniz daxildir: Barens dənizi, Ağ dəniz, Kara 
dənizi, Laptevlər dənizi, Şərqi-Sibir dənizi və Çukot dənizi. Dərinliyi əsasən 200 m-ə 
çatan dənizlər materik dayazlığında yerləşir. Bunlardan ən dərini Barens və Laptevlər 
dənizidir. Laptevlər dənizinin şimal-qərb dərinliyi 2000 metrdən artıqdır. Ən dayaz 
dənizlər Şərqi Sibir və Çuxot dənizləridir. Bu dənizlər dərinliyi 150 m-ə qədər olan 
çox enli materik dayazlığında yerləşir. Şimal Buzlu okeanında adalar arxipelağı: 
Frans-İosif  torpağı , Novaya Zemlya, Şimal torpağı, Novosibir adaları yerləşir.  
   Dayaz və sahillərin ovalıq olması neogen və ıv dövrdə bu dənizlərin sahillərinin 
dəfələrlə dəyişilməsinə səbəb olmuşdur. Reqressiya zamanı dənizlərin sahəsi birdən-
birə xeyli azalmış, əksinə, transqressiya zamanı onlar cənuba doğru xeyli geniş 
genişlənmişdir. Məsələn, Yamal, Taz və Qdan yarımadalarının çox hissəsi Kara 
dənizinin suları altında olmuşdur. 
    Şimal Buzlu okeanına cənub-qərbdən isti Şimali Atlantik cərəyanının suları 
tökülür. Bu cərəyan Norveç dənizindən şimalda 2 güclü qola- Şpitsbergen və Nordkap 
qollarına bölünür. Barens dənizinin şimal-şərqində və Şpitsbergendən şimalda 
Atlantik okeanının isti və şor suları  daha soyuq, lakin nisbətən şor və buna görə də az 
sıxlıqlı yerli suların altına keçir. Bu sular zəif sualtı cərəyan şəklində Şimal Buzlu 
okeanın bütün dərin sulu hissəsinə, o cümlədən, şərq rayonlarına yayılır. Şimal Buzlu 
okeanı Atlantik okeanından başqa, daha iki mənbədən qidalanır. Bu, Sakit okean və 
Avrasiya materikinin çaylarıdır. Sakit okeanın suyu Şimal Buzlu okeanına Berinq 
boğazı vasitəsilə daxil olur. O, dayaz olduğundan okeanın dərin sularının sərbəst 
mübadiləsini çətinləşdirir. Şimal Buzlu okeanının sahəsinə daxil olan Sakit okean 
sularının ümumi miqdarı 30-36,5 min km²-ə bərabərdir. Çaylar hər il Şimal Buzlu 
okeanına təqribən 2340 km³ şirin su gətirir. Küllü miqdarda çay sularının gəlməsi 
dənizlərin sahil boyu hissələrində şorluğun kəskin azalmasına səbəb olur. Yayda 
behruzmelikov.com
behruzmelikov.com


 
 
çayların isti suları dəniz buzlarını əridir, payızda və qışda isə şirinləşmiş dəniz suyu 
donmanı sürətləndirir.  
   Şimal Buzlu okeanının artıq suları üst soyuq Şərqi Qrenlandiya cərəyanı vasitəsilə 
Atlantik okeanına axır. Bu okeanın və onun dənizlərinin yüksək Arktika enliklərində 
yerləşməsi bütün il boyu suyun üst qatının temperaturunun aşağı olmasına səbəb olur. 
Okeanın çox hissəsinin buzu il boyu ərimir. Burada buzun xarakteri də eyni deyildir. 
Bir neçə yüz km-ə qədər sahil buzları üstünlük təşkil edir. Sahil buzları zolağından 
sonra dreyf edən çoxillik buzlar başlayır ki, bunlar arktika pakı adı ilə məşhurdur. 
Arktika pakı iri buz parçalarından ibarət olub, çatlarla bir-birindən ayrılmışdır. 
Çoxillik buzun orta qalınlığı 2,5-3 m və daha çoxdur. Buzun səthi hamar və 
dalğavaridir. Hamar səthi buz parçaları yığınından əmələ gələn təpəciklər toroslar 
adlanır. Onların hündürlüyü 4-5, bəzən 10 m-ə çatır. Sahil boyu sularda hündürlüyü 
20 m-ə qədər olan buz tirələrinə rast gəlmək olur.  
    Şimal Buzlu okeanın və onun dənizlərində dəniz buzları ilə yanaşı, materik 
buzlarının qalın parçalarına – aysberqlərə də təsadüf olunur. Bunlar Frans-İosif  
Torpağı və Şimal torpağı sahilləri yaxınlığında əmələ gəlir. Aysberqlərin xüsusi bir 
növünü, sahəsi 700 km²-ə qədər olub, suyun səviyyəsindən 10-15 m yüksəyə qalxan 
üzən nəhəng buz adaları təşkil edir. Onlar şimal buzlu okeanına Kanada Arktik 
arxipelağınadək gətirilir. 
   Şimal Buzlu okeanının dənizlərində buz rejimi çox dəyişkəndir. Buz örtüyü və uzun 
qütb gecəsi fito və zooplanktonların inkişafı üçün əlverişli deyildir, buna görə də 
Şimal Buzlu okeanı dənizlərinin bioloji məshuldarlığı aşağıdır. 
   Sakit okeanın dənizləri. MDB ərazisi şərqdən Sakit okean hövzəsinə aid 
olan Berinq, Oxot və Yapon dənizləri ilə əhatə olunur. Bu dənizlər okeandan Aleut, 
Kuril və Yapon adaları silsiləsi ilə ayrılır. Adalar arsındakı boğazlar vasitəsilə 
dənizlər və Sakit okean arasında sərbəst su mübadiləsi gedir. 
    Dibinin quruluşu və dərinliyinə görə Sakit okeanın dənizləri Şimal Buzlu okeanının 
dənizlərindən kəskin fərqlənirlər. Onların hamısı dərin suludur, materik dayazlığı 
azdır. Maksimal dərinliklər 3000-4000 m və daha çox olub ( Yapon dənizi-3669 m, 
Berinq dənizi-4773 m, Oxot dənizi-3372 m ) cənubda, Berinq və Oxot dənzilərini 
Sakit okeandan ayıran adaların yaxınlığında yerləşir. Dənizlərin dibi hamar deyil, çox 
yerdə çökəkliklər sualtı qalxmalar və sıra dağlarla əvəz olunur.  
behruzmelikov.com
behruzmelikov.com


 
 
    Sakit okean dənizlərinin çox dərin olması onların materikdən okeana keçid 
zonasında yerləşməsilə izah edilir. Berinq, Oxot və Yapon dənizləri alp geosinklinal 
zonada yer qabığının dartılması nəticəsində yaranan dərin çökmələrdə əmələ 
gəlmişlər. Burada qırışıq əmələgəlmə prosesləri qurtarmamış, dənizlərin dibi isə hələ 
də möhkəmlənməmişdir. Sakit okean dənizləri Şimal Buzlu okeanı dənizlərinə 
nisbətən xeyli cənub enliklərində yerləşdiyindən suyu xeyli isti və buz rejiminə görə 
gəmiçilik üçün daha əlverişli şəraitə malikdir. Suyun üst qatında temperatur avqust 
ayında Berinq dənizində 10˚, Oxot dənizində 14˚, Yapon dənizində 20˚C-yə çatır. 
Qışda Berinq dənizinin şimal yarısı və Oxot dənizi bütöv buzla örtülü olur.  
   Sakit okeanın bütün dənizlərində qabarma və çəkilmə aydın görünür. ən yüksək 
qabarma Oxot dənizinin Penjin körfəzində olur. Burada qabarmanın yüksəkliyi 13 
metrə çatır. Dənizlər fauna və flora üçün əlverişlidi. 
  
Atlantik okeanının dənizləri və Xəzər dənizi 
    Atlantik okeanı hövzəsinə aid olan Baltik, Qara və Azov dənizlərinin bir-birindən 
fərqlənməsinə baxmayaraq, onların müəyyən ümumi cəhətləri də vardır. Bunlar 
materik daxili dənizlərdir. Hər 3 dənizin suyu nisbətən istidir, qışda hər yeri donmur. 
Ən isti Qara dənizdir. 
    Xəzər dənizi genetik cəhətdən Qara dənizlə sıx surətdə əlaqədardır. Keçmişdə 
dəniz olan Xəzər qapalı axarsız göl olmasına baxmayaraq, özünün bir sıra dəniz 
xüsusiyyətlərini saxlamışdır.  
   Baltik dənizi MDB-nin ən cavan dənizlərindən biridir. IV dövrdə baş verən tektonik 
batma nəticəsində əmələ gəlmişdir. Baltik dənizi çox dərin deyildir. Onun ən dərin 
yeri 470 m-ə çatır. Fin və Riqa körfəzlərində dərinlik 100 m-dən azdır. Çayların 
gətirdiyi su hesabına Baltik dənizinin suyu şirinləşir. Onun orta hissəsində şorluq      
7-8‰-dən çox deyildir. Fin körfəzində isə bu 1‰-ə düşür. Baltik dənizinin heyvanlar 
aləmi zəngin deyildir. 
Qara, Azov və Xəzər dənizləri 
   Qara (2210 m-ə qədər) və Xəzər (1025m) dənizlərinin çökəklikləri cavan alp  
qırışıqlığı zonasında yer qabığının çökməsi nəticəsində əmələ gəlmişdir. Xəzərin 
şimalı materik dayazlığı olub az suludur.  
   Hələ miosendə Qara və Xəzər dənizlərinin yerində Sarmat dəniz hövzəsi mövcud 
idi. Miosenin sonunda bu hövzənin açıq okeanla əlaqəsi yaranır. Pliosenin lap 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə