Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

   Q.N.Kamenski MDB-də tundradan başlayaraq şimal çöllərinə qədər olan böyük bir 
hissəsinin qrunt sularını qələviləşmiş qrunt suları vilayətinə daxil edir. Burada çoxlu 
sayda bulaq və çeşmələrə (qaynamalara) təsadüf olunur.  
   Q.N.Kamenskiyə görə, quru çöllərdə, yarımsəhra və səhralarda yüksək 
minerallaşması ilə səciyyələnən kontinental şorlaşmanın qrunt suları formalaşmışdır. 
Burada yeraltı axın çox zəifdir, qaynamaların (bulaqların) sayı azdır. Gilli səhralar 
xüsusi susuzluqla fərqlənirlər. Belə səhralarda qrunt suları çox dərində yerləşir və acı-
şor dadırlar. Qumlu səhralarda su nisbətən çoxdur. Qrunt suları qumlarda yer səthinə 
yaxın yerləşir və az minerallaşmış olur.  
Daimi (çoxillik) donuşluq. Daimi donuşluq
- dağ süxurlarının uzun müddət (1 neçə 
ildən minlərlə ilə qədər) 0° S-dən aşağı temperaturdakı soyumuş vəziyyətini əks 
etdirir.  
   MDB-də daimi donuşluq sahəsi çox böyük olub, 11.1 milyon km²-ə bərabərdir 
(49.7%). Onun yayıldığı əsas vilayət Şərqi sibirdir. Başdan-başa daimi donuşluğun 
cənub sərhədi Yamal və Qdansk yarımadasının şimalından keçir. Yeniseydən 
Dudinkaya çatır, buradan qütb dairəsinə enir, Vilyuyun mənsəbindən aşağıda Lenanı 
kəsir. Kolımanın yuxarılarından Anadır körfəzinin sahillərinə  doğru gedir. Tala-tala 
yayılmış daimi donuşluq sahələri daha geniş əraziləri əhatə edir. O, Rusiya düzənliyi 
tundrasını, Qərbi Sibir ovalığının şimalını, Primoryenin cənub hissəsindən başqa 
Uzaq Şərqi və qismən Priamuryeni, habelə Kamçatkanın cənubunu, Saxalindən başqa 
bütün Şərqi Sibir və Uzaq Şərqi əhatə edir. Bundan başqa çoxillik donuşluq Altayda, 
Orta Asiyada və Böyük Qafqazda da vardır.  
   Vilyuy hövzəsində daimi don qatının qalınlığı 1500 m-ə çatır. Kola yarımadasında 
isə 25 m-dən azdır. Lakin Bolşezemelskaya tundrasının şimal-şərqində artaraq 100-
200 m-ə çatır. Orta Sibirin cənub-qərbində, Zabaykalyenin cənubunda, Oxot dənizi 
sahillərində və  Kamçatkada çoxillik donuşluq qatının qalınlığı 100 m-dən azdır.  
   Daimi donuşluq rayonlarının qrunt suları donuşluqüstü, donuşluqarası və 
donuşluqaltı olmaqla 3 tipə bölünür. Donuşluqüstü sular qışda tamamilə və ya qismən 
donur, əksər hallarda təzyiq nəticəsində üzə çıxıb buz sırsıraları əmələ gətirir.  
   MDB-nin şimal-şərqində həcmi 25 mlrd m³ olan 4000 sırsıra qeydə alınmışdır. 
Yakut dilində bunlara “tarınlar” deyilir. Sırsıra ilə yanaşı daimi donuşluq zonasında 
buz təpəliyi geniş yayılmışdır.  
behruzmelikov.com
behruzmelikov.com


MDB-nin bataqlıqları. Ümumi bataqlıq və bataqlaşmış torpaq sahəsi MDB 
ərazisinin onda birindən də az (9.5%) hissəsini tutur. Belə sahələr MDB-nin şimal 
yarısında-yağıntının buxarlanmadan üstün olduğu meşə zonasında və tundrada 
yerləşir. Orta və Şimali Koreliyanın 40-50%-i bataqlıqlardır. Qərbi Sibir tayqasında 
bataqlıq bəzi yerlərdə (Vasyuqanye) 70%-ə çatır. Polesye və Meşşora tipli 
bataqlıqlaşmış ovalıqlar bataqlıqlardan tamam məhrum olan parçalanmış 
çökəkliklərlə növbələşir.  
   Meşə-çöl zonasında ərazinin bataqlaşması kəskin surətdə azalır. Dağlıq rayonlarda 
bataqlıqlar az sahə tutur. Qafqazda Kolxida istisnadır.  
   Qidalanma üsulu və bitkilərin xarakterindən asılı olaraq bataqlıqlar 3 tipə bölünür: 
aşağı, yuxarı və keçid. Aşağı (evtrof) bataqlıqlar toplanma və qrunt suları ilə 
qidalanır, mineral duzlarla nisbətən zəngindir, bitki örtüyü yaşıl mamırlardan, 
müxtəlif  bataqlıq otlarından, qara qızılağac və tozağaclarından ibarətdir. Yuxarı 
(oliqotraf) bataqlıqlar yağıntılardan qidalanır, mineral duzları azdır. Bitki örtüyündə 
başlıca olaraq sfaqnum mamırları üstünlük təşkil edir. Keçid (mezotrof) bataqlıqlar 
qidalanma xüsusiyyətinə və bitki örtüyünün xarakterinə görə aşağı və yuxarı 
bataqlıqlar arasında aralıq mövqe tutur.  
   MDB-də şimalda bataqlığın hər 3 tipi vardırsa, cənubda ancaq aşağı (düzənlik) 
bataqlıqlara rast gəlinir.  
   Meşə zonasının bataqlıqları torfla çox zəngindir. Dünya torf ehtiyatının 60 %-dən 
çoxu MDB-nin payına düşür. 
Müasir buzlaşma.
 Müasir buzlaqlar MDB ərazisinin çox da böyük olmayan (78 min 
km²-ə yaxın) sahəsini tutur. Lakin onun təbiətdə və insan həyatında əhəmiyyəti 
olduqca böyükdür. Müasir buzlaqlarda şirin su ehtiyatı vardır və onlar arid rayonların 
çaylarının mühim qida mənbəyini təşkil edir.  
   Müasir buzlaşmanın 56.970 km²-i Arktikayanı sektordakı adaların payına düşür. 
Arktika buzlaqlarının qidalanma sərhədi alçaqda, 200-700 m yüksəklikdə yerləşir. 
Burada bütöv buzlaq örtüyü qalxan və gümbəz formalı buzlaq sipərlərindən ibarətdir. 
Ən böyük buzlaq sipərindən biri Novaya Zemlyanın Şimal adasındadır. Onun 
uzunluğu 340 km-ə, eni isə 70 km-ə çatır. Buzlaq örtüyünün orta qalınlığı Frans-İosif 
torpağında 100 m-lə, Novaya Zemlya adasında 300 m arasında tərəddüd edir. Bəzi 
yerlərdə (Novaya Zemlya) alp tipli dərə və kar buzlaqlarına da rast gəlinir.  
behruzmelikov.com
behruzmelikov.com


   Mülayim və cənub enliklərində dağ buzlaqları yayılmışdır. Onlar iqlim qar 
sərhədindən nisbətən aşağıda formalaşmağa başlayırlar.  
   Buzlaqlar Orta Asiya dağlarında 16.7 min km²-dən artıq sahəni tutur. Pamirin 
mərkəz və şərq rayonlarında qar sərhədi 5240 m yüksəkliyə qalxır. MDB-də ən 
böyük, uzunluğu 77 km olan Fedçenko buzlağı məhz buradadır. Pamirin bütün 
səthinin təxminən 1/9 hissəsi (800 km²-dən çoxu) buzlaq örütüyü altındadır. MDB-nin 
Pamirdən sonra II dağ buzlaq rayonu Tyan-Şandır. Qafqazda da buzlaqlar nisbətən 
çoxdur. Daha sonra Altay, Kamçatka, Şimal-Şərqi Sibirin dağları və başqa az 
əhəmiyyətli buzlaq mərkəzləri gəlir.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə