Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi


MDB ərazisinin fiziki-coğrafi rayonlaşdırılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

           MDB ərazisinin fiziki-coğrafi rayonlaşdırılması
 
   Fiziki-coğrafi rayonlaşdırma kompleks coğrafiyanın ən mühim problemlərindən 
biridir. MDB təbiətini landşaftın ayrı-ayrı kompanentləri üzrə rayonlara bölmədən 
tam və konkret öyrənmək mümkün deyil. Elmi cəhətdən düzgün əsaslandırılmış 
fiziki-coğrafi rayonlaşdırmanın böyük əhəmiyyəti vardır. Fiziki-coğrafi 
rayonlaşdırmanın nəticələri öz təcrübəli tətbiqini, sənaye, yol tikintisi, rayon 
planlaşdırılması, təbii landşaftşünaslıq sahələrində tapır.  
   Fiziki-coğrafi rayonlaşdırma üzrə ilk tətqiqatçı müəlliflər botanik-coğrafiyaçılar 
olmuşdur. Onlar bitki örtüyündəki fərqlərə əsaslanır, Semyonov-Tyan-Şanski 
“Avropa Rusiyasının və Qafqazın məhəlli tipləri” (1915-ci il) adlı əsərində 
rayonlaşdırma apardıqda yer səthinin relyef, iqlim və bitki örtüyü ilə bağlı olan 
quruluşa əsaslanır. O qeyd edir ki, qurşaqlar fiziki-coğrafi deyil, geomorfoloji 
qurşaqlardır. (bərk buzlaq çöküntüləri qurşağı, şimal dəniz transqressiyası qurşağı, 
yumşaq buzlaq çöküntüləri qurşağı və s.) MDB rayonlaşdırılmasında yeni addım 
L.S.Berq tərəfindən aparılmışdır. Dokuçayevin əsərlərinə istinad edərək landşaft 
(coğrafi) zonaları haqqında nəzəriyyə yaratmış, ilk dəfə 1913-cü ildə landşaft 
zonalarını böyük coğrafi kompleks kimi ayırmışdır. Landşaft ölkəsi sözü altında 
materikin geniş bir hissəsi nəzərdə tutulur. O aşağıdakı başlıca əlamətlərlə 
səciyyələnir: 
1.
 
Geostruktur cəhətdən ərazinin ümumiliyi. 
2.
 
Ərazinin coğrafi mövqeyindən və atmosfer dövranının xüsusiyyətlərindən asılı 
olaraq makroiqlim rejiminin özünəməxsusluğu. 
3.
 
Enlik və yüksəklik landşaft zonalarının uyğunluğu və təzahür dərəcəsi. 
   MDB ərazisini 15 landşaft ölkəsinə ayırmaq olur.  
1.
 
Kola-Kareliya ölkəsi. Baltik kristallik qalxanının bir hissəsidir. Şimalda meşə-
tundraya və tundraya keçən tayqa və bataqlıq landşaftı üstünlük təşkil edir.  
behruzmelikov.com
behruzmelikov.com


2.
 
Rusiya düzənliyi.Şimalda tundradan başlamış, cənubda səhralara qədər aydın 
ifadə olunan landşaft zonallığına malikdir. 
3.
 
Ural. Üst paleozoyda qırışıqlığa məruz qalmış orta hündürlüyə malik dağlıq 
ölkədir. Şimaldan cənuba 5 landşaft zonasını kəsir və buna müvafiq ərazisində 
ardıcıl növbələnən tundra, meşə-tundra, tayqa, meşə-çöl və çöllərdən ibarət 
hündürlük zonallığı bir-birini əvəz edir. 
4.
 
Karpat. Yaşına görə cavan olub (alp orogenezi), orta hündürlüklü dağlıq 
ölkədir. MDB-nin ərazisinə onun bir hissəsi Ukrayna Karpatı daxildir.  
5.
 
Qafqaz. Yüksək alp qırışıqlıqlı dağ silsilələri, yaylalar, tektonik çökəkliklər 
sistemidir. Hündürlük zonallığı mürəkkəb və dəyişkəndir. 
6.
 
Mərkəzi Qazaxıstan ölkəsi. Hündürlük qurşağı zəif ifadə olunan yarımsəhra və 
səhra landşaftları ilə səciyyələnir.  
7.
 
Orta asiya düzənliyi ölkəsi. Bura Cənubi Qazaxıstan və Orta Asiyanın mülayim 
və subtropik qurşaqlarının səhraları daxildir.  
8.
 
Orta Asiya dağlıq ölkəsi. MDB ərazisində ən hündür ölkədir. Iqlimin quraqlığı 
üzündən dağlarda yarımsəhra, səhra və çöl qurşaqları yayılmışdır. Yaylada 
kserofit landşaftlar geniş yer tutur. 
9.
 
Qərbi Sibir düzənliyi. Rusiya düzənliyindən iqliminin kontinentallığı, relyefinin 
az parçalanması və çox yekrəng olması ilə fərqlənir. Burada enlik zonallığı 
Rusiya düzənliyi zonallığını xatırladır. Lakin zəif drenaj nəticəsində Qərbi Sibir 
düzənliyi şimalda daha çox bataqlaşmış, cənubda isə şoranlaşmışdır. 
10.
 
Orta Sibir. Yüksəkliklər və bəzən də dağlıq relyeflə əlaqədar sərtləşən soyuq 
kontinental iqlim ilə səciyyələnir. Ən tipik landşaftlar donuşluq-tayqa 
torpaqlarına malik açıq-qaraşam tayqası hesab edilir. 
11.
 
Altay-Sayan. Peneplenləşmiş və sonra yenidən yaranmış qədim dağ qırışıqlığı 
sistemidir. Ayrı-ayrı silsilələri alp tipi və buzlaqları ilə xarakterizə olunan 
yüksək yaylalara malikdir. Altayda tünd iynəyarpaqlı tayqa üstündür. 
behruzmelikov.com
behruzmelikov.com


12.
 
Baykal dağlıq ölkəsi. Orta hündürlüyə malik, qədim qırışıq-qayma dağlar, 
yaylalar, yastı yayla və tektonik çökəkliklər vilayətidir. Kəskin kontinental 
iqlim şəraitində şam və qaraşam, cənub-şərqdə isə çöl landşaftları üstünlük 
təşkil edir.  
13.
 
Şilam-şərqi Sibir. Düzənliklərdən, yüksəkliklərdən və yaylalardan ibarət dağlıq 
ölkədir. Tektonik cəhətdən mezozoy qırışıqlığının məhsuludur. Ölkənin iqlimi 
qeyri-adi sərtliyinə görə fərqlənir.Ərazisində qışda Oymyakon soyuq qütbü 
yaranır. 
14.
 
Şimali Uzaq Şərq. Mezozoy və alp qırışıqlığı zonasına aid edilən dağlıq 
ərazidir. Sakit okean və onun dənizləri iqlimi mülayimləşdirir. Burada tundra, 
meşə-tundra və şimal tayqa landşaftları hakimdir. 
15.
 
Cənubi Uzaq Şərq ölkəsi (Amur-Saxalin). Əsasən dağlıq ölkədir. İqlimi musson 
xarakterlidir. Tünd iynəyarpaqlı tayqa, qarışıq meşələr, ən cənubda isə 
enliyarpaqlı meşə landşaftları hakimdir. 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə