Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

m-ə çatır. Beləliklə, Orta Sibirin mühim oroqrafik vahidləri onun geoloji quruluşu ilə 
uyğun gəlir.  
   İqlimi. Orta Sibirin iqlimi onun coğrafi mövqeyindən, isti dənizlərdən uzaq 
olmasından və Şimal Buzlu okeanından asılıdır. Bütövlükdə iqlimi kəskin 
kontinentaldır. Yağıntıların böyük miqdarı ilin 2-ci yarısına düşür. İqlimin kəskin 
olmasına əsas səbəb ölkənin ön tərəfində daimi donuşluğun olmasıdır. Buna səbəb 
qışda temperaturun kəskin aşağı olması, qar örtüyünün qalın olması, dağ süxurlarının 
ilin soyuq vaxtı istiliyi özündə saxlamaması və yayda tamamilə əriməməsi nəticəsində 
bu proses gedir. Daimi donuşluq Orta Sibirin əsasən şimal yarısında landşaftların 
formalaşmasına böyük təsir göstərir. Belə ki, şimal dənizlərinin sahilləri spesifik 
xarakter daşıyır. Tundra zonasında və Mərkəzi Yakutiyada termokarst gölləri bir çox 
rayonlarda buzlardan əmələ gəlmiş təpələr və səthi qrunt sularının rejimini 
müəyyənləşdirir. Suyun qrunta daxil olmasına mane olaraq, düzənliklərdə bataqlaşma 
prosesi gedir. Yazda ağır sular donuşlu qruntların və dərələrin ezərinə çökərək 
çayların səviyyəsinin artmasına şərait yaradır.  
   Çayları və gölləri. Orta Sibir çay şəbəkəsilə zəngin ölkədir. Gursulu və kiçik 
çaylardan ibarət olaraq, çay şəbəkəsinin orta sıxlığı 0.2 km-dir. Orta Sibir çaylarının 
əksəriyyəti qar suları ilə qidalanır. Qrunt suları ilə qidalanma 5-8 % təşkil edir. Bütün 
çaylarda isti dövrlərdə axım sürəti illik axımın 70-90 %-ni, qışda 10 %-ni təşkil edir. 
Buna görə çaylarda suyun hündürlüyü Lenada 10 m, Aşağı Tunquskada 20-25-ə 
qalxır. Orta Sibirin çayları Şimal Buzlu okeanı hövzəsinə aiddir. 
   Lena-Orta Sibirin ən böyük çayıdır. (4400 km) Başlanğıcında əsl dağ çayı xarakteri 
daşıyır. Güclü axına malikdir. İri qolları Oleqmu, Aldant və Bilyuy çaylarıdır. Lena 
tədricən düzən xarakterli çaya çevrilir. Orta illik su sərfi saniyədə 16300 m³-dir. Hər il 
Lena çayı 15 mln ton bərk gətirmələr gətirir. Bu da Laptevlər dənizinə töküldükdə 
deltalanır. Deltasının sahəsi 32000 km²-dir.  
behruzmelikov.com
behruzmelikov.com


   Yeniseyin sağ qollarından ən maraqlısı Anqaraçaydır. Ümumi uzunluğu1826 km-
dir. Çayın meylliyi 170-180 m-dir. Baykal gölü çayın axım rejiminə təsir göstərir.  
   Orta Sibirin ən böyük gölü Taymır gölüdür. Bırranaq dağının cənub ətəyində 
yerləşir. Sahəsi 4650 km²-dir. Bundan başqa Dişkun (dərinliyi 200-250m) və Xantay 
(100-120 m)gölləri də vardır.  
behruzmelikov.com
behruzmelikov.com


                                                 
Qafqaz 
   MDB-nin cənubunda yerləşən dağlıq ölkədir. Qərbdən onu Qara və Azov dənizləri, 
şərqdən Xəzər dənizi əhatə edir. Qafqazın şimal sərhəddi Kuma-Manıç çökəkliyi, 
cənub sərhəddi Türkiyə və İranla dövlət sərhəddi hesab olunur. Bu sərhəd şərtidir, 
təbii şəraitində kəskin fərq olmayan ərazini bölmüşdür. Qafqazın sahəsi 440 min km²-
dir. Burada Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasının Dağıstan 
vilayəti yerləşir.  
   Qafqaz dağlıq ölkədir. Dağ sistemləri Qafqazın özünəməxsus spesifikliyini təmin 
edir və təbii xüsusiyyətlərin həddən artıq rəngarəngliyini şərtləndirir. Qafqazda 
subtropik və yüksək dağlıq landşaft zonaları özünəməxsusluğu ilə seçilir. Cənub 
hissəsi Zaqafqaziya atmosfer proseslərinin xüsusiyyətlərinə, ilk növbədə ilin isti 
yarısında tropik havaya malik olmasına görə subtropik iqlim qurşağına aid ola bilər. 
Burada ovalıq və dağətəklərinin təbiətində rütubətli və quru subtropiklərin əlamətləri 
özünü göstərir. Qafqazın təbiəti çox endemikdir. Lakin burada cənubi Rusiya çölləri, 
Avropanın Aralıq dənizi sahəsi, Ön Asiya yaylası və Orta asiya səhraları üçün 
səciyyəvi olan flora və fauna elementlərinə də rast gəlmək olar. Qafqazın təbiətinə 
Asiya vilayətlərinin təsiri Avropaya nisbətən daha güclüdür. Təbii xüsusiyyətlərinə 
görə Qafqaz Predqafqaziyanın qərb və orta hissəsindən başqa Asiyaya daha yaxındır. 
Ənənəyə görə, əgər Avrasiya materiki 2 qitəyə bölünürsə, onda Qafqazı Avropaya 
yox, Asiya qitəsinə aid etmək daha doğru olar. Qafqazın coğrafiyası haqqında 
məlumat çox qədim dövrlərdən toplanmağa başlamışdır.  
Oroqrafik vilayətləri 
   Qafqaz bir neçə oroqrafik vilayətə ayrılır. Onun şimal hissəsini Kuma-Manıç 
çökəkliyindən Böyük Qafqazın ətəklərinə qədər uzanan Predqafqaziya təşkil edir. 
Qərbi Predqafqaziyanın əsas oroqrafik vahidi Kuban Azovyanı ovalığıdır. Orta 
Predqafqaziyada Stavropol yüksəkliyi (831m), adaşəkilli Mineralovodsk dağları 
behruzmelikov.com
behruzmelikov.com


qrupu (1401 m-ə qədər) və çox da hündür olmayan 2 sıra dağdan ibarət Terek-Sunja 
yüksəkliyi yerləşir. Şərqi Predqafqaziyada isə Xəzərsahili ovalığın cənub-qərb 
kənarını təşkil edən Terek-Kuma ovalığı yerləşmişdir.  
   Böyük Qafqaz nəhəng dağ sistemidir. Oroqrafiyasına görə onu ox zolağına, şimal və 
cənub yamaclara bölmək olar. Ox zolağından şərqə doğru getdikcə kənarlarda orta 
hündürlüklü və alçaq dağlardan başqa hündürlüyü 3000-4000 m-dən çox olan yüksək 
dağlıq sahə tutur.  
   Lix dağları ilə köndələninə ayrılan Kolxida ovalığı və oroqrafik cəhətdən daha 
mürəkkəb olan Kür çökəkliyi Böyük Qafqazı Zaqafqaziya yaylalarından ayıran 
uznuna depressiya əmələ gətirir. Onu Rioni-Kür depressiyası və ya Rioni-Kür dəhlizi 
adlandırırlar. Zaqafqaziyanın cənubunda Zaqafqaziya yaylasının dağlıq vilayəti 
ayrılır. (Araqas 4090 m) Onun şimal və şimal-şərq kənar silsilələri Kiçik Qafqaz 
qırışıq dağ sistemi yaratmışdır. (3724 m-ə qədər) Bundan cənubda daxili hissədə 
yerləşən, əsasən vulkanik yaylalardan ibarət olan sahə Cavahet-Ermənistan yaylası 
adlanır. Zaqafqaziyanın cənub-şərqində Talış dağları (2492 m-ə qədər) və buna 
söykənən Lənkəran ovalığı yerləşmişdir.  
   Qafqazı çox vaxt Şimali Qafqaz və Zaqafqaziya adı ilə 2 yerə bölürlər. Bunlar 
arasındakı sərhəd Böyük Qafqazın Suayırıcı silsiləsi üzrə götürülür.  
Relyefi. 
   Qafqazın relyefi nəhəng dağ qalxmaları, yüksəkliklər və ovalıqların vəhdəti ilə 
səciyyələnir. Dağların yuxarı yüksəklik qurşaqlarını cavan alp tipli relyef formaları 
tutur. Ovalıqlar əsas etibarilə allüvial, prollüvial-allüvial və dəniz tipli akkumlyativ 
düzənliklərdən ibarətdir.  
   Qafqazın geoloji quruluşunun əsas xüsusiyyətləri və geoloji inkişafının mühim 
mərhələləri ilə tanışlıq göstərir ki, oroqrafik vahidlərin hər biri geoloji quruluşun və 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə