Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

sahələrində yeni tektonik hərəkətlərlə əlaqədar qalxmalar baş vermişdir. Onun 
qərbində Ulutau dağı (1133 m) və şərqində isə Aksoran dağı (1565 m)yerləşir. Şərqdə 
hertsin qırışıqlığı nəticəsində yeni tektonik hərəkətlər baş vermiş, Tarbaqatay (2992 
m), Cunqari Alatausu (4464 m) kimi dağlar daha yüksəyə qalxmışdır. Tyan-Şanın 
şimal silsilələri kaledon, cənub silsilələri hertsin qırışıqlığına, Pamir dağları isə alp 
qırışıqlığına aiddir. Pamirdən əlavə Kopetdağ da (2492 m) Alp geosinklinalı 
vilayətinə aiddir.  
   Orta Asiya və Mərkəzi Qazaxıstanın iqlimi aşağıdakı xüsusiyyətlərdən asılı olaraq 
müəyyənləşir: 1) Onun materikin daxilində və okeandan uzaqda yerləşməsi.              
2) Nisbətən cənub enliklərdə yerləşməsi və bununla əlaqədar radiasiya balansının 
çoxluğu. 3) səth örtüyünün xarakteri və bununla əlaqədar atmosfer sirkulyasiyasının 
özünəməxsus xarakterik xüsusiyyətlərinin yaranması.  
   Ərazinin Avrasiya materikinin daxili hissəsində və okeandan uzaqda yerləşməsi 
burada kəskin kontinental iqlimin əmələ gəlməsinə şərait yaradır. Cənubda 
yerləşməsilə əlaqədar intensiv günəş radiasiyası kəskin kontinental iqlimli düzən 
rayonlarda arid xüsusiyyətləri daha da artıraraq ərazidə səhra landşaftını formalaşdırır.  
   Ərazidə mülayim qurşağın havaları üstünlük təşkil edir. Yayda isə ərazinin çox 
hissəsində tropik havalar transformasiya olunur. Mülayim qurşağın havaları şimalda 
arktik havalarla sərhədlənir. Arktik hava cəbhələri qışda orta hesabla 60-70° 
şm.enində yerləşərək tez-tez Orta Asiya ərazisinə, bəzən isə hətta onun cənub 
rayonlarına daxil olur. Mərkəzi Qazaxıstandan və Orta Asiyanın şimalından Asiya 
antisiklonunun qərb qolları keçir. Onun təsirinə qışda Orta Asiyaya şimaldan və 
şimal-şərqdən soyuq və quru kontinental havalar daxil olur. Tyan-Şan dağları onların 
şərqə keçməsinə mane olur. (Burada soyuq hava kütlələri az qalınlığa malik 
olduğundan çox da hündür olmayan Karatau dağı da iqlim ayırıcı rol oynayır.) 
behruzmelikov.com
behruzmelikov.com


   Orta Asiyanın iqliminə ondan kənarda yerləşən dağ sistemləri də təsir göstərir. Onu 
cənubdan əhatələyən dağlar Cənubi Asiya mussonlarının daxil olmasına mane olur. 
Eyni zamanda onu qərbdən və cənub-qərbdən əhatə edən Böyük və Kiçik Qafqaz 
dağları, Ermənistan dağlıq yaylası, Zaqros dağları və s. 3600 km məsafədə uzanaraq 
yüksəkdən gələn hava cəbhələrinin deformasiya olunmasında mühüm əhəmiyyət kəsb 
edir.  
Daxili suları.
 Yüksək dağlıq rayonlara çıxmaq şərtilə, az rütubətliliyi, ərazinin çox 
hissəsində isə rütubətin çatışmaması ilə xarakterizə olunur. Ona görə də burada 
hidroqrafik şəbəkə çox seyrəkdir. Orta Asiyanın düzən sahələrində yağıntının az, 
buxarlanmanın çox olması, burada səthi axının çox cüzi olmasına səbəb olur.  
   Dağlıq ərazilərdə təqribən 700 m yüksəklikdən başlayaraq yağıntıların miqdarı artır. 
Maksimum yağıntı (2000 mm-ə qədər) 2000-3500 m yüksəklikdə müşahidə olunur, 
sonra isə yağıntının miqdarı azalır.Maksimum yağıntı zonasında axım əmsalı yüksək 
olub, 0.6-0.8 arasında dəyişərək, bəzən vahidə yaxınlaşır.  
   Orta Asiya çaylarının əsas qida mənbəyi yüksək dağlıq zonanın qar və buzlaq 
sularıdır. Orta Asiya çaylarının çoxu qarışıq halda qar suları ilə qidalanır. Onlarda 
gursululuq yay aylarına təsadüf edir. Burada çayların qidalanmasında qrunt suları 
mühüm əhəmiyyət kəsb edir. Bu xüsusilə qış aylarında daha aydın nəzərə çarpır.  
   Orta Asiyanın ən iri çayı Amu-Dəryadır. Onun uzunluğu 2540 km olub, Hindiquş 
dağının şimal yamacından başlanğıcını götürür. Bu çay dünyanın ən bulanıq 
çaylarından biridir. (3.3kq/m³) 
   Orta Asiyanın 2-ci böyük çayı olan Sırdərya Amu-Dəryadan uzun olsa da, 
(uzunluğu 3019 km) suyu ondan azdır. Sırdəryanın yuxarı axarını təşkil edən Narın 
çayı daxili Tyan-Şandan başlayır. 
behruzmelikov.com
behruzmelikov.com


   Orta Asiya çaylarının nəqliyyat əhəmiyyəti azdır. Onların energetik və irriqasiya 
rolu daha böyükdür. Burada Vaxş çayı üzərində tikilmiş Nurek HES-də bəndin 
hündürlüyü 300 m-dən artıqdır. Bundan başqa Vaxş çayı üzərində daha 6 iri HES 
tikilmişdir. İli çayı üzərində isə iri Kanqaçay HES və su anbarı yaradılmışdır.  
   Orta Asiya çayları əsas landşaft əmələ gətirən amillərdəndir. Burada ....zislərdə olan 
mədəni landşaftla yanaşı çay vadilərində təbii komplekslər formalaşır. Buranın 
özünəməxsus mikroiqlim şəraiti, xüsusi torpaq-bitki örtüyü və heyvanlar aləmi 
mövcuddur. 
   Ərazidə həm şor, həm də şirin sulu göllər vardır. Şor göllər səhra zonasında geniş 
yayılmışdır. Dağlıq ərazilərdə belə, axarı olmayan göllər duzludur. Məsələn: İssukkul 
və Karakul. Ərazinin buzlaq və bənd gölləri şirin suludurlar. Mərkəzi Qazaxıstan və 
Orta Asiyada tektonik mənşəli göllər (Aral, Balxaş, İssukkul, Karakul və s.) daha çox 
yayılmışdır.  
   Aral Orta Asiyanın ən iri gölü olub, sahəsinə görə MDB ərazisində 2-ci, dünyada isə 
4-cü göldür. (Xəzər, Yuxarı göl-Amerika, Viktoriya-Afrika) Onun sahəsi 64 min km², 
uzunluğu 428 km, eni 235 km, ən dərin yeri qərb sahilində 65 m-dir. Duzluluğu 10-
11‰-dir.  
   Orta Asiyanın 2-ci böyük gölü Balxaşdır. Uzunluğu 605 km, eni 74 km, maksimal 
dərinliyi 26 m-dir. Gölün qərb hissəsi şirin sulu, şərq hissəsi isə zəif şordur. Qışda göl 
donur. Göl gəmiçilik üçün əlverişlidir və orada balıq ovlanır.  
   Mərkəzi Qazaxıstan ərazisinin şimalında qara torpaqlar, cənuba doğru şabalıdı 
torpaqlar, daha cənubda isə qonur səhra-çöl torpaqları yayılmışdır. Orta Asiyanın 
düzənlik hissəsində boz-qonur torpaqların müxtəlif növləri yayılmışdır. Burada 
həmçinin takır torpaqları geniş yayılmışdır.  
   Orta Asiyanın dağlıq ərazisində aşağıdakı yüksəklik zonaları ayrılır: 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə