Mədəni Quran dünyagörüşü (в кривых). cdr



Yüklə 388,37 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix25.11.2017
ölçüsü388,37 Kb.
#12337
1   ...   7   8   9   10   11   12   13   14   15

30

oğlunun  həyatı,  varlıq  aləmini,  axirəti  qavrayıb  dərk  etməsində  

ali  bəşəri  məntiq  funksiyasını  icra  edir.

“...Allahdan  başqa  sizə  göylərdən  və  yerdən  ruzi  verən  bir  

xaliq  varmı?!  Ondan  başqa  heç  bir  tanrı  yoxdur…”  (Fatir,  3);

“(Ya  rəsulum!)  Səndən  əvvəl  elə  bir  peyğəmbər  göndərmədik  

ki,  ona:  “Məndən  başqa  heç  bir  tanrı  yoxdur.  Buna  görə  də  

yalnız  Mənə  ibadət  edin!”  –  deyə  vəhy  etməyək”  (əl-Ənbiya,  

25).

Həm  Allahın  təkliyi,  qüdrəti,  yeganəliyi  və  kamilliyi,  həm  də  



yaradılmadakı  gözəllik  məxluqatın  növbənövlüyü  və  vəhdətini  

göstərir.

Əgər  fitrət  və  kainat  sisteminin  bir-birini  tamamlamağı  Ya-

radıcının  təkliyi  və  qüdrətini  zəruri  edirsə,  onda  kainatın  sis-

temli  və  düzgün  yaradılması  bu  yaradılmanın  səbəbiyyət  və  

inteqrasiya  baxımından  birliyini  qaçılmaz  edir.



2. Xəlifəlik (varislik)

“(Ya  rəsulum!)  Sənin  rəbbin  mələklərə:  “Mən  yer  üzündə  

bir  xəlifə  (canişin)  yaradacağam”,  –  dedikdə...”  (əl-Bəqərə,  30).

Xəlifəlik  prinsipi  insan  fitrətində  öz  əksini  tapmayan  Quran  

tapşırığı  deyildir;  əksinə,  bu  prinsip  insanın  fərd  və  kollektiv  

olaraq  gücünü  göstərir.  Yaşamaq,  fəaliyyət  göstərmək,  tələbatları  

ödəmək  məqsədilə  təbiəti  nəzarət  altına  almaq,  düşüncəni,  

seçimləri,  prinsipləri,  dəyər  və  anlayışları  ifadə  etmək  üçün  in-

san  oğluna  Allah  tərəfindən  digər  canlılarda  olmayan  səciyyəvi  

xüsusiyyətlər  verilmişdir.  Çünki  materiya  doğru  dəyər  və  an-

layışları  əks  etdirməzsə,  dəyəri  yoxdur.  Həmçinin  materiyada  

öz  əksini  tapmayan  prinsip,  dəyər  və  anlayışlar  heç  bir  dəyərə  

sahib  deyildir.

Beləliklə,  davranış  və  seçim  məsuliyyəti  ilə  müşayiət  olunan  

varislik  insan  həyatının  mənası  olub,  müsbət  fəaliyyət  və  yara-

dıcılıqda,  abadlaşdırmada  onun  məqsədini  ifadə  edir.




31

3. Ədalət və mötədillik

Ədalət  hər  növ  zülm  və  insafsızlığın  əksidir.  Bəşəriyyətin  

qarşılıqlı  fəaliyyətində,  mənəvi,  maddi,  sosial-siyasi  və  iqtisadi  

sferalarda  ədalət  əsasdır.

Ədalət  və  mötədillik  olmazsa,  insanın  mövcudluğu  və  varis-

lik  vəzifəsi  öz  mənasını  itirəcəkdir.  Ədalət  davranışlara  obyektiv  

məzmun  kəsb  etdirir,  onda  əxlaq  və  məqsədyönlülüyü  təmin  

edir,  fitrətdən  xəbər  verir.  Bu  səbəbdən  insana  əmr  edilən  

ilk  şey  ədalətli  olmaqdır.  Çünki  o,  həyatın  mənası,  fitrətin  

nizamlayıcısıdır.  Ədalət  ilə  Allah  özünü  zülmdən  uzaq  tutur.  

Amma  insan  yoldan  uzaqlaşıb,  Allahdan  qeyrisinin  iradəsinə  

tabe  olduğu  üçün  özünə  zülm  edir.

“Həqiqətən,  Allah  (Quranda  insanlara)  ədalətli  olmağı,  yax-

şılıq    etməyi,    qohumlara    (haqqını)    verməyi    (kasıb    qohum-

əqrəbaya  şəriətin  vacib  bildiyi  tərzdə  əl  tutmağı)  buyurar,  zina  

etməyi,  pis  işlər  görməyi  və  zülm  etməyi  isə  qadağan  edir.  

(Allah)  sizə  düşünüb  ibrət  alasınız  deyə,  belə  öyüd-nəsihət  

verir!”  (ən-Nəhl,  90);

“...Allah  onlara  zülm  edən  deyildi,  lakin  onlar  özlərinə  zülm  

etdilər”  (ət-Tövbə,  70);

“...Allah  aləmlərə  (bəşər  əhlinə)  zülm  etmək  istəməz”  (Ali-

İmran,  108).

Həyatın  mənası  ədalətlə  şərtləşdiyindən  Allah  Təala  insana  

hər  bir  şeydə  ədalət  və  mötədilliyi  gözləyib  özünü  təsdiqləsin  

deyə  yol  göstərir.  İnsan  öz  ilə  də  ədalətli  olmalıdır.  Hətt a  

düşmənə  münasibətdə  ədalətdən  uzaqlaşmaq  olmaz.

Əgər  ədalət  mahiyyət  və  məzmundursa,  onda  mötədillik  

bələdçidir.  Çünki  mötədilliyin  yoxluğu  könüllərdə  fəsada  səbəb  

olur.  Bu  isə  ədalətli  olmağa  əngəl  törədir.  Elə  isə  mötədillik  

yoxdursa,  ədalət  də  yoxdur.  Ədalət  hökm  sürərsə,  mötədillik  

də  hökm  sürər.  Mötədillik  yayılarsa,  onunla  birlikdə  ədalət  də,  

mərhəmət  də,  həmrəylik  də  mövcud  olar.




32

Cabir  ibn  Abdullah  rəvayət  edir  ki,  Peyğəmbər  



(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)

  demişdir:

“Zülmdən  çəkinin!  Heç  şübhəsiz,  zülm  Qiyamət  zülmətidir.  

Tamahkarlıqdan    çəkinin,    heç    şübhəsiz,    tamahkarlıq    sizdən  

əvvəlkiləri  cəhənnəmlik  etmişdir.  Onlar  tamahkarlıq  üzündən  

bir-birinin  qanını  axıtmış,  haramlarını  halal  etmişlər”.

Abdullah  ibn  Ömər  rəvayət  edir  ki,  Peyğəmbər  

(Ona  Allahın  xeyir-

duası  və  salamı  olsun!)

  buyurmuşdur:

“Müsəlman  müsəlmanın  qardaşıdır,  ona  zülm  etməməlidir”.

4. Azadlıq

Allah    hörmətli-izzətli    etməklə,    xəlifəlik    məsuliyyəti  

yükləməklə  insan  oğlunu  digər  canlılardan  fərqləndirmişdir.  

İnsan  davranış  və  seçimlərində  azaddır.  Sərbəst  icraçılıq  fərdin  

öz  bacarıq  və  imkanları  daxilində  iradəsi  və  razılığını  ifadə  

etmə  hüququnu  əmələ  gətirir.

“Allah  hər  kəsi  yalnız  qüvvəsi  yetdiyi  qədər  yükləyər...”  (əl-

Bəqərə,  286);

“...Allah  heç  kəsi  Özünün  ona  verdiyindən  artıq  xərcləməyə  

məcbur  etməz...”  (ət-Talaq,  7).

İki  növ  azadlıq  vardır:

Birinci    növ    azadlıq    fərdin    etiqad    və    dünyagörüşündəki  

qənaətbəxşliyi  ilə  əlaqəli  vicdani  və  şəxsi  azadlığıdır.  Heç  kəsin  

öz  dünyagörüşü  və  qane  olduğu  fikirləri  başqasına  diktə  etmək  

və  ya  bu  məsələyə  tövsiyə  və  dəvət  yolundan  başqa  üsullarla  

müdaxilə  etmək  hüququ  yoxdur.

İkincisi    sosial    sahədə    və    qarşılıqlı    maraqlarda    davranış  

azadlığıdır.  Bu  azadlıqla  əlaqədar  olaraq  cəmiyyətin  üzvləri  

arasında  razılaşdırılmış  sərhədlər  olmalıdır.  Və  ya  bu  azadlı-

ğın  sərhədlərini  cəmiyyət  şurası  cızmalıdır.  Belə  ki  cəmiyyətin  

istənilən  üzvünün  öz  doğru  məqsədinə  çatmaq  hüququ  vardır.  

Təbii  ki,  bu  vaxt  azadlıq  özbaşınalığa  çevrilməməli,  başqa-

larının  maraqlarına  zərər  verməməlidir.  Bu  vaxt  elə  etmək  



Yüklə 388,37 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə