Mdb ölkələrinin fiziki coğrafiyasına giriş. Coğrafi mövqeyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22480
1   ...   20   21   22   23   24   25   26   27   28

temperaturu 20-25° S, orta dağlıqda 15-17° S, dağların zirvələrində isə 0° S və ondan 
da aşağı enir.  
   Ərazi üçün buzlaq sahələrinin geniş yayılması xarakterikdir. Tyan-Şanda 
buzlaqların ümumi sahəsi 7300 km², onların sayı isə 7700-ə çatır. Buradakı 
buzlaqların sahəsi azalma mərhələsindədir.  
Tyan-Şan dağlarının çayları. Orta Asiya və Mərkəzi Asiyanın göllərinə tökülərək 
qapalı hövzəyə aiddir. Şimali Tyan-Şanın çayları Çu və İli hövzəsinə aiddir. Daxili və 
Mərkəzi Tyan-Şanın çaylarının çox hissəsi Tarim hövzəsinə (Sarıcaz, Kakşələc ) 
aiddir. Yüksək dağlıqdan başlanan çayların əksəriyyəti buzlaq və qar suları ilə 
qidalanır. Bu çaylarda gursululuq yay aylarına təsadüf edir. Yüksək dağlığın aşağı 
hissələrindən başlanan çaylar qrunt, qar və yağış suları ilə qidalanır.  
   Tyan-Şan dağında çoxlu göl vardır. Ən iri gölü İssık-Kul olub tektonik çökəklikdə 
yerləşir. Bu göl MDB ərazisində dərinliyinə görə 3-cü göldür. Ən dərin yeri 668 m-
dir. İssık-Kul gölü çox dərin və çoxsulu olduğuna görə, körfəzi və gölün sahilini 
çıxmaq şərtilə donmur. Suyu zəif şordur və duzluluğu 5.8 ‰-dir. İssık-Kulun 
heyvanlar aləmi kasıbdır. Bu göl gəmiçilik üçün əlverişlidir. Daxili Tyan-Şanda olan 
göllərdən Sonçgöl və Çatır gölünü göstərmək olar. Sonçgöl şirin sulu göldür. Çatırgöl 
axarsız və dayaz olub, suyu şordur. Bundan başqa burada buzlaq relyefi ilə əlaqədar 
çoxlu xırda göllər də var.  
Tyan-Şanın yüksək landşaft zonaları və qurşaqları. Tyan-Şan dağlarının təbiəti 
yüksəklik zonasının qanunauyğunluğuna tabe olaraq yüksəkliklə əlaqədar dəyişir. Bu 
dağları əhatə edən düzənliklər gilli-yovşanlı şoran otulu səhralardan, onun cənub an-
Şan hissəsi isə yovşanlı-efemerli səhralardan ibarətdir. Ərazinin dağətəyi düzənlik və 
alçaq dağətəyi zonası üçün səhra-yarımsəhra və yaxud səhra-çöl landşaftı 
xarakterikdir. Tyan-Şan dağlarının suları çəkilən landşaft zonalarında boz torpaqların 
adi və tünd növlərinə rast gəlinir.  
behruzmelikov.com
behruzmelikov.com


   Dağ-çöl landşaft zonasının aşağı qurşağında quru çöllər, cənubunda isə taxıl fəsiləsi 
subtropik çöllər yayılmışdır. Bu qurşağın bitki örtüyündə, şimalda yovşan qarışıqlı 
“tipçak” cənubda isə iri çoxillik efemeroidlər dominantlıq edir. (900-1200 m)  
   İri taxıl fəsiləsi subtropik çöllərdə quru çöllərin adi və tünd boz torpaqları 
yayılmışdır. Tyan-Şan dağlarının quru çöl qurşağının daha şimal rayonunda dağ açıq 
şabalıdı torpaqlar yayılmışdır. Dağ-çöl zonasının yuxarı qurşağında dağ tünd şabalıdı 
və dağ qara torpaqlar yayılmışdır. Dağ-çöl zonasının aşağı hissəsi yaz-yay, yuxarı 
hissəsi yay-payız otlaq sahəsi kimi istifadə edilir.  
   Dağ-meşə-çəmən-çöl landşaft zonası 1200-2000 m yüksəkliklər arasında yerləşir. 
Bu zona orta dağlıq ərazi olub, dik yamacları və dar errozion dərələri ilə xarakterizə 
olunur. Zonanın aşağı hissələrində dağ qara torpaqlar üzərində çəmən-çöllər, 
kolluqlar, yaraşıqlı ağac meşələri yayılmışdır.  
   Cənub-qərbi Tyan-Şanda çəmən-çöllər və kolluqlar dağ-qəhvəyi torpaqlar, meşələr 
isə tünd-qonur torpaqlar üzərində inkişaf etmişdir. Bu zona otlaq-biçənək kimi, bəzi 
yerlərdə isə dəmyə əkinçiliyi altında istifadə olunur.  
   Meşə-çəmən-çöl zonasının yuxarı hissəsində (1700 m-dən hündürdə) iynəyarpaqlı 
meşələr yayılmışdır. Cənubda baxarlı yamaclarda isə dağ-çəmən bitkiləri və kolluqlar 
üstünlük təşkil edir. Tyan-Şan dağlarının iynəyarpaqlı meşələri altında tünd rəngli 
dağ-meşə torpaqları yayılmışdır. (1700-2600 m) 
   Yüksək dağ-çəmən və çəmən-çöl landşaftı 2600-2800 m yüksəklikdən yuxarıda 
müşahidə olunur. Burada 3 qurşaq ayrılır: subalp, alp və subnival. 
   Subalp qurşağının dağ-çəmənləri altında dağ-çəmən qara torpaqları və tipik dağ-
çəmən torpaqları, çəmən-çöl bitkiləri altında isə dağ-çəmən-çöl torpaqları inkişaf 
etmişdir. Tyan-Şan yüksək dağlıq zonasında subalp çəmənliyi bitki növlərinin 
behruzmelikov.com
behruzmelikov.com


müxtəlifliyi və zənginliyilə xarakterizə olunur. Burada sıx və şirəli ot bitkiləri yüksək 
keyfiyyətli yay otlaq sahələri kimi istifadə olunur.  
   Yaxşı yay otlağı kimi istifadə olunan alp qurşağı təqribən 3000 m-lə 3400 m 
arasında olan hündürlükləri əhatə edir. Bu qurşaq Daxili və Mərkəzi Tyan-Şanda daha 
yüksəyə qalxır. Bu qurşağın torpaq-bitki örtüyü çox müxtəlifdir. Bitki örtüyü qalın və 
alçaq boyludur. Burada dağ-çəmən-torflu, dağ-çəmən yarımtorflu qonur torpaqlar 
yayılmışdır.  
   Ərazidə ən yüksək landşaft zonası buzlaq nival zonası hesab olunur ki, bu da 3600-
3800 m yüksəklikləri və bəzən də 4000 m-ə qədər yüksəkliyi olan əraziləri əhatə edir. 
(Daxili və Mərkəzi Tyan-Şanda) Bu ərazilər üçün daimi qar və buzlaqlar 
xarakterikdir. Burada fiziki aşınma çox intensiv gedir. Daşlarda və qayalarda 
məskunlaşmış yosun və mamırların təsirilə gedən biokimyəvi proseslər ilkin torpaq 
əmələgəlmə prosesini sürətləndirir.  
   Tyan-şanın daxili dərə və çökəkliklərində iqlimin kontinentallığı və quraqlığı ilə 
əlaqədar yüksəklik landşaft zonallığı dəyişikliyə uğrayır. Tyan-Şanda 1500 m-dən 
yuxarıda dərə və çökəkliklərdə özünəməxsus daşlı səhralar yaranmışdır. Burada 
seyrək kserofit kollar bitir.  
   Daxili Tyan-Şanın quraq dağarası çökəkliklərində 1500-2000 m yüksəklikdə səhra 
ilə yanaşı ilə yanaşı geniş sahədə yarımsəhra və quru-çöl landşaftı yayılmışdır. Burada 
əsasən çoxillik kserofit kolluqlar və yovşan, müxtəlif  şoranotu və s. yayılmışdır.  
behruzmelikov.com
behruzmelikov.com


                          Ukrayna Karpatları 
Ümumi icmalı
 
 
Rusiya düzənliyi cənub-qərbdən Karpat (“ Karpat” slavyan mənşəli söz 
olub,sıra dağ deməkdir) dağları ilə əhatələnmişdir.Onların Şərqi Karpatlar adlanan 
hissəsi qismən MDB ərazisindədir.O,Ukrayna sərhədində yerləşdiyindən bu dağlıq 
rayon Ukrayna Karpatları adlanır.Ukrayna Karpatları şimal-qərbdən cənub-şərqə 
250 km məsafədə Sana çayı mənbəyindən ( Vislanın qoludur) Seret çayı 
mənbələrinə qədər uzanır.Burada dağ sisteminin eni 100 km-ə yaxındır.Karpat 
ərazisinin qalan hissəsi Rumıniya,Çexslovakiya,Polşa və Macarıstana məxsusdur. 
 
Bütövlükdə Karpat dağları( uzunluğu 1500 km-ə çatan) çıxıntı tərəfi şimal-
şərqə çevrilmiş geniş bir qövs əmələ gətirir.Uraldan fərqli olaraq,bu,cavan alp yaşlı 
qırışıq dağlıq ölkədir.MDB-nin ucqar cənub-qərbində yerləşdiyindən Karpat 
dağları bir çox xüsusiyyətlərinə görə Qərbi Avropa görkəmlidir.Bu onların isti və 
rütubətli iqlimində,fıstıqlı,enliyarpaqlı meşələrində,qonur meşə torpaqlarının 
yayılmasında özünü göstərir. 
 
Geoloji quruluşu və relyefi 
 
Ukrayna  Karpatları orta yüksəklikli dağlıq ölkədir.Karpat dağları az bir 
hissəsi müstəsna olmaqla əsasən yastı zirvəli və maili yamaclıdır.Uzununa və 
köndələninə yerləşmiş tektonik və erosion mənşəli dərələr dağları ayrı-ayrı 
massivlərə bölür.Şimalda Dnestrin,cənubda Tisanın qolları bir-birinə yaxınlaşır və 
çox vaxt alçaq aşırımları bir-birindən ayırır.Buna görə də Ukrayna Karpatları 
nisbətən asan keçilir və bir neçə yerdə onu dəmiryol xətti kəsmişdir. 
 
Karpatlar cavan alp dağ sisteminə aid edilirsə də,onların geoloji inkişaf tarixi 
çox mürəkkəbdir.Kembriyəqədərki və alp paleozoyda burada tipik geosinklinal 
şərait hakim olmuş və həmin geosinklinal şərait qədim (aşağı paleozoy) qırışıqlıq 
ilə qurtarmışdır.Sonralar dəniz dəfələrlə Karpatları örtmüşdür.Dəniz rejimi 
qalxmalar və kontinental yuyulma ilə əvəz olmuşdur.Paleogenin sonuna kimi 
mövcud olan dərin geosinklinal əyilmənin əsası alt tabaşir dövrünə aid edilir.Bu 
geosinklinal əyilmədə Ukrayna Karpatları üçün daha xarakterik olan fliş 
behruzmelikov.com
behruzmelikov.com


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə