15
mədəniyyət qurmaq, yer üzünü abadlaşdırmaq üçün lazım
olan stimul və vicdani enerji ilə təmin edir. Çünki xəlifəlik
(varislik) və mədənilik mahiyyət etibarı ilə müəyyən zaman
və məkanda abadlaşdırma şüurunda olmaq və bunu həyata
keçirməkdir. Mədəni Quran dünyagörüşünün məqsədi də
budur. Deməli, mədəni Quran dünyagörüşü insanın yaxşı
mənada özünü təsdiqləməsini təmin edən pozitiv və konstruk-
tiv dünyagörüşü formasıdır.
Bu baxımdan mədəni Quran dünya görüşü bəzi saxta və
təhrif olunmuş ritorikaların təsis etdiyi dünyagörüşü formasın-
dan fərqlənir. Həmin yanlış ritorikalara görə, Quran dünyagö-
rüşü “özünüləğv” məqsədi daşıyır, insanı və həyatını qurban
edən diktəedici fədakarlıq və vəzifələrə əsaslanır.
Quran dünyagörüşü Quranı öyrənib qəbul edənlər üçün
fitrət, iman, tövhid, xeyir, müsbət abadlaşdırma, insanda
özünütəsdiqi təmin edən dünyagörüşüdür. Bu dünyagörüşü
sayəsində Allahın razılığı və sevgisini qazanırıq. Çünki is-
lam dünyagörüşünə görə Allah sevgisi və ilahi razılıq Allahın
istədiyi şəkildə özünü təsdiq etməkdir, mənəvi və maddi həyat
yaşamaqdır. Axı islam dünyagörüşünə görə Allah yaradıcıdır,
haqdır, xeyirdir, ədalətdir, sülhdür, kamillik və paklıqdır. Axı
islam dünyagörüşünə görə şər və şeytan korrupsiyanı, zülmü,
daşürəkliliyi, ədavət və təcavüzü təmsil edir. Deməli, dünya-
görüşü doğru olarsa, müsəlman yaxşı insandır. Odur ki xeyri
sevməli, şərə və şeytana nifrət etməlidir.
Uşaqlarımıza aşılamaq, vicdanlarına sirayət etmək istədiyimiz
Quran dünyagörüşü sevgi, hörmət-izzət və sülh dünyagörüşü-
dür. Bu dünyagörüşü tövhid etiqadına, bilik və elmə, vicdan
və əxlaqi paklığa söykənir. İnsan bu dünyagörüşündə Allahın
sevgisini qazanır, öz iradəsi ilə Ona ibadət edir.
Bu baxımdan zikrin, namazın mənası aydın olur. Bu ibadət
formaları Allahla əlaqəni ifadə edir.
16
“...Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən
çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür.
Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”
(əl-Ənkəbut, 45).
Müasir dünyada – maddi dəyərlərin üstünlük qazandığı
bir dövrdə, mənfi ideoloji-mədəni təsirlərin artdığı bir vaxtda
Allaha qarşı hisslər mərkəzçi rol oynayır. Elə psixoloji-sosial
tədqiqatlar aparmaq lazımdır ki, Quran dünyagörüşünü və Al-
lah sevgisinin mərkəzçiliyini əsas götürsün. Bunun üçün ailə
və məktəb tərbiyəsi kitabları yazılmalıdır. Uşaqlara aşılanmalı-
dır ki, Allah müsəlman insanı sevir. Böyüklərə gəlincə, onlara
öyrədilməlidir ki, Allahın nemətləri, insan oğluna olan qayğısı
haqqında düşünmək lazımdır.
Yeri gəlmişkən, qeyd edək ki, Allahı zikr və Onunla rabitə
insanın özünü təsdiqlədiyi fitri və vicdani özüldür. Amma
müsəlman bilməlidir ki, bu Allah sevgisi və Onunla rabitə
varislik (xəlifəlik) və yer üzünün abadlaşdırma vəzifələri icra
olunduğu təqdirdə həqiqi olur, məna kəsb edir. Sözügedən
vəzifələri isə biliklə, yaxşı işlərlə, bacarıq və professionallıqla
icra edilməlidir.
Təəssüf ki, Quran dünyagörüşü və ictimai tərəfl ərinə
münasibətdə etinasızlığın baş alıb getməsi, onun mədəni
sisteminin təsis edilməsinə diqqətin yetirilməməsi mədəni
qəsbkarlığa zəmin hazırlamışdır. Müasir mədəniyyətin fiziki-
maddi nailiyyətləri bu işdə böyük rol oynayır. Bir tərəfdən,
qarşı tərəfin bütün vasitələrdən istifadə etməsi, digər tərəfdən
isə müsəlmanların fikri-ideoloji, mənəvi-tərbiyəvi sahələrdə
müqavimət və qorunma mexanizmindən məhrum olmaları
mədəni qəsbkarlığın işini asanlaşdırmışdır.
Mədəni Quran dünyagörüşünün aktivliyi müəyyən şərtlər
daxilində mümkündür. Buraya qənaətbəxşlik, iman, doğru və
əxlaqi məqsəd daxildir. Aktiv icraçılıq düzgün düşünmə üsulu-
na, ciddi fəaliyyətə əsaslanır. Ciddi fəaliyyət isə insan fitrətinə
17
uyğun olmalı, yaradıcılığa, professionalıq və hərtərəfl i biliklərə
söykənməlidir.
“De: “(Ey insanlar!) Çalışın (işləyin, fəaliyyət göstərin).
Allah, Onun peyğəmbəri və möminlər əməllərinizi görəcəklər”
(ət-Tövbə, 105).
Yuxarıdakı ayələr mədəni-abadlaşdırıcı Quran dünyagörüşünə
görə insan oğlunun uğurlu fəaliyyətinin üç əsasını izah edir:
a) iman gücü; b) əmək məhsuldarlığı; c) obyektiv-elmi əmək
fəallığı.
Ümmət yaxud müsəlman fərd daxilindəki vicdani enerji-
ni aşkara çıxarmaq istəyirsə, Quran dünyagörüşünü diqqətlə
öyrənməli, əqidəsinə, vicdanına, həyat və özü ilə əlaqəli
təsəvvürlərinə bu dünyagörüşünü, dəyər və anlayışlarını geri
qaytarmalıdır. O, fəaliyyəti və düşüncəsində qanunauyğunluq-
ları nəzərə alan elmi metodologiyaya əməl etməlidir ki, özünü
təsdiqləsin, fitrətinə uysun, yer üzündə varislik edib xeyirxah-
lıq göstərsin, mədəni abadlaşdırma ilə məşğul olsun.
Quran dünyagörüşündə “mən”
və “özgə” anlayışları
Quran dünyagörüşünün qeyri-adi tərəfl ərindən biri də onun
tövhid və inteqrasiyaya əsaslanmasıdır. Söhbət həmhüdud
sahələrdə, tövhid və abadlaşdırma səciyyəli mədəni platfor-
mada fərdin başqaları ilə bütöv əlaqəsindən gedir. Bu platfor-
ma məqsədyönlülük və bütövləşmə (inteqrasiya) prinsiplərinə,
qarşılıqlı abadlaşdırma fəaliyyətə əsaslanır. Məhz bunun
sayəsində ədalət, tolerantlıq, qardaşlıq və sülh dəyərlərindən
ibarət mədəni mühitdə fərd və kollektivin, insanlığın mənası
təsdiqlənir.
İnsanın insana münasibətində cins, rəng, irq, dini
mənsubiyyət, inanc fərqləri əsas götürülməməlidir. Hər kəs
Dostları ilə paylaş: |