39
olmazsa, ağıl və fitrətin “yox” dediyi özbaşınalıq, xaos və anor-
mallıq meydana çıxacaqdır.
Formal-mifoloji yunan irsinin təsiri ilə müsəlman
düşüncəsində metodoloji təhrifl ər meydana çıxmasaydı,
müsəlmanlar qurucu pionerlər olacaqdılar. Çünki onlar mədəni
Quran dünyagörüşünün yolgöstərənliyi ilə müxtəlif elmlərin
açarlarına sahib olmağa qadirdirlər.
Xurafat və formallıqdan uzaq qalmaq şərti ilə ümmətdaxili
elmi, islahatçı və mədəni proseslərə düzgün istiqamət vermək
üçün müsəlman ziyalılar, tədqiqatçılar, mütəfəkkirlər, islahatçı-
lar hərtərəfl i elmi-metodoloji yanaşma tərzini mədəni Quran
dünyagörüşü ilə əlahiddə götürməlidirlər. Bunun üçün tərbiyə,
təhsil və mədəniyyət sahələrində islahat aparmaq lazımdır.
Çünki bu sahələr düşüncə və elmi qurumların formalaşmasın-
da, elmi və lider kadrların hazırlanmasında mühüm rol oyna-
yır. İslam bütün sahələrdə elm və bilik zehniyyətini təsis edən
koqnitiv inteqrasiyaya böyük əhəmiyyət verir.
Müsəlman cəmiyyətində islahatlar aparmaq istəyən
mütəfəkkir, tərbiyəçi və islahatçılar başa düşməlidirlər ki, in-
sanı aktivləşdirmək, ona məqsədyönlülük aşılamaq üçün təkcə
bilik kifayət etmir. Bunun üçün psixoloji, mənəvi və emosio-
nal amilləri də nəzərə almaq lazımdır. Aktivlik təkcə bilikdən
asılı deyil. Aktivlik insanın sahib olduğu biliklərə iradəsi və
emosiyaları ilə necə münasibət bəsləməsindən asılıdır.
Deməli, islahat üçün ancaq təhsil və məktəbin qayğısı-
na qalmaq bəs etmir. Həmçinin insanın fiziki və psixoloji
cəhətdən formalaşmasında əsas rol oynayan uşaqlıq dövrü
tərbiyəsi vicdanın möhkəmlənməsində ciddi amil hesab olu-
nur. Bunun vicdana və qəlbə, insanın seçimlərinə istiqamət
verən psixoloji xüsusiyyətlərə silinməz təsiri vardır.
Bu baxımdan müsəlman fərd və cəmiyyət ümmətin düşünmə
üslubundakı təhrifl əri düzəltməlidir. Həmçinin gənclərin
tərbiyəsi metodikasında redaktə işi aparılmalıdır. Bu ona
40
görədir ki, gələcək nəsillərin özülü düzgün atılsın, hər şeydən
əvvəl isə ümmətin mədəni dünyagörüşü yenidən təsis edilsin.
Dünyagörüşü isə koqnitiv-mənəvi strukturda əsasdır. Beləliklə,
müsəlmanlar gələcək nəsillərin tövhidə, əxlaqa, abadlaşdırma
işinə əsaslanan etiqadının formalaşmasını təmin edəcəklər.
11. Ümumbəşərilik
Ümumbəşərilik insanın bütün formalaşma mərhələlərini
özündə birləşdirən anlayışdır. Ümumbəşərilik fərddən ailəyə,
qəbiləyə, xalqa, dil və rəngə, cinsə qədər bütün həmhüdud
dairələrin daxil olduğu ən böyük əsil-kök dairəsi insan və
insanlıq deməkdir.
Ümumbəşərilik insan oğlunun mədəniliyi və indiyədək
bir çox zaman və məkan əngəllərini yıxmış elmi bacarıq-
larının səmərəsidir. Ümumbəşərilikdə insana insan olaraq
müraciət olunur. Çünki ümumbəşərilikdə irqçiliyə yer yoxdur.
Həmçinin ümumbəşəriliyin meydana çıxardığı, fiziki-bioloji,
sosial qanunauyğunluqlara əsaslanan elmi təfəkkür xurafata,
sehrə, cəfəngiyata yox deyir.
İslamdan əvvəlki dinlər ayrı-ayrı xalqlara göndərilmiş ila-
hi mesajlar idi. İslam isə bütün bəşəriyyətə göndərilmişdi,
ümumbəşəri ritorikaya sahib idi. İslamda vasitə bilik və qanu-
nauyğunluqlar, arqument “kitab” və “oxu”, məqsəd isə ədalət
və sülh idi. Çünki ədalət olmazsa, nə ümumbəşərilik qalar, nə
də sülh!
Çoxları elə güman edir ki, qloballaşma yeni təzahürdür.
Amma bu doğru deyildir. Qloballaşma dövrün imkanları ilə
silahlanmış siyasi və iqtisadi güclərin müstəmləkə və istismar-
çı siyasətinin indiki dövrdəki adıdır. Məqsəd daha çox zülm
etmək, daha çox qazanmaq, daha çox əsarət altına almaqdır.
Ümumbəşərilik qloballaşma deyildir: onlar bir-birinə zidd
anlayışlardır. Ümumbəşərilik qardaşlıqdır, qarşılıqlı şəfqətdir,
maraqların ədalətlə bölüşdürülməsidir, insanlar arasında sülh-
41
dür. Qloballaşma isə öyünmədir, hegemonluqdur, nəzarətdir,
istismardır, dünya müharibələri və tamahkarlıqdır, ədalətsiz
inhisarçı, müstəmləkəçi sistemdir.
İslamın bəşəriyyətə göndərilməsindən sonra dünyanın keçir-
diyi bilik və ümumbəşərilik mərhələsi, xalqların ünsiyyətində
bütün əngəlləri ləğv edən kommunikasiya prosesinin inkişafı –
bütün bunlar insanları, xalqları vahid ümumbəşəri cəmiyyətdə
birləşməyə təşviq edir.
Vahid dünya cəmiyyəti və dövləti xülyaya oxşasa da,
bəşəriyyətin bugünkü vəziyyəti onu bir zərurətə çevirmişdir.
Mütəfəkkir və islahatçılar bəşəriyyətin bu arzusunu həyata
keçirmək üçün böyük fürsət qarşısındadırlar. Bu arzunun
həyata keçirilməsi, əslində insanın yer üzündəki xəlifəlik mis-
siyasının icra edilməsi, qardaşlığın, ədalətin, abadlaşdırma və
sülhün təmin edilməsi deməkdir. Bunun üçün xalqlararası
əlaqələrdən və ümumbəşəri proseslərdən istifadə etmək la-
zımdır. Bu fürsətin əldən qaçırılması ağrılı və faciəli olacaqdır.
Ciddi sual yaranır: Belə cəmiyyət və sistemin konturlarını
qlobal güclər cızacaq, yoxsa mütəfəkkir və alimlər Quran-
islam mədəniyyətinin yaradılması üçün fürsəti qənimət bilib
uğur qazanacaqlar?
12. Sülh
Mədəni Quran dünyagörüşünə görə, sülh ədalətin və
bəşəri vəhdətin danılmaz şərti və prinsipidir. Madam ki is-
lam dünyagörüşündə bəşəriyyət vəhdətdə növbənövlüyü,
növbənövlükdə isə vəhdəti ifadə edir, bəşəri struktur (fərdlər,
nəsillər...) həmhüdud dairələrdən ibarətdir, elə isə bu iç-içə
münasibətlərin tənzimlənməsi üçün sülh bir zərurətdir.
Uca Allah buyurur:
“Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin!..” (əl-
Bəqərə, 208).
Dostları ilə paylaş: |