Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   7   8   9   10   11   12   13   14   15

33

lazımdır  ki,  şəxsi  istək  və  maraqlar  diktəedici  məzmun  kəsb  

etməsin,  cəmiyyətin  ümumi  rəyinə  əks  düşməsin.  Əks  halda,  

cəmiyyətdə  despotizm  və  fəsad  meydana  çıxacaqdır.

Ümməti  yenidən  qurub,  bəşər  mədəniyyətinə  istiqamət  ver-

diyimiz  vaxt  dərk  etməliyik  ki,  insan  ancaq  fərd  kimi  mövcud  

ola  bilməz.  Çünki  insan  mahiyyət  etibarı  ilə  sosial  varlıqdır.  

O,  ancaq  kollektivdə  mövcud  olub  özünü  təsdiqləyə  bilər.  Bu-

nun  üçün  mövcudluq  və  fitrətə  uyğun  olaraq,  kollektiv  fərdin  

varolma    sahəsi,    fəaliyyət    və    azadlığının    çərçivəsidir.    Nəticə  

etibarı  ilə  məhz  kollektiv  fərdin  başqaları  ilə  münasibətlərində  

sağlam  zəruri  qaydalar  və  sərhədlər  qoyur.  Amma  bu  vaxt  

fərdin  və  kollektivin  (cəmiyyətin)  hüquqları  arasında  balansı  

qorumaq  lazımdır.  Maraqları  təmin  edən,  zərəri  uzaqlaşdıran,  

despotizmə  imkan  verməyən  razılaşma  və  məsləhətləşmə  bu  

məsələdə  əsas  üsullar  hesab  olunur.



5. Məsuliyyət

İnsan  oğlu  fitrəti,  elmi-mədəni  varislik  bacarığı,  kainatdakı  

məqsədyönlülüyü  dərk  etməsi  baxımından  yaxşı  başa  düşür  

ki,  imkanları  və  seçimləri  çərçivəsində  qərar  vermək  azadlığına  

sahibdir.  Deməli,  bu  qərar  və  seçimlərin  məsuliyyətini  özü  

daşıyır.  Xeyir  xeyri,  şər  də  şəri  gətirir.

“Bu  gün  heç  kəsə  heç  bir  haqsızlıq  edilməyəcəkdir.  Siz  

ancaq  etdiyiniz  əməllərin  cəzasını  çəkəcəksiniz!”  (Yasin,  54).



6. Məqsədyönlülük

İnsan  oğlu  tövhidə  əsaslanan  fitrəti  ilə,  varislik  ifadə  edən  

məqamı  ilə,  Allahın  bəxş  etdiyi  qavrama  və  bilmə  bacarığı  ilə,  

kainatdakı  sistemliliyi  müşahidə  etməsi  ilə  bu  nəticəyə  gəlir  ki,  

kainat  və  insan  boşu-boşuna  mövcud  deyildir.

“Biz  göyü,  yeri  və  onlar  arasında  olanları  oyun-oyuncaq  

yaratmadıq”  (əl-Ənbiya,  16).



34

Beləliklə,    insan    fitrətən    dərk    edir    ki,    mövcudluq  

məqsədyönlülük  kəsb  edir.

Quran  dünyagörüşünə  görə,  insan  ciddi,  xeyirli  və  məzmunlu  

həyat    sürməlidir.    Həyatda    reallaşdırdığı    hər    şeyin    həqiqi  

səmərəsi    olacaqdır.    Bu    səmərə    hətt a    əbədi    axirət    həyatını  

əhatə  edəcəkdir.  İslam  öyrədir  ki,  həyat  bədənin  çürüməsi  ilə  

başa  çatmır,  dünyada  etdiklərinin  səmərəsini  insan  oğlunun  

gördüyü  axirəti  də  özündə  birləşdirir.  Elə  isə  insan  oğlu  digər  

canlılarla  eyni  ola  bilməz.  Onun  mənəvi  dünyası,  ağılı,  vic-

danı,  islah  və  abadlaşdırma,  yaxşılıq  etmə  və  yaradıcılıq  kimi  

vəzifələri  vardır.



7. Əxlaq

İnsan  fitrətən  dərk  edir  ki,  kainatın  bir  yaradıcısı,  yaradıl-

mışların  da  vəzifəsi  olmalıdır.  Deməli,  insan  oğlu  ali  və  əxlaqi  

məqsədlər  üçün  yaradılmışdır.  Bu  məqsədlər  haqqında  Quran  

dünyagörüşündə  məlumat  verilir.  Quran  bu  məqsədləri  həyatı  

boyu  insan  oğlunun  diqqətinə  çatdırır  ki,  şüurlu  şəkildə  və  

məsuliyyət  hiss  edərək  düşünməsi,  qərar  verməsi  üçün  ona  

yol  göstərsin.  Yəni,  insan  oğlu  hansı  yolu  tutub  getməlidir,  

ikisindən  hansını  seçməlidir:  islah  və  abadlaşdırmamı,  yoxsa  

azğınlıq  və  fəsadmı?

Bu  mənəvi  və  fitri  hiss  insanda  doğuluşdan  mövcuddur.  

Buna  görə  də  onun  davranışlarına  ruhun  işığı,  vicdanın  gücü  

istiqamət  verir.  Bu  isə  ehtiyacları  təmin  etmədə  zülm,  təcavüz  

və  əzib  keçmə  məntiqindən  çıxış  edən,  bədənin  bioloji-fiziki  

tərəfini  əsas  götürən  nöqteyi-nəzərə  ziddir.

8. Şura (məsləhətləşmə)

Mədəni  Quran  dünyagörüşünə  əsasən  öyrəndik  ki,  insan  

oğlu  abadlaşdırma  vəzifəsini  icra  etmək  üçün  xəlifə  olaraq  

yaradılmışdır.  Bunun  üçün  ona  abadlaşdırma  və  təbiəti  ram  




35

etmə  bacarığı,  azadlıq,  seçmə  qabiliyyəti,  məqsədyönlü  həyat  

fəlsəfəsini  dərk  edən  vicdan  və  fitrət  verilmişdir.

Sual  yaranır:  Nə  üçün  varislik  fərdi  vəzifə  olmaqdan  əvvəl  

kollektiv  və  ya  nəsillərin  görəcəyi  vəzifədir?

Çünki  varislik  hər  bir  fərdin  məsuliyyəti  olmaqla  yanaşı,  

eyni  vaxtda  insan  növü  və  cəmiyyətlə  əlaqəli  kollektiv-sosi-

al  vəzifədir.  Bu  vəzifə  fərdlər  vasitəsilə  cəmiyyətədək  uzanır,  

nəsilləri  əhatə  edir.  Bu  da  öz  növbəsində  azadlıq  və  məsuliyyət  

anlayışlarına  mühüm  cəhətlər  kəsb  etdirir.  Məsuliyyət  fəsad  və  

dağıdıcılığı  deyil,  islah  və  quruculuğu  (abadlaşdırmanı)  hədəf  

götürmüş  məqsəd  deməkdir.

Azad  olmaq  fərdi  hüquqdur.  Amma  bu  hüquq  cəmiyyətdə  

özbaşınalığa  bəraət  qazandıra  bilməz.  Bu  vaxt  gələcək  nəsillərin  

də  hüquqları,  maraqları,  abadlaşdırma  vəzifəsi  nəzərə  alınma-

lıdır.


Bu  yerdə,  nəfsi  istəklərə  tabe  olmayan,  müxtəlif  nüfuz  və  

hakimiyyət    sahiblərinin    şəxsi    maraqlarına    xidmət    etməyən  

şura  prinsipinin  rolu  qabarıq  görünür.  Şura  fərdlər  və  kol-

lektivin    qanuni    hüquqlarını    qorumaq    məqsədilə    kollektivin  

məsləhətləşməsidir.    Bu    məsləhətləşmə    insan    oğlunun    yer  

üzündəki  vəzifəsinin  reallaşması,  quruculuq,  islah  və  əmin-

amanlıq    məsələlərində    ümumun    maraqlarının    qorunması  

üçündür.


Şura  fərdi  və  kollektiv  həyatın  ayrılmaz  hissəsi  olub,  varislik  

vəzifəsinə  fərdlər  və  kollektivin  ehtiramla  yanaşmasını  ifadə  

edir.

Şura  bəşəri  icraçılığı  tənzimləmə,  sağlam  fikirlər  emal  etmə  



vasitəsidir.

Şura    aktiv    və    müsbət    icra,    səmərəli    kollektiv    təklifl ər  

deməkdir.

Şura  dialoq,  ünsiyyət,  tolerantlıq,  razılaşma,  mötədillikdə  

sosial  kollektiv  vasitədir.



Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə