Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

1.
 
Qonur və boz torpaqların yayıldığı səhra-çöl zonası. 
2.
 
Dağ-şabalıdı, tünd-boz və qəhvəyi torpaqların yayıldığı quru çöl zonası. 
3.
 
Müxtəlif torpaq örtüyünə malik olan meşə-çöl zonası.  
4.
 
Subalp dağ-çəmən və çəmən-çöl torpaqlarının müxtəlif  yarımtiplərilə birlikdə 
yayılmış dağ-çəmən və çəmən-çöl terrasları. 
5.
 
Yüksək dağlığın çəmən, çəmən-çöl, səhra-çöl və quraq tundra torpaqları. 
6.
 
Daim qar və buzlaq zonası. 
   Qazaxıstan əyaləti təbii xüsusiyyətinə görə və eləcə də bitki örütüyünün xarakterinə 
görə mülayim qurşağa yaxındır.  
   Mərkəzi Qazaxıstanın şimal hissəsi çöl zonasına daxil olub (ən şimal hissədə 
müxtəlif otlu taxıl fəsiləli bitkilərdən ibarət çöl, cənubda isə quraq otlu-yovşanlı 
çöllərdən ibarətdir) cənuba doğru yarımsəhra ilə əvəz olunur.  
   Ölkənin dağlıq hissəsinin bitkiləri yüksəklikdən asılı olaraq aşağıdakı şəkildə 
dəyişir: Qonşu düzənlik ərazidə olan yovşanlı və şoranotulu səhra dağətəyi zonada 
yarımsəhra ilə, bir qədər yüksəklik artdıqda isə yovşanlı-taxıl fəsiləsi otlardan ibarət 
çöllərlə əvəz olunur. Sonra dağ-çimli taxıl fəsiləsi ot bitkilərindən ibarət çöllər, sonra 
dağ-çəmən-çöl və çəmən, daha sonra enliyarpaqlı meşə, ondan yuxarıda iynəyarpaqlı 
meşə, bundan yüksəkdə isə alp və subalp çəmənlikləri, habelə qayalıqlar və çılpaq 
səhralar yerləşir.  
behruzmelikov.com
behruzmelikov.com


                  Orta Asiyanın cənub-şərq və şərq dağları. 
   
Orta Asiyanın cənub-şərq və şərq dağları geoloji və fiziki-coğrafi xüsusiyyətlərinə 
görə fərqlənir. Ərazinin şimalı və mərkəzi dağlıq hissəsinin qırışıqlıq əsası paleozoy 
erasında formalaşmağa başlamışdır. Orta Asiyanın cənubunda paleozoy və mezozoy 
qırışıqlığının əksetmələrilə yanaşı, kaynazoy qırışıqlığı da özünü intensiv şəkildə 
göstərir. Ərazinin istər şimalında, istərsə də cənubunda relyef cavan neogen və IV 
dövr qalxmaları ilə əlaqədar yaranmışdır. Dağlıq vilayətlərdə tektonik hərəkətlərin 
inkişafı seysmik hərəkətlərlə indi də davam edir.  
   Orta Asiyanın əsas dağ sistemi kimi Tyan-Şan və Pamir-Alay dağ sistemləri ayrılır. 
Bir çox coğrafların təklifinə görə, Tyan-Şan və Pamir-Alay dağlarının sərhəddi 
Fərqanə vadisi boyunca götürülür.  
   Fərqanə vadisindən cənubda Pamir-Alay dağ sistemi yerləşir və özünü sərbəst 
oroqrafik sahə kimi göstərir. O Pamir-Alay dağ sistemini Tyan-Şan dağ 
sistemlərindən tamamilə ayırır. Fərqanə vadisi Pamir-Alay və Tyan-Şan dağ 
sistemlərini ayıran oroqrafik sahə olmayıb, həm də daha geniş coğrafi əhəmiyyətə 
malikdir. B.P. Alisov Fərqanə vadisini mülayim iqlim qurşağının Tyan-Şan 
vilayətinə, bundan cənubda yerləşən Pamir-Alayı isə subtropik qurşağa aid edir. 
Fərqanə vadisi burada vacib iqlim sərhəddi kimi götürülür. Bundan əlavə Fərqanə 
vadisi bu 2 region arasında botaniki-coğrafi sərhəd rolunu oynayır. Beləliklə Pamir-
Alay və Tyan-Şan dağları arasında sərhəd Fərqanə vadisi boyunca götürülür. Bəzi 
coğraflar Cunqari-Alatausunu Tyan-Şan dağ sisteminə aid edirlər. Əslində isə o, 
Tyan-Şan ilə Cənubi Sibir dağları arasında aralıq vəziyyəti təşkil edən sərbəst dağ 
sistemidir. Hər şeydən əvvəl Cunqari-Alatausu oroqrafik nöqteyi-nəzərdən Tyan-Şan 
dağ sistemindən geniş İli çayı dərəsi ilə ayrılır. Cunqari-Alatausunun Tyan-Şan və 
Dağlıq Sibir arasında aralıq vəziyyəti təşkil etməsi bitki örtüyündə də özünün göstərir. 
Cunqari-Alatausundan şimalda Alakol və Zaysan çökəklikləri arasında Tarbaqatay və 
Saur dağları yüksəlir. Bu qırışıq strukturaları Qazaxıstan xırda təpəliyinin davamı 
behruzmelikov.com
behruzmelikov.com


olub bir qədər yüksəyə qalxmışdır. Lakin bu sıra dağlar bir sıra xüsusiyyətlərə görə 
Qazaxıstan xırda təpəliyindən fərqlənir. Bu xüsusiyyətlərdən tektonik hərəkətlərin 
xarakterini, dağların daha yüksəyə qalxmasını, yüksəklik landşaft zonasının daha 
geniş sahəni əhatə etməsini və s. cəhətləri göstərmək olar.  
   Beləliklə, Orta Asiyanın cənub-şərq və şərq dağlarında aşağıdakı dağ sistemləri 
ayrılır: 1. Saur və Tarbaqatay; 2. Cunqari-Alatausu; 3. Tyan-Şan; 4. Pamir-Alay. 
Saur-Tarbaqatay 
   
Saur və Tarbaqatay dağları bilavasitə Qazaxıstan xırda təpəliyinin hertsin 
qırışıqlığının strukturunun davamı olub, neotektonik hərəkətlərlə xeyli yüksəyə 
qalxmışdır. Saur və Tarbaqatay dağları onlarla Altayı bir-birindən ayıran Zaysan 
dağarası çökəkliyi üzərində xeyli yüksəyə qalxır. Bioloji xüsusiyyətlərinə görə, bu 
dağlar Cənubi Sibir və Orta Asiya dağlıq fiz-coğrafi ölkələri arasında keçid 
vəziyyətini təşkil edir.  
   Saur silsiləsi iri qalxma massivi olub, hündürlüyü 3500 m-dən artıqdır. Tarbaqatay 
dağları Saur dağlarından alçaq olub, hündürlüyü 2992 m-dir. Bu dağlar əsasən, devon 
və karbonun şist, əhəngdaşı, qumdaşı çöküntülərindən, habelə vulkanogen və qranitli 
süxurlardan təşkil olunmuşdur. Dağ yamacları dərin dərələrlə parçalanmışdır. 
Bununla yanaşı dağ massivləri və paltoların bel hissəsi zəif parçalanmışdır. Bu isə 
ərazidə qalxma sahələrinin cavan olmasını sübut edir. Ərazinin yüksək dağlıq 
zonasında müasir buzlaşmaya nisbətən daha böyük ölçülü qədim buzlaşma izlərinə 
rast gəlinir. Burada 2000-2500 m yüksəklikdən etibarən daimi donuşluq başlayır. 
Şimal yamacın dağətəyi zonasında və dağ çöllərində açıq-şabalıdı torpaqlar üzərində 
yarımsəhra bitkiləri, ondan yuxarıda dağ şabalıdı və qara torpaqlar üzərində çöl 
şorakətli-çəmən bitkiləri bitir. Cənubda isə alçaq dağlıq çöl landşaftı, parçalanmış orta 
dağlıq çəmən-çöl və kolluq landşaftı ilə əvəz olunur. Ərazidə Sibir qaraşamı və Tyan-
Şan küknarından ibarət meşələr yayılmışdır. Burada küknar meşələrinə Sibir ağ şamı 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə