Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   20   21   22   23   24   25   26   27   28

   Suayırıcılarda meşə ilə otlu çöllərin qarışığından meşə-çöl bitki tipi yaranır. 
Mülayim kontinental iqlim və parçalanmış relyeflə əlaqədar olaraq Rusiya 
düzənliyində meşə-çöl şimaldan cənuba doğru çox uzanmışdır. Rusiya düzənliyi 
meşə-çölü üçün şam meşəliyi də xarakterikdir. 
   Müxtəlifotlu çöl torpağı bütöv çimliyi və olduqca zəngin bitki örtüyü ilə xarakterizə 
olunur. Müxtəlifotlu çöllərdə lyoss və lyossabənzər gillicələrdə tipik qələviləşmiş 
qaratorpaqlar əmələ gəlir. Meşə-çöldən cənubda iqlimin kontinentallığının artması 
nəticəsində müxtəlifotlu çöllər çöl zonasına məxsus olan dənli bitki çöllərinə keçir. 
Dənli bitki çöllərinin torpaqlarında orta humuslu (adi) və azhumuslu (cənub) 
qaratorpaqlar və tünd şabalıdı torpaqlar fon yaradır. Rusiya düzənliyinin cənub-
şərqində, yarımsəhralarda dənli bitki çölləri yovşanlı-dənli bitki çöllərinə keçir. 
Yovşanlı-dənli bitki çöllərinin otları seyrək kompleksli olub, dənli bitki otlarından və 
səhra yarımkollarından əmələ gəlmişdir.  
Rusiya düzənliyinin landşaft zonaları və əyalətləri 
Buz zonası
 
MDB-nin Avropa hissəsi ərazisində buz zonasına Frans-İosif Torpağı və Novaya 
Zemlyanın Şimal adası daxildir. Bu, bütün il ərzində əriməyən qar və buzun hakim 
olduğu zonadır.  
Frans İosif torpağı.186 adadan ibarət bu arxipelaq Arktikanın mərkəzinə doğru daha 
çox şimal hissəyə doğru yerləşmişdir. Arxipelağın sahəsi 16090 km²-dir. Arxiöelaq 
Barens dənizinin şimal hissəsində yerləşdiyi ehtimal olunan rifeyə qədərki 
platformanın bir hissəsi hesab olunur. Ən hündür zirvə dəniz səviyyəsindən 620-670 
m-ə qədərdir. İqlim şəraiti çox sərtdir. Təkcə iyul ayında havanın orta temperaturu 
müsbətdir ki, o da 0-a yaxındır.  
behruzmelikov.com
behruzmelikov.com


Novaya Zemlya Şimal və cənub adlanan 2 böyük və çoxlu xırda adalardan ibarətdir. 
Sahəsi 82600 km²-dir. Novaya Zemlyanın çox hissəsi Ural silsiləsinin tektonik 
davamı olan dağlardan ibarətdir. Dağların mütləq hündürlüyü çox deyildir, ən hündür 
nöqtəsi 1547 m-dir. Cənub adasının cənubunda dağlar təpəli düzənliyə keçirlər. 
Buranın iqlimi Frans-İosif  Torpağının iqliminə nisbətən ilıq olmasına baxmayaraq, 
ümumiyyətlə aşağı temperaturu, çox buludluluğu və yüksək nisbi rütubətliliyi ilə 
xarakterizə olunur.  
Tundra zonası
 
   Tundra zonasına Arktika adalarından Novaya Zemlyanın Cənub adası, Vayçaq, 
Kolquyev və Barens dənizinin sahilləri daxildir.  
   Tundrada yayın soyuqluğuna Barens və Ağ dənizlərin təsiri çoxdur. Onlar buzların 
əriməsinə və suyun qızmasına sərf olunan istini udur. Qışda isə havanın kəskin 
soyumasına mane olur.  
   Tundra cavan landşaftlar zonasına daxildir. Burada materik buzlağı uzun müddət 
qalmışdır və izləri relyefdə indi də nəzərər çarpır. Landşaft cəhətdən tundra zonası 3 
yarımzonaya bölünür: Arktika tundrası, Tipik (mamırlı-yosunlu) tundra və Cənub 
(kolluq) tundrası  
Meşə
-tundra zonası  
   Rusiya düzənliyində bu zona şimaldan cənuba genişliyi 20-120 km-ə qədər olan dar 
zolaq şəklindədir. 2 meşə-tundra əyaləti ayrılır: Kola və Şərqi Avropa əyalətləri. 
Kola meşə-tundrası Donmayan Barens dənizinin təsiri nəticəsində Kola meşə-
tundrasının iqlimi yüksək rütubətliyi və yumşaq qışı ilə fərqlənir. Burada ildə 400 
mm-dən çox yağıntı düşür. Yanvarın orta temperaturu -10-15° S-dir. Əyalətin Baltik 
kristallik qalxanının qranit və qneyslərindən təşkil edilmiş ərazisi çoxlu gölləri olan 
behruzmelikov.com
behruzmelikov.com


yüksək düzənliklərdən ibarətdir. Bəzi yerlərdə qayalı təpəliklər və yaxud əksinə, 
bataqlaşmış çüxurlar vardır.  
Şərqi Avropa meşə-tundrası Əyalətin iqlimi Kola yarımadası meşə-tundrasının 
iqliminə nisbətən daha kontinentaldır. Orta yanvar temperaturu -20° S-ə yaxındır. 
Relyefdə çoxlu kiçik və dayaz gölləri olan morenli təpəliklər və yastı zandr 
düzənlikləri üstünlük təşkil edir. Meşələr Sibir küknarından, Sukaçov qaraşamından, 
tozağacından ibarətdir. Həmçinin  yaşılmamırlı, sfaqnumlu və yosunlu-kollu  seyrək 
küknar meşələri də geniş yayılıb.  
Tayqa zonası 
Meşə-tundranın cənubunda yerləşən tayqa zonası cənub-qərbdən qarışıq meşələr, 
cənub-şərqdə isə meşə çöl zonası ilə həmsərhəddir. Rusiya düzənliyinin tayqası 
MDB-nin digər tayqa rayonlarından 3 xüsusiyyəti ilə fərqlənir. Birincisi o, fəal 
siklonlu rütubətli mülayim kontinental iqlimə malikdir. 2-ci xüsusiyyət tünd küknar 
meşələrindən ibarət olmasıdır. 3-cü xüsusiyyət orta dərəcədə bataqlıqlaşma onu 
bataqlıqdan kasıb Şərqi Sibir tayqasından və həmçinin drenajdan məhrum, şiddətli 
bataqlaşmış Qərbi Sibir tayqasından fərqləndirir. Rusiya düzənliyinin tayqasına 
şimaldan cənuba hərəkət etdikcə landşaftın zonalar üzrə dəyişildiyi müşahidə olunur. 
Bu da 3 yarımzonanın- şimal, tipik və cənub tayqasının ayrılmasına imkan verir.  
   Rusiya düzənliyi tayqasında zona fərqləri ilə yanaşı, landşaftın əyalətlər üzrə 
xüsusiyyətləri də aydın nəzərə çarpır. Bu xüsusiyyətlər zonanın geoloji-geomorfoloji 
və uzunluq üzrə iqlim şəraitinin müxtəlifliyi ilə müəyyən edilir.  Aşağıdakı əyalətlər 
ayrılır:  
Kola yarımadası tayqası, Kareliya tayqası, Dvina-Mezen tayqası, Timan tayqası, 
Peçora tayqası, Şimali Uvallar tayqası, Ovalıq Zavoljye tayqası, Yüksək Zavoljye 
tayqası.  
behruzmelikov.com
behruzmelikov.com


Qarışıq meşə
lər zonası  
   Qarışıq meşələr şimal-şərqdə tayqa ilə Çud gölü-Pskov Novqorod-İvanova-Qorki 
xətti üzrə sərhədlənir. Onun şimalı qarışıq meşələr, cənubu isə meşə-çöl (şimal meşə-
çöl yarımzonası) landşaft zonası tərkibində öyrənilir. Qarışıq meşələr zonasında 
şimal-qərbdən cənub-şərqə doğru hərəkət etdikcə qərbdə Valday buzlağının son 
moren tirələrinə, şərqdə erozion relyefli Dnepr buzlağının törəmə morenli 
düzənliklərinə təsadüf etmək olar. Tayqa zonasına nisbətən qarışıq meşələr zonasında 
landşaftların şaquli differensiasiyası daha aydın nəzərə çarpır. Tayqanı xatırladan 
Meşşora ovalığı və onun yanında yerləşib şimal meşə-çölünə bənzəyən Yuryev 
opolyesi, şaquli differensiasiya nəticəsində bir-birindən ayrılmış qarışıq meşələrin 
komponentləridir. Qarışıq meşələr zonasında 6 landşaft əyaləti müəyyən edilir: 
Dənizsahili qarışıq meşələr əyaləti, Belorusiya-Valday göllük ərazisinin qarışıq 
meşələr əyaləti, Qarışıq meşələrin Predpolesye əyaləti, Qarışıq meşələrin Polesye 
əyaləti, Qarəşəq meşələrin orta Rusiya əyaləti, Meşşoranın qarışıq meşələr əyaləti. 
Meşə
-çöl zonası  
   Meşə-çölün şimal sərhədi Rusiya düzənliyin əsas landşaft sərhədinə uyğun gəlir və 
iqlimi aydın seçilir. Bitki və torpaq cəhətdən meşə-çölün şimal sərhədi küknar 
meşələrinin cənub sərhədi ilə başdan-başa boz meşə torpaqlarının yayıldığı şimal 
sərhədə uyğun gəlir. Cənubda, suayırıcılarda ada şəklində yerləşən axırıncı böyük 
meşə sahələrinin  qurtardığı yerdə, meşə-çöl çölə keçir. Bu sərhəd təxminən adi 
qaratorpaqların cənub sərhədindən bir qədər şimaldan keçir.  
   Bu zonada şimalda podzollaşmış və qələviləşmiş qaratorpaqlar, mərkəzdə tipik 
qalın qaratorpaqlar, cənubda isə adi qara torpaqlar əmələ gəlmişdir. Zonanın yalnız 
ucqar şimalında, bəzən də cənubundakı meşə massivlərində qaratorpaqlar boz meşə-
çöl torpaqları ilə əvəz olunur.  
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə