Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 
 
əvvəlində bu əlaqə pozulur və Meotis hövzəsinin yerində şirin sulu Pont göl-dənizi 
yaranır. Pliosendə Pont göl-dənizi 2 müxtəlif hövzəyə ayrılır və bu dövrdən etibarən 
Qara və Xəzər dənizlərinin müstəqil həyatı başlayır. Onlar öz sahil xətlərini bir neçə 
dəfə dəyişmiş və Kuma-Manıç çökəyi vasitəsilə birləşmişlər. 
    Qara dəniz dördüncü dövrdə əmələ gəlmiş ensiz Bosfor və Dardanel boğazları 
vasitəsilə Aralıq dənizi ilə birləşir. Ən dar yerində Bosforun eni 750 m-dir.  
   Qara dəniz və Xəzər dənizinin suyu xeyli şirindir. Qara dənizin açıq hissəsində 
duzluluq 17-18.5 ‰-dən lap dərin dibdə artaraq 22.5 ‰-ə çatır. Xəzər dənizində isə 
duzluluq 13‰-dən azdır.  
   Çaylar cənub dənizlərinə çoxlu miqdarda qidalı duz gətirir. Bioloji məhsuldarlığa 
görə dayaz sulu Azov dənizi 1-ci, Xəzər dənizi isə 2-ci yeri tutur.  
   
    
behruzmelikov.com
behruzmelikov.com


                                            Oroqrafiya 
   
MDB-nin düzənlik hissəsi Baltik dənizindən başlayaraq Yenisey çayına qədər və 
Buzlu okeandan Kopetdağın ətəyinə qədər uzanır. O 3 böyük düzənlikdən (Rusiya, 
Qərbi Sibir, Turan ovalığı, Orta Sibir yaylası) ibarətdir. Rusiya düzənliyində 
yüksəkliklərin ovalıqlarla birləşməsi müşahidə olunur. Düzənliyin cənub-şərqindən 
okean səviyyəsindən aşağıda yerləşməsi Xəzərsahili ovalıq timsalında özünü biruzə 
verir. Şimal-qərbdən isə Kola yarımadasının hündürlüyü 1191 m-ə çatan Xibin dağları 
ilə əhatə olunmuşdur. Qərbi Sibir ovalığı müxtəlifliyi və okean səviyyəsindən azacıq 
hündür olması ilə diqqət cəlb edir. Ancaq ovalığın bəzi yerlərində mütləq hündürlüyü 
200 m-ə çatan (Sibir ovalığında 291 m-ə çatır) yerlərdə rast gəlinir. Rusiya düzənliyi 
Qərbi Sibir ovalığından meridan boyu uzanan, hündürlüyü 1895 m-ə çatan alçaq Ural 
dağları ilə ayrılır.  
   Qərbi Sibir ovalığı ilə Turan ovalığı arasında geniş alçaqdağlıq ölkə-Qazaxıstan 
xırdatəpəliyi yerləşir. Onun cənub şərqindəki Aksoran dağının yüksəkliyi 1566 m-ə 
çatır. Qərbdə Qazaxıstan xırdatəpəliyi Cənubi Uraldan Turqay tavası ilə ayrılır. 
Turqay Qərbi Sibir düzənliyi ilə Turan ovalığını birləşdirən ərazidə hündürlüyü 300 
m-ə çatan, mərkəzində isə 2 tərəfi açıq dərəyə malik hamar düzənlikdən ibarətdir.     
   Turan  ovalığının relyefi yekrəng deyildir: okean səviyyəsindən alçaqda yerləşən 
çökəkliklər, Üstyurd kimi yüksək platolarla yanaşı yerləşir, ovalıqlar daxilində aşınıb 
dağılmış dağların çoxlu qalıqları yüksəlir.  
   Yenisey və Lena çayları arasında geniş bir ərazini yüksək düzənliyi xatırladan Orta 
Sibir yaylası tutur. Onun orta yüksəkliyi dəniz səviyyəsindən 500-700 metrə  çatır. 
Yaylanın suayırıcı və çayətrafı sahələrində dərin və sıx erozion parçalanma şəbəkəsi 
üstünlük təşkil edir. Onun nisbətən qalxmış şimal-şərq hissəsində Putoran dağları 
yerləşir. Mütləq yüksəkliyi 1701 metrdir. Yayla şimaldan dik yamacla Şimali Sibir 
ovalığına qovuşur, cənubdan isə Sayan, Zabaykalye və Pribaykalye dağları ilə 
sərhədlənir.  
   Cənubdan MDB-ni haşiyələyən dağlar qərbdə Karpatdan başlanır. Karpat 
dağlarından yalnız Ukrayna Karpat dağları adlanan hissəsi MDB-ə aiddir. Bu dağların 
ən hündür nöqtəsi (Qoverla dağı) 2061 metrdir.  
   Krımın cənubunda Qara dənizə dik enən və yüksəkliyi 1545 metrə çatan (Roman-
Koş zirvəsi) Krım dağları yerləşir. Krım dağlarından bir qədər şərqdə Qafqaz dağları 
uzanır. Bu dağların buzlaqlarla örtülü bəzi zirvələri dəniz səviyyəsindən 5000 metrə 
behruzmelikov.com
behruzmelikov.com


qalxır. Xəzər dənizindən şərqdə hündürlüyü 7000 metrdən artıq olan Tyan-Şan 
yerləşir. Onun şərqə davamı MDB sərhədindən kənara çıxır. Çox yüksək olmasına 
baxmayaraq, Mərkəzi Tyan-Şan dağları az parçalanmışdır və zirvələri yastı 
formadadır. Ili çayının tektonik çökək dərəsi Cunqariya  Alatausu (4464) sıra 
dağlarının Tyan-Şandan ayırır, ondan şimal-şərqdə isə enlik istiqamətində Tarbaqatay 
sıra dağları (2292 m) uzanır.  
   Qərbi Sibirin cənub-şərqində hündürlüyü 4500 metrə  çatan Altay dağları yerləşir. 
Yüksək zirvəsi Beluxa 4506 metrdir. Altayın şimala uzanan hissəsi Kuznetsk 
Alatausu, Monqolustan ərazisində yerləşən hissəsi Monqolustan Alatausu adlanır. 
   Altay ilə Qərbi və Şərqi Sayan, Tannu-Ola sıra dağları sıx qovuşur. Sayan dağları 
üçün səciyyəvi cəhət zirvələrin  yastı və orta yüksəklikdə olmasıdır. (Munku-Sardık 
3491 metr).  
   Pribaykalye və Zabalkalye dağlıq ölkəsi 1500-2500 m-ə çatır. Zabaykalye 
dağlarından şərqdə, Aldan, Olekma və Zeya çayının suayırıcında qərbdən şərqə doğru 
Stanovoy sıra dağları uzanır. (2412 m) Ondan cənub-şərqdə Priamurye və Cənubi 
Priamurye dağları yerləşir. Priamuryedən şimalda oxot dənizi sahili boyunca Sahil və 
Çiqçur (1906m) sıra dağları uzanır. Onlardan sonra Şimal-Şərqi Sibirin və 
Çukotkanın dağları yerləşir.  
behruzmelikov.com
behruzmelikov.com


                       Orta Asiya və Mərkəzi Qazaxıstan 
   Orta Asiya və Mərkəzi Qazaxıstan Qərbi Sibirdən və Uraldan cənubda, Altay 
dağından qərbdə və Xəzər dənizindən şərqdə yerləşir. Burada okeandan 3000-4000 
km aralıda materik daxilində yerləşən Turqay tavası və Qazaxıstan xırda təpəliyi, 
Tarbaqatay sıra dağları və Cunqari Alatausu, Turan ovalığı və Ust-Yurt platosu, 
Kopetdağ, Pamir-Alay və Tyan-Şan dağlıq ölkələri cəmlənmişdir.  
   Səciyyələndirdiyimiz ərazi özünəməxsus xüsusiyyətlərilə fərqlənən və fiziki-coğrafi 
şəraitinə görə olduqca ziddiyyətlidir. MDB-nin ən yüksək zirvəsi Orta Asiyanın Pamir 
dağlarında Kommunizm piki (7495 m) və Tyan-Şan dağlarında Qələbə piki (7439 m) 
yerləşir. Bununla yanaşı , quruda MDB-nin ən alçaq nöqtəsi olan Manqışlaq 
yarımadasının cənubunda (-132 m) yerləşən _____ çökəkliyi burada yerləşir. Ərazinin 
başı qarlı və buz dağları, habelə dağ tundraları ilə xarakterizə olunan yüksək dağları 
ən isti və quraq səhraların qonşuluğunda yerləşir. İri buzlaqları və daimi qarlı zirvələri 
olan Pamir dağları MDB-nin ən isti qütbü sayılan Amu-Dəryanın orta axarında 
Termez qəsəbəsindən çox da aralı deyil. 
   Orta Asiya və Mərkəzi Qazaxıstanın çox hissəsi düzənlik və yüksəkliklərdən ibarət 
olub, paleozoy qırışıqlığına aiddir. Şimalda və şimali-qərbdə Qərbi-Sibir ovalığı və 
Rusiya düzənliyilə, cənubda və cənub-şərqdə isə dağlarla əhatə olunmuşdur. Onu 
cənubdan əhatə edən dağların az bir hissəsi (Kopetdağ) MDB-nin Orta Asiya 
ərazisindədir. Çox hissəsi isə sərhəddən kənardadır. Onu cənubdan dövrələyən dağlar 
Orta Asiyanın əsas dağ sistemləri olub Pamir-Alay, Tyan-Şan, Cunqari Alatausundan 
ibarətdir.  
   Şimalda böyük bir sahədə Qazaxıstan xırda təpəliyi yerləşir. Burada qədim qırışıq 
struktura demək olar ki hər yerdə səthə çıxır və yeni çöküntülərlə az örtülmüşdür. 
Ərazinin qərb hissəsi daha qədim olub, kaledon qırışıqlığı strukturuna, şərq hissəsi isə 
hertsin qırışıqlığına aiddir. Qazaxıstan xırda təpəliyinin ovalıq və yüksəklik 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə