27
Üçüncüsü, xeyir, islah, mədəni quruculuq dəyərlərini real
həyata və sosial sistemdə tətbiq etmək baxımından insanlar,
cəmiyyətlər bir-birindən fərqlənirlər.
Odur ki xeyir və ədalətin zəif olduğu cəmiyyətlərdə özünü-
islah və mədəni cəmiyyət qurmaq məsələlərində ümidsizliyə
düşmək lazım deyildir; bu cəmiyyətlər düşdükləri vəziyyəti
meydana çıxaran səbəbləri aradan qaldırmalı, islam və islam
dünyagörüşünün çağırışlarının idealizm olduğunu iddia edən
nadan və qərəzli yanaşmalara qulaq verməməlidirlər. Çünki
xəyali idealizmi real idealizmdən fərqləndirmək lazımdır. Onu
da nəzərdən qaçırmaq olmaz ki, insana, insanın daxili təbii
istək və meyllərinə doğru münasibət bəsləməyən idealizmin
dəyəri yoxdur.
Real idealizm maddi və heyvani qaranlıqlarda nicat kəndiri
rolunu oynayır.
Quran dünyagörüşünün idealist təbiəti haqqında olan suala
verilən cavabın ikinci hissəsi aşağıdakı kimidir: Belə Quran
idealizmini gerçəkləşdirmək üçün müsəlman fərd bütün bu
dəyər və prinsipləri, anlayışları həyatının bütün sahələrində,
davranışlarında əks etdirməlidirmi? Başqa ifadə ilə desək: bir
insanın müsəlman olmağı üçün günah və səhvlərdən sıyrılaraq
məsum olmağı lazımdırmı?
Qorxutma üslublu islam ritorikası bu təsəvvürü
möhkəmləndirmişdir. Nəticədə bəşəri-mədəni reallıqda Quran
dünyagörüşü qeyri-mümkün hala gəlmişdir.
Daxili dünyamızda xeyirlə şərin mübarizəsi getdiyindən
büdrəmə və səhvetmə insan oğlunun təbiətində mövcuddur,
odur ki məsumluq peyğəmbərlikləri ilə əlaqəli məsələlərdə
ancaq peyğəmbərlərə xasdır. “Hər bir insan günahkardır, ən
yaxşı günahkar isə davamlı şəkildə tövbə edəndir” hədisini
xatırlayaq. Quran dünyagörüşü də insanın daxili dünyasın-
da gedən xeyir-şər mübarizəsini təsdiqləyir və xeyrin qalib
gəlməsi üçün yol göstərir.
28
Qeyd etdiyimiz kimi, insan nəfsində xeyir və şər qüvvələrin
mübarizəsi bir həqiqətdir. Xeyrin qələbəsinə çalışmaq da, səhv
etmək və büdrəmək imkanı da bir gerçəklikdir. Quran dün-
yagörüşü bunda bir ümidsizlik görmür. Çünki bu vəziyyəti
düzəltmək üçün nəfsdəki yaxşı meyllərə dəstək vermək, dağı-
dıcı ünsürləri islah etmək işində ümidsizliyə düşməmək lazım-
dır. Allah nəfsə günahlarını və pis əməllərdən çəkinməsini (xe-
yir və şəri) öyrətmişdir. O, mərhəmətli və rəhimlidir, tövbələri,
günahdan uzaqlaşmağı qəbul edəndir. Quran dünyagörüşü
xeyrə yol göstərir, kamilliyə çatmaq üçün insana güc verir.
Deyilənlərdən məlum olur ki, islamı, islam dünyagörüşünü
bu dini və dünyagörüşünü təmsil edən müsəlman fərddən
fərqləndirmək lazımdır. İslam dünyagörüşü hidayətdir, xeyrə
yolgöstərəndir, nəfsi tərbiyə edəndir; müsəlman fərd isə
daxilində xeyirlə şərin mübarizəsi getdiyi üçün səhvə yol verə,
ayağı büdrəyə bilər. Mübarizə vasitəsi olaraq, fərdləri, xalqları
və mədəniyyətləri böhrana, toqquşmaya sürükləyən şərait və
vəziyyəti öyrənmək, islah əməliyyatı ilə aradan qaldırmaq la-
zımdır.
Dəyişilmək, yaxşılaşmaq, səhvlərin nəticələrini aradan qal-
dırmaq üçün xalqlar mədəniyyətlərinə, adət-nənələrinə, tərbiyə
və kadr yetişdirmə üsullarına tənqidi və sınayıcı nəzər sal-
malıdırlar. Dünyagörüşü düzələrsə, tərbiyə işi də yaxşılaşar,
düşüncələr tutalı olar, vicdan ülviləşər. Bununla da, insan xeyir
qüvvələrin qələbəsinə çalışacaq, ehtiyacların təmin edilməsində
doğru yolu tapacaq, fərdi və kollektiv maraqlar qorunacaq,
səhv və yanılmalar cəmiyyətin inkar etdiyi istisnaya çevriləcək,
nəfs də onda israr göstərməyəcəkdir.
Bu gün ümmətin halının acınacaqlı olmağına baxmaya-
raq, alim və mütəfəkkirləri, başbilənləri vəziyyəti düzgün
qiymətləndirməli, həll yollarını göstərməli, mədəni, düşüncə
və tərbiyə üsullarında dəyişiklik etməli, kadr yetişdirmə, təhsil,
qurumlar yaratma kimi sahələrdə islahatlar aparmalıdırlar. Əgər
29
hər kəs ailədən məktəbədək bütün sahələrdə çatışmazlıqların
səbəbini müəyyənləşdirib islah yolları təqdim etsə, ümmət
özünə qayıda, mədəni rolunu bərpa edə bilər. Bununla da,
mədəni Quran dünyagörüşü ümmətin dünyagörüşü və həyat
tərzinə çevriləcəkdir.
Keçmişimiz və nailiyyətlərimiz göstərir ki, islam obyek-
tiv bəşəri dünyagörüşüdür. O, xilas gəmisi, təhlükəsiz səyahət
kompasıdır, fırtınalarda sahilə yol göstərən xəritədir.
İslamda irqçilik, despotizm, təcavüzkarlıq, təkəbbür yox-
dur. İslam xəyali-mifoloji, alçaldıcı, kahinlik dini deyildir,
materializmə, konfl ikt fəlsəfəsinə yox deyir. İslam real, həyati,
mənəvi, balanslaşdırıcı və obyektiv dindir.
Quran dünyagörüşünü prinsipləri
Quran dünyagörüşünün universalilərini, mədəni element-
lərini düzgün dərk etsək, onun prinsip və anlayışlarına,
dəyərlərinə obyektiv qiymət verəcəyik. Çünki bu dəyərlər, an-
layış və prinsiplər Quran dünyagörüşünü real həyata tətbiq
etmək üçün zəruri sayılan başlıca vasitələrdir. Bu dəyərlər,
anlayış və prinsiplər müsəlman ümmətinin, ayrı-ayrı fərdlərin
düşüncə üsulunu tənzimləyən, onu konkret reallığa çevirən,
cəmiyyətdəki mədəni proseslərə istiqamətə göstərən, onu güc,
enerji və iradə ilə təmin edən “avadanlıq” rolunu oynayır. Bu
enerji, güc və iradə özü ilə birlikdə aktivlik, icra və inkişaf
gətirəcək, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsini
mümkün edəcək, vasitələri təkmilləşdirəcəkdir.
Bu prinsiplərə bir qədər ətrafl ı şəkildə toxunaq:
1. Tövhid
Tövhid islam dünyagörüşünün əsas prinsipidir, çünki insa-
nın özünü dərk etməsində mühüm rol oynayır. Tövhid insan
Dostları ilə paylaş: |