Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   2   3   4   5   6   7   8   9   ...   28

növbələşir. Yay yağıntıları burada sutkalıq maksimumu 100 mm və daha çox 
(Ukraynanın qərbində 200 mm-ə qədər) olan qısa müddətli leysan şəklində düşür.  
   Çöl iqlim tipində quraqlıq və nəmişliyin qeyri-sabitliyi meşə-çöldə olduğundan 
daha kəskin şəkil alır. Yay günəşli və istidir. İyulun orta temperaturu 21-23° S-dir. 
Yağıntının illik miqdarı azalıb 300 mm-ə qədər düşür, bu isə buxarlanmanın 
kəmiyyətindən 2, bəzən 3 dəfə az olur. Çöllərdə hər 2-3 ildən bir quraqlıq olur. Yay 
yağıntıları qısa müddətli leysan yağışlar şəklində düşür. Qar örtüyü nazik olur. 
Ukrayna istisna olmaqla çöllərdə qışda temperatur aşağı və qar örtüyü nazik 
olduğundan torpaq donur. 
   Yarımsəhra iqlim tipi Qazaxıstanın orta zolağı və aşağı Volqaboyu üçün 
xarakterikdir. Bu quru, kəskin kontinental iqlimdir. İyulun orta temperaturu 23-25° S-
dir. İyulun orta temperaturu 23-25° S, yanvarda orta temperatur -10-15° S olan soyuq 
qış olur. Yağıntının illik miqdarı 200-300 mm-dir. İlin keçid mövsümləri yaz və payız 
qısa olur.  
   Səhra iqlim tipi üçün çox quraqlıq və kontinentallıq səciyyəvidir. Yay səhralarda 
uzun, günəşli və qızmar olur. İyulun orta temperaturu 25-29° S olur. Nisbi rütubətlik 
aşağı, səma buludsuz, bitki örtüyü yox dərəcəsindədir. Günəşli saatların miqdarına 
görə Orta Asiya səhraları fərqlənir. Səhralarda yağıntı il ərzində 100-200 mm, bəzən 
də 100 mm-dən az olur.  
   Subtropik qurşaq özünün şimal ucqarı ilə MDB-ə daxil olur. Onun üçün yayda 
tropik, qışda isə mülayim enliklərin havası xarakterikdir. MDB subtropiklərində 3 
müxtəlif iqlim tipi: Aralıq dənizi, rütubətli iqlim və quru subtroik iqlim ayrılır. 
   Aralıq dənizi iqlimi- Krımın cənub sahilində və Novorossiyskdən Tuapseyə qədər 
Qafqazın Qara dəniz sahili boyunda yayılmışdır. Günəşli saatların miqdarı çox, yay 
isti və qurudur. Yaltada iyulun orta temperaturu 24.1° S-dir. Krımın cənub sahilində 
ilin ən yaxşı fəsli payızdır. O isti və günəşlidir.  
   Krımın cənub sahilinin və Novorossiyskdən Tuapseyə qədər Qafqazın Qara dəniz 
sahilinin iqlimi tipik Aralıq dənizi iqlimi deyildir. Çünki tipik Aralıq dənizi 
ölkələrində qış xeyli isti, yay isə demək olar ki yağıntısız keçir.  
   Rütubətli subtropiklərin iqlimi Zaqafqaziyada Kolxida və Lənkəran ovalıqlarına 
məxsusdur. Burada yay isti, qış mülayim keçir. Yağıntıların miqdarı çox, havanın 
nisbi rütubətliyi isə yüksəkdir.  
behruzmelikov.com
behruzmelikov.com


   Lənkaranın iqlimi Kolxidanın iqlimindən fərqli olaraq, rütubətli subtropiklər 
iqliminin daha kontinental bir variantıdır. Lənkaranda yay daha isti, qış isə sərindir. 
(Lənkaranda ən isti ayın orta temperaturu 25.5° S, Batumidə 22.9° S, ən soyuq ayın 
temperaturu 3° S və 6.8° S-dir). Lənkəranda illik yağıntıların miqdarı 1124 mm, 
Batumidə, Qafqazın Qara dəniz sahili boyunda 2465 mm-dir.  
   Quru subtropiklərin iqlimi- Şərqi Zaqafqaziyada Kür-Araz ovalığı və Orta Asiyanın 
ucqar cənub sahəsi üçün səciyyəvidir. Bu, quru yarımsəhra (Kür-Araz ovalığı) və çox 
isti (Türkmənistanın cənubunda iyulun orta temperaturu 30-32° S-dir) kəskin 
kontinental quru səhra iqlimidir. Mülayim qurşağın yarımsəhra və səhralarından fərqli 
olaraq, quru subtropim qışı istidir.  
   Dağ iqlimləri. Dağlara qalxdıqca hava seyrəkləşir, şəffaflıq artır, su buxarının 
miqdarı azalır. Buna görə də yüksəyə qalxdıqca düz günəş radiasiyası çoxalır, 
xüsusən göy, bənövşəyi və ultra-bənövşəyi şüaların rolu güclənir.  
   Dağlarda yamacların baxarlığının iqlim əmələgətirmə əhəmiyyəti olduqca 
böyükdür. Burada temperatur inversiyası geniş yayılmış hadisədir.  
   Dağ-dərə küləkləri və fyonlar dağlarla sıx surətdə əlaqədardır. Fyonlar dağlardan 
onun ətəklərinə doğru əsir və quru küləklər kimi çox isti olur. Onlar Orta Asiyada və 
Zaqafqaziyada xüsusən geniş yayılmışdır.  
   Dağlarda qar xəttinin hündürlüyü bir çox amillərdən: coğrafi enlikdən, yağıntının 
miqdarından, yamacların baxarlığından və s.dən asılıdır. Mərkəzi Arktikada o okean 
səviyyəsinə yaxın, Pamirdə isə 5000 mm-dən yüksəkdə yerləşir. 
behruzmelikov.com
behruzmelikov.com


                                  MDB-nin daxili suları 
   A.İ. Voyeykova görə çaylara iqlimin məhsulu kimi baxmaq olar. Bu fikri eyni 
dərəcədə daxili suların bütün digər növlərinə: göllərə, yeraltı sulara və bataqlıqlara da 
aid etmək olar.  
   Çaylar. MDB-də ümumi uzunluğu 9647864 km-ə bərabər olan 2963398 çay vardır. 
Bu rəqəmlər əsasən uzunluğu 25 km-ə qədər olan xırda çaylar hesablanır. Uzunluğu 
500 km-dən çox olan iri çayların sayı 260-dır.  
   MDB ərazisinin yarıdan çoxu Şimal Buzlu okeanına tökülən çayların hövzələrinə 
aiddir. Buraya MDB-nin Sibirdən və Rusiya düzənliyindən şimala axan ən böyük 
çayları daxildir. Sakit və Atlantik okeanına tökülən çayların hövzələri MDB ərazisinin 
¼ hissəsindən də azını təşkil edir. Ərazinin qalan ¼ hissəsi dünya okeanına axarı 
olmayan daxili qapalı sahədən ibarətdir. Bu sahəyə Avropanın ən böyük çayı Volqa 
daxildir. Çaylarda axın MDB-nin şimalında cənubuna nisbətən böyükdür.  
   MDB ərazisində çaylardan ən uzunu Lena çayıdır. (4400 km)  Hövzəsinin sahəsinə 
görə ən böyüyü Ob çayıdır. (2990000 km²) Ən bolsulu çay Yeniseydir. Orta illik su 
sərfi 19800 m³/san-dir.  
   MDB çayları relyefdən asılı olaraq 2 əsas tipə- düzənlik və dağ çaylarına bölünür. 
Düzənlik çayları geniş vadilərlə axır, sakit axdığından gəmiçilik üçün əlverişlidir. 
Lakin hidroenerji ehtiyatına görə o qədər də zəngin deyildir. Dağ çayları açdıqları dar 
dərələrlə sürətlə axır: onların uzununa profilləri astana və şəlalələrlə 
mürəkkəbləşmişdir. Dağ çayları gəmiçilik üçün az əlverişlidir, lakin çox böyük su 
enerjisi vardır.  
   Dağlarda çayların bulanıqlığı yüksəkdir, asan yuyulan süxurlu yerlərdə çox böyük 
kəmiyyətə çatır. Böyük Qafqazın şərqində və Vaxş (Pamir) hövzəsində suyun 
bulanıqlığı 2500-4000 q/m³-ə çatır. 
   MDB çaylarının əksəriyyəti üçün xarakterik cəhət onların mövsümü buz 
bağlamasıdır. Ölkənin şimal və şimal-şərqinin çayları ilin çox hissəsində buzla örtülü 
olur, buna görə də onların təsərrüfat əhəmiyyəti azalır, çünki həmin müddət ərzində 
naviqasiya üçün yaramır.  
   MDB ərazisindəki çayların əsas iqlim tipləri aşağıdakılardır:  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə